DİQQƏTLİLİK NƏDİR
Bəzən sadəcə uşaqlıqdan diqqətli olmağa alışmayan insanlara rast gəlinir. Onlar ətrafa baxırlar, amma çox şey görürlər. Burada biz fikir dağınıqlığının ikinci səbəbı - müşahidə etmək vərdişinin olmaması ilə qarşılaşırıq. Əgər sinif yoldaşlarınızdan nəyisə təfərrüatlarına kimi xatırlamağı və yaddaşda olan nəyisə təsvir etməyi xahiş etsək (məsələn, adətən, iclasların keçirildiyi akt zalına getmək), məlum olar ki, onlar bəzi təfərrüatlara, ümumiyyətlə, fikir verməyiblər. Şerlok Holmsun öz dostu doktor Vatsonu necə "imtahan etdiyini" xatırlayaq:
- Siz baxırsınız, amma müşahidə etmirsiniz, bunlar arasında böyük fərq var. Məsələn, dəhlizdən bu otağa aparan pilləkəni çox görmüsünüz?
- Çox.
- Nə qədər çox?
- Bir neçə yüz dəfə.
- Əla, bəs orada neçə pillə var?
- Neçə? Diqqət yetirməmişəm.
- Budur. Diqqət yetirməmisiniz. Amma siz görürdünüz! Bütün məna da buradadır. Mən isə bilirəm ki, orada on yeddi pillə var, çünki həm görürdüm, həm də müşahidə edirdim.
Etiraz etmək olar ki, dərsdə buna ehtiyac yoxdur və sinifdə məşğələlər zamanı heç kim qarşısına belə məqsəd qoymur, həm də yaddaşı və diqqəti çoxsaylı əhəmiyyətsiz təfərrüatlarla yükləmək lazım deyil. Bütün bunlar doğrudur. Lakin müvəffəqiyyətli təhsil üçün, ev tapşırıqlarınən yerinə yetirilməsinə sərf etdiyiniz vaxtın azaldılması üçün diqqət və müşahidəcikik qabiliyyəti istənilən, hətta ən əlverişsiz şəraitlərdə xüsusilə lazımdır və vərdişə, xarakterinizin əlaməyinə, şəxsiyyətinizin xüsusiyyətlərinə çevrilməlidir.
Diqqətllilik ətrafdakı insanlara müəyyən münasibət tələb edir. Bu təkcə fikir vermək qabiliyyətində deyil, həm də bizi əhatə edən insanların psixi vəziyyətinə fəal şəkildə reaksiya verməkdə, onlara qarşı həssas olmaqda özünü göstərir. Diqqətlilik bütün qavrama proseslərinin və bütövlükdə əqli prosesin həyata keçməsində öz izini qoyur və onun nəticələrinə müsbət təsir göstərir.
DİQQƏTİN PSİXOGİGİYENASI
Fəal diqqəti saxlamaq bacarığı insanın sinir sisteminin vəziyyəti ilə də bağlıdır. Buna görə də diqqətsizliyin üçüncü səbəbi kimi diqqətin psixogigiyenasının pozulmasını göstərəcəyik. Burada söhbət onun psixofizioloji əsaslarından gedir.
Əvvəl də qeyd etdiyimiz kimi, diqqətin psixofizioloji əsası baş beyinin müəyyən sahələrində oyanma səviyyəsinin artması - dominantının meydana çıxmasıdır. Mütəxəssislər iddia edirlər" ki, əlverişli oyanma ocağının mövcudluğu bu şəraitdə beyinə təsir edən şeyləri daha yaxşı əks etdirir. Bununla da, diqqətin qavrama proseslərində əhəmiyyətli rolu müəyyənləşir.
Oyanma səviyyəsinin dəyişməsi induksiya və dominantanın iki qanunun fəaliyyətindən asılıdır. Bu qanunlardan birincisinə görə, baş beyin qabığının bir sahəsində oyanma digərlərində ləngiməyə gətirib çıxarır. Beləliklə, əgər dərsdə bütün diqqətinizi müəllimə qulaq asmaq üzərində cəmləşdirmisinizsə (yəni baş beyin qabığının eşitmə zonasında oyanma artıbsa), onun "görmə" diqqəti müəyyən həddədək azalır (yəni baş beyin qabığının eşitmə zonasında oyanma aşağı düşür). Dominanta qanununa görə, beyinin digər, sahələrində zəif oyanmalar aparıcı dominant ocağı möhkəmləndirərək diqqət və fikir cəmləşdirilməsini gücləndirir. Bu baxımdan insanın məşq etməsinin rolu böyükdür.
Uşaqlıqdan ideal "qapalı" səs şəraitində işləməyə alışmış insan bir müddət ictimai kitabxananın zalında yaxşı məşğul ola bilməyəcək: onun fikrini daim yanından ötüb keçən insanlar, onların sakit pıçıltısı və s. yayındıracaq və əksınə, başqa insanların da olduğu qrupun tərkibində böyük bir otaqda qaldıqdan sonra sakitlik "qapalı" şəraitdə məşğul olmağa mane olacaq.
Məşğul olduğunuz otaqda həzin musiqi səslənirsə, daha yaxşı, yoxsa daha çətinliklə işləyirsiniz? Həzin musiqi əksər insanlara öz diqqətlərini cəmləməyə kömək edir.
Bunu qeyd etmək maraqlı olardı ki, bu qanunauyğunluq Qədim Yunanıstanda, Aristotelin "peripatetika", yaxud "dərsdən qaçanlar" adlandırılmış fəlsəfi məktəbində geiş istifadə olunurdu, çünki orada tədris gəzinti zamanı həyata keçirilirdi. Bu məktəbin baniləri hesab edirdilər ki, fiziki fəallıq diqqətin cəmləşməsində, əqli fəaliyyətdə əks olunur "Bədən gəzinti zamanı qızınanda" "məna da daha canlı olur". Özünə həddindən artıq diqqət və gərgin əmək tələb etməyən əlavə ənənəvi hərəkətlər iş qabiliyyətinə, diqqətin cəmləşməsinə müsbət təsir göstərir. İ.İ.Pavlov qeyd edirdi ki, böyük yarımkürələrin qabığının fəaliyyət vəziyyəti üçün minimal sayda qıcıqlandırıcı lazımdır. Tam sakitlikdə, bədənin passiv, fəaliyyətsiz vəziyyətində diqqətin cəmləşməsini uzun müddət qoruyub saxlamaq da buna görə çətindir. Diqqət üçün "möhkəmləndirici" təəssüratlar çatışmır.
Bir daha vurğulayaq ki, müşayiətedici, paralel hərəkətlər avtomatik olmalı, səs təəssüratları isə öz məzmunu ilə diqqət çəkməməlidir.
ÖZ DİQQƏTİNİ NECƏ İDARƏ ETMƏLİ
Bizim inkişafımızda və əməli fəaliyyətimizdə diqqət böyük rol oynayır. Buna görə də diqqət üzərində hakimiyyətimizin möhkəmləndirilməsi, onun idarə edilməsi, qavrayış vasitəsilə gerçəkləşdirilən ixtiyari diqqət heç vaxt öz aktuallığını itirmir.
Burada başqa insanların diqqətinin idarə edilməsi ilə öz diqqətini idarə etməyə nail olmağın qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı barədə bir neçə kəlmə demək istərdik. Psixoloq L.S.Vıqotski vaxtilə belə bir müddəa irəli sürüb və əsaslandırıb ki, özünü idarə etmək başqa insanları idarə etməkdən daha çətindir. Buna görə də, başqalarını idarə etməkdən özünü idarə etməyə, tabelikdən özünüidarəetməyə keçid şəxsiyyət kimi inkişafın daha yüksək pillesi deməkdir.
Diqqətin məşq etdirilməsi üzrə məşğələlərin və diqqətinizin səviyyəsinin müəyyənləşdirilməsi üçün tapşırıqları nəzərdən keçirməzdən əvvəl mühüm bir məsələni vurğulamaq istərdik. Diqqet psixi fəaliyyətin məşqə ən çətin alışdırılan parametrlərinə aiddir.
Yadda saxlayın, 3 ay - diqqətin məşq etdirilməsi üzrə ınəşğələlərin yerinə yetirilməsi üçün minimal müddət erzində öz diqqətinizdə bəzi irəliləyişlər hiss edəcəksiniz. Bununla yanaşı, unutmamalısınız ki, öz diqqetinizi təkmilləşdirərək, onu idarə etməyi öyrənərək siz əqli və fiziki fəaliyyətinizin bir çox formalarının məhsuldarlığının artırılmasına dair kompleks məsələni həll etmiş olursunuz.
İndi isə diqqətinizin dörd ən mühüm göstəriciyə görə təhlilini aparaq:
- diqqətin cəmləşməsi;
- diqqətin davamlılığı;
- diqqətin keçirilməsi;
- diqqətin həcmi.
DİQQƏTİN CƏMLƏŞMƏSİ
Məlumdur ki, istənilən işi keyfiyyətlə, yəni dəqiq, cəld və səliqəli icra etmək yalnız o halda mümkündür ki, siz maksimal dərəcədə özünüzü toplamısınız və diqqətlisiniz. Əks təqdirdə, hütün cəhdləriniz boşa gedə bilər.
Linzalarla bağlı misal sizə fizika kursundan tanışdır. Lupa vasitəsilə bir nöqtəyə toplanmış günəş şüaları kağız vərəqini, yaxud ağac parçasını yandıra bilər. Buna bənzər şəkildə, bütün səylərinizi, enerjinizi onların üzərində cəmləşdirməyi bacarsanız, icra edilən işin, həll edilən məsələnin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər.
Əslində, tam, bütöv diqqət yalnız çox qısa müddət ərzin də mövcud ola bilər. Təcrübələrlə müəyyən edilib ki, diqqətin maksimal dərəcədə cəmləşməsi 30 saniyə, maksimum 90 saniyə ərzində mümkündür. Bu müddətdən sonra diqqət səpələnir və onu "toplamaq" və hazırda həll edilən məsələyə yönəltmək yalnız müəyyən iradi və fiziki cəhdlər sayəsində mümkün olur. Bununla da, diqqətin cəmləşməsini onun itməsinə, səpələnməsinə qarşı fəal mübarizə kimi təyin etmək olar. Yüksək intellektin mühüm xüsusiyyətlərindən biri, bildiyimiz kimi, elə məhz öz diqqətini nəzərdən keçirilən problemin məzmunu üzərində cəmləşdirmək qabiliyyətidir.
Cədvəl 2
Diqqətitin cəmləşməsini müəyyənləşdirmək üyün test
Tapşırıq. Diqqətinizin cəmləşməsinin və bu qabiliyyətin inkişaf imkanlarının müəyyənləşdirilməsi. Sizə 25 rəqəm sətrindən ibarət olan bir cədvəl təklif olunur (Cədvəl 2). 7 dəqiqə ərzində cədvəlin hər sətrində cəmi 10 edən və yanaşı dayanan bütün rəqəm cütlüklərini tapmaq və altından xətt çəkmək lazımdır. Məsələn:
A. 2 9 1 4 8 7 5 6 3 9 4 6 7 8 83 12 3 4 5 6 7 8 9 8 7 6 5 4 3 7
Bundan sonra buraxılan, yaxud səhv qeyd edilən rəqəm cütlükləri sayılır. Hər bir səhvə görə bir bal çıxılır. Nəticənizi seriyalar üzrə Cədvəl 16-da qeyd edin.
Cədvəl 3
"Diqqətin cəmloşməsi" testinin naticaləri
-
Seriya №
|
1
|
2
|
3
|
Cərimə
ballarının sayı
|
|
|
|
Tapşırıq üç seriyada, üç blankla yerinə yetirilir. Bunun üçün üç vərəqə Sədvəl 2-dəki bütün rəqəm və hərfləri köçürün (işi icra edərkən diqqətli olun) Seriyalar arasında 3-5 dəqiqəlik fəailələr edin. Hər seriya başa catdıqdan sonra cərimə ballarının sayını Cədvəl 3-ə yazmaq lazımdır. Cədvəli nəzərdən keçirərkən diqqəti rəqəmlərin sətirdə yerləşməsi üzərində cəmləşdirmək lazımdır ki, axtarılan rəqəm cütlüyü buraxılmasın. Mümkün qədər cəld işləyin. Yenidən yoxlama üçün geri qayıtmayın, bu, sizin nəticələrinizə öz təsirini göstərəcək. Başladıqdan 7 dəqiqə sonra işi dayandırın və buraxılmışları hesablamağa başlayın.
Diqqət! Tamamlanmamış iş zamanı nəticələr nəzərə alınmır.
Nəticələrin hesablanması və təhlili üçün açar.
Blankda cəmi 10 olan cəmi 149 rəqəm cütlüyünə görə səhvə-buraxma, yaxud səhv işarələnmiş rəqəm sütlüyünə görə bir cərimə balı verilir.
Cədvəl 4.
“Diqqətin cəmləşməsi” testinin nəticələrinin təhlili
-
Diqqətin xarakteristikası
|
Səhvlərin %
|
Cərimə ballarının sayı
|
Yüksək cəmləşmə
|
10%
|
0-dan 26-dək
|
Qaxşı cəmləşmə
|
20%
|
27-dən 37-dək
|
Kafi cəmləşmə
|
30%
|
38-dən 48-dək
|
Pis cəmləşmə
|
40%
|
49-dan 149-dək
|
Uğurlarınızın təhlilinin Cədvəl 4-də verilmiş testin nztıcələrinə əsasən aparan. Bu tapşırığı öz diqqət cəmləşməsi qabiliyyətininzin inkişafının üğürüna yoxlamaq üxün də yerinə yetirmək, bundan sonra isə yoxlamanı yarım ildən sonra təkrarlamaq, nətıcələri isə müqayisəli təhlil ücün saxlamaq, tövsiyə olunur.
DİQQƏTİN DAVAMLILIĞI
Süritli oxu müvıffıqiyyət əldə etmək ücün diqqətin cəmləşməsindən əlavə, davamlılığı da böyük əhəmiyyət kəsb edir. Məhz bu xüsusiyyətlər öz işinə aludə olan, əsas qıcıqlandırıcı ücün çoxsaylı kənar qıcıqlandırıcılardan yayınmağı bacaran insanları başqalarından fərqkəndirir.
Şəkil 15. İkili təsvr: vaz, yoxsa profil?
Şəkil 16. Kəsik pramidanın ikili təsviri.
Hind nağıllarından birində diqqətin davamlılığından peşıkar secim mzqsədilə necə istifadə edilməsindən danışılır.
Maharaca elan edilir ki, şəhərin ətrafındakı divar boyunca əlində ağzınadək südlə dolu olan böyük qabla keçə bilən və bir damla da yerə tökməyən şəxsləri özünə nazir götürəcək. Bir cox adamlar gedirlər, amma yolda onların diqqətini yayındırırlar, qurxudurlar və onlar südü dağıdırlar. “Bunlardan nazir mıxmaz”, - Maharaca deyirdi. Nəhayət, bir nəfər də gəldi. Nə qışqırıqlar, nə atəş səsləri, nə də hiylələr onun diqqətini dolu qabdan yayındıra bilmədi. “Nazir budur”, - Maharaca dedi.
Ancaq, hətta davamlı diqqət xamanı da qısamüddətli intensivlik dəyişiklikləri diqqətin tərəddüdü olur. Məsəslən, otağınızdakı saatın sısi zaman-zaman gah zıif, gah da yüksəkdən "eşidilir", sanki öz səsini dəyişir. Bu, diqqətinizin təbii tərəddüdünə nümunədir. Təcrübi araşdırmalar göstərib ki, diqqətin bu cür ilkin tərəddüdü orta hesabla 10-12saniyəlik bir müddətdə cərəyan edir. Qeyd etmək lazımdır ki, sizin əqli fəaliyyətiniz də bu cür fasilələrlə tərəddüdə məruz qalsaydı, fəaliyyətiniz sadəcə qeyri-mümkün olardı. İşdə isə diqqətin tərəddüdünün bu cür qısa müddətləri ümumi qanunauyğunluq yaratmır və yalnız bəsit təəssüratlara (saatla olan misalda olduğu kimi) aiddir. Diqqətin tərəddüdünü ikili təsvirlər adlandırılan təsvirlər vasitəsilə asanliqla müşahidə etmək olar. Şəkil 15-ə baxın. Burada nə təsvir edilib- qara fonda güldan, yoxsa ağ fonda iki profil? İnsan iki təsvir görən kimi diqqətin tərəddüdü qüvvəyə minir: təsvir sanki nəbz kimi vurmağa başlayır - gah profillər, gah güldan.
Kəsik piramidanın təsviri də (Şəkil 16) ikili xarakter daşıyır. O gah qabarıq, təpəsi bizə doğru istiqamətlənmiş gah da dərin, arxa divarı uzaqlaşan kimi görünür. Burada diqqətin tərəddüdü göz qabağındadır: divar sankı gah vsxınlaşır, gah da uzaqlaşır. Lakin qarşınıza yeni, daha güclü məqsəd qoysanız, bu tərəddüdləri aradan qaldırmaq olar
Tapşırıq. Diqqətin davamlılığının yoxlanması. Təsəvvür edin ki, qarşınızda hazırda oturduğunuz otağın təsviri var və siz bu otağı düzəltməlisiniz: stol, stulları düzməlı, tavandan çilçıraq asmalı, döşəməyə palaz sərməlisiniz və s. Siz bunlarla məşğul olarkən diqqətin tərəddüdü olmayacaq. Bu sadə məşğələdən belə mühüm bir nəticə çıxır: diqqətin davamlılığını saxlamaq üçün şəxsiyyətin xarici və daxilı fəallığı gərəkdir, qarşıya daim yeni məqsədlər qoyulmalıdır.
Tapşırıq. Diqqətin tərəddüdünün idarə edilməsinin, onun davamlılığının artırılmasının məşq etdirilməsi. Şəkil 15-də iki "üzdən" yaranan "güldanı" müşahidə edin və “üz” gördüyünüz vüxt karandaşla döyəcləyin, təsviri "güldan" kimi qəbul etdiyiniz zaman isə sakitliyə riayət edin. Kəməkciniz isə 1 dəqiqə ərzində döyəcləmələrin sayını qeydə alır.
Bundan sonra iradi cəhdlə bu və ya digər təsviri diqqət mərkəzində saxlamağa, onun növbələşməsini ləngitməyə və təsvirin dəyişməsi zamanı karandaşla döyəcləməyə çalışın. Döyəcələmələrin sayını məşğələnin icrasının birinci variantı ilə müqayisə edin.
Təklif olunan tapşırığı müstəqil və yoxlama-diaqnostik iş ücün məşq kimi də istifadə etmək olar (ilk yarımildə - ayda 1-3 dəfə, sonra isə təxminən ildə 1 dəfə).
DİQQƏTİN BÖLÜŞDÜRÜLMƏSİ
Diqqətin bölüşdürülməsi fikri eyni anda iki fərqli fəaliyyət növünün üzərində cəmləşdirmək deməkdir.
Diqqəti idarə etmək, onu bölüşdürmək bacarığı, xüsusilə, eyni vaxtda iki və daha artıq işi yerinə yetirmək lazım olan hallarda vacibdir. Əksər görkəmli şəxsiyyətlər öz diqqətlərini bölüşdürmək kimi qeyri-adi qabiliyyətləri ilə fərqləniblər. N.A. Semaşkonun xatirələrinə görə, Vladimir İlyiç Lenin eyni vaxtda natiqlərə qulaq asa, iclasa sədrlik edə, materialların dərinliyinə vara və XKŞ-nın üzvlərinə ayn-ayrı məsələlərə dair məktublar yaza bilirdi. Bioqraf A.P. Primakovski N.Q. Çernışevski haqqında yazırdı: "Heyrətamiz əmək qabiliyyəti ona çox vaxt eyni zamanda iki işi yerinə yetirməyə imkan verirdi: tez-tez ı. “Sovermrnnik” (“Həmsər”) üçün məqalə yazırdı, eyni anda başqa iş də görürdü, məsələn, Şlosserin "Dünya tarixi"nin al-man dilindən tərcüməsini öz katibinə diqtə edirdi".
Təbii ki, eyni anda iki fəaliyyət növünü icra etmək onlardan birinin qismən, bəzən isə tamamilə dağılmasına gətirib çıxarır. Beləliklə, əgər insan sadə riyazi əməlləri yerinə yetirir və eyni zamanda sonradan nəql etmək üçün hekayə oxuyursa, bu zaman onun işinin məhsuldarlığı təxminən yarıya aşağı düşür.
Adətən, diqqətin bölüşdürülməsini tədqiq edərkən sınağa çəkilən adama ayrı-ayrılıqda və eyni zamanda iki işi icra etmək tapşırılır. Təklif olunan tapşırıqlar eynicinsli, müxtəlifcinsli ola və fərqli mürəkkəblik dərəcəsinə malik ola bilər. Tapşırıqların ayrı-ayrılıqda və eyni vaxtda yerinə yetirilməsinin effektivliyi müqayisə olunur.
Cədvəl 5
Test — «korrektura nümunəsi»
Tapşırıq: Diqqətin bölüşdürülməsi qabiliyyətin müəyyənləşdirilməsi üçün test
Bu tapşırıq üçün sınaq olaraq Cədvəl 5-dən istifadə edilir. Siz 5 dəqiqə ərzində bu cədvəli diqqətlə nəzərdən keçirərək müxtəlif üsullarla mümkün qədər tez c, k hərflərinini üstündən xətt çəkməli, a hərfini isə dairəyə almalısınız. Məsələn:
İş qurtardiqdan sonra onun dəqiqliyini və məhsuldarlığını qiymətləndirmək lazımdır ki, əldə edilən məlumatlardan həm ilkin özünüdiaqnostika, həm də məşğələdən, yaxud müstəqil işdən sonra diqqətinizi bölüşdürmək qabiliyyətinizin inkişafı səviyyəsini qiymətləndirmək üçün istifadə edilsin.
İşin dəqiqlik göstəricisi aşağıdakı formulla hesablanır:
A= E/(E+O)
Burada A -işin dəqiqliyi; E—üzərindən düzgün xətt çəkilmiş işlərin sayı; O- səhvlərin sayı.
O=0 olduqda A = 1, səhvlər olduqda isə A həmişə 1-dən az olur. Məhsuldarlıq göstəricisi M=C*A formuluna əsasən hesablanır, burada M-məhsuldarlıq; C-baxılmış işarələrin sayıdır.
Bu göstəricilər sizin fəaliyyətinizin xüsusiyyətlərini təkcə indiki sınaq vəziyyətində xarakterizə etmir, həm də real dərs prosesi üçün daha geniş əhəmiyyətə malikdir. Məsələn, siz 5 dəqiqə ərzində 1500 işarəni nəzərdən keçirmiş və onlardan 1350-ni düzgün qiymətləndirmisinizsə, bu, diqqətin davamlılığı qabiliyyətinin yüksək səviyyəsi deməkdir.
DİQQƏTİN KEÇİRİLMƏSİ
Diqqətin oxu üçün vacib olan xüsusiyyətləri arasında keçirilmə, yaxud keçiriciliyi də xüsusilə fərqləndirmək lazımdır. Keçirilmə dedikdə insanın bir fəaliyyətdən digərinə tez kecmək qabiliyyəti başa düşülür. Keçirilmə diqqətin bir obyektdən başqasına, yaxud situasiyanın bir xüsusiyyətindən, keyfiyyətindən digərinə şüurlu və məntiqli şəkildə keçmək deməkdır. Çoxları bir işdən ayrılıb digərinə keçməkdə çətinliklərini vurğulayırlar.
Aydındır ki, çətin və tez dəyişən vəziyyətlərdə diqqətin keçiriciliyi onlara tez yönəlmək bacarığı deməktdir. İnsanlarda diqqətin keçirilməsinin asanlığı fərqli olur. Bəziləri bir fəaliyyətin icrasından digərinə asanlıqla keçir, başqası ücün ısə buna vaxt və müəyyən cəhd göstərmək lazım olur. Qeyd etmək lazımdır ki, keçiricilik bir sıra şərtlərdən asılıdır. Onlara, hər şeydən əvvəl, əvvəlki və sonrakı fəaliyyətlərin məzmunu arasındakı qarşılıqlı münasibət, eləcə də onlara münasibət aiddir: əvvəlki fəaliyyət sizin üçün nə qədər əhəmiyyətli və maraqlıdırsa, sonrakı fəaliyyət isə nə qədər az əhəmiyyətli və az maraqlıdırsa, diqqəti keçirmək bir o qədər çətindir və ya əksinə.
Psixologiyada diqqətin keçirilməsinin tədqiqinin bir neçə metodu var. İlk əvvəl, Şulte metodlarını və onun bütün mümkün şəkildəyişmələrini qeyd etmək lazımdır.
Tapşırıq. Diqqətin daim bir sıra fəaliyyətlərdən başqasına keçirilməsini tələb edən işləri görmək bacarığını tədqiq etmək. Artiq periferik görüş sahəsinin inkişafı zamanı üzərində işlədiyiniz iki Şulte cədvəli götürün. Qarşıınza ardıcıl olaraq gah A cədvəlindən, gah da B cədvəlindən rəqəmlərin axtarılması məqsədi qoyulur. Ozü də əgər A cədvəlində rəqəmlərin axtarəşə "artan sırada" - 1-dən 25-dək gedirsə, B cədvəlində “azalan sırada" - 25-dən 1-dək gedir. Məsələn: "1, 25; 2, 2-1.." Bu zaman siz əvvəlki qaydalardan fərqli olaraq, səsləndirilən rəqəmləri cədvəldə qələmlə və ya göstərici ilə göstərməli, eləcə də işə sərf olunan vaxtı təyin etməlisiniz. Məşğələnin dinamikasını izləyin. Onun yerinə yetirilmə müddəti daim azalmalıdır.
DİQQƏTİN HƏCMİ
Təcrübədə diqqətin həcmi sürətlə göstərilmə zamanı insanın qavraya, "tuta" biləcəyi predmetlərin sayı ilə müəyyənləşdirilir. Psixologiya laboratoriyalarında bu məqsəd ücün xüsusi cihazdan - taxistoskopdan (adı qədim yunan tarixi- “sürətlə”, skopeo - "baxıram" sözlərindən əmələ gəlib) istifadə edilir. Ekranda qısa müddət ərzində hərflər, rəqəmlər göstərilir, sonra isə düzgün qavranılmış predmetlərin sayı hesablanır. Başqa sözlə, diqqətin həcmi onun yayila biləcəyi sahənin genişliyidir.
Tapşırıq. Diqqətin həcmini müəyyənləşdirmək. Vərəqdə əvvəlcədən 4X4 ölçülü 6 kvadrat çəkmək lazımdır (Cədvəl 6). Bundan sonar Cədvəl 6-dakı birinci fiquru ən çox 2-3 saniyə - ərzində diqqətlə nəzərdən keçirmək və yadda saxlanılanları mümkün qədər dəqiqliklə yada salmaq lazımdır. Bu ardıcıllıqla da özünüzü altı fiqurun hamısında yoxlamalısınız.
Cədvəlin müvafiq xanasına düzgün daxil edilmiş hər bir dairə (yaxud kvadrat) üçün bir bal hesablanır. 49 bal qazandıqda diqqətin həcminin yaxşı olduğu qənaətinə gəlmək olar. 35 bal qazanılıbsa, ilk yarımil ərzində ayda 1-2 dəfə də məşq etmək, bundan sonra isə özünüqiymətləndirmə və məşqə ehtiyac olduqca bu məşğələyə qayıtmaq lazımdır.
DİQQƏTİN MƏŞQ ETDİRİLMƏSİ ÜÇÜN MƏŞĞƏLƏ
Diqqətin məşq etdirilməsi üçün məşğələnin təsvirinə kecməzdən əvvəl xatırlatmaq istərdim ki, diqqət insanın psixi- fəaliyyətinin əsas həcmini təşkil edən psixikanın, hadisəvə proseslərin ümumi xüsusiyyətidir. Diqqət qavrayış, yaddaş, təfəkkür, təxəyyül kimi psixi prosesləri müşayiət edir, istiqamətləndirir və məqsədyönlü şəkildə təşkil edir. Lakin diqqətin yalnız bir prosesi ilə məşğul olmaq qeyri-mümkündür. Bununla yanaşı, normal insan şux əhvali-ruhiyyədə olarkən tamamilə diqqətsiz ola da bilməz. Onun diqqətini həmişə nə isə cəlb etmiş olur və fikri nədəsə, məhz fəaliyyət obyektində cəmləşir.
Müəyyən edilib ki, diqqət istənilən psixi fəaliyyətin effektivliyini artırır. O, psixi proseslərin daha dəqiq cərəyan etməsinə səbəb olur. Bu zaman diqqətli qavrayış diqqətin obyekti ilə əlaqəli olmayan qıciqlandırıcılar üçün, bir növ, süzgəc rolunu oynayır.
Nəhayət, diqqət elə bir mexanizmdir ki, onun köməyilə sizin şüurunuz öz fəaliyyətini seçici olaraq, yüklənmədən qaçaraq, onu individin tələblərini bir yolla təmin etmək üçün istiqamətləndirərək təşkil edir. Beləliklə lə, diqqətin seçici xarakteri şəxsiyyətin həm psixi, həm də əmək fəaliyyətinin məqsədyönlü istiqaməti üçün əsas şərtdir. Psixi fəaliyyət isə şəxsiyyət tərəfindən hazırda onun üçün daha əhəmiyyətli olan şeylərə yönəldilir.
Cədvəl 16
Diqqətin həcminin müəyyənləşdirilməsi üçün test
Uzunmüddətli davamlı diqqətə nail olmaq üçün, ən azından, iki şərti nəzərə almaq lazımdır. Birincisi, sizin ümumi əhvali-ruhiyyəniz diqqətin cəmləşməsinə və davamlılığina təsir göstərir. Beləliklə də, həddindən artıq yükləndikdə və yorulduqda diqqətin davamlılığıınn pısləşməsi, maneəyə davamlılığın aşağı düşməsi qeydə alınır, siz getdikcə daha çox əlavə təəsuratlara yayınırsınız, diqqətinizi uzun müddət müəyyən məşğuliyyətin üzərində saxlamaq çətinləşir.
İkincisi, diqqətin davamlılığının nisbətən mühüm şərti diqqıtin mərkəzləşdiyi predmetdə əlaqənin yeni tərəflərini acmaq imkanıdır. Predmetin məzmununun onu daha da dərindən anlamaq imkanı vermədiyi yerdə yüngül yayınmalara meyillilik üçün şərait yaranır və mütləq diqqətin tərəddüdünün səbəb olduğu fikir dağınıqlığı meydana çıxır. Əldə olunan məlumatlarda istənilən eynicinslilik, yeknəsəqlik, yeniliyin olmaması informasiyanı qavrayan şəxsin diqqətini kütləşdirməyə qadirdir.
İdmanda istifadə olunan psixotexniki oyunlar seriyasından secdiyimiz məşğələləri təklif edərkən xatırlatmaq istərdim ki, 3 ay elə bir minimal müddətdir ki, bu zaman məşğələləri səlıqə ilə yerinə yetirərək müsbət nəticələr əldə etmək olar. Sürətli oxu eksperimental kursunun dinləyicilərindən biri belə yazıb: "Heç vaxt düşünmürdüm ki, diqqətin məşq etdirilməsi mənə bu qədər çox şey verəcək, özü də təkcə sürətli oxu üçün yox. Əvvəllər mənə lazım olan kitabı bir saat ərzində oxumağa özümü məcbur etmək çox çətin idi. Daim məmnuniyyətlə fikrimi yayındırırdı. Mən özüm də məmnuniyyətlə bu "yayınmalara" gedirdim. İndi isə hər şey çox asandır, ssanki daxilən özümə əmr verirəm ki, "işlə, bu sənə lazımdır” və özüm də hiss etmədən işin özü ilə əylənirəm. Hətta maraqsız kitabın oxunması belə birdən olduqca maraqlı gəlır. Həmçinin hiss etmişəm ki, konstruktor bürosunda xidmət edərkən xarici aləmdən uzaqlaşmaq və tamamilə gördüyüm işə qapılmaq mənə daha asandır".
Dostları ilə paylaş: |