SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi



Yüklə 0,89 Mb.
səhifə9/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

MƏŞĞƏLƏ: "BARMAQLAR"
Kresloda və ya stulda rahat oturun. Dizlərinizin üstünə qoyduğunuz əllərinizin barmaqlarını bir-birinə keçirin, baş barmaqları sərbəst buraxın. Yavaş-yavaş onlan daimi sürətlə və bir istiqamətdə bir-birinin ərtafında fırladın və onların bir- birinə toxunmamasına nəzarət edin. Diqqətinizi bu hərəkətin üzərində cəmləşdirin. İlk iki həftədə məşğələni gündə 5 dəqiqə, sonra isə 10 dəqiqə ərzində yerinə yetirməlisiniz. Tədricən məşğələnin yerinə yetirilmə müddətini 15 dəqiqəyə çatdırmaq lazımdır. Məşğələ barmaqların fırladılmasının mənasızlığı sayəsində diqqətin işini "təmiz halda" izləmək imkanı verir.

Siz məhz fikrin cəmləşməsinin obyektinin həddindən artıq qeyri-adi olmasından dolayı gözlənilmədən bu tapşırığın yerinə yetirilməsinin sizə çətin görünəcəyinə hazır olmalısınız. Ola bilər ki, siz yuxuya meyilli olmağa başlayacaqsınız. Qeyri-adi duyğuların meydana gəlməsi də mümkündür: barmaqların böyüməsi və ya soyuması, onların hərəkətinin istiqamətinin dəyişdiyini zənn etmək. Ozünüzü bu çətinliklərin öhdəsindən gəlməyə vadar etməli və diqqəti edilən hərəkətin üzərində tamamilə cəmləşdirməlisiniz. Daim öz vəziyyətinizə nəzarət etməlisiniz. Bir anlıq aşkar edəcəksiniz ki, təlimatları yaddan çıxarmısınız. Barmaqlar mexaniki olaraq fırlanır, nəzər pəncərədən buludun hərəkətini izləyir, fikirdə isə tamam başqa şeydir.


MƏŞGƏLƏ: "ƏQRƏB'
Məşğələ hər gün, gündə iki-üç dəfə yerinə yetirilir. 3 dəqiqə ərzində saatınızın saniyə əqrəbinin hərəkətini izləyin.

Başlanğıcda məşğələ o qədər də çətin görünmür. Lakin tezliklə aşkar edəcəksiniz ki, artıq əqrəbi izləmirsiniz, tamamilə başqa bir şey haqqında fikirləşirsiniz, halbuki diqqətiniz daim əqrəbin üzərində olmalıdır.


MƏŞĞƏLƏ: «YAŞIL NÖQTƏNİN MÜŞAHİDƏ EDİLMƏSİ»
Siz artıq uzun müddətdir ki, bu məşğələni yerinə yetirirsiniz və onun effektivliyinə əmin olmusunuz. Burada xatırlatmaq istərdik ki, məşğələnin əsas məqsədi - "aydın şüura nail olmaq" məsələsi ondan əvvəl gələn mərhələ nə qədər diqqətlə və fikri bir yerə cəmləşdirərək yerinə yetirilərsə, bir o qədər asanlıqla və tez həll olunar.

Oz vəziyyətinizin daim nəzarətdə saxlanılması elə məhz bu məsələnin həllinə kömək edəcək güclü öyrədici amildir.



MƏŞGƏLƏ: MARAQSIZ KITABI OXUMAQ
Biz adətən nə oxuyuruq? Bizə lazım, maraqlı, faydalı olanı. Çox nadir hallarda əvvəlcədən lazımsız və faydasız olduğunu bildiyimiz bir mətni oxumağa girişirik. Bu məşğələdə bizim üçün maraqsız olduğunu bilə-bilə kitabları oxumağı təklif edirik. Əvvəlcə bu, açıq-aşkar ixtiyari xarakter daşıyır. Siz özünüzü çətinliklə mətni oxumağa məcbur edirsiniz. Hər şey sizə maraqsız gəlir və birdən ağlınıza hansısa maraqlı bir fikir gəldi. Nə isə sizi cəlb etdi. Ozünüz də hiss etmədən kitabın sizin üçün ümumilikdə maraqsız olduğunu yaddan çıxararaq mətni diqqətlə oxumağa başlayırsınız. Diqqət ixtiyaridən sonrakı diqqətə çevrilir. Istənilən işə "cəlb olunmaq", onu sevimli işə çevirmək bacarığı insan fəaliyyəyətinin bir cox növlərini məhsuldar şəkildə icra etməyə kömək edən böyük üstünlükdür. Bu məşğələ üçün hansı kitabları seçməli? Biz, adətən, sizin ixtisasınıza aid olmayan kitabları oxumağı məsləhət görürük.


SƏKKİZİNCİ MÜZAKİRƏ:

Oxu və yaddaş
YADDAŞ NƏDİR?
Müasir elm yaddaşa informasiyanın yadda saxlanması və yenidən işə salınması kimi tərif verir.

Hələ qədim zamanlarda yaddaş mexanizmini izah etmək cəhdləri edilirdi. Qədim yunan filosofu Aristotel (e.ə. IV əsr) ehtimal edirdi ki, qavrayış zamanı öyrənilən obyektin buraxdığı maddi hissəciklər başa girir və gil, yaxud mum üzərində olduğu kimi, beyinin yumşaq maddəsində iz qoyur.

Yaddaşın uzun illər tədqiq edilməsinə baxmayaraq, XX əsrin əvvəllərinədək bu hadisənin hansısa ciddi izahı olmayıb. Yaddaşın - baş beyinin ən mühüm funksiyasının qanunauyğunluqlarına dair elmi cəhətdən əsaslandırılmış məlumatlar yalnız son onilliklərdə əldə edilib. Insan beynində məlumatın yadda saxlanılması mexanizmlərinin bir neçə fərziyyəsi mövcuddur. Onlardan bəziləri təcrübi cəhətdən öz təsdiqini tapıb.

Fərziyyələrdən biri dövrümüzün biokimya sahəsində ən böyük kəşfinin - genetik informasiyanın saxlanması və gerçəkləşdirilməsində nuklein turşularının nadir rolunun aşkar edilməsinin təsiri altında yaranıb. Bu fərziyyəyə əsasən yaddasaxlamanın sirri beyinə daxil olan informasiyanın ribonuklein turşusu (RNT) molekullarının köməyilə kodlaşdırılması ilə, yəni bu molekulların tərkibinə daxil olan "kərpiclərin" - nukleotidlərin düzülməsi ardıcıllığının dəyişməsi ilə əlaqədardır.

Başqa bir fərziyyə isə yaddasaxlamanı sinir toxumalarının - sinir hüceyrələrinin (neyronların) törəmələrinin yaşla böyüməsi və beyində çoxneyronlu yaddaş şəbəkələrinin yaranması ilə əlaqələndirir. Bu fərziyyə, həmçinin RNT sintezi proseslərinə, zülallara və sinir hüceyrələrinə xüsusi əhəmiyyət verir, lakin bu, onlarda yaddaşın izinin kodlaşdırıldığına görə deyil. Alimlərin fikrincə, məsələ bundadır ki, orqanizmin bütün digər hüceyrələri kimi sinir hüceyrələrinin intensiv fəaliyyəti də zülalların energetik cəhətdən sərf edilməsi və onların biosintez prosesində bərpa olunması ilə müşayiət olunur. Müəyyən şəraitlərdə zülalların sintezi onların məhv olması üzərində üstünlük qazanmağa, hüceyrə isə böyüməyə başlayır. Bütün canlı hüceyrələr üçün eyni olan qanunauyğunluq sinir hüceyrələrində neyronların törəmələrinin və onların digər sinir hüceyrələrinin törəmələri ilə əlaqəyə girən zərif budaqlarının inkişafı şəklində özünü göstərir.

Bu proses də elə təzəcə formalaşmış gənc sinir şəbəkəsində yaddaş izlərinin yaranmasının əsasında dayanır. Aydındır ki, RNT və zülalın sintezinin zəiflədilməsi, yaxud gücləndirilməsi yaş yaddaşını pisləşdirməli və ya yaxşılaşdırmalıdır, eynilə bu təsirlərin neyron törəmələrinin inkişafını ləngitdiyi, yaxud sürətləndirdiyi kimi.

Beyin mexanizmlərinin işinin aşkar edilməsində bioloji kibernetikanın uğurları təbiətin ən qədim və hələ də sonadək açılmamış sirrini izah edən yeni kəşf və fərziyyələrə gətirib çıxarır. Lakin bu mürəkkəb hadisənin mexanizmini izah edən ciddi və vahid nəzəriyyə hələ mövcud deyil. Professor A.R.Lurinin 1974-cü ildə işıq üzü görmüş və yaddaşın təbiətinə əsas müasir baxışları ümumiləşdirən "Yaddaşın neyro-psixologiyası" kitabında deyilir ki, "insanın yaddaşı öz xarakterinə görə fəal, zamanla cərəyan edən, energetik cəhətdən bir sıra potensial halqalara ayrılan və iyerarxik səviyyələr sırası təşkil edən mürəkkəb funksional bir sistem kimi nəzərdən keçirilməlidir".

Əgər yaddaş dinamik prosesdirsə, onda aydındır ki, onun keyfiyyət və kəmiyyət göstəriciləri insanın psixi fəaliyyətinin aktivlik dərəcəsi ilə təyin edilir.

Məşhur ingilis fizioloqu Qrey Uolter özünün "Canlı beyin" kitabında yaddaşa belə tərif verib: "Yaddaş stolun üstünə atılmış qəpik deyil, daim yanan şamdır". Daha qısa belə demək olar: "Yaddaş prosesdir". İnsan doğulandan başlayan və bütün ömür boyu davam edən bir proses.

Bununla yanaşı, bu tərifdən belə çıxır ki, elə məhz bütün potensial proseslərin aktivləşdirilməsi yaddaşın yüksək keyfiyyətini təmin edir. Əslində, insan fəaldırsa və çox oxuyursa, düşünürsə, qarşısında duran məsələləri yaradıcı şəkildə həll edirsə, onun yaddaşı tonqal kimi yanaraq beyinin ona lazım olan informasiyanın daxil olduğu və möhkəmləndiyi bütün guşələrini işıqlandırır və əksinə, insan tənbəldirsə, heç nə oxumur və özünü düşüncələrlə yormursa, onun yaddaşı sönük kömür parçası kimi közərir, insanın gördüyü, hiss etdiyi, qavradığı heç nə onun beyninin labirintlərində həkk olunmur. Məhz bu cür insanlar haqqında da, adətən, belə deyirlər: "Bir qulağından alır, o biri qulağından buraxır." Yaddaşın məşq etdirilməsi üçün hazırlanmış çoxsaylı məşğələlərin olmasına baxmayaraq, psixoloqların fikrincə bütün bu məşğələlər təsirsizdir, çünki indiyədək hələ də yaddasaxlama proseslərinin təbiətinin özü naməlumdur. Buna baxmayaraq, yaddaşın məşq etdirilməsi məsələsini müvəffəqiyyətlə həll edən bir məşğələ tapa bildik. Məşğələ budur: (Yadda saxlayın: siz onu yerinə yetirsəniz, unutmağın nə demək olduğunu unudacaqsınız) "Hər gün mümkün qədər çox və sürətlə oxumaq".



YADDAŞIN MEXANIZMLƏRI
İnsanın, eləcə də istənilən digər varlığın təlimi yaddaş sayəsində gerçəkləşdirilir, bu yaddaş isə "rus fiziologiyasnın atası" sayılan İ.M.Seçenovun sözlərinə görə, "Psixi inkişafın təməl daşıdır". İ.M.Seçenova mnemotexnika, yəni yaddasaxlama texnikası ilə birbaşa əlaqəli olan başqa bir aforizm də məxsusdur: "Yaddaşın köklü şərtləri haqqında təlim hər əvvəlkini sonrakı ilə birləşdirən, yapışdıran bir qüvvə haqqında təlimdir. Bununla da, yaddaşın fəaliyyəti özündə bütün psixi refleksləri ehtiva edir".

Beyinin böyük yarımkürələrinin qabığının, demək olar ki, bütün hissələri yaddaş proseslərində iştirak edir. Yaddaş proseslərində beyinin təhtəlşüur fəaliyyətinin əhəmiyyətli roluna diqqət çəkmək istərdik. Şəkil 17-də yaddaşın şərti alqoritmi, daha doğrusu, yaddasaxlama prosedurasını təmin edən proseslərin ardıcıllığı göstərilib.

Alqoritmdən belə çıxır ki, yaddaş sinir sisteminin, daha dəqiq desək, baş beyinin bizi əhatə edən həqiqəti qavramaq, onu sinir hüceyrələrinə həkk etmək, qavranılmış məlumatları təəssürat izləri şəklində saxlamaq, daha sonra isə, lazım gəldikdə lazım olan məlumatı olduğu kimi, nöqtəbənöqtə, yaxud da öz sözlərimizlə ifadə etmək, yaxud adlandırmaq qabiliyyətidir.

Gördüyümüz kimi, olduqca mürəkkəb bir sistem alındı. Lakin alqoritmin göstərilmiş dörd blokunun hamısı olmadan belə bir yaddaş mövcud ola bilməz.

Yaddaş öz təbiətinə görə çoxtərəflidir: dərkedilən, dərkedilməyən, qısamüddətli, uzunmüddətli, emosional, görmə, eşitmə, şifahi-məntiqi, hərəki. Müxtəlif insanlarda yaddaşın müxtəlif növləri üstün olur. Adətən, rəssamlarda yaddaşın görmə forması, musiqiçilərdə eşitmə forması yaxşı inkişaf edir. İdmançılarda, bir qayda olaraq, hərəki yaddaş, filosoflarda, siyasətçilərdə, diplomatlarda şifahi-məntiqi yaddaş növü dominantdır. Psixologiya və fiziologiyada yaddaşın növlərinin məlumatın saxlanması müddəti əsasında ayrılması hamı tərəfindən qəbul edilmiş hesab edilir. Görmə yaddaşını (bizim üçün o xüsusilə vacibdir) üç növə ayırırlar: Ikonik, qısamüddətli və uzunmüddətli. Ümumilikdə, biz bu mürəkkəb sistemlə işləyəcəyik. Norma olaraq, ikonik yaddaşda məlumatın saxlanması müddətinin uzunluğu cəmi bir neçə yüz millisaniyədir. Əgər bu müddət başa çatanadək biz əldə olunmuş informasiyadan istifadə edə bilməmişiksə, yəni onu ötürməmişiksə, o, həmişəlik itirilir. Qısamüddətli yaddaşa daxil olan siqnalların saxlanması daha uzun zaman kəsiyində -15-30 saniyə ərzində həyata keçirilir. Burada zaman daxil olan informasiyanın növü ilə müəyyən edilir. Bu yaddaşın məzmunu da saxlama zaman kəsiyindən kənarda həmişəlik itir, qavranılan informasiyanın tanınması və onun uzun müddət yadda saxlanması lazım gəldikdə isə artıq uzunmüddətli yaddaş işə düşür, burada isə məlumatlar, demək olar ki, itkisiz saxlana bilir.

1.Qavrama


Şəkil 17. Yaddaşın alqoritmi


2. Həkk etmə



3. Saxlama

4. İfadəetmə

Yəqin ki, yuxarıda deyilənlər yaddaş mexanizminin ümumi şəkildə necə işlədiyini başa düşmək üçün kifayətdir və artıq yaddaşın işinin yaxşılaşdırılması istiqamətində ilk addımı atmaq olar. Yaddaşmızın yoxlanmasından başlayaq və bunun üçün növbəti tapşırığı yerinə yetirək.

Tapşırıq. Yaddaşın dörd parametr üzrə yoxlanması:

1. Məna yaddaşının həcmi:

a) aşağıda verilmiş mətni bir dəfə diqqətlə oxuyun:

MİSİR PİRAMİDALARININ TİKİLMƏSİ

HAQQINDA FƏRZİYYƏ

Amerika alimlərinin irəli sürdüyü fərziyyəyə əsasən Misir piramidaları birbaşa tikinti yerində hazırlanan daş bloklardan tikilirdi.

Bu, minlərlə insanın nəhəng daşları 80 km məsafəyə daşıdığı barədə fərziyyəyə ziddir.

Alimlər Misir allahlarının e.ə. 2750-ci ildə ilk piramidanın tikintisinə rəhbərlik edən firona süni daşlar düzəltməyi söyləməsinə dair heroqlif mətnin şifrəsini açıblar.

İndi mətnin üstünü örtün və onu nəql etməyə çalışın (öz sözlərinizlə danışmağa icazə verilir). Bu mətndə məğzin başa düşülməsi üçün əhəmiyyətli olan 6 məna vahidi var. Beləliklə, 6 məna vahidinin hamısını yadda salmağa və buraxmamağa müvəffəq olmusunuzsa, birinci parametr - məna yaddaşının həcmi üzrə "əla" işarəsi qoyun; 5-7 məna vahidi olduqda - özünüzü "yaxşı" ilə qiymətləndirin, 3 olduqda - "kafi"; daha aşağı isə - "pis". Keyfiyyət nəticələrinin qiytnətləndirilməsini isə düzgün nəql edilmiş məna vahidlərinin sayına əsasən aparın: 3-dən çox məna vahidi - "əla", 3 - "yaxşı", 2 - "kafi", ondan aşağı - "pis"; b) daha bir mətni diqqətlə oxuyun:

GÜNƏŞ ŞÜALARI VƏ "D" VİTAMİNİ
Günəş şüaları dəri üçün zərərlidir, çünki onlar dəri xərçənginin əmələ gəlməsinə gətirib çıxara bilər, lakin İllinoys universitetinin tədqiqatçılarının qeyd etdiyinə görə, Günəşdən həddindən artıq qorunmaq sağlamlığa ziyan vurur.

Məsələ bundadır ki, orqanizm "D" vitaminini yalnız Günəş şüalarının təsiri altında istehsal edə bilər, gün əleyhinə müdafiə isə, məsələn, kremlər "D" vitamininin sintezi üçün vacib olan ultrabənövşəyi şüaları udur.

Günəş yaşlı insanların orqanizmində "D" vitaminin yaranmasının, demək olar ki, yeganə mənbəyi olduğundan (gənclər də bu cür mənbə qida da olur), deməli, günəşdən qorunma vasitələrindən həddindən artıq istifadə onlar üçün zərərlidir.

Bu mətni isə 1-1,5 saatdan sonra nəql etməyə çalışın. Məna yaddaşının həcminin və keyfiyyətinin qiymətləndirilməsini də elə birinci halda olduğu kimi aparın.



  1. Rəqəm yaddaşı

Diqqətlə, lakin bir dəfə oxuyun və yadda saxlamağa çalışın:

21 37 44 75 89 34 27 14 93.

Rəqəmlərin üstünü örtün. İndi onlardan yadınızda qalanları yazın. Yadda qalan rəqəmlərin sayı rəqəm yaddaşmızın həcmini, lazımi qaydada yadda saxladığmız rəqəmlərin sayı isə rəqəm yaddaşınızın keyfiyyətini xarakterizə edir. Yaddaşın həcmi üzrə 8-10 rəqəmə görə "əla"; 5-7 rəqəmə görə - "yaxşı"; 4 rəqəmə görə - "kafi"; 4-dən aşağı - "pis" qiymət qoyun. Keyfiyyətə görə - ardıcıllıqla sadalanmış 5-7 rəqəmə görə "əla"; 4 rəqəmə görə - "yaxşı"; 3 rəqəmə görə - "kafi"; 3-dən aşağı - "pis" qiymət qoyun. Ümumi qiymət ədədi ortanın hesablanması yolu ilə tapılır.



  1. Söz yaddaşı

Bir dəfə oxuyun:

Bağ, çay, şəhər, meşə, tövlə, bal, klub, səs, yanğın, tank.

Sözlərin üstünü örtün. Yadınızda qalanları yazın. Yadda saxlanılan sözlərin sayı söz yaddaşınızın həcmini, ardıcıl olaraq yadda saxladığınız sözlərin sayı isə söz yaddaşmızın keyfiyyətini xarakterizə edir. Qiymətləndirmə də elə birinci halda olduğu kimi aparılır.

4. Əyani-obrazlı yaddaş

Şəkil 18-də göstərilən formaya əsasən dörd kvadrat çəkin. Bu, sizin 4X4 ölçülü iş matrisanız olacaq. Onları müvafiq olaraq "A", "B", "C", "D" adlandırın. İrəlidə siz içərisinə fiqurlar çəkilmiş bu cür kvadratlara rast gələcəksiniz. 30 saniyə ərzində diqqətlə " A" kvadratının fiqurlarına (Şəkil 19) baxın, fiqurların özlərini və onların yerləşməsini yadda saxlamağa çalışın. Bundan sonra hazırladığmız blankda "A" kvadratmın fiqurlarını yazın. "B", "C", "D" kvadratları ilə də eyni şeyi edin.

Qiymət bu cür qoyulur. Hər kvadrat üzrə çəkilmiş (o cümlədən səhv) işarələrin sayı hesablanır və kəsrin surətində yazılır. Məxrəcdə isə səhvlərin sayı (həm formasına, həm də yerləşməsinə görə) yazılır. Qiymətin göstərilməsi üçün bütün rəqəmlər (surət üçün ayrıca və məxrəc üçün ayrıca) toplanır və alınan bal Cədvəl 7-yə əsasən 10 ballıq sistemlə müəyyənləşir. 5 ballıq sistemə keçirildikdə isə 8-9 bal olduqda özünüzə "əla"; 6-7 bal olduqda - "yaxşı"; 5 bal olduqda - "kafi"; daha aşağı - "pis" qiymət qoyun.













































Şəkil 18. Əyani-obrazlı yaddaşın yoxlanması üçün iş matrisası

Şəkil 19. Əyani-obrazlı yaddaşın voxlanması üçün test cədvəlləri

Yaddaşın ümumi qiymətləndirilməsi beş göstərici (1-bilavasitə qavrayış mətni; 2-kənar qavrayış mətni; 3-rəqəmlə- rin sadalanması; 4-sözlərin deyilməsi; 5-fiqurlarm yada salınması) əsasında ədədi ortanın tapılması yolu ilə hesablanır.

Şəxsi eksperimentinizin yekununu müəyyənləşdirmək üçün Cədvəl 7-dən istifadə edilir.

Nümunə: ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin nəticələri belə olub:

A—6/1; B-7/2; C-5/0; D-7/0. Topladıqdan sonra nəticə (6+7+5+7)/(l+2+0+0) =25/3.

Cədvəl 7


Əyani – obrazlı yaddaşın qiymətləndirilməsi. Səhvlərin sayı.




0

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

28

9

9

8

7

7

6

6

5

4

4

4

43

3

3

3

3

27

9

9

8

7

6

6

5

5

5

4

4

3

3

3

3

2

26

9

8

7

7

6

6

5

5

5

44

3

3

3

3

2

2

25

9

8

7

6

6

5

5

4

4

4

3

3

3

3

2

2

24

9

8

7

6

6

5

5

4

4

4

3

3

3

2

2

2

23

8

7

7

6

5

5

4

4

4

3

3

3

2

2

2

2

22

8

7

6

6

5

4

4

4

3

3

3

3

2

2

2

2

21

8

7

6

5

5

4

4

4

3

3

3

2

2

2

2

2

20

7

6

6

5

4

4

4

3

3

3

2

2

2

2

2

2

19

7

6

5

5

4

4

4

3

3

3

2

2

2

2

2

1

18

7

6

5

4

4

4

3

3

3

2

2

2

2

2

1

1

17

6

6

5

4

4

3

3

3

2

2

2

2

2

2

1

1

16

6

5

5

4

4

3

3

2

2

2

2

2

2

1

1

1

15

6

5

4

4

3

3

3

2

2

2

2

2

1

1

1

1

14

6

5

4

3

3

3

2

2

2

2

2

1

1

1

1

1

13

5

4

4

3

3

2

2

2

2

2

1

1

1

1

1

1

12

5

4

3

3

3

2

2

2

2

1

1

1

1

1

1

1

11

5

4

3

3

2

2

2

2

1

1

1

1

1

1

1

1

10

4

4

3

3

2

2

2

2

1

1

1

1

1

1

1

1

9

4

3

3

2

2

2

2

1

1

1

1

1

1

1

1

1

8

4

3

3

2

2

2

1

1

1

1

1

1

1

1

1

1

Cədvəldə çəkilmiş işarələrin sayı olan sətirlərin və səhvlərin sayı olan sütunun kəsişməsində qiyməti tapırıq. O, 6 bala bərabərdir ("yaxşı").

Yaddaşınızın dörd parametrinin sınaqdan keçirilməsinin nəticəsi.

Adı çəkilən parametrlər üzrə yaddaşınız "əla" (5) və ya "yaxşı" (4) qiymətləndirilirsə, bu nailiyyətinizdə dayanmayın. Siz məqsədyönlü məşqlər vasitəsilə çox şeyə nail ola bilərsiniz. Özünüzə "kafi" (3), yaxud "pis" (2) qiymət vermisinizsə, məyus olmayən. Siz xüsusi intensiv məşğələlərlə bu nəticəni düzəldə bilərsiniz.

Beləliklə, siz öz yaddaşınızın xüsusiyyətlərini bir az tanıdınız. Gəlin yaddaşın xüsusiyyətlərini nəzərdən keçirməyə davam edək.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin