Görmə orqanının yaşla əlaqədar inkişafı. Göz alması şar şəklində olub, yeni doğulmuş uşaqlarda uzunluğu exobiometriya ölçülərinə görə 16,2 mm-dir. Yeni doğulmuş uşaqlarda göz almasının xarici qişasının 9/10 hissəsini qeyri-şəffaf sklera, 1/10 hissəsini isə şəffaf buynuz qişa təşkli edir. Xarici qişanı quruluşuna görə beynin sərt qişası ilə müqayisə etmək olar. Belə ki, həmin qişa beynin sərt qişası kimi mühafizə rolunu oynayır, göz almasının formasını, həcmini və tonusunu sabit saxlayır və eləcə də göz alması əzələlərinin bağlanması üçün bir məkan yaradır. Yeni doğulmuş uşaqlarda torlu qişa hər yerdə 10 qatdan ibarətdir. Bunların xarici dörd qatı torlu qişanın şüa qəbul edən hissəsi, qalan altı daxili qatı isə beyin qatları hesab olunur. Bir yaşa qədər uşaqlarda torlu qişa nazilir. Yeni doğulmuş uşaqlarda görmə siniri məməciyi 0,8 mm diametrdə, kül rəngdə, hüdudu aydın olur, böyüklərdə isə onun diametri 2 mm-ə çatır, açıq- çəhrayı rəngdədir və hüdudu daha aydındır.
13. Görmə siniri və göz qapaqlarının quruluşu Görmə siniri. Görmə siniri lifləri gözün tor qişasının, qanqlion hüceyrələrinin silindirlərindən başlayaraq, məməcik nahiyəsində toplanıb, skleranın xəlbirvari səhfəsindən gözyuvasına keçərək, orada mielin pərdəsi ilə örtülür və görmə siniri adlanır. Görmə siniri gözyuvasına daxilində dairəvi kəndirə bənzəyib, qalınlığı qişaları ilə birlikdə 4,5-5 mm,uzunluğu görmə çarpazına qədər 4,5-5,0 sm olur.Burada görmə siniri beyin qişalarının davamı olan 3 qişa : sərt qişa, hörümçəyəbənzər qişa və yumşaq qişa ilə örtülür. Göz alması arxasında sərt qişanın lifləri skleranın lifləri ilə birləşir və görmə dəliyi nahiyəsində sümüküstlüyünə keçir. Yumşaq qişa qişalar arası sahə, beyin qişalararası sahənin davamı olub, subdural və subaraxnoid sahə adlanır. Göz almasından12-15 mm arxada, tor qişa mərkəzi arteriyası və venası aşağı hissədən sinirə daxil olub, önə doğru gedir, göz almasına keçir. Tor qişanın mərkəzi damarları görmə sinirinə heç bir şaxə vermir. Görmə sinirinin arxa hissəsi küllü miqdarda damar şaxələri ilə təchiz olunnur və beyin əsasına keçir. Görmə siniri bir neçə hissədən ibarətdir: 1. Görmə siniri məməciyi. 2. Yukstabulbar hissə. 3. Retrobulbar hissə. 4.İntrakanalikulyar hissə. 5. Beyin hissə.arteriyasının görmə sinirinin beyin hissəsi çox qısa olub, ancaq yumşaq qişa ilə örtülür. Hər iki gözün görmə siniri türk yəhəri nahiyəsində hissəvi çarpazlaşıb görmə çarpazını əmələ gətirir. Çarpazda yalnız tor qişanın iç yarığından gələn liflər iştirak edir. Torlu qişanın bayır yarısından gələn liflər eyni tərəfin görmə yolunda, iç yarısından gələn liflər isə əks tərəfini görmə yolunda iştirak edir.Hər iki tor qişanın sağ tərəfindən gələn liflər sağ görmə yolunda qalıb, sağ yarımkürəyə keçir.Sol yarısın-dan gələn liflər isə sol görmə yolunda qalıb, sol yarımkürəyə keçir. Görmə çarpazından çıxan görmə yolları hər iki beyin yarımkürəsində, birincili görmə mərkəzində nəhayətlənir. Torlu qişada onun bütün sahələrindən sinir liflərinin toplandığı nahiyə görmə siniri məməciyi adlanır.Normada görmə siniri məməciyi azca oval şəklində olub,tor qişa mərkəzindən 3-4 mm bu-runa doğru tor qişa ilə bir səviyyədə yerləşir. Məməciyin mərkəzində tor qişanın mərkəzi vena və arteriyası görünür ki,bu da 2 hissəyə: aşağı və yuxarı ,onlar da hərəsi iki hissəyə ic və xaric tərəfə bölünməklə getdikcə daha xırda şaxılırı parçalanır və tor qişa qatlarına yayılır.Məməcik onu əhatə edən sahə-yə nisbətən azca açıqçəhrayi rəngdə olur,hüdudu isə aydındır.