Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə1/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
  1   2   3   4   5   6   7   8   9   ...   57
Biologiyanın tədrisi metodikası


Biologiya tədrisi metodikası

I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri

Plan

  1. Biologiya tədrisi metodikasının predmeti

  2. Biologiya tədrisi metodikasının bölmələri, strukturu

  3. Biologiya tədrisi metodikasının başqa elmlərlə əlaqəsi

  4. Biologiya tədrisi metodikasının məqsədi və vəzifələri

  5. Biologiya tədrisi metodikasının elmi əsasları

1. Biologiya tədrisi metodikasının predmeti.

Biologiya tədrisi metodikası-məktəb fənninin xüsusiyyətlərinə əsaslanan təlim və tərbiyyə prosesi sisteminə aid olan elmdir. Bu sistem biliyinə malik müəllim-biologiya tədrisinin öyrənilməsində tərbiyyə prosesini idarə etməyə imkan yaradır.

Metodika-pedaqoji elm olduğu üçün bu elm pedaqogikanın müəyyən etdiyi sosial quruluş tələblərinə uyğun təlim-tərbiyyə işinin ümumi məqsəd və vəzifələri əsasında qurulan elmdir. Biologiya tədrisi metodikası-bütün məktəb fənlərinin pedaqoji əsaslarının ümumi bazasına əsaslanan, bioloji materialın öyrənilmə xüsusiyyətlərinin özünəməxsusluğu ilə seçilən elmdir.

Tədris metodikası müəllim tərəfindən şagirdlərə biologiyadan öyrədilən möhkəm bilik materialının düşüncəli surətdə dərk edilməsinə və bu biliyin həyatda tətbiq etmək bacarığının səmərəli üsul və vasitələrinin müəllim tərəfindən yaradılmasını müəyyən edir. Bütün bunlarla yanaşı tədris metodikası müəllim üçün tədris reseptləri yığını olmayıb, həm də biologiya tədrisi metodikası biliklərinin qanunauyğunluqlarına əsaslanan elmi fəndir. Tədris metodikası-təhsil və tərbiyyənin forma və üsullarına, eləcə də tədris fənninin məzmununa baxan elmdir. Tədris metodikasının göstərilən bu bölmələri-yəni-tədris fənninin məzmunu və təlim-tərbiyyənin forma və üsulları-bir-birilə əlaqəli olan vahid sistemdir.

Tədris üsulu ilə tədris işinin avadanlıq və vəsaitləri təyin edilir. Ona görə də buradan aydın olur ki, tədris metodikası aşağıdakı suallara cavab verir: 1) Biologiyanı öyrənmək nəyə lazımdır? 2) Nəyi və necə öyrənməli? 3) Necə və nə üçün tərbiyə etməli?

Biologiya tədrisi üsulu-tədris üsulları və formalarının xüsusiyyətlərinə görə tədris fənni olmaq etibarı ilə biologiya başqa elmlərdən fərqlənir. Belə ki, biologiya tədrisi metodikasında konkret obyektlər (bitgi, heyvan və insan) öyrənilir, bundan başqa canlı təbiətin inkişafı və onun mürəkkəb hadisələri öyrənilir. Bütün bunlar isə tədris prosesinin təşkilinin xüsusi formalarının-(ekskursiyaların, şagirdlərin dərsdənkənar və ev tapşırıqlarının, sinifdən xaric dərs işlərinin), eləcə də xüsusi tədris vəsaitləri-əyani vasitələrin və eləcə də bu vasitələrdən praktik işlərdə tətbiq olunmanın üsullarının istifadə olunması metodikasını tələb edir. Bundan başqa biologiya kursunun tədrisinin düzgün qoyuluşu xüsusi tədris material bazasının olmasını tələb edir. Bu tədris bazasına yaxşı təchiz olunmuş tədris vəsaiti olan kabinet, canlı təbiət güşəsi və tədris-təcrübə sahəsi daxildir.

Biologiya tədrisi metodikasının materialının özünəməxsusluğu təkcə onun spesifik xüsusiyyəti ilə deyil, həm də tərbiyə imkanları ilə müəyyən edilir.

Canlı orqanizmlərin konkret faktlarının, təbiətdəki hadisələrin qarşılıqlı əlaqənin, eləcə də üzvü aləmin üzvü təkamülünün qanunauyğunluqlarının öyrənilməsi dialekt materialist dünyagörüşün və tibbi-elmi bünövrənin formalaşmasına imkan yaradır. Biologiya biliklərinə malik olmaq ətraf aləmin mənasını dərk etməyə, onun qorunmasının vacib olduğunun anlamağa, kənd təsərrüfatının elmi əsaslarını, şəxsi və ictimai əmək gigiyenanın rolunun şagirdlər tərəfindən dərk olunmasına və onların politexnik əməyə hazırlanmasına imkan verir.

Biologiya laboratoriyasında, tədris-təcrübə sahəsində, canlı guşədə və gənc təbiətçilər dərnəyində aparılan praktik iş çox böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Bütün bunlar dərk etmə maraqlarının, təşkilatçılıq, içtimayətçilik vərdişlərinin inkişaf etdirilməsinin inkişafına, şagirdlərin əməyə və kollektçilik ruhunda tərbiyə olunmasına yardım edir. Təbiətlə tanışlıq, onun gözəlliyi və zənginlikləri şagirdlərdə xüsusilə ekskursiyalarda vətənpərvərlik tərbiyəsi aşılayır və estetik hiss oyadır. Beləliklə təbiətə məhəbbət tərbiyəsi hər bir şəxsdə təbiətə mərhəmət, onunla ehtiyatla davranmaq kimi estetik hisslər inkişaf etdirir.

2.Biologiya tədrisi metodikasının bölmələri, strukturu.

Biologiya tədrisi metodikası iki bölməyə ayrılır.

1.Biologiya tədrisinin ümumi metodikası:

2.Biologiya tədrisinin xüsusi metodikası bölməsidir ki, buraya botanika, zoologiya, insan anatomiyası, fiziologiyası və ümumi biologiyanın tədris metodikası aiddir. Göstərilən bölgüdən aydın olur ki, biologiya müəlliminə təkcə ayrı-ayrı biologiya kursları bölməsinin tədrisi metodikasını bilmək deyil, həm də hər bir biologiya kursunun ona məxsus xüsusiyyətlərini nəzərə almaqla, onların arasındakı qarşılıqlı əlaqəni də bilmək bacarığı tələb olunur. Ona görə də biologiya müəllimi məktəbdə tədris olunan bütün bioloji siklin təlim və tərbiyə olunmasının gedişini aydın təsəvvür etməli beləliklə və beləliklə elmi cəhətdən düzgün planlı surətdə hər bir kursun tədrisini düzgün təşkil etməyi bacarmalıdır.



Biologiya tədrisinin ümumi metodikası məktəbdə tədris olunan bütün biologiya kursunun sualları olan 1) tədrisin idioloji istiqamətləri, 2) tədris üsullarının məzmununun vahidliyi, 3) tədris işinin formalarının qarşılıqlı əlaqəsi, 4) biologiya kurslarının ardıcıllığı və bütövlüyü, 5) təlim-tərbiyə işinin bütün elementlərinin inkişaf etdirilməsi məsələlərini yəni-biologiya tədrisi sistemini təyin edən bu sahələri öyrənir. Belə tədris sistemi-məktəblərin əsas məqsədi olan şagirdlərin möhkəm və düşüncəli biliklərə malik olmaları işini təmin edir.

Biologiya tədrisinin xüsusi metodikası isə hər bir biologiya kursunun fərdi xüsusiyyətlərinin şagirdlərin yaşınauyğin və tədris materiallarının məzmunununa aid olan məsələləri öyrənir. Tədris metodikasının bu bölməsində dərslərin tədris üsulları, ekskursiyaların, sinifdənxaric, dərsdənkənar işlərin və dərslərin təşkili sistemi öyrənilir. Bu göstərilənlərdən aydın olur ki, biologiya tədrisinin ümumi metodikası digər bölmə olan biologiya tədrisinin xüsusi metodikası ilə sıx surətdə bağlı olub onun nəzəri əsasları xüsusi metodikanın tədqiqatlarına əsaslanır. Tədrisin xüsusi metodikası isə öz işində ümumi metodikanın əsaslarını rəhbər tutaraq hər bir kursun tədrisinin öyrənilməsi işini həyata keçirir.

Yuxarıda göstərilənlərə uyğun olaraq bioloji tədrisi metodikasının struktur quruluşunu sxematik olaraq belə göstərmək olar:

3. Biologiya tədrisi metodikasının başqa elmlərlə əlaqəsi

Biologya tədrisi üsulu biologiya elmləri ilə çox böyük sıx əlaqəyə malikdir. Məktəb biologiya kursunun tərdisi ilə məşğul olan müəllimdən biologiya sahəsində çox geniş ekskursiyaya malik olmaq qabiliyyəti tələb olunur. Bu erudisiya onun nəzəri məsələlərin elmi cəhətdən düzgün izah edə bilməsi, təbiət hadisələrinin mahiyyətini düzgün dərk etməyə, həm də praktik olaraq bitgi və heyvanlar aləminin həyatında təbiət hadisələrinin rolunu dərk etməyə, onların təyin olunmasına, yetişdirilməsinə, məhsuldarlığına təcrübi olaraq təsirindəki rolunu başa düşməyə imkan verir. Məktəb biologiya fənninin məzmunu elmi cəhətdən dolğun olmalıdır. Biologiya elmlərinin məzmunu və bioloji tədqiqatların elementar üsulları biologiya tədrisi üsulunun spesifik xüsusiyyətini təyin edir və bu cəhətdən digər məktəb fənlərinin tədrisi metodikasından fərqləndirir. Biologiya elmləri sahəsində əsas tədqiqat üsulu müşahidə, təcrübə və toplanış faktların nəzəri olaraq ümumiləşdirilməsidir.

Biologiya tədrisi metodikasının struktur quruluşundan göründüyü kimi o materialist dialektikaya əsaslanaraq pedaqogika, psixologiya elmləri ilə sıx əlaqədardır. Biologiya tədrisi metodikası fənni təlim-tərbiyənin vəzifələrini yerinə yetirməkdə pedaqogikanın didaktik prinsiplərinə və biologiya fənnlərinin konkret materiallarına əsaslanır, eyni zamanda şagirdlərin psixoloji və yaş xüsusiyyətlərinin öyrənilməsindən bəhs edən psixologiya və fiziologiya elmləri ilə sıx əlaqədardır. Hər şeydən əvvəl biologiyanın tərdisi metodikası biologiya fənnlərinin müasir səviyyəsi ilə sıx surətdə əlaqədardır. Ona görə də məktəb biologiya fənnlərini məzmunu həmin dövrün biologiya fənnlərindən götürür. Lakin qeyd etmək lazımdır ki, məktəb biologiya kursu ilə biologiya elmləri arasında məqsədinə, həcminə, strukturuna və materialın məzmununun ifadə metoduna görə böyük fərq vardır. Biologiya elmləri məqsədi təbiət haqqında tədqiqarların yolu ilə yeni məlumatların alınmasından ibarətdir. Məktəb biologiya fənnlərinin məqsədi isə şagirdlərə biologiya elmləri tərəfindən əldə edilmiş elmi faktlar və qanunauyğunluqlar haqqında məlumatlandırmaqdan ibarətdir. Biologiya tədrisi üsulu fənni eyni zamanda dialektik materializm fənni ilə də bağlıdır. Bütün fənnlərdə olduğu kimi biologiyanin tədrisi metodikası dialektik materializmin qanunları əsasında inkişaf edir. Orta məktəb biologiya kursu – təbiətşünaslıq, botanika, zoologiya, insanın anatomiya-fiziologiya və gigiyenası ümumi biologiya kursuna uyğun olaraq tədris olunur.Bu prinsip bioloji anlayışların tədricən inkişaf etdirilməsinə, materialın şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq mürəkkəbləşməsinə əsaslanır. Belə bir tədris sistemi vahidlik və ardıcıllıq prinsipinə əsaslanır.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin