37. Kor uşaqda məkanda bələdləşmə təsəvvürlərinin xüsusiyyətləri Təsəvvürlər - keçmiş təcrübə əsasında əşya və hadisələrin əyani surətlərinin hafizədə canlandırması yolu ilə və ya hafizədə təsəvvürlərin və onun elementlərinin yeniləşməsi nəticəsində yaranmış yeni obrazların meydana çıxmasıdır. Görmənin pozulması zamanı görmə qavrayışının məhdudluğu mütləq görmə təsəvvürlərinə də mənfi təsir göstərir. Ətraf aləmdəki hadisə və əşyaların vizual qavranılmasının mümkünsüzlüyü təsəvvürlərin inkişafını ləngidir. Görmə qüsurlu uşaqlarda əşya və canlıların rəngi, həcmi, forması haqqında qeyri-dəqiq, düzgün və kifayət qədər dolğun olmur. Tədqiqatçıların fikrinə görə görməsi pozulmuş və normal görən uşaqlarda təsəvvürlərin formalaşması prosesi mahiyyətcə eynilik təşkil edir. Bununla yanaşı, zəif görən uşaqlarda təsəvvürlərin saxlanılması bir qədər məhdud və zəifdir. Beləliklə də, kor və zəif görən uşaqlarda təsəvvürlərin birinci xarakterik xüsusiyyəti görmə obrazlarının tam və ya qismən olmaması səbəbindən onun kəskin daralmasıdır. Bundan əlavə kor və zəif görənlər normal görənlərdən hafizənin hissi obrazlarının həm kəmiyyət, həm də keyfiyyətinə görə də fərqlənirlər. Onlar üçün fraqmentlik, sxematizm, ümumiləşmənin aşağı səviyyəsi və verbalizm xarakterikdir. Görməsi pozulmuş şəxslər üçün təsəvvürlərin fraqmentliyi obrazların yapma, modelləşdirmə rəsm çəkmə yolu ilə yaradılması, həmçinin obyektlərin tanınmasında özünü göstərir. Əşyaların qeyri-dəqiq və tam olmayan təsviri isə ümumiləşmə səviyyəsinin aşağı düşməsinə və bir o qədər də əhəmiyyətli olmayan əlamətlərin fərqləndirilməsinə gətirib çıxarır. Görmə qüsurlu insanlarda təsəvvürlərin sxematikliyi zəif differensasiya olunan obrazların kasadlığının nəticəsidir. Lakin görmə çatışmazlığı olan uşaqlarda qavrayış prosesini istiqamət ləndirərməklə, müşahidəçilik, tədqiqatçılıq vərdişlərini formalaşdırıb inkişaf etdirməklə onlarda təsəvvürlərin sxematizmliyini aradan qaldırmaq mümkündür. Görmə qüsurlu uşaqların xüsusi məktəbdə təlim-tərbiyə təcrübəsi göstərir ki, düzgün təşkil olunmuş koreksiya işi kifayət qədər ətraf mühitdə düzgün bələdləşməyə imkan verən çox gərəkli təsəvvürlər ehtiyatının qazanılmasına şərait yaradır. Bu obrazlar sonralar anlayışların formalaşması üşün zəmin rolunu oynayır. Kor və zəif görmə zamanı anlayışların formalaşma prosesi ümumi qanunauyğunluğa tabe olaraq, eyni zamanda özünün xarakterik xüsusiyyətlər malik olur və öz dinamikası ilə normadan ləngiməsi ilə və mərhələlərarası keçidlərin çətinliyi ilə fərqlənir. Kor və zəif görən uşaqlar bir mərhələdən digərinə keçmədə normal görənlərdən fərqlənirlər, təsəvvürlərin formalaşmasında onlardan xeyli geri qalırlar. Təsəvvürlərin formalaşma prosesinə görmə itiliyinin təsiri uşaqda yaşın artması ilə zəifləyir və yuxarı siniflərdə, xüsusilə də zəif görən uşaqlarda artıq bir o qədər də rol oynamır. Müşahidələr göstərir ki, görmə təsəvvürlərinin tamlığı, parlaqlığı və differensasiyası təkcə görmə itiliyindən deyil, həmçinin bir sıra səbəblərdən: yaş, görmənin itirilmə zamanı, öz fəaliyyətində görmə surətlərindən istifadə təcrübəsindən çox asılıdır. Kiçik məktəbli yaşında (6- 7 yaşında) görməsini itirmiş uşaqlarda görmə təsəvvürləri ehtiyatı daha zəngin olur və təlim prosesində bu təsəvvürlərin həcmi daha da genişlənir. Lakin bu təsəvvürlərin davamlılığı nisbi xarakter daşıyır və əgər möhkəmləndirmə olmasa, bu təsəvvürlər getdikcə dağılar və əvvəlki görmə qıcıqları silinə bilər. Nəticədə görmə təsəvvürlərinin sönməsi hafizə proseslərinin qanunauyğunluqlarına təsir edib, unutmaya gətirib çıxarar. Kor uşaqların erkən və məktəbəqədər yaş dövründə məkanda bələdləşməsi problemi L.İ.Solntseva tərəfindən geniş araşdırılmışdır. O, uşağın ilk birinci ayından başlamış məktəb yaşı dövrünə qədər məkanda bələdləşmə prosesinin inkişafını şərti olaraq bir neçə mərhələyə ayırmışdır. Onun fikrinə görə artıq 5-6 ayında kor uşaqlarda məkanda bələdləşmənin ilkin elementləri formalaşmağa başlayır. Körpə qucaqda olmağı xoşlayır, əşyanı tutmaq üçün əllərinin hərəkətini koordinasiya edir, səsin istiqamətinə görə yaxınlarının olduğu yeri müəyyənləşdirir, səsə görə onları tanıyır, ayaqüstə və ya oturaq vəziyyətdə bədəninin müvazinətini saxlamağa çalışır. Bu yaşda əllərin, başın, gövdənin hərəkətləri, həm də məkanda bələdləşmənin inkişafına kömək edir. Məkanda bələdləşmə strukturunda ən başlıca faktorlardan biri də həm passiv, həm də aktiv nitqin inkişafıdır. Belə ki, nitqin hərəkət və əşya fəaliyyəti arasındakı əlaqəsi məkanda bələdləşmənin inkişafına təkan verir. Bu mərhələdə məkanda bələdləşmənin uğuru uşağın fiziki keyfiyyətlərinin və onun hərəkət sahəsinin inkişafından çox asılıdır. Bu zaman bələdləşmədə görmə qalığının rolu da artır və uşaq ətrafdakı əşyaların xüsusiyyətlərini distant yolla fərqləndirmə bacarığına malik olmağa başlayır. Yaradıcı oyun və məhsuldar fəaliyyətin müxtəlif növləri uşaqdan müxtəlif əşyaların təhlilini, sistemləşdirməsini və təsnifləşdirməsini təhlil etmək məcburiyyəti yaradır və onun hərəkət fəallığını inkişaf etdirir. Məkanda bələdləşmənin inkişafında ən böyük rolu kor uşaqların məktəb yaşı mərhələsi oynayır. Bu mərhələdə müxtəlif hissi biliklərin ümumiləşdirilməsinə imkan verən sistemli təlimin başlanması və məkanın ümumi əlamətlərini müəyyən edən məkan haqqında terminlərin formalaşdırılması baş verir. Məkanda bələdləşmənin formalaşdırımasının çətinliyi kor uşaqlarda təkcə görmənin itirilməsi ilə deyil, həm də digər ikincili qüsurların mövcudluğu ilə bağlıdır. Kor uşaqların məkanda bələdləşmə imkanlarının psixo-pedaqoji təhlilini aparan tədqiqatçılar korreksiya işinin əsas istiqamətlərini aşağıdakı kimi müəyyən etmişlər:
Uşaqlarda ətraf aləm haqqında, onu əhatə edən əşyaların bütün xüsusiyyətləri, rəngarəngliyi haqqında geniş bilik və təsəvvürlərin formalaşdırılması;
Pozulmuş və sağlam, mühafizə olunmuş analizatorlardan istifadə etməklə uşaqlarda sensorikanın inkişaf etdirməsi;
Kor uşaqlarda motorikanın formalaşdırması və təkmilləşdirməsi, öz hərəkətlərinə nəzarət, yeriş hərəkətlərinin avtomatlaşdırılma komplekslərinin yaradılması;
Kor uşaqlarda şəxsiyyət keyfiyyətlərinin (çətinliyi dəf etmək, inadcıllıq, qorxmazlıq, mətnlik və s.) tərbiyəsi;
Texniki bələdləşmə vasitələrinin, karandaş və çəliyin köməyi ilə ətrafdakıların bilavasitə dərk olunması bacarığının formalaşdırılması (ağ çəlikdən istifadə etməklə);