47.Görmə pozulması olan uşaqlarda təxəyyülün formalaşması 48.Xüsusi məktəbdə kor uşaqlarda təxəyyül surətlərinin yaradılması prosesi 49.Görmə pozulması olan uşaqlarda təxəyyül növlərinin inkişaf xüsusiyyətləri 20,23, 24 bax -duyğu və qavrayış
50.Görmə pozulması olan uşaqlarda fəaliyyət növlərinin inkişafı 51. Kor uşaqlarda əsas fəaliyyət növünün əşyavi məzmununun formalaşması 52. Görmə pozulması olan uşaqlarda fəaliyyətin idrak və davranışın inkişafında rolu Əvvəldə qeyd etdiyimiz kimi görmə qüsurlu uşaqların psixi inkişafı normal görənlərdə olduğu kimi hər bir yaşın aparıcı fəaliyyətinə və yaşa görə dəyişikliklərin ümumi qanunlarına uyğun inkişaf edir. Ağır görmə pozulması zamanı uşaqlarda fəaliyyətin formalaşması və inkişafı çox ləng gedir. Nəticədə görmə pozulması olan uşaqlarda aparıcı fəaliyyətin inkişafı bəzən uzun zaman çəkir. Bunun üçün görmə pozulması olan uşaqlarda, xüsusilə də korlarda hərəkət sahəsinin daha zəif və qüsurun hərəkət aktına mənfi təsirini nəzərə alıb, fəaliyyətin inkişafına yönəldilmiş xüsusi təlimin təşkil etmək tələb olunur. Normal görən uşağın həyatının birinci ilinin ortasında əşyavi fəaliyyətin formalaşması başlanır. Əl hərəkətlərinin tədricən instrumentallaşması və əşyaviləşməsi uşağın əqli fəaliyyətinə, davranış və ümumi inkişafına böyük təsir göstərir. Görən, eləcə də görməyən, kor uşaqlarda qavrayış proseslərinin intensiv inkişafı və təkmilləşməsi əşyavi fəaliyyətdə baş verir. Lakin kor və zəif görən uşaqlarda əşyavi fəaliyyətin özü çox ləng inkişaf edir və əşyavi fəaliyyətin formalaşması onun hərəkət komponenlərinin inkişafının gecikməsi ilə bağlı 3-4 yaşına qədər uzana bilir. Əşyavi fəaliyyətə yiyələnmə prosesində müşahidə olunan fəaliyyət, hələ tam əşyavi olmasa da, onun formalaşması üçün bir zəmin rolunu oynayır. Görmə qüsurlu uşaq görənlərdən fərqli olaraq uzun müddət əşyanı tutub saxlayır, əlindən vermir. Görən körpə əlindəki oyuncağı digərini gördükdə yerə qoyduğu halda, kor uşaqda bu stimul olmur. Bu barmaq hərəkətlərinin differensiyasını ləngitməklə yanaşı həm də, fəal duyğuların inkişafını da gecikdirir. Kor uşaqlarda ilkin spesifik manipulyasiya və ayrı-ayrı funksional fəaliyyət iki yaşından sonra meydana çıxmağa başlayır. 3 yaşın sonunda görmə qüsurlu uşaqların hamısında özəl aparıcı əşyavi fəaliyyətin yaranması və formalaşmaşı müşahidə olunmur. Lakin əşyavi fəaliyyət üçün bir zəmin yaranır. Uşaqlar əşyaların funksional təyinatını başa düşməyə başlayır, onlardan ən sadə və tez-tez praktik fəaliyyətdə istifadə etməyi öyrənirlər. Üç yaşına qədər görən həmyaşları ilə müqayisədə kor uşaq üçün çox çətin bir mərhələdir. Bu zaman uşaqlarda praktik ünsiyyət bacarığının inkişaf ləngliyi, bələdləşmə çatışmazlığı, ümumi motorikasının inkişafsızlığı müşahidə edilir. Bunlarla yanaşı görmənin itirilməsinin təsiri ilə yaranan ikinçili çatışmazlıqlar, birinci növbədə əşya fəaliyyə tinin inkişafsızlığı ilə ifadə olunmuş daha çox lənglik özünü göstərir. A.M.Vıitkovskaya kor uşaqlarda əşya fəaliyyətinin çətinlikləri ilə yanaşı, həm də onlarda fəaliyyətin müstəqil icra ləngliyinin olmasını da qeyd etmişdir. Məktəbəqədər yaşlı kor uşaqda əşyanın funksional təyinatı anlayışını ifadə edən nitqin pozulması əşya fəaliyyətinə, onun motivasiyasına təsir edir. Fəaliyyətin ən ağır komponentlərindən biri onun icra funksiyasıdır. Kor və zəif görən uşaqlarda fəaliyyətin icra çətinliyinin əsas səbəbi uşaqlarda əşya fəaliyyətinin kamil olmamasıdır. Uşağın əşya ilə fəaliyyət bacarığına yiyələnməsində onların böyüklərlə birgə fəaliyyəti böyük aparıcı rol oynayır. Böyüklərlə birgə fəaliyyəti zamanı görmə qüsurlu uşaqların müstəqil davranışında çox sadə və gərəkli vərdişlərin yaranması müşahidə edilir. Məktəbəqədər yaş mərhələsində konkret praktik fəaliyyətində nominativ, həm də ümumiləşdirici funksiya daşıyan nitqə istinad etməklə kor uşaqda ətrafındakı əşyaların qavranılmasında ümumiləşdirici vasitələr formalaşmağa başlayır. Məhz böyüklər və həmyaşları ilə nitqli ünsiyyət vasitəsi ilə məktəbəqədər yaşlı kor uşağa həm praktik inkişafda, həm də məkanda bələdləşmədəki geriləməni aradan qaldırmağa imkan verir. Praktik fəaliyyətə yiyələnmə prosesində kor uşağın əşyalar haqqında bilikləri mənimsəməsini və onların sözdə möhkəmlənməsini təmin edən nitqin nominativ funksiyasının inkişafı böyük rol oynayır. Kor uşağın oyun fəaliyyəti korluğun kompensasiya sisteminin əsas komponenti olan əşya aləminin obraz və təsəvvürlərini saxlamağa və onlardan istifadə etmə bacarığını təmin edir. Oyun fəaliyyətinin əsas tərkib hissəsi ətrafdakı sosial həyat haqqında bilik səviyyəsindən asılı olan süjet xəttidir. Oyun fəaliyyəti üçün əsas şərtlərdən biri kor uşaqların öz bədəninin motorikasına yiyələnmə, əşya ilə funksional fəaliyyətin başa düşülməsinin və onu praktik yerinə yetirmə bacarığının inkişafıdır.