Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu -- Keçmiş Sovet psixologiyasında uşaq psixologiyasında inkişafı tarixi



Yüklə 182,11 Kb.
səhifə3/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   2   3   4   5   6   7   8   9   ...   25
Uşaq psixologiyası-1

Mövzu -- Keçmiş Sovet psixologiyasında uşaq psixologiyasında inkişafı tarixi.
Plan;
1) İnqilabdan sonrakı illərdə uşağın inkişafı haqqında təlimin dialektik materializm əsasında yenidən qurulması.
2) Ali psixi funksiyaların “Mədəni-tarixi inkişaf nəzəriyyəsi”
3) D. Uznadzenin , P. Blonskinin, L. Rubinşteynin və A.N.Leontyevin əsərlərində uşaq psixologiyası məsələləri
4) Uşaq psixologiyası tarixində pedalogiyanın rolu.
5) Azərbaycanda uşaq psixologiyası problemlərin (tədqiqatların) müasir vəziyyəti.
Dialektika—inkişaf deməkdir. Dialektik materializm—yəni materiyanın inkişafı və materiyanın törəməsi psixikadır. Dialektik materializm 1ci materiyanı,2- ci isə şüuru götürür.Materiya insanın psixikasından asılı olmayaraq mövcuddur.Ma teriyanın 1neçə xassəsi var;Hərəkət—inikas—inkişaf.
l.S.Vıqotski A.R.Luriya(1902—1977)və A.N.Leontyevin(1903—1979)iştirakı ilə 1likdə “Psixikanın mədəni—trixi inkişafı”nəzəriyyəsini yaratmışlar.Vıqotski belə hesab edirdi ki,uşağın doğulması onun bioloji tip kimi mövcudluğunun sonudur və bu keyfiyyətcə yeni1tip inkişafa—sosial inkişafa keçiddir.O,psixikanın formalaşmasında ətraf xarici aləmin,mühitin təsirini aydınlaş dırmağa cəhd göstərmişdir.O,belə nəticəyə gəlmişdirki,həyat şəraiti uşağın inkişafını 1başa təyin etməyə qadir deyildir.Şəraitdən asılı olaraq psixikanın inkişafı uşağın mühitlə hansı qarşılıqlı münasibətlərdə olmasından asılıdır.Vıqotski öz nəzəriyyəsini ona görə mədəni—tarixi-inkişaf”adlandıraraq qeyd edirki,İnsan psixologiyasında 2cür funksiyalar mövcuddur.1) Təbii(anadangəlmə) 2) Ali psixi funksiyalar.Birincilər bütün canlı orqanizmlərin psixi inikasa malik olanların hamısında var.o cümlədən insanda da.Ali psixi funksiyalar yalnız insanda mövcuddur.Ali psixi funksiyaların məhz insanda meydana gəlməsi insanın tarixi—ictimai inkişafın məhsuludur.Təbii psixi funksiyalar aiddir—duyğu,qavrayış,emosi yalar, hissi idrak, mexaniki yaddaş.—Ali psixi funksiyalar –təfəkkür, təxəyyül, nitq, hisslər, iradə. Vıqotski nəzəriyyəsinin 2 əsas mahiyyəti ondan ibarətdir ki, yalnız insanlar işarələr sistemindən istifadə edir. İşarələrin ən yüksək pilləsi insan dilidir—nitqidir. Dil yaranmazdan əvvəl ibtidai insanlarda mövcud olan ritual rəqslərdir. Dini ayinlərin icrası zamanı, ov qabağı rəqslər, şənliklər və s. o, elmə yeni törəmə ünsiyyətin sosial təbiətə malik olmasını gətirmiş. O, belə hesab edirdi ki, təlim ünsiyyətin sistemə salınmış forması olub, uşaqda yeni psixi törəmələr yaradır, ali psixi funksiyaları inkişaf etdirir. O, 2cür yaş dövrünü ayırır. 1)-Böhran yaş dövrləri. 2)-Stabil yaş dövrləri.
Sergey Leonidoviç Rubinşteyn “Ümumi psixologiyanın əsasları” adlı əsərində qeyd edir ki, psixikanın inkişafının əsas qanunu “təlim və tərbiyənin uşaqların yetişməsi və inkişafını şərtləndirməsi və təmin etməsi” kimi formulə edil məlidir. Rubinşteyn psixologiyada “şüur və davranış”, ”fəaliyyət” anlayışlarına aydınlıq gətirmiş və qeyd etmişdir ki, şüur və davranış konkret fəaliyyət formaları daxilində inkişaf edir. Bu fəaliyyət formaları vasitəsilə uşaq ətraf xarici aləmə fəal surətdə qoşulur.
5—Uşaq psixologiyası məs.ri 19-cu əsr Azərbaycan maarifçiliyində də təhlil olunur. Onlar uşaqların xarakter xüsusiyyətlərini əks etdirən psixi və fiziki inkişafı ilə bağlı maraqlı hekayələr, şerlər və məqalələr yazmışlar. 20-ci əsrin 30-cu illərində Azərbaycanda aparılan eksperimental tədqiqatlarda uşaq psixologiyasının öyrənilməsi xüsusi yer tutur. Həmin tədqiqatlarda uşaqların psixikası; diqqəti, hafizəsi, nitqi (Zəkuyev), ali əsəb fəaliyyəti (İbrahimbəyov), intellektin testləşdirilməsi metodikası (İbrahimbəyov), mənimsəmə imkanları (Makiovelski), psixopataloji hallar (Hacıyev, İbrahimbəyov, Abbasov, Çebişeva, Melikov və b) öyrənilir. Təlim-tərbiyə şəraiti ilə bu nəticələrin qarşılıqlı əlaqəsi axtarılırdı. 1934cü ildə institutda “Çətin uşaqlarla iş” üzrə işçi qrup yaradılmışdı. 8nəfərdən ibarət olan qrupa F. Ə. İbrahimbəyov rəhbərlik edirdi. Qrupa pedaqoji tədqiqatların xarakterinə uyğun olaraq psixoloqlar və pedaqoqlarla yanaşı həkim O.N.Çebişeva və psixonevroloq M. Melikov da daxil edilmişdi. 1935ci ildə institutda psixologiya üzrə aparılan tədqiqatların nəticələini müzakirə etmək məqsədi ilə daimi seminar yaradıldı. İnstitutda fəaliyyət göstərən digər psixoloji tədqiqat qurumu psixotexnika ilə bağlı olmuşdur. Həmin bölmədə məktəblilərdə texniki yaradıcılıq bacarıqlarının aşkarlanması və inkişafı üzrə tədqiqalar aparılırdı. və məktəblilərin həyata, peşəyə hazırlanması funksiyasını yerinə yetirirdi. Bölmənin bu vəzifənin öhdəsindən nə dərəcədə uğurla gəlməsi haqqında fikir söyləmək çətindir. Çünki həmin dövrdə aparılmış tədqiqatlar repressiyaya məruz qalmış 1936—41ci illərdə böyük 1hissəsi yandırılmışdır. 1936cı ildə xüsusilə testologiya,psixolinqvistika,və etnopsixologiya sahəsindəki araşdırmalara son qoyuldu. 1931ci ildə F.Ə. İbrahimbəyov Ümumittifaq psixotexnika yığıncağındakı məruzəsində onların hazırladıqları intellekt testlərinin uşaqların böyük əksəriyyətində (30-40%) aşağı nəticələr verdiyini əsas gətirilərək testlər metodu milli psixologiyanın öyrənilməsində zərərli yol kimi qiymətləndirildi. Halbuki həmin dövrlərdə Amerikad alternativ tədqiqatlar aparılırdı . İbrahimbəyov və onun əməkdaşlarının hazırladıqları testlərlə eyni tipli testlər tezliklə dünyada şöhrət tapdı. Azərbaycanda isə bu işlər dayandırıldı. 20-ci əsrin 60-cı illərindən başlayaraq prof. Ə.S.Bayramov, prof. Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev tərəfindən tədqiqatlar davam etdirilmişdir. Daha çox koqnitiv istiqamətdə aparılan bu tədqiqatlar hazırda onların ardıcılları tərəfindən etnopsixologiya, şəxsiyyət psixologiyası, uşaq psixologiyası, pedaqoji psixologiya və d. istiqamətlərdə aparılır.
Mövzu –Psixi inkişaf və fəaliyyət.Plan;
1)Fəalyyət haqqında anlayış.
2)Tələbatlar və fəaliyyətin motivləşməsi.
3)Fəaliyyətin strukturu.
4)Fəaliyyətin mənimsənilməsi.
5)Fəaliyyətin əsas növləri.
Tədqiqatlar müəyyən etmişdirki, materialist psixologiyada insan əməyinin məhsulu adlandırılan şüur özü də genetik, bioloji təbiətə malikdir. Əlbəttə burada insanın fərdi inkişafının, iradəsinin və yaradıcığının rolu danılmazdır. Lakin bu rol heç də həlledici deyil. Ümumilikdə bunlarda, bütün canlılara xas olan özünüinkişaf qanununa tabedir. İnkişaş dedikdə maddi və ideal obyektlərdə baş verən dəyişməlr nəzərdə tutulur. Dəyişmə 3əsa əlamətinə görə xarakterizə olunur.
--Dönməzlik (lik vəziyyıtə qayıtmamaq)
--Qanunauyğunluq;
--Dəyişmənin müəyyən istiqamətdə baş verməsi;
Psixoloji mənada inkişaf dedikdə psixikanın yenidən qurulması başa düşülür. Yəni psixika öz-özünə düz xətt bounca inkişaf etmir. Bu inkişaf psixikanın 2 hərəkətverici qüvvəsinin ;fəaliyyət və ünsiyyətin qarşılıqlı əlaqədə inkişafı kimi başa düşülür. İnsan dünyaya 1 sıra üzvi tələbatlarla gəlir. qidalanma, yuxu, müdafiə, məhəbbət vəs. Yaş dövrləri 1-1ni əvəzlədikcə 1çox xarici və daxili amillərin təsiri ilə tələbatların məzmunu kəmiyyət və keyfiyyətcə dəyişir.
Psixoloqlar yaş dövrlərində aparıcı fəaliyyət növlərinin 1-1ni etməsi prinsipini əsas götürərək onları şəxsiyyətin inkişafının vacib göstəricisi hesab edirlər. Bu baxımdan M.Lisina və onun ardıcılları göstərirlərki, körpə yaş dövrü üçün Vasitəsiz emosional ünsiyyət fəaliyəti xarakterikdir. onun ən bariz nümunəsi 3aylıqdan müşahidə olunan “Canlanma kompleksidir”. 1yaşdan etibarən əşyavi-manipulyativ fəaliyyət uşaöın həyatında ön plana keçir.
l.S.Vıqotski və A.Leontyevin apardığı tədqiqatlar m\qədər yaş dövründə aparıcı fəaliyyətin rollu oyunlar olması haqqında fikir söyləməyə imkan verir. Təlim fəaliyyəti kiçik məktəblinin həyatında aparıcı rol oynayır. D. Elkoninin və T.Draqunovanın rəhbərliyi ilə keçirilmiş eksperimentlər zamanı müəyyən olunmuşdurki,yeniyetmələr tamamilə başqa fəaliyyət növünə--intim şəxsi ünsiyyət üstünlük verirlər.Gənclik dövründə onu tədris-peşə fəaliyyəti əvəzləyir.
Yaranan hər1 fəaliyyətnövü uşaqda yeni motivlər yaraır. Bu motivlər özləri də onu yeni fəaliyyət növləri axtarmağa sövq edir. Yaranmış hər 1 yeni tələbat keçmiş tələbatla onun ödənilməsi üçün tələb olunan vərdiş və bacarıqların uyğunsuzluğundan əmələ gəlir. məs. əgər uşaq iməkləyərək hansısa əşyaya çata, onu əlinə ala bilirsə, burada artıq yaşlının köməyinə ehtiyac qalmır. Əksinə yeni şeylərlə tanışlıq tələbatı onu dik durmağa, yeriməyə hər şeyi öz gözləri ilə görüb tanış olmağa həvəsləndirir.
Eləcədə yuxarı yaş dövrlərində inkişaf eyni qanunauyğunluqla tənzimlənir. Tələbatların məzmunu və onların ödənilməsi arasında ziddiyyət əmələ gəlir. Bu fərqin yox edilməsi cəhdi psixi inkişafa hərəktverici təsir göstərir. Onun dinamik inkişafın təmin edir. Bu ziddiyyətlərin aradan qaldırılmaı prosesində m\qədər yaşın sonunda uşaq artıq fərddən şəxsiyyət çevrilir. Beləliklə psixi inkişafın yaş dövrləri və bu dövrlərdə aparıcı rol oynayan fəaliyyət ümumi səciyyə daşıyır,lakin müxt. cəmiyyətlərdə, müx. ictimai-sosial şəraitdə fəalyyətin məzmununda 1az fərqlər yarana bilər.Bu fərq isə yalnız sosial məna kəsb edir.və psixi inkişafın təbii qanunlarından kənara çıxmır. İrqindən, dinindən, millətindən, sosial şəraitindən və regional amillərdən asılı olmayaraq insan övladı eyni qanunlarla, psixika müxtəlif amillərin təsiri ilə inkişaf edir. Psixologiyada bu amillərin tədqiqi və təhlili ayrılıqda aparılsada onların təsiri kompleks halda baş verir.


Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin