Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan; 1)Uşaq psoxologiyası nəyi öyrənir?
2)İnsan psixikasının ontogenezdə inkişafının şəraiti və hərəkətverici səbəbləri.
3)Uşaq psixologiyasının başqa elmlərlə əlaqəsinin onun inkişafına təsiri.
4)Uşaq psixologiyası—yaş psixologiyasının 1 sahəsi kimi.
Uşaqlıq dövrü hər1 insanın həyat yolunun,fərdi inkişafının başlanğıcı və əsasıdır. O,insanın ontogenezdə inkişafının şərti qəbul edilmiş digər mərhələlərinə nəzərən coşğun, tez 1 tərzdə ötüb keçir.” Hər şey uşaqlıqdan başlanır” fikri bu yaş dövrünün insanın həyatı və taleyində həlledici rol oynadığını 1daha təsdiq edir. Uşaqlıq dövrü insanın şəxsiyyət kimi təşəkkülünün, sosial dəyərləri mənimsəməsinin məhsuldar dövrüdür. Dilindən dinində və irqi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlarda psixika eyni qanunauyğunluqlar əsaında inkişaf edir. Dünyanın müxtəlif coğrafi ərazilərində yaşamasından asılı olmayaraq. bütün uşaqlar öz inkişafında çağalıq, körpəlik, m\qədər uşaqlıq, kiçik məktəb yaşı, yeniyetməlik və erkən gənclik kimi mərhələlərdən keçir. Onların hamısında inkişaf böhranlı və stabil olmaqla 2əsas cəhətlə xarakterizə olunur.
Elmi pedaqogikanın banisi Y. A. Kominski uşaqları “valideynləri bölünməz sərvəti”, M. Qorki “torpağın canlı çiçəkləri”adlandırmış, A.N.Leontyev uşaqlıq dövrünü “faktiki olaraq şəxsiyyətin ilkin təşəkkülü”dövrü hesab edirdi. Qədim dövlərdə uşaqlara qarşı etinasızlıq hökm sürür,onlrın doğulması və ölümü təbii hal hesab olunurdu. Bəşəriyyət inkişaf etdikcə elmi-texniki və mənəvi tərəqqi genişləndikcə, uşaqlara qayğı cəmiyyətin predmetinə çevrilmiş, onların qanuni hüquqları təmin edilmişdir. İlk dəfə 1924cü ildə Millətlər cəmiyyəti (liqası) “Uşaq hüquqları haqqında ”Cenevrə deklarasiyasını qəbul etmişdir. 1945ci ildə, BMT yarandıqdan sonra uşaq hüquqları məsələsinə diqqət daha da artmış Beynəlxalq uşaq yardımı fondu –YUNİSEF—yaradımışdır. 1949cu ildə qadınların Beynəlxalq Federasiyası 1iyunu “Uşaqların beynəlxalq müdafiə günü” kimi qeyd etmək qərarına gəlmişdir. 1959 cu il noyabrın 20-də BMTnin baş assambleyası “Uşaq hüquqları haqqında ”Deklarasiya qəbul etmişdir. 1989cu il noyabrın 20-də “Uşaq hüquqları haqqında ” Konvensiyanın qəbul edilməsi uşaqların hüquqlarının genişləndirilməsi ilə yanaşı, onların hüquqlarının beynəlxalq aləmdə qorunmasına etibarlı təminat yaratmışdır. Müasir statistikaya görə Yer Kürəsi əhalisinin 2,2 mld nəfəri uşaqdır.
Beləliklə uşaq psixologiyası uşağın psixi inkişafının faktlarını və qanunauyğuluqlarını öyrənir. Uşaq psixologiyası yaş psixologiyasının 1sahəsi olub fərdin inkişafının ilkin mərhələlərindən, m\qədər və kiçik məktəb yaşının psixoloji xüsusiyyətlərindən bəhs edir. Bu baxımdan onun məqsəd və vəzifələri, tədqiqat metodları arasında yaxınlıq vardır.Yəni uşaq psixologiyası yaş psixologiyasından ayrılmaqla insanın ontogenetik inkişafının 15 yaşa qədər olan dövrünü öyrənir.
--Psixikası ( idrak prosesləri,emosional və iradi proseslər) və psixologiyasının( şüur, şəxsiyyət, fəaliyyət, ünsiyyət, davranış, motiv, maraq, intellekt vəs ) faktlarını, qanunauyğunluqlarını, mexanizmlərini;
--Böhran mərhələlərinin xüsusiyyətlərini;
--Şəxsiyyətin yaş dinamikasını;
--Psixi proses,hallar və xassələrin ontogenezini;
--Bu yaş mərhələləri üzrə insanın fərdi xüsusiyyətlərini və onlarda gedən dinamik dəyişmələrin xarakterini ;
--İtellektual davranışın və fəaliyyətin xüsusiyyətlərini;
--İnsanlarla qarşılıqlı münasibətlərini və ünsiyyət tərzini;
--Şəxsiyyətin strukturunu vəs öyrənir.
--Vəzifələri—Uşaqlıq dövründə inkişafın keyfiyyətlərinə xüsusi diqqət yetirilir, tər biyə işində dinamik inkişafı şərtləndirən 1sıra mühüm amillər ön plana çəkilir.
--Fərdin təbii imkanları—
--Yaşadığı cəmiyyətdə mövcud olan ideologiya;
--İnsanlar arasında qarşılıqlı təsirin xarakteri, ictimai-iqtisadi, ailə və qrup münasibətləri;
--Regional şərait( iqlim, relyef, təbiət), insanın mənsub olduğu millətin etnik xüsusiyyətləri
Hal-hazırda uşaq psixologiyası qarşısında həlli vacib olan 1sıra mühüm vəzifələr qoyulmuşdur;
--Uşaqlığın müxtəlif mərhələrində psixloji yaşın xüsusiyyətlərini öyrənməklə ontogenetik inkişafın psixometrik ölçülərini müəyyənləşdirmək;
--Şəxsiyyətin inkişafının dinamikasını izləməklə onun müx. komponentlərinin; hiss və emosiyalar,xarakter,qabiyyət,iradə,intellekt,mənəvi keyfiyyət,motiv və maraqların xüsusiyyətlərini araşdırmaq.
--Sosial-əxlaqi,təlim motivlərinin məzmununu,motivlərin differensiallaşması şərtlərini öyrənmək”
--Uşağın yaşlı və yaşıdlarla qarşılıqlı münasibətlərinin,bu münasibətlərin psixoloji inkişafla qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini öyrənmək;
--Uşaqlığın bütün mərhələlərində onların tərbiyəsi və təliminin psixoloji məs.vəs. tədqiq etmək;
--Uşaqların təlimə hazırlaşmasının psixopedaqoji şərtlərini müəyyənləşdirmək
Ontogenezdə inkişaf dedikdə insan anadan olandan ölənə qədər psixikasının inkişaf gedişatı nəzərdə tutulur.Uşağın psixikasına təsir edən amillər;
--1)—İrsiyyət—Sinir sisteminin tipi,temperamentin tipi və təbii imkanlar.
--2)—Sosial mühit.—3)—Təlim tərbiyə---4)—Uşağın fəallığı və ya özünün mövqeyi.
Uşaq psixologiyasının bölmələri.—Uşaq psixologiyası 2əsa istiqamətdə inkişaf etmişdir.
1—Nisbətən səmərəli elmi metodikanın axtarılması və bunların köməyi ilə uşağın psixi inkişafını öyrənmək.
2—Psixi inkişafın mənbəələrini axtarmaq.
Mövzu---Uşaq psixologiyasının tədqiqat metodları.
Plan;1) Uşaq psixologiyasının metodoloji prinsipləri.
2)Klassik metodlar; müşahidə və onun növləri;eksperiment və onun növləri.
3)Müsahibə,anket,fəaliyyət məhsullarının təhlili.
4)Müasir metodlar;intervyü,sosiometriya,referentometriya,testləşdirmə.psixoqrafi ya metodu.
5)Uşaqların tədqiqndə proyektiv metodlardan istifadə.
Uşaq psixologiyasının tədqiqat prinsipləri aşağıdakılardır;
1—Hər şeydən əvvəl psixi hadisələr obyektiv şəkildə yəni necə varsa eləcədə öyrənilməlidir.Uşağın fərdi psixi xüsusiyyətləri müəyyən təbii və sosioloji şəraitdə, fəaliyyətlə qarşılıqlı əlaqədə tədqiq edildikdə ondan alınan elmi nəticələrdə elmi dəqiq və səhih olur.
2—Psixoloji tədqiqatların əsas prinsiplərindən 1də psixi hadisələri dinamikada, inkişafda öyrənməkdən, onları proses kimi nəzərdən keçirməkdən ibarətdir. Təbiət və cəmiyyətdəki hadisələr kimi psixi hadisələr də dialektik vəziyyətdə, daxili ziddiyyətlərin mübarizəsi şəraitində daim təkmilləşib inkişaf edir, köhnə məhv olur, yeni meydana gəlir. Məhz buna görədə hər 1valideyn, müəllim. tədqiqatçı dünyaya yeni gələn uşağın gələcəyini indidən görməli, onu hərtərəfli inkişaf etmiş 1şəxsiyyət kimi yetişməsinə çalışmalıdır.
3—Psixi hadisələri öyrənərkən anakitik-sintetik prinsipdə böyük əhəmiyyət kəsb edir.Adətən uşaq şəxsiyyəti tədqiq edilərkən onun müxtəlif xüsusiyyətləri,psixi prosesləri ayrı-ayrılıqda qavrayışı,təfəkkürü vəs təcrid edilmiş halda öyrənilir.Bu analitik istiqamətdə tədqiqetmə prinsipi adlanır.Həmin prinsip tədqiqatçıya müəyyən məlumat verir.Lakin burada sintetik prinsipdən istifadə olunmazsa uşaq şəxsiyyəti haqda tam,dolğun məlumat əldə etmək mümkün deyil.Odur ki,sintetik prinsipdən istifadə edib psixi hadisələri tam,dialektik vəhdət halında araşdırıb öyrənirlər.
Uşaq psixologiyasında determinizm,tarixilik,fəaliyyət,psixikanın sosial təbiətə malik olması,xarici praktik fəaliyətlə daxili praktik fəaliyətin vəhdəti prinsiplərindəndə istifadə olunur.
Psixoqrafiya metodu—Yaşlılar kimi uşaqlarda şüurlu informasiya daşıyırlar.Bu informaya həm onların filogenetik,həmdə ontogenetik həyatını əhatə edir.Şüuraltı informasiya orqanizmdə baş verən hər şeyi,hansı orqanların,fizioloji qüsurların,toxumaların,hüceyrələrin zədələnməsini vəs.qeydə alır.yadda saxlayır və xatırlayır.Yalnız şüuraltı ilə şüurlu şəkildə əlaqə quraraq oradan lazım olan infirmasiyanı almaqla etibarlı məlumatlar əldə etmək mümkündür.Bnun üçün uşaqlara istədikləri şəkli çəkmək təklif edilir.Çəkilmiş şəklin nəyə isə oxşaması vacib deyildir.Bu yaxşı çəkilmiş təsvir də ola bilər,adi cızma-qarada.Burada əsas məsələ interpritasiyadır.Yaxşı interpritasiya üçün simvolika haqqında klassik və müasir nəzəriyyələrlə tanışlıq vacibdir.
Məs.uşaq refleksivlik baxımından normal inkişaf edib,lakin onun insanlarla münasibətində problemlər var;aqressivdir,adama yovuşmazdır,verilən tapşırığı yerinə yetirməkdən imtina edir. Ola bilsin ki bu psixoloji zəifliyin səbəbi nə valideynə, nə də uşağın özünə aydın deyil. Onlar uşağın bu vəziyyətinə--gərginliyə adi hal kimi yanaşır, gələcəkdə yarana biləcək problemlərdən narahat olmurlar. Psixoqrafik təsvir bu amili dəqiq göstərir. Uşağın təsvirləri şüur və şüuraltı ilə bağlı bizi maraqlandıran informasiyanı verir.
V.Bexterev, M.Seçenov, E.Max, V.Ştern və b.rı bu metoddan ilk dəfə istifadə etmiş tədqiqatçılardır. Hazırda psixoqrafiya metodu uşaqların psixikasının və şəxsiyyətinin öyrənilməsinə özünəməxsus yanaşma kimi aktuallaşmışdır. Və son dövrlərdə onun yeni nümunələri yaranmaqdadır. Bu uşaqların psixi enerji informasiyanı qeydə almaq yolu ilə həyata keçiriln diaqnostik metoddur. Bu metodun köməyi ilə mental sahədə( hafizədə) saxlanan obrazlar qrafik yolla təsvir edilərək psixikanın real vəziyyəti haqqındakı şüuraltı təsəvvürləri öyrənilir. Psixoq rafiyanın köməyi ilə enerji yazısını şərh etmək, ali şüurun yaratdığı şəxsiyyət xüsusiyyətlərini öyrənmək imkanı yaranır.
Üstün cəhələri—fikrini ifadə edə bilməyən,bunun üçün çətinlik çəkən,xüsusilə danışmağı bacarmayan, dil bilməyən, yaxud nitqini, eşitmə qabiliyyətini itirmiş, anadangəlmə lal-kar olan uşaqlar haqqında informasiya almaq mümkündür. Eləcədə onun tətbiqi zamanı uşaqların çətin tədqiq olunan keyfiyyələrinin aşkar olunması, yaxud məkəəbə psixoloji hazırlığında problemləri olan uşaqları obyektiv, hərtərəfli analiz imkanları genişlənir. Psixoqrafiyanın diqqəti cəlb edən aspektlərindən 1də onun sürəti və etibarlılığıdır. Bu metod yalnız psixi problemlərin öyrənərək korreksiya olunmasına da kömək edir.
Uşaqların tədqiqində yeni istiqamət adlandırılan transpersional psixologiyanın metodları içərisində proyektiv meodikalar üstünlük təşkil edir. Proyektiv metodlar həm empirik, həmdə müasir metodlara aid edilir. Uşaqlarla işləyərkən bu metodlar tətbiq olunduqda 1tərəfdən mümkün psixoloji gərginliklər təcrid olunur. digər tərəfdən psixikanın daha dəqiq öyrənilməsi və korreksiyası üçün dəqiq məlumat əldə olunur. Proyektiv met.r yazı və şəkil tapşırıqlarına əsaslan maqla;sensomotor,hissi-emosional,neyrolinqvistik sahələr üzrə proqramlaşmış şüur altı informasiyaların öyrənilməsinə imkan verir. Seçenov, V.Ştern, Z.Freyd və b.görə psixikada yaranan hər hansı təsəvvür və bu əsəvvürlə bağlı olanlar sonda bədən hərəkətləri ilə ifadə edilir. Bunlara fiziki hərəkətlər, jestlər, əl yazısı, çəkilmiş şəkillər daxildir. Ona görədə psixikanın vəziyyətinin qeydə alınmasında sesomotor imkanlardan xüsusilədə uşaqların psixomotor fəaliyyətinin nəticələrindən istifadə təcrübəsi getdikcə aktuallaşmaqdadır.
Proyektiv testlər qrupuna daxil edilən “mövcud olmayan varlıq”, ”Ev, Ağac, İnsan”, ”Ailə”, ”Həndəsi fiqurları seç” kimi teslərdə məhz psixomotor nəzəriyyələr üzərində qurulmuşdur. Onların tətbiqi zamanı əlin motor hərəkətinin şəkildə alınmış qrafik qeydləri öyrənilir.
Bildiyimiz kimi hərəkət refleksləri sümük-əzələ sistemini məkanda uzlaşdırmaq xassəsinə malikdir. Əgər hansısa hərəkəti reallaşdırmaq mümkün olmursa həmin hərəkət üçün ayrılmış və sərf olunması lazım gələn enerji fikir səviyyəsində müvafiq sinir mərkəzlərində müvafiq əzələ qruplarını hərəkətə gətirmək üçün toplanır. Bu baxımdan şəkil çəkən uşaqda beyindəki obrazların kağızda qrafik təsvirini vermiş olur.
Proyektiv təsvirlərdə subyektin arxada və solda yerləşən təsvirləri keçmiş zamanla bağlı olub, hərəkətsizliyi, təsvir olunanların həyata keçməməsini ifadə edir. Subyektdən sağ tərəfdə. yuxarıda və aşağıda verilmiş məkan elementləri –gələcəklə bağlıdır. Sağ yaxud sol əlin dominantlğına uyğun olaraq sağ tərəf müsbət, sol tərəf mənfi çalarlı emosiyalarla, enerji yükü, fəallıq və ya passivliklə, hərəkətlərin dinamikliyi və passivliyi, inam və inamsızlıqla izah olunur.Simvolika,həndəsi elementlər,səs siqnalları haqqında nəzəri mənbələrə istinad edilir.
Hissi emosional sferanın öyrənilməsində psixoanalitik və rəng metodikalarına üstünlük verilir.Belə metodikalara TAT metodikası,Rorşax,Lüer və Mallonun rəng metodikaları aiddir.Neyrolinqvistik metodikanın mahiyyəti ondan ibarətdirki,insanın əsəb sisteminin funksiyalaşması onun nitq imkanları ilə sıx bağlıdır.Söz pozitiv nəticələr verdiyi kimi zərərli nəticələrdə verə bilir.Belə ki, ”İnci tək saflığa varsada su da, artıq içiləndə dərd verir o da”. Söz insanın təfəkkür və nitqinin təkamülünün nəticəsi olaraq yaranmışdır. Dil bizim reallıq kimi qəbul etdiklərimizə əhəmiyyətli dərəcədə təsir göstərərək fəaliyyəti və davranışı, ən əsası düşüncələri istiqamətləndirir.