Mövzu --M/qədər yaş dövründə oyun aparıcı fəaliyyət növü kimi. Plan;
1)Oyun fəaliyyətinin psixoloji xarakteristikası.
2)Oyun fəaliyyətinin strukturu.
3)Oyunun növləri.
4) Oyunun uşağın şəxsiyyətinin və psixikasının inkişafına təsiri.
Mövzu --Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri.
Plan;
1) Reflektor inkişafın göstəriciləri.
2) Uşağın məktəbə daxil olması ilə əm.gələn psixoloji dəyişilmə.
3) Birinci sinif şagirdlərində məktəbə,müəllimə,və tədris vəzifələrinə münasibət.
4) Kiçik məktəblilərin məktəb adaptasiyası və dezadaptasiyası.
5) Əxlaq normaları və davranış qaydalarının mənimsənilməsi.
Psixoloji ədəbiyyatda uşaqlığın 2ci mərhələsi kiçik məktəb yaşı kimi səciyyə lənir. Bu dövrdə uşağın həyatında əsas amil onun sosial statusunun dəyişməsidir. O, yeni öhdəlik, məsuliyyət, həyat tərzi ilə üzləşir. Bu uşağın həyatının bütün sahələrin də əsaslı dəyişiklik yaradır.Bu inkişafda sosial,milli,iqtisadi amillər həlledici əhə miyyət kəsb edir.Beləki,primitiv səviyyədə uşağın təhsil prosesi o qədərdə mürək kəb olmur,sosial xarakter daşıyır.Məişət şəyaları,təsərrüfat,əmək alətləri vəs.dav ranma bacarığı yaşlının təcrübəsi ilə 1başa bağlıdır.Əksinə mühitin mədəni səviyyə si yuxarı olduğu halda u.ağa hər şeydən əvvəl elmi bilik öyrədilir.B müxt. Peşə sah ələri və fəaliyyət növləri üçün vaxtında müxt.bacarıqlar əldə etmək imkanı verir.
Məktəb yaşı ərəfəsində uşağın boy artımı sürətlənir.Dişdəyişmə prosesi gedir.Bu dövrdə beynin çəkisi 1350q,boyu120sm,çəkisi 24kq-a çatır.Beyin çəkisinin artması reflektor fəaliyyətin güclənməsinə əsas verir.Psixi hadisələrin fizioloji əsasını təşkil edən şərtsiz və şərti reflekslər,təfəkkür və nitqlə bağlı sinir proseslərinin oya nma və ləngiməsi,yayılması,mərkəzləşməsi,qarşılıqlı induksiya qanunu baş beyin qabığının sistemli,dinamik fəaliyəti kimi təzahür edir.6yaşdan başlayaraq əl barmaqlarının incəlik,dəqiqlik tələb edən hərəkətləri 1qədərdə sürətlənir.Oynaqlar ın sümükləşməsi yazı işlərinin yerinə yetirilməsinə imkan verir. Bunula belə onlar əzələlərin yorucu hərəkətlərinə hələ tam hazır olmurlar. Bu baxımdan təlimin təşkil insə başlıca vəzifə oxu və yazı tərinlərinin tədricən mürəkkəbləşdirilməsidir.Təlim prosesində ilk dövrlər oyun fəsilələrinin verilməsi,1fəaliyyət növünün digərilə əvəz olunması əlverişli nəticələr verir. Bu psixomotorikanın inkişafı üçün xüsusi əhəməyyət kəsb edir.
Yaşlar Oğlanlarda Qızlarda
Boyu sm-lə çəkisi kq-la boyu sm-lə çəkisi kq-la
7 124 24 122 24
8 125 25 123 25
9 131 27 130 27
10 136 30 136 28
11 138 33 140 31
Psixomotorikanın öyrənilməsində diqqət mərkəzində saxlanılmalı ən mühüm məsə lə əzələ gücünün müəyyənləşdirilməsidir. Kiçik məktəblilərin əzələ gücü kq-la
Yaş Oğlanlar Qözlar
sağ əl sol əl sağ əl sol əl
8 16,4 15,5 13,8 12,9
9 19,6 18,0 15,3 14,6
10 21,3 19,3 19,5 15,1
Təlim prosesində yeni materialın izahı,onun şagirdlər tərəfindən mənimsənilməsi və bilik ehtiyatı fonduna daxil edilməsi baş beyin qabığının,o cümlədən əqli və hərəki proseslərin qarşılıqlı əlaqəsilə bilavasitə bağlıdır.U.aq dərsdə yalnız dinlə yici,passiv iştirakçı olmalı deyil,problemlərə münasibətini də bildirməlidir.Uşaqda həm öqli,həmdə hərəki sistemin ahəngdar inkişafı təlim və tərbiyənin düzgün qoyu luşunu tələb edir.İfadə olunmuş fikir qoyulmuş məsələyə uşağın marağını və müna sibətini əks etdirir.Bu halda müəllim uşağın əqli fəaliyyətini lazım olan məsələyə yönəltmək imkanı əldə edir.Eyni zamanda uşaq müəllimin şərh etdiklərini əyani görməli,özüdə təcrübədən keçirməlidir.
Əvvəlki yaş dövrləri ilə müqayisədə kiçik məktəb yaşında əqli və hərəki sis temlərin 1gə fəaliyyət göstərməsi imkanları artır.Təlim şəraiti onların ahəngdar inkişafını tənzimləyir.Nəticədə uşağın psixikası,vegetativ fəaliyyəti də tənzimləyir, dinamik bütövlüyü,funksional vəhdəti təmin olunur,orqanizm təlim və əmək fəaliy yətinə uyğunlaşır.Şüurlu iradi fəaliyyəti tənzim edən proseslərin müvazinətlik səvi yyəsi artdığından dvamlı psixofizioloji proseslərin təsiri nəticəsində iradi imkanlar da artır.Təlim üçün əlverişli reaksiyalar əm.gəlir.Şərtsiz reflektor fəaliyyətdən şərti reflektor fəaliyyətə keçid baş verir.
3)Məktəbə daxil olan uşaqların tədris prosesində qarşılaşdığı ilkin çətinlikləri 3qrupa ayırırlar.—1)—İ məktəbin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır.(evə verilən tapşırıqların yerinə yetirilməsi,məktəb rejiminin gözlənilməsi,məktəbə vaxtında gəlib dərsdə sakit oturmaq,diqqətli olmaq vəs)
--2)—məktəbə daxil olan uşağın qarşısına çıxan 2ci tip çətinlik oldaşları və müəl limləri ilə eləcədə ailə daxili qarşılıqlı münasibətdə baş verir.
--3)—tip çətinlik-tədris ilinin ortalarında təlim fəaliyyətində baş verir.Birinci sinifdə adətən şagirdlərin təlim işi ən çox hazır biliklərdən istifadə olunur.onlarda xudbinlik baş qaldırır.Ona görədə uşaqların intellektual axtarışları idrak müstəqilli yi yüksək səviyyədə olmur.Nəticədə təlimin məzmununa uşaqda lazımi maraq ya ratmır,o tədricən həcmcə artan biliklərə yiyələnməkdə çətinlik çəkir,bəzi hallarda onun üsul və qaydalarını mənimsəyə bilmir.
--4)—Adaptasiya anlayışı həm psixoloji,həm də fizioloji baxımdan işlənir.Fizioloji adaptasiya insanın heç1xüsusi fəallıq olmadan öz-özünə avtomatik olaraq hiss üzvlərinin xarici təsirə uyğunlaşması nəticəsində baş verir,spontan baş verir.Sosial-psixoloji adaptasiya isə köklü şəkildə fərqlidir.Bu zaman insanın xüssi fəallığı ön plana keçir. Məs. uşaq bağçasına yaxud məktəbə yenicə gəlmiş uşaqğın yeni şəraitə uyğunlaşması öz-özünə avtomatik deyil, uşağın xüsusi səyləri nəticəsində, müəyyən müddət ərzində baş verir. Adaptasiyanın hər 2 forması zamanı insan ətraf ləmlə qarşılıqlı əlaqəyə girir və onun təsirinə məruz qalır. Sosial psixoloji adaptasiya zamanı yalnız mühit insana təsir göstərmir, həm də insan mühitə təsir göstərir, onu özünə uyğun şəkildə dəyişdirməyə cəhd göstərir.
Sosial-psixoloji adaptasiyanın müvəffəqiyyətlə həyata keçməməsi—“dezadaptasiyanın” --əmələ gəlməsinə səbəb olur. Uşağın uşaq bağçasına getməsindən imtina etməsi,1ci sinif şagirdlərinin yeni məktəb şəraitinə uyğunlaşa bilməməsi, yeniyetmənin dərsdən qaçması, təlimdən yaınması, küçə kompaniyalarına qoşulması və s.dezadaptasiyanın əmələ gəlməsinə səbəb ola bilir. Uşaqların bu və ya digər yeni şəraitə adaptasiyası,və ya düzadaptasiyanın əmələ gəlməsi fərdi xarakter daşıyır. Psixoloji ədəbiyyatda uşaqların məktəb dezadaptasiyasının 3səviyyəsini ayırırlar;
1—Adaptasiyanın yüksək səviyyəsi; adaptasiyanın bu səviyyəsində olan uşaqlar məktəbə müsbət münasibətdə olur. Qoyulan tələbləri düzgün qəbul edir, təlim materialını asan mənimsəyir, təlim proqramına dərindən yiyələnir, qismən çətin tapşırıqları həll edir, səylidir, göstərişlərə qulaq asır və onalrı yerinə yetirir, müstəqil təlim işinə böyük maraq göstərir, bütün dərslərə hazırlaşır, sinifdə əlverişli sosial mövqe tuturlar.
2—Adaptasiyanın orta səviyyəsi—ndə olna şagirdlər məktəbə müsbət münasibət bəsləyir, müəllim materialı ardıcıl və əyaniliklə izah edirsə onu asan anlayır, tipik tapşırıqları müstəqil həll edir, tapşırıqları yerinə yetirən zaman diqqətlidir. lakin bu zaman ona nəzarət etmək lazımdır, onun üçün maraqlı olan tapşırıqları icra edərkən diqqətini cəmləşdirə bilir, demək olar ki,həmişə dərslərinə hazırlaşır, ev tapşırıqlarını yerinə yetirir, sinif yoldaşlarının əksəriyyəti ilə dostluq edir.
3—Adaptasiyanın aşağı səviyyəsi—ndə olan uşaqlar məktəbə ya mənəvi, ya da laqeyid münasibət bəsləyir, tez-tez səhhətindən şikayət edir, əhvalında əzginlik üstünlük təşkil edir. İntizamı pozmaları müşahidə olunur, müəllimin izah etdiyi materialı qismən mənimsəyir, dərsliklə müstəqil işləməkdə çətinlik çəkir, müstəqillik göstərmir, dərslərinə ardıcıl hazırlaşmır, müəllimini və valideyninin köməyinə daima ehtiyac duyur, passivdir, yaxın dostları olmur, sinif yoldaşları ilə qarşılıqlı münasibətləri yaxşı olmur.