Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Görmənin fizioloji və psixoloji funksiyaları



Yüklə 138,05 Kb.
səhifə4/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   2   3   4   5   6   7   8   9   ...   22
görme imtahan cavabları (1)-1

Görmənin fizioloji və psixoloji funksiyaları

8.Görmənin yaşla bağlı inkişafı
Tədqiqatçıların fikrinə görə, görmə qüsurlu uşaqlar elə ilk yaşam günlərindən sensor çatışmazlıqları səbəbindən normal görənlərlə müqayisədə sürət və keyfiyyətinə görə özünəməxsus psixi inkişaf yoluna qədəm qoyurlar. Lakin 2-3 aylıq körpənin davranış və inkişafının müşahidələri göstərir ki, onlar bu yaşda olan həmyaş görənlərdən reaksiya və davranışlarına görə bir o qədər də fərqlənmirlər. Qeyd etmək lazımdır ki, kor və zəif görən uşaqlar da normal görənlər kimi anadan olduqları andan kəskin səslərə, 3 həftəsində uca səslərə, 1 ayın tamamında insan səsinə reaksiya verir və 3 ayında isə ona müraciət olunan nitqə gülümsəmə, səs çəxartma və əl-ayaq hərəkətləri ilə cavab cavab verməyi bacarırlar. Lakin görən uşaqlardan fərqli olaraq, görmə qüsurlular eşitdiyi informasiyanı istifadə etməkdə, təhlil, yadda saxlamaqda seçim etməkdən daha çox asılıdırlar. Bu uşaqlarda differrensasiyallaşmış eşitmə qavrayışının inkişafı təqribən 5 ayında, əşyaları səsli əlamətlərininə görə seşmək və differensasiya etmək bacarığı yarandığı vaxta təsadüf edir. Görmə qüsurlu uşaqlarda səs qıcıqlandırıcılarının ətrafdakıların müəyyən hərəkətlərinin işarəsi kimi formalaşması üçün mütləq onlarda hissi əşyavi sahə qavrayışının yaradılmalıdır. Çünki hissi əyavi sahə qavrayışının gec yaranması kor uşaqlarda hərəkət bacarıqları və duyğularının da gec, ləng yetişməsinə və inkişafına səbəb olur. Amerikalı kor psixoloq qeyd edirdi ki, görməyən uşaq eşitdiyi səslə səslənən obyekt arasında əlaqəni yaratmaq üçün uzun bir yol keçməlidir. Ağır görmə qüsurları olan uşaqlarda görənlərlə müqayisədə hərəkətin inkişafındakı geriləmə uşaq anadan olduqdan sonra birdən-birə deyil, tədricən baş verir. Beləliklə də, erkən inkişaf mərhələsində görmənin olmaması və ya uşağın 3-4 ayında pozulmaları hərəkətin və duyğuların inkişafına bir o qədər də mənfi təsir göstərmir. Hərəkət sahəsinin yetişməsi, əllərin inkişafı, əşyaları tutmaq və buraxmaq bacarığı görmənin bu aktlarda iştirakından asılı olmayaraq formalaşır. Əşyalarla manipulyasiya uşaqda hərəkəti inkişaf etdirir. Normal görən uşağın göz və əllərinin koordinaslyası üçün daha üstün şəraitə: oturaq vəziyyətə keçməsi, hərəkətin kootdinasiyasında görmənin rolunu daha da artıraraq, görmə ilə yeni əlaqələrin yaranmasına səbəb olur. Görmə qüsurlu uşaqda isə hərəkətin görmə ilə koordinasiya və korreksiya funksiyasının yoxluğu barmaqların xırda hərəkətlərinin inkişafını ləngidərək əllərin koordinasiya inkişafında geri qalmalara səbəb olur. Nəticədə uşaq passivləşərək tutmaq üçün əlini əşyaya uzatmayacaqdır. Görmə təəsüratlarının olmaması ilə bağlı görmə qüsurlu körpələrdə psixi fəallığın azlığı, onun psixi inkişaf tempini çətinləşdirən, görənlərin inkişaf səviyyəsindən geri qalmasına gətirib çıxaran əsas amildir. Körpənin erkən yaş dövründə aparıcı fəaliyyəti böyüklərlə ünsiyyətdə ətraf aləm haqqında bliklərə yiyələnməsi prosesidir. Görmə qüsurlu körpələrdə fəallığın nəzərə çarpacaq dərəcədə aşağı olması, böyüklərlə ünsiyyət çətinliyinin yaranmasına səbəb olur. İlk aylarda kor və zəif görən körpələrdə ünsiyyətin inkişafı eyni ilə görən uşaqlar üçün olan vəzifə, üsul və metodlarla həyata keçirilir. Tumarlama, mehriban səs, xoş olan istilik duyğusu, ananın qoxusu və bəd ninə toxunuş həmin qeyd etdiyimiz stimullardan biri kimi qavranılıb və cavab reaksiyası yarada bilər. Beləliklə, həyatının birinci yarım ilində kor uşağın inkişafı özünəməxsus şəklidə, psixi funksiyalar qeyri-mütənasib inkişaf edir. Ağır görmə qüsurlu uşağın psixi inkişafındakı ciddi və dərin ləngimələr, onlarda ətraf aləm haqqında təsəvvür və biliklərin çox kiçik həcmdə olması, sözlərin məhdud başa düşülməsi, sözləri müşaiyət edən konkret anlayışların yoxluğu, hərəkətlərin az inkişafı, məkanda zəif bələdləşmə ilə xarakterizə olunur. Altı aydan sonra görmə qüsurlu uşaqlar normal həmyaşları ilə müqayisədə inkişafda daha çox geri qalmağa başlayırlar. 3-4 yaşına qədər bəzi görmə qüsurlu uşaqlarda inamsızlıq müşahidə olunur, onlar yeriş zamanı pəncəyə istinad edir, bədənin kütləsini pəncədən dabana keçirtməyi bacarmır və ayağı digər ayağa yaxın qoyub kiçik addımlarla yeriyirlər. Uşaqlarda yerişin formalaşma çətinliyi bir çox tədqiqatçılar tərəfindən də qeyd edilmişdir. Hərəkətin formalaşmasının ləngiməsinə səbəb görmənin zəifləməsi və ya olmamasıdır. Görmə qüsurlu uşaq uzun zaman məkanda hərəkətdə müstəqil ola bilmir, nəticədə ətraf aləmi qavramaqda kifayət qədər fəallıq göstərmir. Hərəkətin yerinə yetirilməsinin özü belə ciddi korreksiyaya ehtiyac duyur və korluğun və zəif görmənin kompensasiyası üçün baza rolunu oynaya bilmir. Kor və zəif görən uşaq özünə diqqət cəlb etmək bu və digər əçyanı əldə etmək üçün nitq səsləri və sözlərindən istifadə edirlər. Böyüklərin çağırışı və onların emosional buna müna sibəti səs və sözlərin qavranılmasını və tələffüzünü stimullaşdırır. Söz mənalarının başa düşülməsi kor və zəif görən uşaqlarda bir neçə mərhələdə baş verir. Kor uşaq 1,5 – 2 yaşında əsas ünsiyyət vasitəsi kimi inkişafetdirici nitqdən istifadə etməyə başlayır. Aktiv nitqli ünsiyyət lüğətin zənginləşməsinə və nitqin qramatik quruluşunun təkmilləşməsinə gətirib çıxarır. Böyüklərin uşaqlarla birgə əşya fəaliyyəti zamanı həm əşya, həm də fəaliyyətin sözlə müəyyənləşdirməsi bir tərəfdən kor uşağa mənimsədiyi sözlə onu əhatə edən ətraf aləmdəki konkret əşyaları müqayisə etməyə, digər tərəfdən isə əşyalarla fəal təmasda əşya aləmini dərk etməyə stimullaşdırır. Sözlü ünsiyyət prosesi əşya fəaliyyətini sürətləndirir, həm də onun təkmilləşdirməyə imkan verir. Bütün fəaliyyətini nitqlə müşaiyət etməklə zəif görmə və ya korluq nəticəsində pozulmuş motorokanın inkişafı üçün korreksiya vasitəsi kimi nitqdən istifadə etməyə imkan verir. Bu zaman kor uşaqların aparıcı fəaliyyəti böyüklərlə ünsiyyət olur.


  1. Yüklə 138,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin