məktəbəqədər yaş üçün nəzərdə tutulan təlim şəraiti;
korreksiya-inkişaf prinsipi əsasında xüsusi məzmunlu və metodlu təlim prosesi:
qüsurun spesifikliyini nəzərə almağa imkan verən tədris planı;
kollektiv və fərdi təlim üçün uyğunlaşdırılmış,müxtəlif səviyyəli proqramlar;
Psixi funksiyaların və hərəkət sahə pozulmalarının korreksiyası;
hərəkət sahəsinin
nitq sahəsinin
həm hərəkət, həm də nitq sahələrinin birgə pozulmaları aiddir.
II.Sosial-psixoloji blok.Məlumdur ki, məktəbəqədər və məktəb yaşı dövründə ətraf aləmin dərk edilməsi böyüklərin verdiyi tapşırıqlar və oyun fəaliyyətində həyata keçir. Tədqiqatlar göstərir ki, uşaqda oyun, onun fəallığının həyata keçirilməsi forması, həyat fəaliyyəti, şəxsi keyfiyyətlər formasıdır. Kor uşaqlar normal uşaqlar kimi oyunları çox sevirlər. Oyunlardakı icra olunan əməliyyatlar uşaqda dərk etməni inkişaf etdirir, bu cür əməliyyatları özünü tənzim əsasında yerinə yetirməyi öyrədir.Qeyd etmək lazımdır ki, oyunlar özünün əqli mahiyyətini kor uşaqlarda da saxlayır və onlar əşyaların bir çox xüsusiyyətləri ilə məhz oyun zamanı, onlardan birbaşa istifadə etməklə tanış olurlar. Oyunda iştirak etməklə kor uşaq əşyaları nəzərdən keçirtməyi baş verən dəyişiklikləri müşahidə etməyi, əşyaların xüsusiyyət və keyfiyyətlərini yadda saxlamağı öyrənır. Kiçik yaşlı uşaqlar məhz oyun prosesində hər şeyi daha yaxşı yadda saxlayırlar. Oyun zamanı kar uşağın aldığı təəssürat çox parlaq, xüsusi emosional xarakterə malik olur. III.Müalicə-bərpaedici blok. Bu bloka:
- tibbi terapiya işinin seçilməsi və aparılması;
- məktəbəqədər yaşlı kor uşaqda görmə qüsurunun müalicə-kompensasiya işi;
- kor uşaqlarda hərəkət imkanlarının yaxşılaşdırılması;
- məktəbəqədər yaşlı kor uşaqda məkanda bələdləşmə-kooordinasiya vərdişlərinin
yaradılması;
- məktəbəqədər yaşlı kor uşaq üçün fərdi və qruplarda müalicəvi idman və massaj,fizioterapiya işinin seçilməsi və aparılması;
- məktəbəqədər yaşlıı uşağın sağlamlığının möhkəmləndirilməsi,uşaq kollektivində sağlam mühitin yaradılması;