Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu---Psixi inkişafın qanunauyğunluqları və aparıcı fəaliyyətlə qarşılıqlı əlaqəsi



Yüklə 182,11 Kb.
səhifə4/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   2   3   4   5   6   7   8   9   ...   25
Uşaq psixologiyası-1

Mövzu---Psixi inkişafın qanunauyğunluqları və aparıcı fəaliyyətlə qarşılıqlı əlaqəsi
Plan;
1) Ünsiyyət haqqında anlayış.
2) Ünsiyyətin funksiyaları və quruluşu.
3) Ünsiyyətin tərəfləri.
4) Uşaq və yeniyetmələrin ünsiyyətinin spesifikası.
Son illər aparılmış psixoloji tədqiqatlar körpələrdə sosial fəallığın olmaması təsəvvürləri aradan qaldırmışdır. Həyatının ilk günlərindən başlayaraq körpələr yaşlıların nitqinə,onların tələffüz etdikləri sözlərin ritminə taktı duyma hissi ilə uyğunlaşırlar. Belə ki,video çəkilişlərin kadr altı təhlili çağalıq dövründə əl və barmaqların ritm hissi səviyyəsində sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, ünsiyyət prosesində körpəyə müraciət edən yaşlı özündən asılı olmadan analoji mikro hərəkətlər edir. Körpənin və ona doğma olan yaşlı adamın hərəkət ritmləri uyğun gəlir. Bu halda uşaqla hansı dildə ünsiyyət qurulmasının fərqi yoxdur. Psixoloqlar bunu sinxron qarşılıqlı təsir adlandırmışdır. Bu cür təsir forması insanlara məxsus olan spesifik 1 qabiliyyətdir. İndiyədək heyvanların davranışında belə 1ünsiyyət forması aşkar edilməmişdir. Artıq 6 günlükdə ilk yamsılama hərəkətləri müşahidə olunur. Körpəyə baxıb danışan ananın hərəkətlərinə o dili çıxarmaq, ağzı və gözü açma kimi uyğun hərəkətlərinə cavab reaksiyası göstərir.
Yeni doğulmuş uşağın emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Onun ağlama səsləri adətən 1not üzərində monoton ritm üzrə baş verir. Körpənin rahatlığı (komfort) narahatlılğından (diskomfort) asılı olaraq onun nitqində bəzi xüsusi səslər müşahidə olunur. Körpənin qırıq-qırıq ağlaması və əmmə hərəkətlərinin tədqiqi zamanı artikulyar apparatın təsadüfi hərəkətləri onun səs repertuarını zənginləşdirir. Vokalizasiya adlanan bu proses öz forma və xarakterinə görə dəyişir. Körpənin daxili vəziyyətindən,xarici mühitin təsirlərindən asılı olaraq müxtəlif fizioloji reaksiyaların yaranması baş verir.
Mövzu Psixi inkişafın qanunauyğunluqları və aparıcı fəaliyyətlə qarşılıqlı əlaqəsi
Plan;
1) Psixi inkişafın mənbəyi haqqında nəzəriyyələr.
2) Psixi inkişafın təbii əsasları (irsiyyət, İnstinktlər, hisslər, tələbatlar)
3) Psixi inkişafın sosial şərtləri (Ətraf mühit, tərbiyə, təlim, sosial şərait)
4) Psixi inkişafın qanunauyğunluqları.
Psixoanalitik, fərdiyyət, sosiomədəni nəzəriyyələrdə uşaqğın inkişafı instinktlər, tələbatlar, hiss və emosiyalar, genetik amillər və bu zəmində formalaşmış fərdiyətlə əlaqələndirilir. İnsan fərdiyyəti müxt.əlif amillərin təsiri ilə yaranaraq inkişaf edir. İnsanın psixi xüsusiyətləri onun genotipik və fenotipik xüsusiyyətləri ilə ictimai təcrübənin mənimsənilməsi tərzi, bu amillərin məqsədyönlü şəkildə uzlaşması sayəsində təşəkkül tapır. Bu baxımdan hər 1insanın psixikası onun öz yaradıcılıq potensialına və maraqlarına uyğun olaraq formalaşır.Psixologiyada da xili imkanlara; soykökü,irsiyyət,fərdi tipik xüsusiyyətlər,instinkttiv qüvvələr vəs.üs tünlük verən endogen(daxili) və sosial amillərə;tərbiyə,təlim,ictimai mühit,iqtisadi yyat vəs.üstünlük verən ekzogen adlı 2fərqli cərəyan yaranmışdır.
Eyni zamanda genetik sistemə 1mənalı dəyişməz xassə kimi də baxmaq olmaz.O psixi inkişafda müvəqqəti prinsiplə işləyir.Yəni inkişafın gedişində yaşla bağlı olaraq bu sistem ölçü baxımından dəyişərək 1sıra genotip şərtlər mühit şərtləri ilə əvəz onunur.Endogen nəzəriyyənin nümayəndəsi E.Torndayk uşaq şəx siyyətini genlər toplayıcısı kimi səciyyələndirirdi.Freyd bütün yönəlişliyi,maraq və məqsədləri cinsi instinktlərə bağlayırdı.A.Adler məsələyə fərqli yanaşır.O özünün elmi yanaşmasını orazlı şəkildə belə ifadə edir ki,insan irsiyyətdən və ətraf mühitdən tikinti materialı kimi istifadə edir,şəxsiyyət binası qurur.Onun arxitektura sında öz şəxsi üslubunu əks etdirir.Q.Olport da Freydin şüursuz proses olmaqla irsiyyətdən gələn cinsi həvəsin sağlam,ağıllı insanın əməllərinə təsir göstərməsi ide yasını qəbul etmir,insa yaradıcılığına üstünlük verir.A.Maslou psixi inkişafda tələbatların ödənilməsi tərzini mühüm məsələ kimi önə çəkirdi.
Digər mövqedən çıxış edən E. Dürgheym uşaöın psixi inkişafını bütövlükdə sosial amillərlə şərtləndirirdi. vəs. mövqelərdə fərqli yanaşmalar inkişaf probleminin kompleks həllinə imkan vermir. Odur ki,V. Ştern bu fərqi aradan qaldırmaq məqsədi ilə öz konsepsiyasını irəli sürür. O hesab edirdi ki, psixi inkişafda irsən müəyyənləş dirilmiş inkişaf proqramı mövcuddur. O proqramın geneişlənməsinə imkan verən mühit və sosial amillərdir. Bunların gerçəkləşməsi uşağın aparıcı fəaliyyətində xüsusilə oyunda reallaşır. Bu zaman uşağa yardımçı olan mühit onun fəaliyyətinə şərait yaradır.
Uşaq psixologiyasında inkişafın digər amili kimi fərdilik, onun özünəməxsus luğu götürülür. Son illərdə edilən neyropsixoloji kəşflər də dərketmə prosesinin ma hiyyətini təşkil edən əsəb sisteminin fərdi (fenotip) xüsusiyyətlərə malik olduğunu sübut edir. Əsəb sisteminin xassəsi fenotip əlamət kimi 1neçə formada təzahür edir.
--İnkişaf prosesində baş verən dəyişmə yalnız mühitlə deyil,genetik təsirlərlə bağlı olur.
--Fenotip fərdin inkişafında 2funksiya yerinə yetirir;inkişafı fərdiləşdirir;inkişafı tipləşdirir.
--Hər hansı psixoloji xassənin,əlamətin,eyni zamanda ,mənəvi olanların fenotipi ontogenezin yuxarı qatlarında,müvafiq həyat təcrübəsinin nəticəsi olaraq yüksək formalı genetik qurulma səviyyəsində üzə çıxır.
Həyati faktlar da bu yanaşmanın doğruluğunu təsdiq edir.Belə ki,3yaşdan başlayaraq uşaqlarda,hər şeydən əvvəl mənəviyyata və ünsiyyətə aid olanlar stabilləşməyə doğru gedir.Fərdi fərqlər aydın nəzərə çarpır.Genetik xüsusiyyətlər həm də xarakterdə ümumiləşir.N.D.Levitov xarakterin fərdiliyini belə izah edir ki, insanı xarakterizə etmək onu başqalarından fərqlındirən psixoloji xüsusiyyətlərini fərdi keyfiyyətlərini göstərməkdir.Maraq,iradə,səy,yaşlıların təsiri 3yaşdan başlaya raq xarakterdə sabitlik yaradır.
Psixi inkişafın təbii əsaslar---psixikanın inkişafı ilk növbədə fəedin genotipi ilə bağlıdır. Əgər fərdi “f” hərfi ilə işarə etsək bunu aşağıdakı formulla ifadə etmək olar; Filogenezdə şüur daşıyıcılarının kəmiyyət artımı---Fn—F64—F32—F16—F8—F4—F2—fərdi gen. -------İrsiyyət--------
Hansı əcdadın geninin çox, hansının az və hansı səviyyədə daşıması elm üçün hələdə qaranlıq qalır. Məlum olanı budurki, fərd özünə ən yaxın olan insanın ata—ananın genini daşıdığı kimi özündən 1neçə 100hətta 1000il əvvəl yaşamış ulu əcda dının genini daşıyaraq onun xarakterinə, qabiliyyət və temperamentinə sahib ola bilər. Genlərin xassələrini öyrənməklə orqanizmin filogenezdəki inkişafını öyrənmək mümkündür. Hazırda hətta insan kulonunun (əksinin) yaradılmasına qədər elmi kəşflər edilmişdir.Təbiətdə irsiyyət qanununa zidd olan 1hadisəyə də zaman- zaman rast gəlinir.Valideyin instinktiv olaraq nəsil verən zaman öz əlamət və xassə lərini nə qədər öz övladına verməyə çalışsa da müəyyən fərqlərə təsadüf olunur. Sanki fərd bu vəs əlaməti ilə öz irsiyyətindən uzaqlaşmağa çalışır.Genetika elmində bu hadisə--dəyişkənlik—adlanır.məs. ördək pəncəli qız,quyruqlu oğlan, altı barmaq vəs.İnsan orqnizminin bütün xassə və əlamətləri onun genotipi ilə iarə olunur.Yüksək inkişafa malik beynin xüsusiyyətləri də ondan kənarda qala bilməz. Beyin mərkəzlərinin,əsəb sisteminin xassələri,insanın temperamenti,ağlın keyfiy yətləri,hiss və emosiyalarla bağlı olan çoxsaylı psixoloji proseslər,hallar və xassələr vardırki,onlar beynin irsi mənşəyi ilə bilavasitə bağlı olub ilk nöbədə bu amildən asılıdır.
Instinktlər—psixoloqlar bu nəticəyə gəlmişlərki,ayrılıqda hər hansı 1fərdin şüurlu həyata nə vaxt başlamasını müəyyən etmək çətindir.Bu unstinktlər və avtomatlaşmış hərəkətlər arasındakı oxşarlıqla bağlıdır.S.Rubinşteyn instinktiv dav ranışın əsa 2cəhətini fərqləndirməyi məqsədəuyğun hesab edir;
--Fəaliyyətin motivləşməsinin spesifik qaydasını;
--İcraetmənin spesifik mexanizmini.
O göstərirki,instinktiv hərəkət mürəkkəb hərəkətdir.Üzvi motivlərdən(bioloji ) yaranır,avtomatik reaksiyalarla tamamlanır.İnkişafın müx.mərhələrində onlar müxt.formada təzahür edir. İnstinktiv davranışın xarakterində və səviyyəsindəki bu fərq; persepsiyanın xüsusiyyətləri instinktiv hərəkətlərin qıcıqlayıcıların differensial laşması və instinktiv hərəkətlərin şablon və stereotipik dərəcəsi ilə şərtlənir.
Uşaqlar informasiyanın qavranılmasındakı fenomenal bacarıqlarına görə intu itv və həssas tipə bölünürlər. Belə uşaqlar özünəmxsus koqnitiv stilə verilmiş tapşı rıqları intuisiyanın köməyi ilə böyük əminliklə həll etmək bacarıqlarına görə ayırd edilirlər. Onlar şüur və şüursuzluq səviyyəsində intuisiyanın köməyi ilə xarici və daxili hadisələri bütöv ideya yaxud assosiasiyalar halında potensial reallıq kimi qəbul edirlər. Koqnitiv stilin əsas komponenti kimi çıxış edən intuitiv qabiliyyətlər istedad və qabiliyyətlərin mühüm kateqoriyasını təşkil edir.
--Tələbatlar—instinktiv davranışı şərtləndirən fiziki tələbatlar intellektual davranışı əm.gətirən mədəni tələbatların əsasında durur. K. Xorni tələbatların uşaqlıq dövrün də təzahür edən psoxoloji xarakterini; məmnunluq, təhlükəsizlik vəs kimi səciyyələndirir. A. Maslouya görə insan tələbatları arasında möhkəm əlaqə var. Onların hər1nin ödənilməsi şərti digərinin realaşmasına zəmanət verir.
--Hisslər və emosiyalar—Bəzi psixoloqlara gprə yaşlılar uşaqların tərbiyəsinə kifayət qədər nüfuz edə bilmədikdə təbii amillər; irsiyyət, instinktlər, hisslər və tələbatlar üstün təsirə malik olur. Q. Qefdinq fərdiyyətin sosial məzmununu hisslərin məzmunu ilə əlaqələndirərək hesab edir ki, insan özünün konfiqurasiyasını fiziki imkanlarını dəyişə bilmədiyi kimi, hisslərin məzmununa da təsir göstərə bilmir. K. Koffka problemə daha əhatəli yanaşır. Onun fikrinə görə əgər ətraf mühitdə normal şərait yaradılarsa, hissi aləmə təsir göstərmək olar.
Uşağın ətraf aləm hadisələrinə yanaşma tərzi,fəaliyyət rosesi üçün seçdiyi fərdi üslubu, şəxsiyyət və idrakı bütün imkanları ilə təzahür edir və onun xarakteri haqqında təsəvvür yaranır. Bu sahədə nə öyrənilməlidirsə məhz m\qədər dövrdə öyrətmək lazımdır. Bu şərtlər nəzərə alınaraq həmin təsirlər uşağa 1başa deyil, dolyı vasitələrlə, hisslər aləmini formalaşdırdıqda edilə bilər.


Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin