Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə1/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
  1   2   3   4   5   6   7   8   9   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr



Mövzu 1. Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri.

Plan:

  1. Psixodiaqnostika anlayışı.

  2. Psixodiaqnostikanın qarşısında duran əsas vəzifələr.

  3. Psixodiaqnostikanın predmeti.

  4. Psixodiaqnostikanın başqa elmlərlə əlaqəsi.

  5. Koqnitiv (idrak) proseslərinin və qabiliyyətlərin diaqnostikası.


Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

1.Psixodiaqnostika praktik psixologiyanın fərdin psixi inkişaf səviyyəsi, xüsusiyyətlərini dəqiq qiymətləndirmək üçün metodologiya və metodlar sistemini nəzəri cəhətdən işləyib hazırlayan xüsusi sahəsidir.

Psixodiaqnostik baxımdan qiymətləndirmə obyektinə psixologiyanın öyrəndiyi bütün fakt və hadisələr-duyğulardan başlamış insanların ünsiyyəti və qarşılıqlı münasibətlərində təzahür edən mürəkkəb sosial-psixi proseslərədək hər bir psixi proses, xassə və funksiyalar vardır.

Psixodiaqnostika inteqrativ elmi-texnoloji fənn olub, diferensial psixologiyaya test yaradıcılığının riyazi texnologiyası üzrə elmi nəzəriyyəyə istinad edir. Psixodiaqnostika bu yolla konkret praktik məsələlərin həlli üçün psixodiaqnostik metodikaların repertuarını yaradır və onlardan istifadə edir. Bu metodikalarda psixoloji diaqnozun qoyulması sınanılan şəxs haqqında kifayət qədər sürətli və etibarlı şəkildə məlumatların əldə edilməsini təmin edir.

Psixoloji diaqnoz – şəxsiyyətin qabiliyyətləri, motivləri kimi davamlı xüsusiyyətlərin ilk kompleks qeydə alınmış formasıdır.

Psixodiaqnostik müayinənin nəticələri əsasında qoyulmuş diaqnoz nəticə olaraq öyrənilən keyfiyyət və ya xüsusiyyətin inkişaf etdirilməsi və ya korreksiyası haqqında mütəxəssislər üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur ki, bunun əsasında pedaqoq, tərbiyəçi və praktik psixoloqlar inkişafetdirici tədbirləri həyata keçirirlər. Psixodiaqnostikanın əsas məqsədi fərdin psixi və şəxsi inkişafını tam təmin etməkdən ibarətdir.



2.Psixodiaqnostika təcrübəsində fərdin əldə etdiyi psixi inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün aşağıdakı ümumi vəzifələr həll edilir:

  • hər hansı psixi xassə və keyfiyyətin inkişaf səviyyəsinin aşkara çıxarılması;

  • müəyyən yaş mərhələsində psixi xassə və keyfiyyətlərin yaranması və onun inkişaf dinamikasının müəyyənləşdirilməsi;

  • fərdin və ya müəyyən qrupun xüsusi təşkil edilmiş təlim-tərbiyənin təsiri altında (məsələn, pedoqoji eksperiment nəticəsində) psixikası və davranışında yaranan real dəyişikliklərin aşkara çıxarılması;

  • şəxsiyyətin keçmişdə inkişaf dinamikasının təhlili əsasında onun bu və ya digər keyfiyyətlərinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi;

  • müayinə edilən adamların və ya qrupun əldə edilmiş inkişaf göstəricilərini nəzərə almaqla, gələcəkdə diferensiallaşdırılmış iş aparmaq məqsədilə onların kateqoriyalara bölünməsi;

  • fərdin və ya qrupun bu və ya digər fəaliyyət sahəsində, məsələn, öz xidməti vəzifəsinin icrası üçün onun peşə yararlığının müəyyənləşdirilməsi;

  • fərdin və ya qrupun tibbi və ya sosial normalar baxımından inkişaf göstəriciləri və davranışının uyğun olub-olmamasının müəyyənləşdirilməsi və zəruri psixokorreksiya işlərinin aparılması;

  • fərdin və ya qrupun gələcək həyat yolunun seçilməsi (peşə, nigah üçün tərəfdaş və s.), gələcək özünütəhsil üçün tövsiyələrin işlənib hazırlanması.

Psixodiaqnostikanın qeyd olunan ümumi vəzifələrinin böyük hissəsi məktəbəqədər müəssisələrdə və məktəblərdə müxtəlif yaşlı+ uşaqlarla iş prosesinə aiddir. Bununla belə, psixodiaqnostikanın daha konkret məqsədlərlə bağlı olan bir sıra xüsusi vəzifələri də vardır. Həmin vəzifələrə aşağıdakılar aid edilə bilər:

  • həyatın ilk aylarından başlamış orta məktəbi qurtaranadək olan dövrdə uşaqların psixoloji (idraki, intellektual, şəxsi və şəxsiyyətlərarası) inkişafının yaş dinamikasının öyrənilməsi. Bu halda hər bir uşağın (böyük uşaqlar üçün aylıq, körpə və erkən yaşlı uşaqlar üçün illik) inkişaf göstəricilərini özündə əks etdirən xüsusi psixodiaqnostik xəritə tərtib olunmalıdır.

  • hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərinin orta standart normadan kənara çıxması (müsbət mənada sürətli inkişaf, mənfi mənada geridəqalma) hallarının müəyyənləşdirilməsi;

  • uşaqlarda keçirilən inkişafetdirici pedoqoji eksperimentlərin nəticələri əsasında təlim və tərbiyənin səmərəliliyini yüksəltməyə psixoloji cəhətdən xidmət edən praktik tövsiyələrin işlənib hazırlanması;

  • uşağın təbii imkanlarının, istedad və fərdi qabiliyyətlərinin inkişaf səviyyəsini vaxtında aşkara çıxarmaq və daha da inkişaf etdirmək məqsədilə elmi cəhətdən əsaslandırılmış peşə məsləhətləri və peşəyönümü işlərinin həyata keçirilməsi;

  • uşağın təlimi və tərbiyəsinin optimal təşkilini təmin etmək məqsədilə onun psixologiyası haqqında müəllim və valideynlər üçün faydalı ola biləcək çoxcəhətli məlumatların əldə edilməsi.

Uşaqların həyat və fəaliyyətini müxtəlif cəhətdən öyrənən psixodiaqnostika elmi cəhətdən sınaqdan çıxarılmış çoxsaylı tədqiqat metodlarına istinad edir. Bu metodların seçilməsinə olduqca ciddi tələblər verilir. Buraya tətbiq olunan metodun müvafiqliyi, dəqiqliyi etibarlığı daxildir. Metodun müvafiqliyi dedikdə, öyrənilən xüsusiyyətin bu metodla uyğunluğu başa düşülür. Məsələn, erkən yaşlı uşaqların davranış motivlərinin öyrənilməsində onların şəxsi mühakimələrinə əsaslanan söhbət və ya müsahibə metodu müvafiq hesab edilə bilməz. Çünki bu yaşlı uşaqlar hələ öz davranışlarının motivlərini dərk etmək qabiliyyətinə malik deyillər.

Psixodiaqnostik metodun dəqiqliyi öyrənilən keyfiyyətin incə fərqlərini sezməyə imkan yaradır. Məsələn, tədqiqata cəlb edilmiş şəxsə verilən anket və sorğularda bəzən “hə”, “yox” tipli mülahizələr cavabların dəqiqliyini bildirdiyi halda, “hərdən”, “hərdənbir”, “bəzən”, “deyə bilmərəm” tipli cavablar qeyri-müəyyənliyi haqqında rəy yaratmış olur.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin