14. Gözyaşı aparatının quruluşu və mexanizmi Gözyaşı aparatı.Gözyaşı aparatı gözyaşını ifraz edən hissədən və gözyaşının aparı-cı yollarından təşkli olunmuşdur. aparatı.göz yaşını ifraz edən hissəyə gözyaşı və-ziləri ,üst və tağ konyuktivasında yeləşən bir neçə krauz vəziləriı aiddir. Gözyaşı vəzisi – gözyuvasının üst çöl bucağında özünəməxsus çuxurcuqda yerləşmişdir. Vəzi iki hissədən: böyük gözyuvası hissə və bir qədər kiçik qapaq hissədən ibarət-dir.Hər iki hissənin axarı birləşmiş halda üst tağ konyuktivasının çöl hissəsinə açı-lır.Göz yaşı buradan konyuktiva kisəsinə tökülüb konyuktiva və buynuz qişanı nəmləndirir. Gözyaşının aparıcı yollara gözyaşı nöqtələri, gözyaşı kanalcıqları,gözyaşı kisəsi və gözyaşıburun axarı aiddir. Gözyaşı nöqtələri- alt və üst gözqapaqlarının iç bucağında,arxa qabırğada,gözyaşı gölcüyü ilə təmasda olur. Gözyaşı kanalcıqları alt və üst gözyaşı nöqtələrindən başlayaraq,şaquli istiqamətdə yerləşib, sonra üfüqü istiqamət alır.Burun tərəfə gedərək ya ayrı-ayrılıqda,ya da birləşərək ümumi bir axarla gözyaşı kisəsinin üst tərəfinə açılır. Gözyaşı nöqtələri və gözyaşı kanalcıqları dairəvi əzələdən ayrılan liflərlə əhatə olunmuşdur. Gözyaşı kisəsi aşağı iç kənarda özünəməxsus çuxurda yerləşmişdir.Kisənin yuxarı ,bağlı kənarı bir qədər enli,aşağı kənarı isə nazik olub gözyaşı-burun axarına keçir. Gözyaşı- burun axarı sümük kanaldan ibarət olub 12-14 mm uzunluğunda aşağıya doğru gedərək aşağı burun boşluğuna açılır.Kanalın iç səthini örtən selikli qişa isə burun boşluğu selikli qişasının ardıdır.Gözyaşı aparaıcı yollarda bir neçə qapaq vardır ki,bunlar gözyaşının ancaq bir istiqamətdə təmin edir. Gözyaşı vəzisinin ifrazı olan göz yaşı şəffaf,zəif qələvi mayedən ibarət olub,xüsusi çəkisi 1.008 –dir. Gözyaşının kimyəvi tərkibi 99% su,0,1-0,2 % zülal və 0,5 -0,8 % mineral duzlardan ibarətdir.Normada vəzi 24 saat ərzində 1sm 3 yaş ifraz edir.
Yaşaxmanın mexanizmi .Vəzilərdən hasil olmuş yaş konyuktiva kisəsinə tökü-lüb,göz qapaqlarının mimiki hərəkəti nəticəsində göz yarığının iç bucağı nahiyə-sində gözyaşı gölcüyünə toplanır.Göz qapaqlarının açdıqda yaş kanalcıqlarını əhatə edən elastiki toxuma onların keçirici hissələrini genişləndirir,yaş göz yaşı nöqtələrindən kanalcıqlara keçir.Həm kanallarda yaşın istiqamətinə görə və həm də dairəvi əzələnin təqəllüsü zamanı göz yaşı kisəsinin ön divarı aralanır və kisədə əmələ gələn sorucu qüvvə sayəsində yaş kisəyə dolur.Əzələnin təqəllüsü boşaldıqda kisə qapanır və gözyaçı burun axarına ,oradan da burun boşluğuna tökülür.