SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi



Yüklə 0,89 Mb.
səhifə1/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
  1   2   3   4   5   6   7   8   9   10   11



SÜRƏTLİ OXU

BIRINCI MÜZAKIRƏ

Biz necə oxuyuruq
OXUNUN DİNAMİKASI
Ola bilər ki, siz artıq bir neçə dəqiqəyə bir qəzeti oxuya bilən və bircə saat ərzində bütün bir kitabı nəzərdən keçirən, eyni zamanda məzmununu da mənimsəyən insanlar tanıyırsnız. Yəqin elə düşünmüsünüz ki, bu insanlar hansısa anadangəlmə qabiliyyətə malikdirlər, sizdə isə bu qabiliyyət yoxdur. Əslində isə sürətli oxu bəzi sadə üsulların tətbiqinin nəticəsidir ki, bu "sirr" və "fokuslara" yiyələnmək üçün lazımi vaxt sərf etmək və cəhd göstərmək istəyən hər kəs bu üsulları mənimsəyə, təkmilləşdirə və onlardan istifadə edə bilər. İndi bunlar artıq məharət deyil, sürətli və keyfiyyətli oxu haqqında olduqca aydın və müyəssər dərsliklərdir.

Sürətli oxu bir çoxları üçün asan və müyəssər bir şeyə çevrilib. Sürətli oxuya keçməzdən əvvəl gəlin oxunun, ümumiyyətlə, nə olduğunu aydınlaşdıraq.

Oxu prosesinin alimlərin təklif etdiyi təriflərindən biri belədir: Oxu müəllifin mətndə qoyduğu hərfi və gizli mənaların başa düşülməsi üçün gözlərimizdən və şüurumuzdan istifadə edilməsi prosesidir.

Bu tərif oxunun bir mürəkkəb psixoloji və əqli proses olaraq hələ bir çox digər tərəflərini əks etdirmir. Qnun öyrənilməsi davam edir və görünür ki, dahi alman şairi Gete ilə razılaşmaq olar. O, öz əsərlərindən birində yazırdı: "Bu xeyirxah insanlar heç təsəvvür edə bilməzlər ki, oxumağı öyrənmək nə qədər zəhmət və vaxt tələb edir. Mən özüm buna 80 ilimi sərf etmişəm və hələ də məqsədimə tam çatdığımı deyə bilmərəm".

Oxu təlimin əsas vasitəsi, ətraf aləmi dərk etmək alətidir. Yeni kütləvi informasiya vasitələrinin - radio və televiziyanın meydana çıxmasına baxmayaraq, oxunun insanların həyatında əhəmiyyəti hələ də böyükdür. 

Şahidi olduğumuz informasiya partlayışını alimlər hələ ötən əsrdə proqnozlaşdırıblar. Bizim dövrdə elmi-texniki inforımasiyanın həcmi böyükdür: o, hər 10-15 ildə ikiqat artır.

İnformasiya partlayışı və bütün bilik sahələrinin mütəxəssisləri tərəfindən həll oluna bilən elmi-texniki problemlərin daim mürəkkəbləşdiyi şəraitdə daha çox oxumaq lazımdır. Məsələn, hcsablama texnikası sahəsində mütəxəssislər hər ay 40-a yaxın yerli xarici jurnal oxumalıdırlar. Tamamilə aydın məsələdir ki, sürətli oxu vərdişi olmadan belə həcmdə çap məhsulunu mənimsəmək sadəcə qeyri-mümkündür. EHM ayrıcı-göstərici qurcuların ekranlarından (displeydən) mətnin oxunmasında da təliminə ehtiyac var. Apanlmış araşdırmalar göstərib ki, sürətli oxu metodunu mənimsəyənlər yeni mətn növlərinə əhəmiyyətli dərəcədə asanlıqla uyğunlaşırlar və bir müddətdən sonra artıq displeylərin ekranlarındakı mətnləri də sürətlə oxuyurlar.

Müasir sivilizasiya şəraitində əksər insanlar artıq informasiya axınının bütün növlərini mənimsəmək iqtidarında deyillər. Bununla yanaşı, bu baxımdan baş beyinin ehtiyatları tükənməmişdir. Məsələn, bir çox şeydə insandan üstün olan hesablayıcı maşınların bəzi parametrlərinə görə insana uduzması faktı bununla izah olunur. Bu, "insanla texnika" qarşıdurmasına imkan verən sistemlərdə xüsusilə aydın aşkar edilib.

Elektron hesablayıcı maşın terminalın - nümayişetdirici televiziya qurğusunun ekranına hesablamanın nəticəsini tez bir zamanda çıxarır, insan-operator isə nəticələrin hesablanmasına həddindən çox vaxt sərf edir. Halbuki bəzən mexanizmlərin və avadanlığın fasiləsiz və qəzasız işləməsi qərarın nə qədər tez qəbul edilməsindən asılı olur. Son 20 ildə EHM qurğularının yaddaş tutumu 1000 dəfədən çox, onların sürətli işi isə 100 dəfədən çox artıb. Bəs insanın? Alimlərin müşahidələri göstərir ki, əksər insanlar 50 və 100 il əvvəl olduğu sürətlə oxuyurlar: dəqiqədə 600-900 işarə. Məhz buna görə də cəmiyyətimizin hər bir üzvünün oxu sürətinin yüksəldilməsi məsələsi kəskin şəkildə ortaya çıxır.

Oxu texnikasının rolu məktəbdə xüsusilə böyükdür.

Xarkov pedoqoji institutunda aparılmış tədqiqatlar göstərib ki, şagirdlərin oxu sürəti ilə müvəffəqiyyəti arasında birbaşa əlaqə mövcuddur. Belə ki, sürətlə oxuyan şagirdlər arasında "yaxşı" və "əla" oxuyanlar 53%, ləng oxuyanların arasında isə yalnız 4% təşkil edir.

Şagirdlərin oxu sürətinin aşağı olması onların ali məktəbdəki təhsilinə də pis təsir edir. "İzvestiya"nın xüsusı müxbiri E.Maksimova və İ.Preslovskaya "Gəmiqayırma institutundan məktublar"da yazırdılar:

"İnstitutdan təxminən hər dörd nəfərdən biri qovulur və bu göstərici artıq neçə ildir dəyişmir. Məktəb uzun müddət eyni bir materialı təkrarlayır, ləng sürət ağlı zəiflədir, ali məktəbdə isə hər dəqiqə yeni informasiyalar ilə doludur . Xüsusilə də ilk iki kursda". Məlum olduğu kimi, orta təhsilinin mükəmməlləşdirilməsinin uzunmüddətli proqramından ibarət olan məktəb islahatı şagirdlərin işinin fəallaşdırılmasını nəzərdə tutur. "İnformatika və hesablayıcı texnikanın əsasları" adlı yeni kursun tətbiqi bu yolda ilk addımdır.

Moskvanın bir sıra məktəblərində oxuyan sinif şagirdlərinə sürətli oxu metodunun öyrədilməsi onların marağına səbəb oldu və bütövlükdə dərs prosesinin fəallaşdırılmasına yaxşı təsir göstərdi.



SÜRƏTLİ OXUDAN NƏ VAXT VƏ HARADA İSTİFADƏ EDİLİR
"...Kitabı oxuyarkən növbəti fəslə kimi oxumağa tələsmə, kitabda və onun sözlərində nədən bəhs edildiyi barədə düşün və eyni fəslə üç dəfə qayıt" - 1076-cı ildə işıq üzü görmüş "Svyatoslavın məcmuəsi"ndə belə oxumaq tövsiyə olunurdu. Müasirimiz olan ingilis yumoristi D.Mikeş hekayələrindən birində yazırdı: "...biləndə ki, senator S. yazıçı Ç. Dikkensin "İki şəhərin hekayəti" əsərini ötuz dəqiqəyə oxuyub, şoka düşdüm. Sən demə, Dümanın "Üç muşketyor"una senator 16 dəqiqə vaxt sərf edəcək, orta hesabla, hər muşketyora 5 dəqiqə 20 saniyə düşəcək".

Bu, oxuya iki ifrat baxışdır. Bəzi müəlliflər sürətli oxunun problemlərini müzakirə edərkən oxu prosesinin sürətləndirilməsinin ümumiyyətlə, yolverilməz olması qənaətinə gəlirlər. Sürətli oxunun tətbiqi sahələri məsələsi bəzi tənqidçilərin etdiyi kimi kəskin şəkildə həll edilməməlidir. Bu gün biz hələ oxunun bütün mexanizmlərinin və onun son imkanlarının dərk edilməsindən çox uzağıq. Buna görə də sürətli oxdan istifadənin sərhədlərindən danışarkən, hər şeydən əvvəl onun konkret oxucuların imkanlarına uyğun olaraq tətbiq ctlilməsinin məntiqli hüdudlarını nəzərə almaq lazımdır. Hec bir tədqiqatçı bu üsulu bədii ədəbiyyatın oxunması ücün istifadə etməyi təklif etməyib, hərçənd onu sürətli oxu metodu ilə məhsuldar şəkildə oxumaq olar. A.S. Novikov- Priboyun xatirələrinə görə, M.Qorki jurnalları belə oxuyurdu: "Aleksey Maksimoviç birinci jurnalı götürdü, onu böldü və onu nə oxuyan kimi oxuyur, nə də vərəqləyən kimi vərəqləyirdi. Qorki oxumurdu, sanki nəzərləri ilə səhifələrdə gəzinirdi, yuxarıxdan aşağıya, şaquli xətt boyunca". Və Novikov-Priboy düşündü ki, Qorki iki dəfəyə oxuyur və hal-hazırda jurnalın ilkin nəzərdən keçirilməsi mərhələsi olan birinci mərhələni icra edir.

Birinci jurnalı bitirdikdən sonra Qorki ikincisinə başladı və hər şey təkrarlandı: o, səhifəni açırdı, pilləkənlər kimi yuxarıdan aşağıya doğru səhifədə nəzərlərini gəzdirirdi və buna onun bir dəqiqədən də az vaxtı gedirdi, sonra təkrar təkrar və sonuncu səhifəyə çatırdı. Jurnalı kənara qoyurdu və yenisini götürürdü".

Bunu görən Novikov-Priboy jurnallardan birini götürdü, oradan bir hekayə, kiçik povest, şeir silsiləsi, ədəbi-tənqitlı məqalə seçdi və diqqətlə onları oxudu (yeri gəlmişkən, buna onun bir neçə saat vaxtı getdi), növbəti gün isə Qorkini bir balaca yoxlamaq istədi - oxuduqları haqqında təəssüratlarını bölüşdü. Onun gözlədiyi kimi, bir qədər sonra Qorki onunla mübahisə etməyə başladı. Novikov-Priboyun gözləmədiyi bir şey var idisə, o da Qorkinin ifadələrinin heyrətamiz şəkildə dolğunluğu idi: "Aleksey Maksimoviç təkcə povestin fabulasına, tənqidi məqalənin müəllifinin düşüncə tərzini xatırlamırdı, həm də heyrətamiz şəkildə asanlıqla yadında qalan və müzakirə olunan əsərlərin məzmunundakı metafora, epitet, müqayisə və obrazlardan misal gətirirdi".

Sürətli oxunun tədrisinə dair xarici dərsliklər sürətli oxu metodundan bədii ədəbiyyat üçün istifadə edilməsinə dair tövsiyələr vermir. Məsələn, Hyuston şəhərində (ABŞ) təhsilin inkişafı laboratoriyasının nəticələri belədir: "Yaxşı oxucu oxudan həzz alır və nə oxumasından asılı olaraq, dəyişkən sürətlə oxuyur. Şair Miltonu sözbəsöz və sətir-sətir, tarixçi Makoleyi cümlə-cümlə, yazıçı Tekkereyi abzas-abzas, Konan Doylun detektivlərini isə səhifə-səhifə oxumaq lazımdır". Aydındır ki, oxunun seçiciliyi elə məhz sürətli oxunun əsas xüsusiyyətidir ki, bu da həmin metoda yiyələnənlərə müxtəlif janrlarda olan mətnləri müxtəlif sürətlərdə eyni dərəcədə yaxşı mənimsəməyə imkan verəcək.

Əsl oxu incəsənəti oxunun məqsədindən, mətnin vəzifəsindən və xarakterindən asılı olaraq, dəyişkən oxu bacarığını özündə ehtiva edir. Təlim metodikamızın vəzifəsi-belə bir bacarığı formalaşdırmaqdır. Sürətli oxu metodundan qəzetlərin, elmı populyar kitabların, jurnal və digər resursların oxunmağı istifadə edilə bilər. Sizin üçün çətin anlaşılan bədii ədəbiyyatı və bunu kimi istənilən digər mətnləri sürətlə oxumağı tövsiyə etmirik.


SÜRƏTLİ OXU NƏDİR
“Literaturnaya qazeta”nın qeydlərindən birində yazılmışdı: "Dəqiqədə beş min işarə - mühəndis Bloxinin oxu sürəti belədir" Öz metodunun məğzini izah edərkən Bloxin belə dedi: Mənı heç vaxt oxuduqlarımın üzərində düşünmürəm".

Yuxarıda artıq oxu prosesinin mürəkkəbliyi və müxtəlifliyi barədə danışmışıq. Bu problemə daha bir baxış da mövcuddur.

Insanlar yüzlərlə əsrlərdir ki, oxuyurlar, lakin oxunun sürətinin artırılması yalnız dövrümüzdə bütün kəskinliyi ilə meydana çıxıb. Səbəb nədir? Bu suala cavab vermək üçün elmi və kütləvi kommunikasiya proseslərində, daha doğrusu cap informasiyalarının formalaşdırılması və ötürülməsi proseslərində baş vermiş keyfiyyət dəyişmələrini nəzərdən kecirmək lazımdır.

İnsan cəmiyyətinin inkişaf tarixi, hər şeydən əvvəl, məlumatın yenidən işlənməsi və sıxılması yolu ilə biliklər xəzinəsinin inkişaf tarixidir. Cəmiyyətdə həmişə tərkibində yeni biliklər olmayan böyük əlavə məlumatlar axını dövr edir. Düşünmək lazım deyil ki, məlumatın yenidən istehsal edilməsi müasir inkişafın nəticəsidir. Tarixə nəzər salsaq, keçmişdə də oxşar faktların mövcud olduğunu görərik. Qədim misirlilər papiruslarda rəqəmlər vasitəsilə üçbucaqların xüsusiyyətləri və əməliyyat yerinə yetirmə qaydalarına dair o qədər qeydlər ediblər ki, bu materialların mənimsənilməsi onların müasirləri üçün sadəcə qeyri-mümkün olub. Çıxış yolunu konkret halların biliklərini ümumi və daim təkrarlanan müddəalarla - qanunauyğunluqlarla əvəzləməkdə tapıblar. Beləliklə, riyaziyyatda yeni cərəyan - məsələ həllinin cəbri metodları yarandı.

Buradan belə nəticə çıxarmaq olar ki, məlumat bolluğunun səbəb olduğu müasir informasiya böhranı şəraitində oxu elə təşkil olunmalıdır ki, artıqları seçib ayırarkən yalnız əsaslı dərəcədə yeni olanları, biliklərin əsaslarını seçə bilək, təfəkkür vasitəsindən istifadə edərək yaddaşımıza yeni biliyin əsasını qoya bilək.

Burada izah edilmiş informasiyanın emal edilməsi proseslərinin modeli sürətli oxunun nə demək olduğunu izah etməyə kömək edir.

Beləliklə, sürətli oxu oxunmuşun tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən tam mətnin oxunmasıdır. Bununla da, deyə bilərik ki, sürətli oxu "diaqonal üzrə" səthi oxu deyil, başdansovdu oxu da deyil. O, fəal yaradıcı idrak prosesidir, bu proses zamanı oxucu faktları, hökmləri təhlil edir, ayrı-ayrı məfhumların sintezini aparır, nəticədə də yeni biliyin təməli qoyulur. Məhz buna görə də sürətli oxunun təlimi metodikasının işlənib hazırlanması təkcə analizatorların: nitq, eşitmə, görmənin idarə edilməsi məsələsinin həllini tələb etmir, həm də əqli fəaliyyətin alqoritmlər sisteminin, yəni müəllifin mətndə ifadə etdiyi və oxucu üçün yetərli və vacib olan məlumatın ortaya çıxarılması və emal edilməsi əməliyyatlarının işlənib hazırlanmasını tələb edir.

Məhz buna görə də, çox vaxt məlum olur ki, sürətli oxu, nə qədər paradoksal olsa da, oxunmuşun keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir.

Məşhur Sovet psixoloqu L.S. Vıqotski hələ 1931-ci ildə yazırdı:

“Adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, cünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir”.

Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu olduqca mühüm əhəmiyyət kəsb edir. Vərdiş nədir? Psixologiyada vərdiş heç bir cəhd olmadan, avtomatikləşmiş hərəkətlər kimi təyin olunur. Insan hələ uşaqlıqdan özündə bu vərdişlər sistemini formalaşdırır. Biz cəhdsiz hərəkət edirik, velosiped sürürük, üzürük və s.

Həmçinin mühüm olan vərdişin bir dəfə formalaşdıqdan və möhkəmləndikdən sonra artıq bütün ömür boyu davam etməsi halıdır. Məsələn, siz üzməyi öyrənmisinizsə, sizin suda qalmaq bacarığınız istənilən situasiyada qorunub saxlanilacaq. Təsadüfən suya düşsəniz, məsələn, dostlarnız sizi körpüdən itələsələr, hətta geyimli və ayaqqabı ilə suyun dibində qalacaqsınız, bu vərdişə malik olmayan insanlardan fərqli olaraq, suda boğulmayacaqsınız, suyun dibinə getməyəcəksiniz.

Buna bənzər hadisə bizim situasiyamızda da baş verir. Sürətli oxu metoduna yiyələnərək, siz həmişə sürətlə oxuyacaqsınz, həmişə informasiya okeanının üzərində qalacaqsıniz, onun sizi batırmasına imkan verməyəcəksiniz. Bununla yanaşı, siz oxunun sürətinin əsirinə çevrilmirsiniz. Hər dəfə mətnin növündən və oxunun məqsədindən asılı olaraq, oxunuzun sürətini tənzimləyirsiniz. Oxunu hansı halda sürətli, hansı halda isə ləng hesab edəcəyimizi müəyyənləşdirmək üçün Cədvəl 1-də göstərilmiş sürət şkalasına əsaslanırıq.


Cədvəl 1. Oxu sürətinin normativləri

Oxunun sürəti

Dəqiqədə səslərin sayı

Çox ləng

900

Ləng

1200

Orta

1500

Ortadan yuxarı

1800

Sürətli

3000

Çox sürətli

5000

Fövqəlsürətli

10000 və daha artıq




Sürətli oxu kursu oxu sürətini ilkin sürətlə müqayisədə orta hesabla 3 dəfə artırmağa imkan verir; bir qayda olaraq, şagirdlər dəqiqədə 3000 və daha çox işarə (3000 işarə - təxminən 500 sözdür) sürətinə çatırlar. Belə sürət bir saata, orta hesabla, 100-ə yaxın eyni formatlı kitab səhifəsini oxumağa imkan verir.

İndi isə oxunun başılanğıc sürətini təyin etməyin vaxtı gəlib çatdı.

OXUNUN BAŞLANĞIC SÜRƏTİNİN TƏYİN EDİLMƏSİ
Oxunun sürəti nədir?

Biz onu zaman vahidi kəsiyində, oxunmuşun mənimsənilmə keyfiyyəti də nəzərə alınmaqla, işarələr kəmiyyəti kimi təyin edirik. Onu bu formula əsasən hesablamaq olar V=(Q/T)*K. Burada V - oxunun sürəti; Q - mətndə olan işarələrin sayı (həcm); T - mətnin oxunmasına sərf edilmiş vaxt ( dəqiqələrlə); K - anlama əmsalıdır.

İşarə dedikdə mətndəki hər bir hərf və rəqəm (durğu işarələrindən başqa) başa düşülür. Bəzi dərsliklərdə oxunun sürəti sözlərlə ölçülür. Bir ölçü vahidindən digərinə keçmək asandır, əsas odur ki, onlar arasındakı qarşılıqlı münasibəti biləsən.

Məlumdur ki, rus dilində sözlər orta hesabla altı hərfdən ibarətdir. Məsələn, əgər oxunun sürəti dəqiqədə 600 işarəyə bərabərdirsə, sözlərlə oxunun sürəti dəqiqədə 100 söz olacaq (600:6). Oxunun müddətini saniyəölçənlə, ya da ən azından saniyə əqrəbi olan saatla ölçmək olar.

Bəs anlama əmsalı nədir? Bizə artıq məlumdur ki, sürətli oxu oxunmuşun dərindən mənimsənilməsi ilə yanaşı, mənalıoxu novüdür. Təlim prosesində daim təkcə oxunun müddətini deyil, həm də mənimsənilmənin keyfiyyətini ölçmək lazımdır. Göstərilmiş formula əsasən oxunun sürəti oxunmuşun başa düşülməsi ilə ayrılmaz şəkildə əlaqəlidir. Anlayış əmsalı oxunmuşun məzmununa dair 10 suala cavabın təhlili yolu ilə müəyyən edilir. 10 sualın hamısına düzgün cavab verildiyi təqdirdə, K 1-ə, 8 suala cavab verildiyi halda - 0,8-ə bərabərdir, və s.

ƏNƏNƏVİ OXU METODLARININ XÜSUSİYYƏTLƏRİ
Oxıınu beş əsas xüsusiyyətə ayırmaq olar:

1. Reqressiyalar oxunmuşu təkrar oxumaq məqsədilə gözlərin geri hərəkətidir. Bu nöqsanların ən geniş yayılmışıdir. Bəzi oxucular özləri də hiss etmədən istənilən mətni iki dəfə oxuyurlar - həm çətin, həm də asan mətni, sanki əmin olmaq istəyirlər. Ləng oxu zamanı həcmi 100 söz olan mətn üçün reqressiyaların sayı 10-15-ə çatır. Aydındır ki, gözlərin bu qədər tez-tez geri hərəkətləri oxunun sürətini azaldır. Əksər insanlar həm çətin, həm də asan mətnləri eyni dərəcədə ləng oxuyurlar. Amerikalı tədqiqatçılar da oxunun məhz bu xüsusiyyətini təhlil edərək yazırdılar: "Əksər insanlar neft-yağ materiallarının sərfinə dair rüb hesabatını da, elmi jurnalda yeni avtomobil mühərriki barədə məqaləni də, bədii mətni A.Heylinin "Çarxlar" romanını da ləng oxuyurlar, halbuki hesabat yekun rəqəmləri görmək üçün müxtəsər nəzər tələb edir, elmi mətn isə bədii kimi başqa bir yanaşma tələb edir".



Buradan belə nəticə çıxır ki, oxunun bu və ya digər sürəti və texnikası, hər şeydən əvvəl, oxucunun öz qarşısında qoyduğu məsələ və məqsədlərə tabe olmalıdır. Məhz əqli aliyyətin avtomatizm kimi müvafiq proqramlarının işlənib hazırlanması, lazım olan anda onların istənilən birindən istifadə etmək bacarığı sürətlə oxumaq qabiliyyətini təyin edir.

  1. Dəyişkən oxu proqramının olmaması çoxlarına ziyan vurur. Artıq ilk eksperimentlər göstərib ki, çox sadə bir üsuldan–inteqral alqoritmdən istifadə etməklə oxu sürətini iki dəfə artırmaq və oxunmuşların mənimsənilməsini təxminən iki dəfə yaxşılaşdırmaq mümkün olur.

  2. Artikulyasiya. Oxu zamanı dodaqların, dilin və digər tələffüz orqanlarının hərəkəti özlüyündə oxunun sürətini yalnız zahirən azaldır. Əslində isə onlar daim gizli hərəkətdə olurlar. Artikulyatorların bu mikrohərəkətlərinin intensivliyi, hər şeydən əvvəl, oxunun inkişaf səviyyəsindən və mətnin çətinliyindən asılıdır.

Müəyyən olunduğu kimi, sözləri tələffüz etmək vərdisı oxucuların əksəriyyətinə xasdır. O, uşaqlıqda, oxumağı öyrənərkən formalaşır. Uşaq əvvəlcə sözləri hərf-hərf, sonra heca-heca, nəhayət, bütövlükdə səsləndirir. Nəticədə görünən və tələffüz olunan söz arasında möhkəm reflektor əlaqə yaranır və mətni əvvəlcə ucadan, sonra pıçılti ilə, sonra isə daxildə söyləmək vərdişi formalaşır və hər bir vərdiş kimi o da çox davamlıdır.

4. Dar görüş sahəsi. Görüş sahəsi dedikdə, gözlərin mətnə bircə dəfə nəzər yetirməklə dəqiq qavradığı hissəsi başa düşülür. Ənənəvi oxu zamanı hərf, söz, ən yaxşı halda isə iki-üç və söz qavranıldıqda görüş sahəsi çox dardır. Bunun nəticəsində gözlər çox sıçrayış edir və nəzəri saxlayır. Bu üsulu nəzərin parçalanması ilə oxu üsulu adlandırmaq olar. Görüş sahəsi nə qədər geniş olarsa, göz hər dayandıqda bir o qədər çox informasıya qavranılır, bu dayanmaların da sayı bir o qədər az olur nəticədə isə effektiv oxu alınır. Sürətlə oxuyan adam nəzərini bir dəfə saxlayaraq, iki-üç sözü deyil, bütöv bir sətri, bütöv cümləni, bəzən isə bütöv bir abzası qavraya bilir.

6. Diqqətin təşkil olunma səviyyəsi. Diqqət oxu prosesinin katalizatorudur. Əksər oxucuların oxu sürəti onların anlamaya mənfi təsir etmədən malik ola biləcəklərindən qat qat aşağıdır. Ləng oxuyan adamın diqqəti kənar düşüncələrə predmetlərə yayınır və mətnə maraq azalır. Buna görə də böyük hissələr mexaniki olaraq oxunur və oxunmuşun mənası şüura çatmır. Belə oxucu kənar şeylər haqqında düşündüyünü hiss edən kimi çox vaxt həmin parçanı yenidən oxumağa məcbur olur. Öz diqqətini idarə etmək bacarığı sürətli oxu texnikasının mənimsənilməsi prosesində məşq edilən mühüm xüsusiyyətdir.
SIZ NECƏ OXUYURSUNUZ
Oxu prosesinin əsas xüsusiyyətlərini və onun həyata keçirilməsində öz nöqsanlarınızı öyrəndikdən sonra öz oxunuzun daha əlraflı təhlilini aparmaq faydalı olardı. Bunun üçün sorğuda olan 10 suala cavab verməyinizi təklif edirik. Cavablarınızın qarşısında verilmiş rəqəmləri qeyd edərək toplam rəqəmi hesablayın və sonra sorğunun nəticəsi üçün verilmiş dəyərləndirmə cədvəlinə baxın (Sorğunun aşağısındadır).

1. Oxumağa başlayarkən həmişə dəqiq məqsəd və motiviniz olur?

Həmişə çox dəqiq məqsədim və oxunun motivi olur.... 1(1



DÖRDÜNCÜ MÜZAKİRƏ: 42

Cavab verməyə çətinlik çəkirəm.........................

Çox nadir hallarda ...............................................

Heç vaxt ....................................

10. Oxu zamanı gözləriniz necə hərəkət edir?

Səhifənin ortası ilə şaquli, səlis və cəld.................

Ziqzaqşəkilli, sətirdən-sətrə ......................

Diaqonal üzrə ......................

Hər sətirdə dayanaraq .......................

Hər sözdə dayanaraq ........................

Ümumi bal .......................

Sorğu keçirmək təcrübəsi aşağıdakı nəticələri verir: peşəkar oxucu tam 100 bal alır; sürətli oxu vərdişlərinə öyrənmiş oxucu - 70-dən 80-dək; geniş bilik sahibi olan (lakin sürətll oxuya öyrədilməmiş) oxucu - 40-dan 50-dək; əksər oxucular isə 20-dən 30-dək bal qazanır. Bu testi yadda saxlayın. Vaxt aşırı bu testə qayıdacaq və sürətli oxu vərdişlərinə nə qədər yiyələndiyinizi yoxlayacaqsınız.




IKINCI MÜZAKIRƏ

Sürətli oxunun birinci qaydası
OXUNUN BEŞ ÜSULU
Əvvəlki söhbətimizdə ilk tapşırıqları yerinə yetirərkən sız öz oxu nöqsanlarınızı və onun başlanğıc sürətini müəyyənləşdirdiniz. Çox vaxt bizdən soruşurlar: "Sürətli oxunu mənimsəyən insan indi hər şeyi sürətlə oxuyur?" Əlbəttə ki, xeyr.

Sürətli oxunun fiziki tətbiq hüdudları var. Oxunun bütün üsullarını beş qrupa ayırmağı təklif edirik. Hər dəfə oxuya başlamazdan əvvəl məqsədlərə, vəzifələrə və vaxt büdcəsinə müvafiq olaraq, müəyyən rejim seçmək lazımdır. Sürətli oxu heç də mənalı informasiya əldə etməyin universal metodu deyil. Lakin sürətli oxuya yiyələnməyin vacibliyi onunla izah olunur ki, ümumi vaxt həcmində mənalı informasiya əldə etməyin böyük bir hissəsi onun payına düşür.



İnformasiyanın əhəmiyyətli dərəcədə böyük bir hissəsini digər oxu üsullarının hesabına əldə edirik. Bunların arasında isə əsasları aşağıdakılardır:

  1. dərinləşdirilmiş;

  2. sürətli;

  3. panoram-sürətli;

  4. ordan-burdan;

  5. gözdən keçirmə oxu;

  6. seçmə oxu.

Bu üsullardan hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.

Dərinləşdirilmiş oxu. Belə oxu zamanı bütün təfərrüatlara diqqət yetirilir, onların təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bəzi pedaqoqlar dərinləşdirilmiş oxunu analitik, tənqidi və yaradıcı adlandırırlar. Bu üsul tədris fənlərinin öyrənilməsində ən yaxşısı hesab olunur. Siz sadəcə mətni oxumur və anlaşılmayan yerləri aydınlaşdırmırsınız, həm də öz biliklərinizə tərübənizə əsaslanaraq, məsələni tənqidi, yaradıcı şəkildə nəzərdən keçirirsiniz, izahlarda güclü və zəif yerləri tapırsınız, fikir və qənaətləri müstəqil şəkildə təfsir edirsiniz ki, bu da oxunmuş materialı asanlıqla yadda saxlamağa imkan verir, məşğələlərdə fəallığı yüksəldir. Bu yolla tanış olmayan, həmçinin çətin mövzuda olan dərsliklər, mətnlər oxunur.

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin