Orta damarlı qişa 3 hissədən ibarətdir: 1) qüzehli qişa; 2) kiprikli cisim; 3) xüsusi damarlı qişa; 1.Qüzehli qişa damarlı qişanın ön hissəsini təşkilr. Qüzehli qişanın ortasında olan dəlik bəbək adlanır. Bəbək onun ətrafında olan iki növ əzələ vasitəsi ilə genəlib daralır və gözə düşən şüaların miqdarını tənzim edir. Uşaqlarda bir yaşa qədər bəbəyin diametri 2 mm-dir, işığa reaksiyası zəifdir. Gənc yaşlarda bəbək genəlir, işığa reaksiyası canlı olur, qocaldıqda isə bəbək yenidən daralır və işığa qarşı reaksiyası zəyifləyir. Bəbək isə çox həssas bir aparat olub, hər hansı bir psixi emosiya təsirindən (qorxu, sevinc): mərkəzi sinir sistemi xəstəliklərində, daxili orqanların xəstəliklərində, uşaq infeksiyalarında reaksiyası dəyişir .Qüsehli qişa qan damarları ilə zəngindir. 2. Kiprikli cisim ön tərəfdə nisbətən qalın, 1mm-ə qədər olur, arxaya getdikcə isə nazikləşir. Onun ön tərəfində əzələ lifləri yerləşir. Bunların bir hissəsi halqa şəklində kiprikli cisimi əhatə edir və Müller lifləri adlanır. Gözün hərəki siniri ilə innervasiya olunur. Kiprikli cisimin daxili səthində 70-ə qədər kiprikşəkilli çıxıntılar vardır. Kiprikli cisim –epitel hüceyrələri və piqmentlə zəngin olub, gözün daxili mayesinin əmələ gəlməsində fəal iştirak edir. Kiprikli cisim üçlü sinirin şaxələri ilə zəngin olduğu üçün onun iltihabı da çox ağrılı keçir. 3. Xüsusi damarlı qişavə ya xovlu qişa kiprikli cismin davamı olub. Xüsusi damarlı qişa və ya xovlu qişanın qalınlığı 0,8 mm-dir.
3. Torlu qişa göz almasının daxili qişası olub. Torlu qişa ön beyin qovuğundan inkişaf edir. Rüşeym dövründə əvvəlcə torlu qişa, sonra isə damarlı qişa inkişaf edir. Hər iki qişa bir-biri ilə sıx əlaqədə olub, görmə funksiyasında iştirak edir. Torlu qişa üç əsas spesifik görmə neyronlarından təşkil olunmuşdur: I neyron - pereferik neyron, əsasən kolbacıq və çubuqcuqlarda ibarətdir. Kolbacıq və çubuqcuqların nüvələri və çıxıntıları bir-birindən ayrı yerləşib tor qişanın xüsusi qatlarını təşkil edir. Çubuqcuqlar yüksək həssaslığa və qaranlıqda görmə funksiyasını malikdir. Onların miqdarı 130.000 000 qədərdir. Mərkəzi hissədə isə çubuqcuqlar tək-tək olur. Kolbacıqlar həm mərkəzi görməni, görmə itiliyini, həm də rəng duyğusu funksiyasını yerinə yetirir. II neyron – bipolyar hüceyrələr qatıdır. Bu hüceyrələrin iki çıxıntısı var ki, bir tərəfin çıxıntıları kolbacıq və çubuqcuqlarla, digər çıxıntıları isə ücüncü neyronla əlaqələnir. Bipolyar hüceyrələrin miqdarı kolbacıq və çubuqcuqların miqdarına nisbətən azdır. Ona görə də bipolyar hüceyrə bir neçə çubuqcuq hüceyrələri ilə əlaqədaq olur, lakin bir kolbacıq bir bipolyar hüceyrə ilə birləşir. III neyron – qanqlioz hüceyrələrdən təşkil olunmuşdur. Qanqlioz hüceyrələr, bir tərəfdən qısa dendridlərə malikdir ki, bunlar vasitəsi ilə bipolyar hüceyrələrlə əlaqələnir. Digər tərəfdən isə, uzun silindrik çıxıntılara malik olub, tor qişanın daxili qatını-sinir lifləri qatını əmələ gətirir.
Göz almasının daxilində olan şəffaf cisimlərdən biri bullurdur. O, şəffaf, şüasındırma qabiliyyətinə malik, iki tərəfi qabarıq linzaya bənzər bir cisimdir. Şüa sındıranlar içərisində buynuz qişadan sonra ikinci yeri tutur. Bülluruun kimyəvi tərkibi 62%-ni suda həll olunmuş zülal, 17%-ni həllolmayan zülalı maddələr, 2%-ə qədəri isə mineral duzlar təşkil edir. Yaşdan asılı olaraq büllurun tərkibindəki züllaların münasibəti dəyişir. Gənc yaşlarında büllurun kütləsi yumşaq, elastiki olur. Getdikcə büllurun qabıq hissəsi öz elastikliyini itirərək sərtləşir, azalır, nüvə hissəsi isə böyüyür. 65 yaşlarında artıq sərt nüvədən ibarət olur. Bununla əlaqədar büllurun akkomodasiyası 40 yaşından başlayaraq, get-gedə azalır, 65-70 yaşında tamamilə itir. Yeni doğulmuş uşaqlarda büllur kürrəyəbənzər şəkildə olub, qalınlığı 4 mm-ə çatır. Yaşa dolduqca isə yastılaşıb ikitərəfli qabarıq linza şəklini alır. Uşaqlarda büllurun tərkibi 65% su, 30% suda həll olunmuş zulallardır. 20 yaşından başlayaraq, büllurun tərkibi dəyişir, suda həll olunmayan zülalların miqdarı artır. Büllurda qan damarları və sinir lifləri olmadığı üçün iltihabi xəstəliklərə və şişlərə təsadüf olunmur.