38. Görmə pozulması olan uşaqlarda diqqət və hafizə çatışmazlıqlarının korreksiyası (DİQQƏT VƏ HAFİZƏ ÜMUMİLƏŞDİRİB YAZMAQQ)
39. Görme pozulması olan uşaqlarda hisslərin inkişaf xüsusiyyətləri 40. Kor və zəif görən uşaqlarda ali hislərin inkişaf etdirilməsi Hisslər insanın münasibətləri ilə bağlı olub davranış, fikir və arzularının ifadəsidir. İnsanın hissləri çox rəngarəgdir. Şadlıq, gümrahlıq, yorğunluq, zəiflik, laqeydlik, darıxma, sevinc, qüssə, kədər, təəssüf, qorxu, qəzəb, nifrət, utancaqlıq və s. bu kimi müxtəlif hisslər görmə qsurlu uşaqlara da xasdır. Cəmiyyət arasında ən geniş yayılmış fikirlərdən biri də kor insanların görən insanlara nisbətən daha az emosional, daha çox sakir olması haqqındadır. Bu fikir onların yaşantılarının üz ifadə, jest və pozalarda əks etdirməməsi ilə izah olunur. Ancaq onların nitqi intonasiya baxımından olduqca ifadəlidir. A.A. Krogius, zəif görmə və korluğun insan psixikasına təsirini araşdıraraq göstərirdi ki, görmə pozulmaları bütövlükdə şəxsiyyətin inkişafında dərin iz buraxır. Onun korların insanın emosional vəziyyətini səs, intonasiya, temp, ucalığı və nitqin digər ifadəli xüsusiyyətlərinə görə onlar danışanın emosional vəziyyətlərini daha dəqiq müəyyən edə bilirlər. A.A. Krogius, həmçinin korların emosional vəziyyətləri anlamaq, "müsahibinin səsində ən incə dəyişiklikləri" duymaq kimi müstəsna qabiliyyətlərinin olduğunu da qeyd etmişdir. Kor və zəif görənlər normal görənlər kimi eyni duyğu və hissə malikdirlər və eyni duyğu və hissləri nümayiş etdirirlər, lakin onların inkişaf dərəcəsi və səviyyəsi görənlərdən fərqli ola bilər. Hər iki halda, korların emosional vəziyyətləri ilə norma arasındakı fərqin olması vurğulanmışdır. Tiflopsixologlar, bir faktı -görmə pozulmalarının şəxsiyyətin inkişafında mənfi tərəflərin, xüsusilə də ətraf aləm haqqında neqativ dünyagörüşü, tənbəllik, təlqin və s. inkişafına təsir göstərə biləcəyini qeyd edirlər. Lakin buna baxmayaraq, kor və zəif görən uşaqlarda düzgün təşkil edilmiş təlim -tərbiyə, öyrənməyə və ünsiyyətə motivasiya onlarda müsbət keyfiyyətlərin formalaşmasına, tam müstəqilliyinə səbəb olur. Görmə qüsurlu uşaqlarda hisslərin yaranmasında ikinci siqnal sistemi- nitq böyük rol oynayır. Söz qıcıqlandırıcılarının ahəngi, məna və deyiliş tərzi görmə qüsurlu insanın daxili aləminə nüfuz edərək müxtəlif emosional vəziyyəti, hissləri: ali əxlaqi, əqli, estetik hissləri əmələ gətirir. Ağır görmə pozğunluğu bir sıra əsas həyatı tələlabatların ödənməsini çətinləşdirir və ya mümkünsüz edir. Bu isə öz növbəsində uşaqda aqressiv davranışı, fəaliyyətdən imtinanı yaradıb onu xəyalən arxa plana keçirə bilər. Tam korlarda sonuncu, patoloji xəyalpərəstliyə səbəb ola bilər. Tez-tez və uzun müddət davam edən məyusluqlar mənfi xarakteroloji şəxsiyyət xüsusiyyətlərinin ortaya çıxmasına səbəb ola bilər. Görmə qüsurlu uşaqlarda müxtəlif hisslərin yaranması ilə bağlı bədəndə üzvü dəyişikliklər - hisslərin xarici ifadəsi normal həmyaşlarında olduğu kimi göstərir: bənizi qızarır və ya ağarır, ürəyi sürətlə vurur, tənəffüsünün sürəti dəyişir. Kor uşaqda mimika, pantomimkanın yoxluğu və ya ondan istifadə bacarığının olmaması onun hisslərini müəyyən etməkdə çətinlik törədir. Qorxu, ağrı, zəiflik, yorğunluq və s. ifadəli hərəkətləri anadangəlmə olduğu halda ali hisslərlə bağlı ifadəli hərəkətlər yalnız məktəb təlimi dövründə meydana çıxır. Məsələn, kor uşağa deyilən xoş sözlər onda müxtəlif hisslər: sevinc, qürur özünəinam yaradır, onu fəaliyyətə təhrik edir, Görmə qüsurlu uşaqlarda hisslərin yaranmasında onun keçmiş təcrübəsi, ictimai -siyasi həyat tərzi, adət etdiyi rəftar və davranışın mühüm rolu vardır. Ağır həyat tərzi keçirən, pis davranış və ya rəftarla üzləşən kor və ya zəif görən uşaq fərqli mühitə düşürsə, xoş, mehriban, rəftar görürsə onun hisslərinin məzmunu dəyişmiş olur. Ümumiyyətlə yaşın artması, dünyabaxışının genişlənməsi, həyat təcrübəsinin zənginləşməsi ilə bağlı kor və zəif görən uşaqlarda hisslər də dəyişir, müxtəlif hisslər aradan çıxır, yeni hisslər meydana çıxır. Görmə qüsurlu uşaqlarda mənəvi - əxlaqi hisslər insanlar arasında öz təsdiqini tapmış və müəyyən milli- əxlaqi davranış norma və qanunların mənimsədilməsi ilə meydana çıxır. Əgər onların davranış və rəftarı mövcud cəmiyyətin birgəyaşayış qaydalarına, dəyərlərinə uyğun gəlirsə, o zaman böyüyə hörmət, dostluq, vətənə sevgi, rəğbət, yoldaşlıq, vətənpərvərlik kimi müsbət əxlaqi hisslər yaranır. Zəif görən uşaqlar tam kor uşaqlarla müqayisədə daha böyük emosionallıq və narahatlıq göstərir, ictimai əxlaq normalarını daha tez mənimsəyir, öz hərəkət və rəftarını bu normalara uyğunlaşdırırlar. Kor uşaqlar bu normalara daha gec məktəb təlimi dövründə yiyələnirlər. Bu, ilk növbədə kor uşağın özünəqiyməti və iddia səviyyəsindən, onun cəmiyyətdən və korreksiya və pedaqoji şəraitinin təşkilindən daha çox asılı olması ilə əlaqədardır. Çox vaxt kor uşağın həddindən artıq himayə,sevgi, rəğbət, mərhəmət və yaxud əksinə həddən artıq tələbkarlıq, nəzarət, laqeydlik kor uşaqda sırf istehlakçı psixologiyasını formalaşdırır, zəhmət, müstəqillik, şəxsi məsuliyyət və təşəbbüs, iradə hissi kimi zəruri şəxsiyyət keyfiyyətlərinin formalaşmasına mane olur onda bədxahlıq,düşmənçilik,paxıllıq kimi mənfi hissləri formalaşdırır. Nəticədə onun müxtəlif həyat maneələrinə qarşı emosional müqaviməti yaranmır, uşaq korlanmış, eqoist bir varlığa çevrilir, gələcək müstəqil həyat üçün tamamilə hazırlıqlı olmur. Görmənin pozulması və ya inkişafsızlığı oyun prosesində uşağın məkan-bələdləşmə fəaliyyətində, bədən tərbiyəsi -idman məşğələlərində hərəkətlərin koordinasiya və tezlik, dəqiqlik, dinamik tarazılıq və ritm hissinin formalaşmasını çətinləşdirir. Görmə qüsurlu uşaqlarda müxtəlif fəaliyyət növləri (təsviri, musiqili, ritmik, oyun və s.) şəraitində mürəkkəb bədii -estetik obtazlar formalaşır. Kor və zəif görən uşaqlarda estetik hisslər 2 formada özünü göstərir: istehlakçı (qavrayış, təcrübə, zövq) və yaradıcı (tədris, əmək, bədii və elmi yaradıcılıq və s.). Həm birinci, həm də ikinci vəziyyət ətraf aləmə estetik münasibətin artması, estetik, bədii dəyərləri düşünməyə və onlarla ünsiyyətə meylli olması ilə xarakterizə olunur. Bu proses nə qədər erkən başlasa, təhsil prosesində uşaqların müxtəlif estetik ehtiyaclarının inkişafında daha böyük uğurlar əldə edilə bilər. Görmə qüsuru olan uşaqlarda estetik hisslərin inkişafı üçün ən vacib şərtlərindən biri onlarda əqli hisslərin inkişafıdır. Əqli hisslər idrak fəaliyyəti ilə bağlı olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərketməyə yönəldən mürəkkəb hisslərdir. Bu hisslər daha çox təlim prosesində, elmi axtarışlar, incəsənətin müxtəlif növləri üzrə yaradıcı fəaliyyət zamanı təzahür edir. Əqli hisslər insanın idrak fəaliyyəti prosesin də yaranır və onun vasitəsi ilə ifadə olunur. Əqli hisslərin inkişafı motivlər, məqsədlər və ehtiyaclarla şərtlənir və şüurun daha yüksək səviyyələrinə keçidini təmin edir
41.Görmə pozulması olan uşaqlarda təfəkkürün inkişaf xüsusiyyətləri ; 42.Kor uşaqlarda təfəkkür növlərinin inkişaf xüsusiyyətləri; 43.Kor uşaqlarda mücərrəd təfəkkür proseslərinin çatışmazlığı; 44.Xüsusi təlim və tərbiyə şəraitində kor uşaq təfəkkürünün inkişaf etdirilməsi; 45.Görmə qüsurlu uşaqlarda təfəkkürün inkişafında nitqin rolu Görmənin tam və ya qismən itirilməsi uşağın intellektual inkişafına mənfi təsir göstərir. Görmə qüsurlu uşaqlarda təfəkkürün inkişaf xüsusiyyətləri tiflopsixoloqlar tərəfindən hələ XIX əsrdən araşdırılmışdır. Bir çox xarici ölkə tədqiqatçıları təfəkkürün inkişafını görmə pozulmalarının dərəcəsindən asılı olmadığını qeyd etmişlər. Onların fikrinə görə tam kor və kor-kar-lal insanlarda təfəkkür çox yüksək inkişaf edə bilər. Tədqiqatlar göstərir ki,görmənin itirilməsi zamanı təfəkkür və onun növlərinin formalaşması normal insanlarda olduğu kimi eyni mərhələlərdə baş verir. Mücərrəd təfəkkür tam formalaşmış əyani-əməli və əyani –obrazlı təfəkkürürün əsasında inkişaf edir. Əyani –obrazlı təfəkkür həm hissi, həm də görmə ilə əməliyyat apara bilər. Uşaqlarda əyani -əməli təfəkkür çox erkən dövrdə onun praktiki fəaliyyəti ilə bağlı inkişaf edir.Əyani-əməli təfəkkür 7 ayından,3 yaşına qədər ki dövrdə fəal inkişaf edir.Əyani-əməli təfəkkürün inkişafında nitq bir o qədər də rol oynamır. Təfəkkürün inkişafında ətraf aləmdəki əşya və obyeklər haqqında təsəvvürlərin dəqiqliyi və formalaşması böyük əhəmiyyət kəsb edir. Görməsi pozulmuş uşaqlarda görmə qavrayışının tam və ya qismən olmaması nəticəsində əşya- praktik təcrübənin passivliyi və kasadlığı ətarafdakı əşya və obyektlər haqqında təsəvvürlərin formalaşmasını çətinləşdirir, bu da öz növbəsində görmə qüsurlu uşaqlarda əyani -əməli təfəkkürün formalaşma və inkişafını ləngidir. Əyani obrazlı təfəkkür əyani-əməli təfəkkürün içindən təşəkkül tapıb inkişaf etməyə başlayır.Bu təfəkkür prosesinin növbəti mərhələsi hesab edilir. Görməsində çatışmazlıqlar olan uşaqlar ümumiləşdirmə və mücərrədləşdirmənin müxtəlif vasitələrindən istifadə ,əyani-əməli təfəkkürə istinad zamanı əyani-obrazlı və sözlü məntiqi təfəkkürün inkişafında böyük potensial imkanlara malik olurlar. Zəif görən uşaqlarda kiçik və orta məktəbli yaşı dövründə əyani-obrazlı təfəkkürün özünəməxsus inkişafı daha çox meydana çıxır.Yuxarı sinif zəif görən uşaqlarda obrazlı təfəkkürün inkişaf xüsusiyyətləri yalnız kifayət qədər mürəkkəb olan məsələlərin həllində qeyd edilir. Müşahidələr göstərir ki,zəif görən uşaqlarda əyani –obrazlı təfəkkürün məktəb təlimi dövründə inkişaf sürəti fərqli olur: 7-8, 10- 11 yaş arası obrazlı təfəkkürün inkişafı normal uşaqlardan daha sürətli,12- 14 yaşarasında isə bir qədər ləng gedir. Görmə qüsurlu uşaqların təlimi prosesində və məqsədəyönlü fəaliyyəti zamanı normal görən uşaqlarda olduğu kimi hissi və sözlü məntiqi təfəkkür arasındakı nisbətdə dəyişiliklər baş verir. Görmə qüsurlu uşaqlarda biliklərin formalaşmasında, anlayışların birbaşa inkişafında nitqli ünsiyyət və kommunikativ texniki vasitələrdən istifadə çox böyük rol oynayır. Nitq biliklərin mənimsənilməsində, pozulmuş görmə funksiyalarının korreksiya və kompensasiyasında çox böyük rol oynayır. Biliklərin toplanması və nitqin inkişafı ilə məsələlərin təqdimatı və həlli sözlü formada olması ilə fərqlənən sözlü-məntiqi təfəkkür inkişaf edir. İnsanlar ünsiyyət zamanı konkret anlayışlarla yanaşı ,həm də sözlü formadan istifadə edərək əşyalarla heç bir bağlılığı olmayan mücərrəd anlayışlarla da əməliyyat aparırlar. Normada sözlü məntiqi təfəkkür məktəbəqədər yaş dövründən inkişaf etməyə başlayır və məktəb yaşı dövründə ətraf aləm haqqında biliklərin və təsəvvürlərin inkişafı ilə bağlı daha da təkmilləşir. Görmə qüsurlu uşaqların intellektual inkişafını araşdıran tədqiqatçılar müəyyən etmişlər ki,kor və zəif görən uşaqların sözlü- məntiqi təfəkkürünün inkişafı normal görən həmyaşlarından bir o qədər də fərqlənmir.Onların fikrinə görə görən və görmə qüsurlu uşaqlar arasındakı fərqlər məktəbəqədər yaş dövrünə təsadüf edir və bu həmin yaşda görnə qüsurlu uşaqların həyat təcrübəsinin olmaması və ya məhdudluğu ilə bağlıdır. Görmə qüsurlu uşaqlarda fikri əməliyyatların aparılmasında da müəyyən fərqliliklər özünü göstərir. Kor və zəif görən uşaqlar çox zaman məkani əlaqələrin, növ-cinsi əlamətlərin fərqləndirilməsində, xüsusini ümumidən ayırmaqda çətinlik çəkirlər. Kor və zəif görən uşaqlar cisim və hadisələri natamam öyrənir. Onlar təhlil və tərkib, müqayisə kimi təfəkkür proseslərini, fikri əməliyyatları apara bilmirlər. V.Lonina görmə qüsurlu uşaqlarda əşyaları müqayisə əməliyyatlarını aparma bacarığını öyrənərkən belə bir nəticəyə gəlmişdir ki, kor və zəif görən uşaqlar əşyaları yalnız sözlü adlandırılmasından sonra, hafizələrindəki bilik və obrazlara istinad etməklə onların oxşar və fərqli cəhətlərini fərqləndirə bilirlər. Görmənin anadangəlmə və ya erkən dövrlərdə pozulması psixi inkişafda, o cümlədən fikri əməliyyatların formalaşması və inkişafında bir sıra xüsusiyyətlərin yaranmasına səbəb olur. Kor, qismən görməsini itirmiş və zəif görən uşaqlar əvvəldən planlı şəkildə obyekləri hissələrə parçalamaqda, həmin obyektlərin xarakterik xüsusiyyət və əlamətlərini ayırıb fərqləndirməkdə, sonra isə təhlil edilib ayrılmış elementləri birləşdirərək tam, bütöv hala gətirməkdə çətinlik çəkirlər.