Kor və zəif görən uşaqlarda idrak proseslərinin özəlliyi (sual 22, 30, 34, 40, 42, 48 cavabları)
29. Görmə pozulması olan uşaqlarda diqqət funksiyalarının çatışmazlıqları Görmə pozulması olan uşaqlarda diqqət növlərinin inkişafı xüsusiyyətləri
Kor uşaqlarda qeyri-ixtiyari ixtiyarı və ixtiyaridən sonrakı diqqətin xüsusiyyətləri
Görmə pozulması olan uşaqlarda diqqətin xüsusiyyətləri
Diqqət şüurun müəyyən bir obyekti üzərinə yönəlməsi və mərkəzlşməsindən ibarət psixi hadisədir. Görmə qüsurlu uşaqlarda diqqət özünəməxsus şəkildə inkişaf edir. Görmə təəssüratlarının yoxluğu uşaq da fəaliyyətin xarici stimulyasiyasının səviyyəsini aşağı salır və xarici aləmlə münasibətdə aktivliyini azaldır. Bu özünü uşağın ümumi motorikasının inkişafında, eləcə də bələdləşmə- axtarış fəaliyyətində özünü göstərir. Qeyd etmək lazımdır ki, istər normal istərsə də ağır görmə qüsurlu uşaqlarda diqqətin formalaşması və inkişafı ümumi qanunauyğunluqlara uyğun gedir. Kor və zəif görən uşaqların əksəriyyətində qüsur anadan gəlmə olduğundan onların psixi inkişafı da öz keyfiyyət və gedişinə görə özünəməxsusdur. Çağalıq dövründən görməsi pozulmuş uşaqların davranış və reaksiyaları normaldan heç nə ilə fərqlənmir, onların diqqəti qeyri-iradi olub, xarici qıcıqlardan asılı olur. Tədqiqatlar göstərir ki, xarici təsirlərin azalması informasiyanın qəbulu və işlənməsi diqqətin davamlılığına, həcminə, intensivliyinə, konsentrasi-yasına və digər tərəflərinə mənfi təsir göstərir. Görmə qüsurlu uşaqların müşahidəsi göstərir ki,onlarda diqqətin səviyyəsinin aşağı olması,uşaqlarda məlumatların azsaylı, parakəndə olması ətraf aləmə marağın dar və passivliyi nəticəsidir. Uzun müddət eşitmə qıcıqlarının təsiri kor uşaqların tez yorulmasına, nəticədə diqqətin dağınıqlığına gətirib çıxarır. İnsanın bu və ya digər psixi fəaliyyəti qeyri - ixtiyari (qeyri - iradi), ixtiyari (iradi) və ixtiyaridən sonrakı diqqət, onun ali növləri ilə bağlıdır. Diqqətin inkişaf və istiqamətini fəaliyyətlə bilavasitə bağlılıq, maraq və iradi keyfiyyətlərin və özünü şəxsiyyət kimi dərketmənin formalaşdırılması prosesi müəyyən edir və səviyyəsini xarakterizə edir. Görmə qüsurlu uşaqların hər hansı bir fəaliyyətə qoşulması həm qeyri-iradi, həm də iradi diqqətin inkişafı üçün ən vacib şərtlərdən biri hesab olunur. Görmə qüsurlu uşaqlarda diqqətin pozulması onun yorulması, ümumi zəifliyi, xəstəliklərinin nəticəsi ola bilər. Kor və zəif görən uşaqlarda qeyri-ixtiyari diqqət iradi səy tələb etmədən ətrafdakı cisim və hadisələrdən asılı olaraq , yəni qıcəqlandırıcıların xassə və təsirlərindən asılı olaraq meydana çıxır. Kor və zəif görən uşaqlarda qeyri- iradi diqqətin meydana çıxma xüsusiyyətlərini şərti olaraq belə müəyyənləşdirmək olar: xarici qıcıqlandırıcıların təsiri ilə diqqət oyanır, maraq artdıqca diqqətin cəmlənməsi davam edir, lakin qavrayışın ləngliyi, onun natamamlığı və fraqmentliyi qeyri- iradi diqqətin fəallığına, həcminə, cəmlənməsinə, davamlılığına mənfi təsir göstərir. Görmə qüsurlu uşaqlarda iradi diqqət kiçik məktəb yaşında formalaşır. Görmə qüsurlu uşaqlarda iradi diqqət onun fəaliyyəti və fəaliyyətinin tənzimlənməsi ilə bağlı meydana gəlir. Zəif görən uşaqlarda diqqət görən həmyaşlarında olduğu kimi ümumi qanunauyğunluqlara görə inkişaf edir. Lakin görmə qavrayışının məhdud olması səbəbindən o, spesifik xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlərə diqqətin bir qədər gec formalaşması, davamsızlığı, az cəmlənməsi və intensivliyi, nəhayət çox tez yorulması aiddir. Qeyri- iradi və iradi diqqət keyfiyyətcə fərqlənsələr də, bir-biri ilə qarşılıqlı əlaqədədir. İxtiyari diqqətdən sonrakı diqqət prosesi uşağın qarşıya qoyduğu şüurlu məqsədi ilə müəyyən olunur. Görmə qüsurlu uşaqlarda diqqətin eşitmə və görmə növləri keyfiyyətcə fərqli olsa da bir -biri ilə qarşılıqlı əlaqədədir. Görmə diqqətinin xüsusiyyətlərinə: diqqətin davamlılığı, cəmlənməsi, keçiriciliyi, informasiyanın paylanması, diqqətin həcmi və konsentrasiyası daxildir. Görmə funksiyasının ağır pozulması, korluq zamanı ətrafda baş verənlərə məhz eşitmə vasitəsi ilə diqqət yaranır. Eşitmə diqqəti görmə qüsurlu uşaqlada geniş duyğu sahəsinin formalaşdırılması və inkişafı ilə davamlı şəkildə bağlıdır. Böyüklərin fəal ünsiyyəti, yardımı və bütün zədələnməmiş analizatorların fəaliyyətinin aktivləşdirilməsi sayəsində diqqətin inkişafındakı ikincili çatışmazlıqlar aradan qaldırıla bilər. Bu çatışmazıqların aradan qaldırılması zədələnməmiş hiss orqanlarının fəaliyyətini aktivləşdirməklə həyata keçirilir. Tədqiqatlar göstərir ki, zəif görənlərdə eşitmə diqqəti, onun cəmlənməsi kor uşaqlardakı kimi bir o qədər də inkişaf etmir. Onlar görməyə istinad edərək iradi eşitmə diqqətini inkişaf etdirməyə səy göstərmir və onu cəmləməyi öyrənmirlər. Görmə qüsurlu uşaqlarda görmənin tam və ya qismən pozulması səbəbindən həmsöhbətlərinin üzünü kifayət qədər dəqiq görmədikləri üçün mimika haqqında təsəvvürləri də qeyri-dəqiq olur. Adətən, görməsi pozulmuş şəxs ünsiyyət zamanı öz eşitmə diqqətini həmsöhbətinin nitqinə, onun tembr, intonasiya və digər cəhətlərinə yönəldir. Görməyən insanlar iradi eşitmə diqqətindən istifadə etməklə insanın səsinə görə onun psixi xüsusiyyətlərini, əhval-ruhiyyəsi, yeriş və addım səslərinə görə isə fiziki vəziyyəti haqqında fikir yürüdə bilirlər. Elmi ədəbiyyatda bu “ vokal mimika” kimi tanınır və onun əsasında kor uşaqda danışan şəxs barədə təsəvvürlər (danışanın xarakteri, səmimiliyi, mehriban və ya sərtliyi) formalaşır. Qeyd etmək lazımdır ki, “Vokal mimika” kor uşaqda ən təəccübləndirici bacarıqlardan biridir. Tədqiqatçıların çoxu korlardakı bu bacarıq haqqında məlumat versələr də, onun elmi izahı hələ də tapılmamışdır. Uzun illər görməyən uşaqlara diqqətin emosional halının mimika, həm də pantomimika ilə ifadəsi təlim edilsə də bu bir nəticə verməmişdir. Görmə analizatorunun pozulması nəticəsində qavrayış prosesinin ləngliyi diqqətin keçiriciliyinə də mənfi təsir göstirir bu da, surətlərin fraqmentliyində və diqqətin həcminin kiçilməsində və davamlılığında öz əksini tapır. Kor və zəif görən uşaqlar görmənin kompensasiyası üçün bütün sağlam və zədələnmiş analizatorlardan alınan informasiyaları fəal istifadə edə bilmir. Kor uşağın həyatında iradi duyğu diqqətinin çox böyük rolu vardır. Bu diqqət Brayl əlifbasının təlimi, əşyaların öyrənilməsi zamanı, bütövlükdə təlim-tərbiyə prosesində meydana çıxıb inkişaf edir. Görmə qüsurlu uşaqlara məktəbəqədər və məktəb yaşı dövründə düzgün pedaqoji – psixoloji təsir nəticəsində diqqətin inkişafındakı bəzi çatışmaz lıqları aradan qaldırmaq mümkündür.
33.Görmə pozulması olan uşaqlarda hafizənin inkişaf xüsusiyyətləri; 34.Görmə pozulması olan uşaqlarda yaddasaxlama və yadasalmanın xüsusiyyətləri; 35.Kor uşaqda yadda saxlama və yada salmanın xüsusiyyətləri; 36.Kor uşaqda eşitmə,taktil,kinestetik hafizənin özünəməxsusluğu Hafizə keçmiş təcrübənin yadda saxlanması və yada salınmasından ibarətdir. Görmə qüsurlu uşaqlar normal görənlərdən fərqli olaraq daha çox şeyləri yadda saxlamaq məcburiyyətindədir. Tiflopsixologiyada hafizə prosesləri çox az tədqiq olunan məsələlərdən biridir. Kor və zəif görən insanlarda hafizənin inkişaf xüsusiyyətləri XX əsrin əvvəllərində araşdırılmışdır. Tədqiqatçıların görmə qüsurlu uşaqlarda hafizənin inkişafı haqqında fikirləri müxtəlifdir. Bəzi tədqiqatçılar görmə qüsurluların hafizəsinin normal görənlərin hafizəsindən daha üstün olmasını, digərləri isə fərqləndiyini göstərirdilər. Görmə qüsurlu uşaqlarda hafizə prosesləri görənlərdə olduğu kimi eyni ümumi qanuna uyğunluğa tabedir. Tədqiqatçılar görməsi pozulmuş uşaqlarda hafizənin ümumi inkişaf qanunauyğunluqları ilə yanaşı, onun spesifik xüsiusiyyətlərnin olduğunu, hafizənin dörd əsas: yaddasaxlama, hifzetmə, yadasalma və tanıma proseslərinin özünəməxsus şəkildə inkişaf etdiyini qeyd edirlər. Psixoloji ədəbiyyatlarda hafizənin mexaniki, məntiqi, qeyri-iradi, iradi, qısamüddətli və uzunmüddətli növləri fərqləndirilir Hafizə görmə qüsurlu, xüsusilə də kor insanlar üçün ən vacib psixi funksiyadır. Bununla bağlı uzun illər hafizənin korlarda normal görənlərlə müqayisədə daha yaxşı olması haqqında fikir formalaşmışdır. Həqiqətən də, görmə qüsurlu insanlar da mexaniki hafizə görənlərdən qat-qat yüksəkdir. Görmə qüsurlu uşaqlarda hafizənin bir sıra növləri təbiət tərəfindən verilir, anadangəmə olur. Kor və zəif görən uşaqlarda hafizənin digər növləri, demək olar ki, əksəriyyəti, onların fəaliyyəti və ünsiyyəti prosesində üzə çıxır və inkişaf edir. Kor və qismən görən uşaqlarda hərəkət və eşitmə hafizəsinin qısa və uzun müddətli həcmi çox böyük olur. Çünki kor və zəifgörənlər üçün informasiyanın əhəmiyyətliliyi onun saxlanmasını da çox vacib edir. Belə ki, görənlər üçün əhəmiyyət daşımayan çoxsaylı obyekt və anlayışlar korlar üçün bir o qədər də əhəmiyyət daşımadığına görə saxlanma zərurətini itirir. Hərəkət hafizəsinin pozulması oğlanlarda 10 -11. qızlarda 12 -15 yaşlarında müşahidə edilir. Korlarda ən sadə hərəkətlərin dəqiq yerinə yetirilməsi üçün hərəkətlərin 6 -8 dəfə təkrar edilməsi gərəklidir. Görmə qüsurlu uşaqlarda qeyri -ixtiyari hafizə şox kiçik yaşlarından inkişaf etməyə başlayır. Onların həyatının ilk aylarında qeyri -ixtiyari hafizə surətlə inkişaf edir, ətraf aləm haqqında məlumatın toplanılmasında böyük rol oynayır. İxtiyari hafizənin ilk rüşeymləri adətən birinci yaşın sonu və ikinci yaşın əvvəllərində tədticən inkişaf etməyə başlayır. Kor uşaqlarda ixtiyari hafizənin inkişafı nitqin inkişafı ilə bağlıdır. Yaşlılarla ünsiyyət, onların sözlü göstəriş və tələblərinin sözlə ifadəsi ixtiyari hafizənin inkişafı üçün daha əlverişli şərait yaradır. Hafizə proseslərində nitqin də kompensator rolunu qeyd etmək lazımdır. Belə ki, yaddasaxlama üçün yalnız əşyalar, onların təsvirləri deyil, həm də sözlər, söz sırası, rəqəm və mətnlər material ola bilər. Görmə qüsurlu uşaqlar normal görən həmyaşlarından fərqli olaraq, sözlərin yada salınmasında çox zaman yanlışlığa yol verir, sözləri məna və funksiyanal oxşarlığına görə digər sözlərlə əvəzləyir, hətta bir neçə dəfə təkrardan sonra da yada salınmasında müəyyən çətinliklərlə üzləşirlər. Bundan əlavə kor və zəif görən kiçik məktəb yaşlı uşaqların görən həmyaşları ilə müqayisəsi göstərir ki, onlarda sözlərin yadda saxlanmasının qeyri - dəqiq və sürətin zəifliyi, yadasalınmada isə lənglik olur. Zəif görən uşaqlar təlim prosesində qavranılmış sözlərin yadda saxlanması və yada salınmasında daha çox “eşitmə üsulundan” istifadə edirlər. Bu üsul daha çox orta siniflərdə istifadə edilir. Bu yaşdakı kor uşaqlar isə qavrayışın hissi üsulundan istifadəsinə daha çox üstünlük verirlər. Onlar Brayl şriftinə çox yaxşı yiyələnmiş olur və bundan əlavə ”danışan kitablardan” istifadə etməyi bacarırlar. Tədqiqatlar göstərir ki görən və görmə qüsurlu ibtidai sinif şagirdlərinin sözləri iradi yaddasaxlanmasında bir o qədər də böyük fərqlər müşahidə edilməsə də,zəif görən şagirdlər kor uşaqlarla müqayisə də daha çox sözü yadda saxlaya bilirlər. Bu uşaqlarda yaddasaxlamanın məhsuldarlığı qavranılmış sözlü materialın dəfələrlə təkrar olunması və yadasalınması ilə bağlıdır. Sözlərin yadda saxlanması əsasən onların mənalandırılılması və dərk olunması nəticəsində baş verir. Sözlərin qruplaşdırılması onların məna və xarici oxşarlığını, əşyaların müəyyən həyat situasiyalarla bağlılığını nəzərə almaqla həyata keçirilir. Görmə qüsurlu uşaqlarda sözləri qruplaşdıraraq yadda saxlama bacarığı sözlü hafizənin çox erkən mərhələdə inkişafı ilə bağlıdır. Kor və zəif görən uşaqlarda hafizənin normal görən həmyaşları ilə müqayisəsi aşağıdakıları göstərir: - görmə qüsurlu uşaqlarda mexaniki hafizə daha yaxşı inkişaf edir. Belə ki, mexaniki hafizə prosesini yüngülləşdirmək üçün korlar yadda saxlama və yada salmanın dəqiq qaydasına riayət etməyə məcburdurlar, bunun nəticəsində informasiyanın əvvəlinin və sonunun yadda saxlanması güclənmiş olur. - görmə qüsurlu uşaqlarda məntiqi hafizə, yadda saxlanılan materialın başa düşülməsi və mənalandırılması norma ilə müqayisədə nisbətən pis inkişaf edir. Tədqiqatlar göstərir ki,görmə qüsurlu uşaqların əyani materialları yadda saxlanmasının uğurlu olması bir çox amillərdən: - görmə qavrayışından, ətraf aləmdəki əşyalardan; - əşyalar arasında məna əlaqəsi və münasibətlərin yaradılması bacarığından; - əşyanı sözlü adlandırma səviyyəsindən asılıdır. Bu prosesdə ən vacib faktorlardan biri uşaqların əşya-praktik təcrübəsi və həyatda onlardan istifadə tezliyidir.
Görmə qüsurlu uşaqlarda tanıma inkişaf və təlim prosesinin gedişi ilə təkmilləşir. Tədqiqatların əksəriyyəti ağır görmə qüsurluların natural obyekt və ya əşyaları tanımaya həsr olunmuşdur. Bu araşdırmaların nəticələrinə görə kor və zəif görən insanlar görmənin bu və ya digər dərəcədə itirilməsi ilə bağlı obyektlərin tanınmasında çətiniklərlə üzləşirlər. Onlar obyektləri birbaşa duyğular vasitəsi ilə tanıyırlar və yalnız xüsusi məktəb təlimi dövründə bu bacarıq daha konkret və düzgün, təkmilləşmiş olur. İbtidai siniflərdə kor və zəif görən şagirdlərin əşyaları düzgün adlandırma və tanınma çatışmazlığı yaddasaxlama və yadasalmanın tamlığına, dəqiqliyinə və sürətinə mənfi təsir göstərir nəticədə təhrif olunmuş, qeyri-dəqiq əşya surətləri hafizədə çox pis yadda qalır və yadasalınır. Yadda saxlanılan materialın kifayət qədər mənalandırılmaması nəticəsində məntiqi hafizənin məhsuldarlığı da xeyli aşağı düşmüş olur.