Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Görmə pozulması olan uşaqlarda şəxsiyyətin inkişaf xüsusiyyətləri



Yüklə 138,05 Kb.
səhifə19/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   ...   14   15   16   17   18   19   20   21   22
görme imtahan cavabları (1)-1

53. Görmə pozulması olan uşaqlarda şəxsiyyətin inkişaf xüsusiyyətləri
55. Görmə pozulması olan uşaq şəxsiyyətinin inkişafında ailə və məktəbin rolu
59. Kor-kar uşaq şəxsiyyətinin formalaşmasında ünsiyyətin rolu
L.S.Vıqotskinin birincili və ikincili qüsurlar, onların psixi inkişafa təsiri haqqında fikirləri görmənin pozulmaları zamanı şəxsiyyətin formalaşmasında da öz təsdiqini tapmışdır. Ağır görmə pozulmaları şəxsiyyət strukturunun müxtəlif komponentlərinə təsir göstərir. Görmə pozulmalarından asılı olaraq, şəxsiyyətin inkişafı məsələsi tiflopsixologiyada bəzi tədqiqatçılar tərəfindən bir mənalı qarşılanmamışdır. Məlumdur ki, insan dünyaya fərd kimi gələrək, şəxsiyyətə çevrilir. Ətraf aləmi fəal dərk edən onu dəyişən insan şəxsiyyət adlanır. Deməli şəxsiyyət hesab etdiyimiz insanın baxışlar sistemi, əqidə və idealları, özünə və onu əhatə edən insanlara münasibətində müəyyən pozisiyası olmalıdır. Təbiidir ki, sosial varlıq olmasına baxmayaraq, yeni anadan olmuş uşaq şəxsiyyət adlana bilməz. Uşaq şəxsiyyəti tədricən cəmiyyətin sosial təcrübəsini mənimsəmə gedişində, böyüklərlə ünsiyyət prosesində formalaşır. Həmyaşları ilə müqayisədə kor uşaq şəxsiyyətinin formalaşması özünəməxsus xüsusiyyətlərə malikdir. Birinci, kor uşaqlar ətrafdakı normal insanlarla ünsiyyətdə çətinlik çəkməsələr də hərəkət və məkani bələdləşmədə onlardan geri qalırlar. İkinci, görmə analizatorunun fəaliyyət pozulması kor uşağın həyat təctübəsini kasadlaşdırır, emosional-iradi inkişaf üçün çox gərəkli olan gerçəkliyin, reallığın dərk edilməsində müəyyən çətinliklər törədir. Üçüncü, cəmiyyətin sosial təcrübəsinin çox böyük hissəsini birbaşa mənimsəyən kor uşaqlar xüsusi müəssisələrdə təlim prosesində bu təcrübənin həyata keçirilməsi hərəkət məhdudiyyətinə görə onların imkanları xaricində olur. Müəyyən xarakter və şəxsiyyət xüsusiyyətlərinə malik olan kor uşaq yalnız görənlərlə özləri arasında fərqi dərk edə bildiyi sosial situasiya şəraitində formalaşa bilər. Başqa sözlə desək, normal insanlar arasında yaşayaraq özlərinə münasibətdə həmyaşlarından fərqli yanaşmanı dərk etməklə onlarda müəyyən qədər az və ya çox davamlı xarakter və şəxsiyyət cizgiləri formalaşır. Onlarda emosional gərginlik tələb edən situasiyalara qarşı yüksək dözümlülük, utancaqlığın olması və s. qeyd edilir. Görmə qüsurlu uşaq şəxsiyyətinin formalaşması məsələləri görmə əlililiyi olanların sosial və soial-psixoloji reabilitasiyası ilə sıxbağlı problemdir. Sosial reabilitasiyanın nəzəriyyə və praktikasında belə bir prinsip formalaşdırılmışdır: kor uşağın reabilitasiyası – onun hər şeydən əvvəl şəxsiyyətinin reabilitasiyasıdır. Soial-psixoloji reabilitasiya psixi funksiyaların, anadangəlmə kor, böyük kor və görmənin itirilməsi ilə bağlı pozulmuş şəxsiyyət və bütövlükdə adekvat davranış proseslərinin bərpası kimi başa düşülür. Reabilitasiya görməsi pozulmuşların ətraf mühitə adaptasiyasına yönəldilir və bu adaptasiya ilk növbədə görməyən insanın şəxsiyyət xüsusiyyətləri ilə bağlı olur. Reabilitasiya üç aspektdə fərqləndirilir:

  1. şəxsiyyətin əşya aləminə adaptasiyası;

  2. şəxsiyyətin sosial mühitə adaptasiyası;

  3. şəxsiyyətin öz “mən”inə adaptasiyası;



Yüklə 138,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin