Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Görmə funksiyalarının müayinə üsulları



Yüklə 138,05 Kb.
səhifə11/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
görme imtahan cavabları (1)-1

Görmə funksiyalarının müayinə üsulları

Sağlamlıq imkanları məhdud uşaqlar qrupuna görmə məhdudiyyətli uşaqlar da daxil edilir. Görmə qüsurunun müayinəsi oftalmoloqa məxsusdur. Görmə qüsurlu uşaqlarla tiflopedaqoq (görmə problemli şəxşlərlə işləyən pedaqoq) məşğul olur. Görmə fəaliyyətinin pozulması ətraf mühitin qavranılması imkanlarını məhdudlaşdırır. Uşağın psixi inkişafında görmə analizatorunun rolu böyükdür. Görmə fəaliyyətinin pozulması ətraf mühitin qavranılma imkanlarını məhdudlaşdırır. Görmə analizatorunun anadangəlmə pozulması müxtəlif patogen xarakterli mənfi təsirlər nəticəsində yaranır. Bu embrional inkişaf mərhələsində (toksoplazmoz, müxtəlif infeksiyalar, iltihabı proseslər və s.) və ya genetik amillər nəticəsində yaranır. Korluq – hər iki gözün müalicə olunmaması nəticəsində görmənin ikitərəfli itirilməsidir. Korluğun müxtəlif dərəcələri fərqləndirilir: • Tam (total) korluq – bu, görmə qabiliyyətinin tamamilə olmamasıdır; • Praktik korluq – bu, sağlam görmə qalığının olmasıdır. Qeyd etmək lazımdır ki, bir çox kor uşaqlarda görmə qalığı sağlam olur. Kor uşağın fiziki və psixi inkişafı üçün görmə qüsurunun yaranma vaxtının faktoru böyük əhəmiyyət kəsb edir. Uşaq nə qədər erkən kor olubsa, o qədər onun çatışmazlığı, psixofizioloji xüsusiyyətləri və özünəməxsus inkişafı gözə çarpır. Görmə qüsurunun ağır formaları hərəkət vərdişlərinin formalaşmasına mənfi təsir göstərir. İdrak proseslərinin ali formalarının inkişafı (diqqət, məntiqi təfəkkür, nitq və yaddaş) kor uşaqlarda normal keçir. Kor uşaqlarda söz bilikləri ilə konkret təsəvvürlərin arasındakı düzgünlük çətinliklə formalaşır. Brayl əlifbası vasitəsi ilə onlar təhsil ala bilir. Kor uşaqlardan fərqli olaraq zəifgörən uşaqların görmə analizatorunda müxtəlif pozulmalar var. Bundan əlavə zəifgörən uşaqları korlardan davranış xüsusiyyətləri də fərqləndirir, onların xarakterində müxtəlif mənfi cəhətlər büruzə verilir. Bu çatışmazlıqlar təlim, oyun və ünsiyyət proseslərində olan müvəffəqiyyətsizliklərlə izah olunur. Buna əsas olaraq zəif görən uşaqlar xüsusi şəraitdə təlim-tərbiyə almalıdırlar.



  1. Yüklə 138,05 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin