İDEOMOTOR MƏŞQ
Məşğələnin adı "idea" yunan sözündən ("obraz") və " tor" latın sözündən ("hərəkətə gətirən") əmələ gəlib. Psixologiya ideomotor aktı hansısa hərəkəti təsəvvür edərkən bu hərəkəti təmin edən sinir impulslarının meydana çıxması kimi izah edir. Bu hadisə hələ İ.P.Pavlova məlum idi. O, "Heyvanların ASF-nin (davranışının) obyektiv tədqiqi sahəsində iyirmi illik təcrübə" kitabında yazırdı: "Çoxdan müəyyən edilib və elmi cəhətdən sübut olunub ki, siz müəyyən hərəkət barədə fikirləşirsinizsə, .. qeyri-ixtiyari olaraq, özünüz də hiss etmədən bu hərərkəti edirsiniz". Bu anlayış sonrakı işimiz üçün çox vacib olduğu ücün onu daha ətraflı izah edəcəyik.
Tapşırıq. Kəfkirlə təcrübə. İdeomotor aktın konkret təzahürünü görmək ücün kiçik bir təcrübə keçirək. Uzunluğu 15-30 sm olan sapdan və kiçik predmetdən, məsələn, sapın bir ucuna bağlanmış acardan kəfkir düzəldin. Bir vərəqdə dairə çəkin və Şəkil 2-də gəstərildiyi kimi, onu düz bucaq altında kəsişən iki düz xətlə dörd hissəyə bölün. Dirsəyi stola qoysaq və sapın boş ucunu böyük və şəhadət barmaqlarımızla tutsaq, kəfkir sizin mərkəzləşdiyiniz istiqamətdə dairəyə nisbətən ixtiyari hərərkətlər edəcək. Kəfkirin saat istiqamətində, vərəqdə çəkilmiş lıərəkətini (1-ci vəziyyət) təsəvvür edin. Asılan əşya belə hərəkətə başlayır, hərçənd siz sapın ucunu olduqca sakit saxlamısınız. Kəfkirin istənilən hərəkətini olduqca dəqiq təsəvvür (məsələn, 2-ci, 3-cü, yaxud 4-cü vəziyyət) üzərində diqqətinizi cəmləyin. Əliniz nə qədər sakit dursa da gözlənilən hərəkəti etməyə başlayacaqdır.
Şəkil 2. Kəfkirlə təcrübə
Bəziləri asılan əşyaya diqqətlə baxırlarsa və diqqətlərini təsəvvürün üzərində cəmləyirlərsə, onlarda bu təcrübə dərhal alınır. Başqaları isə kəfkirin arzuolunan hərəkətini qapalı gözlərlə təsəvvür edirlərsə, onlarda təcrübə daha yaxşı keçir.
Bu təcrübə ideomotor aktın, həqiqətən də, mövcudluğunun inandırıcı sübutunu vəd edir - fikrən təsəvvür edilən obrazlar orqanizmin bu obrazları gerçəkləşdirən fiziki reaksiyalarına səbəb olur. Oxuculara xatırlatmaq isfərdik kı, göstərilmiş hadisə həm də məşğələlərin effektivliyini artirmaq üçün tövsiyə etdiyimiz autogen məşq sisteminin əsasını təşkil edir. Ideomotor məşq metodları idmançılar tərəfındən geniş istifadə olunur. Bu zaman onlar yerinə yetirməli olduqları mürəkkəb hərəkət kombinasiyalarını fikrən təsəvvür edir və onları mükəmməl həddə çatdırırlar.
İdeomotor məşqin effektivliyi əhəmiyyətli dərəcədə psixoloji xüsusiyyətlərdən asılıdır. Məkanda səmtləşmə üsullarına əsasən insanları şərti olaraq iki tipə ayırmaq olar: müşahidəci və hərəki. Birinci tip insanlar üçün müşahidə oriyentirləri həlledici əhəmiyyətə malikdir, ikinci tip üçün isə əzələ hissıyyatları və ağırlıq qüvvəsinin istiqamətləndirmə hissi daha əhəmiyyətlidir. Müşahidəçi tipinin insanları hərəkətləri fikrən icra edərkən, əsasən, müşahidə təsəvvürlərinə əsaslanırlar. Onlar sürətli oxu texnikasına yiyələnməkdə bəzi üstünlüklərə malikdirlər, çünki burada təxəyyülün, təsəvvürün rolu son dərəcə böyükdür. İkinci tip insanlar hərəki yaddaşa və hərəkətlərı xəyali hissiyyatlarına əsaslanırlar.
Sürətli oxu texnikasının daha yaxşı mənimsənilməsi ücün təxəyyülün, əyaniliyin, obrazlı təsəvvürlərin inkişafı son dərəcə vacibdir. İdeomotor məşqin məşğələləri də elə bu vəzifəni yerinə yetirir.
MƏŞĞƏLƏ: "LABİRİNT"
Məşğələ iki nəfərlə birgə yerinə yetirilir. İştirakçılardan biri şifahi göstəriş-əmrlərin köməyilə öz tərəf müqablini “xəyali labirint”ə aparır, o, bu labirintin sxemini aparır, o, bu labirintin sxemini (Şəkil 3) əlində tutur, lakin "hərəkətə gətirdiyi" adama göstərmir. Cəmi üç istifadə edilir. Birincisi, labirintə girişi ifadə edir - "Düz!”. Bundan sonra labirintin formasından asılı olaraq “Sağa” yaxud "Sola!" əmri gəlir ki, bunlar verildikdə xəyali labirintlə hərəkət edən şəxs müvafiq olaraq sağ, yaxud sol tərəfə dönməlidir. Labirintə daxil olaraq "hərəkətə gətirilən” 1800 dönməli və fikrən ondan çıxmalıdır, bu zaman ucadan bütün yerdəyişmələri haqqında məlumat verməlidir (həmin üç əmr vasitəsilə). Bütün bu vaxt ərzində "işə salan" sxemə əsasən tərəf müqabilinin yoluna nəzarət edir. Əgər "hərəkətə gətirilən tapşırığın öhdəsindən uğurla gəlsə, ona daha az sayda döngələrin olduğu yeni bir labirint təklif olunur və s. Bundan sonra tərəfdaşlar yerlərini dəyişirlər.
Məşğələni yerinə yetirərkən öz hərəkətlərinizi təhlil etməyə calışın. Bu düşüncənizin xüsusiyyətlərindən baş çıxarmağa kömək edəcək; sizdə məkanda müşahidə səmtləşdirməsi üstünlük təşkil edirsə, məşğələni yerinə yetirərkən itaətkar şəkildə əmrlərinizi yerinə yetirərək labirintlə gedən insanın xəyali obrazından istifadə etmək sizin üçün asan olacaq. Hərəkət tipin üstünlük təşkil etdiyi insanlarda isə bu, kifayət etmir. “Sol”un harada, "sağ"ın harada olduğunu müəyyənləşdirmək üçün onlar hər dəfə özlərini həmin "insancığaz”ın yerində təsəvvür etməli, fikrən labirintin içinə girməli və orada xəyali döngələrin öhdəsindən gəlməli olur. Hərəki tipli insanlar müxtəlif hərəkətləri təsəvvür edərək bu hərəkətləri görməkdən daha çox onları öz bədənləri ilə hiss edir, özlərini onları icra edər kimi təsəvvür edirlər. Bu qabiliyyətə malik olan şagird yeni oxu texnikasına yiyələnmək və onu təkmilləşdirmək üçün ideomotor məşqdən məhsuldar şəkildə istifadə edə bilər. Məsələn, bu, artıq sürətli oxunun birinci qaydasının “reqressiyalarsız oxumaq” qaydasının məşq edilməsində real nəticələr verir. Şagirdlərimizdən biri yazırdı: “Mətndə yalnız irəli hərəkət edirəm” Gözlərimin hərəkətinə labirintdə olan kimi nəzarət edirəm, yadda saxlayıram: Heç bir qayıdış hərəkəti olmaz”. Mətndə daim hərəkət etmək hissi məmnunluq gətirir”. İdeomotor məşq müşahidəçi tipli şagirdlərə, əsasən, çətin əqli hərəkətlərin, məsələn, təsəvvür və oxunun bir cox digər üsulları ilə əlaqəli olan fəaliyyətlərin yadda saxlanılmasında kömək edə bilər.
Artıq qeyd edildiyi kimi, "müşahidəçi tipi" sürətli texnikasını daha asan mənimsəyir. Buna görə də "hərəki tipli" şagirdlərə hər vasitə ilə ideomotor məşq prosesində öz təxəyyüllərini inkişaf etdirməyi tövsiyə edirik. Bu keyfiyyətin inkişafı üçün daha bir sadə məşğələ təklif edirik.
Şəkil 3. Məşğələ: «Labirint»
MƏŞGƏLƏ: "ATLANBAC"
Bu məşğələ də iki nəfərlə birgə yerinə yetirilir. Xətti beşxanalı sahədən (Şəkil 4) və dörd fişkadan, məsələn, dama fişkalarından iki qara və iki ağ olmaqla istifadə edilir. Xanalar nömrələnib. Fişkalar şəkildə göstərildiyi kimi qoyulub. Oyunun məqsədi qara fişkaları ağ fişkaların məşğul etdiyi xanalara, ağ fişkaları isə, müvafiq olaraq, qaraların yerinə kecirməkdir. Oyun zamanı aşağıdakı gediş növlərinə icazə verilir: fişkada solda, yaxud sağdakı boş qonşu xanaya yer dəyişməsi fışkanın sağa, yaxud sola doğru başqa fişkanın məşgul etdiyi xananın üzərindən sonrakı boş xanaya atlanması. Oyunun gedişatı: Əvvəlcə siz çəkilmiş sahədə əsl fişkalarla, məsələn dama fişkaları ilə növbə ilə gedişlər edirsiniz. Oyunun qaydaları mənimsənildikdən sonra xəyali nəzərinizin ekranında gördüyünüz xəyali sahədə işləyirsiniz.
Bu zaman hər bir gedişinizi iki rəqəmlə göstərirsiniz: fişkanın yer dəyişdiyi xananın nömrəsi və onun keçdiyi xananın nömrəsi ilə (məsələn, 3-dən 5-ə). Bu halda oyun sizin üçün asandırsa, sahənin uzunluğunu və müvafiq olaraq, fişkaların sayını artırmaq olar.
Şəkil 4. Məşğələ “Altınbac”
«NÖVBƏTİ MƏŞĞƏLƏ OXUNUN İNTEQRAL ALQORİTMİNİN
GÖRMƏ OBRAZI
Siz oxunun inteqral alqoritminin yeddi blokunu öyrənmisiniz, onların mənası və məzmunu haqqında təsəvvürünüz var, İdeomotor məşqlər sizin təxəyyülünüzü inkişaf etdirib. Alqoritmin görmə obrazının yaradılması üçün istənilən əşyadan, şəkildən, situasiyadan istifadə edin. Onu öz əllərinizlə çəkməyiniz, çox vacibdir. Bu, sizin şəkliniz olmalıdır. Iki nüsxə hazırlamaq lazımdır. Qnlardan birini xəyali nəzərinizin ekranına yapışdırın, digərini isə həmişə özünüzlə gəzdirin, yaxud iş stolunuzun üzərində bərkidin. Daim öz şəkilləriniz haqqında düşünün, onları təsəvvür edin. Gözlərinizi bağlayanda öz alqoritminizi dəqiq görə bilmənizə nail olun. Şəki 15-də ən sadə alqoritm nümunəsi göstərilib. O, xoşunuza gəlirsə, eynisini çəkin.
Ad______________________
Müəllif__________________
Buraxılış məlumatı________
Problem_________________
Faktoqrafik məlumat_____
Tənqid___________________
Tətbiq___________________
Şəkil 5. Oxunun inteqral alqoritminin görmə obrazı ideomotor məşqlərinizin davamından başqa bir şey deyil. Öz alqoritminizin şəklini xəyali nəzərinizin ekranında möhkəmləndirin və yapışdırın.
Hansı şəkli seçməli? Gəlin sürətli oxu kurslarının dinləyicilərinin bunu əməli cəhətdən necə etdiyinə baxaq. Onlardan biri öz gündəliyində yazırdı: "Alqoritmin görmə obrazı düz altıbucaqlıdır. Bu, mənim futbol meydançamdır. Əvvəlcə sanki küncə "top" zərbələri ilə ilk üç blok - ad, müəllif, mənbə doldurulur. Bundan sonra oxuduqca daha üç blok - üç künc doldurulur. Sonuncu blok - yenilik tərəfimdən mərkəzdə nöqtə şəklində təsbit edilir... Bir həftə davam edən məşqlərdən sonra hiss etdim ki, bloklar sanki öz – özünə dolur-parlaq, nəzərəcarpan , güclü və dinamik şəkildə”.
Alqoritmin görmə obrazı müxtəlif cür gerçəkləşir: piramidada da, binanın mərtəbələrində də, kartotekada da, göy qurşağının yeddi rəngli zolaqlarında da və s. Qeyd edilməlidir ki, görmə obrazı mnemonik üsul olaraq, yalnız ilk vaxtlar fəal işləyir, daha sonra isə sanki silinir, solur, lakin mətnlərin yalnız onun informativ hissəsinin ayrılmasına əsaslanan oxu vərdişi qalır. Görmə obrazı alınmırsa, bu halda nə etməli. Bu məsələnin uğurlu həll yoluna dair sürətli oxu kurslarının dinləyicilərinin gündəliyindən götürülmüş bir misal göustərək: "Alqoritmin görmə təsəvvürü heç alınmadı. Əlbəttə, mən onu sxem, yaxud qutular şəklində təsəvvür edə bilərəm, lakin mən oxu prosesində bu görmə təsəvvüründən istifadə etmirəm-məndə yaddasaxlama tamam başqa cürdür:
-
Ad. Ad çox vaxt məqalənin, yaxud kitabın məzmununu əks etdirdiyi üçün mən onu xüsusi diqqətlə oxuyuram. Əgər o, ilk baxışdan heç bir əhəmiyyətə malik deyilsə, hansısa müqayisələr etməyə, başlıqda olan sözlərin sayını, onların yerləşməsini gözlə yadda saxlamağa, adı nəzərəçarpan sözləri olan elektron lövhə şəklində təsəvvür etməyə (lakin bu, cətin başa gəlir) çalışıram.
-
Müəllif. Müəlliflərin soyadlarını çox vaxt tanışlarımla ıııüqayisə edərək yadda saxlamağa çalxşıram.
-
Buraxılış məlumatı. Qəzetin adını, ili, günü, ayı sətirlərə göz gəzdirərək və yalnız hansısa məqamı təsbit edərək yadda saxlayıram. Tarixi təsbit anında parlaq görmə təsəvvürü yolu ilə yadda saxlayıram. Mən alqoritmin ilk üç blokunu belə doldururam, amma bütün bunları hara göndərdiyimi bilmirəm. Bəzən girişi oxuyandan sonra bu üç blokun doldurulmasını yoxlamağa, sonrakı məzmunu və nəticədə nəyədiqqət yetirməli olduğumu əvvəlcədən tapmağa calışıram.
4. Problem. Oxunun lap başında onu qısa şəkildə ifadə edirəm. Bəzən bütün məqaləni, yaxud kitabı oxuyub qurtarandan sonra dəqiqləşdirirəm.
5. Faktoqrafik məlumat. Buraxılış məlumatından fərqli olaraq, görmə vasitəsilə deyil, mətnin mənası ilə əlaqələndirərək yadda saxlamağa çalışıram.
6. Nəql edilən materialın xüsusiyyətləri və tənqidi. Bu ünsürləri çox vaxt intuitiv olaraq təsdiq edirəm. Nə isə nəzərə çarpır: xoşuma gəlir, ya yox; nəql edilən materialın üslubu, tərzi. Bəzən olur ki, bütün bunlar oxunu ləngidir,yorur və ya əksinə, maraq doğurur və bu zaman bəzən oxunun heyətamiz sürəti yaranır, hər şey tez və yaxşı yadda qalır.
7. Yenilik və əməli cəhətdən tətbiq. Bu, bəzən adıqdan, mətnin müəllifindən və ya \iriş oxunduqdan sonra görünür. Ümumiyyətlə, mənə elə gəlir ki, burada «əməliyyatların ardıcıllığı» yaxşı işə yarayır, amma məndə alqoritm bloklarının görmə təsəvvürü yoxdur».
MƏŞĞƏLƏ: SURƏTLİ OXUNUN İKİNCİ QAYDASI: «İNTEQRAL ALQORİTMƏ ƏSASƏN OXUMAQ»
Siz alqoritmi öyrənmiş və onun görmə obrazını çəkərək yadda saxlamısınız. Oxunun initeqral alqoritmi nə verir? Ən əsasə o, oxunun yeni proqramını, fikri əməliyyatların ardıcıllığı proqramını formalaşdırır. Mətndə alqoritmin birinci blokundan yeddinci blokunadək qoyulmuş bütün suallara cavab tapmaq- oxunun məqsədi budur. Çoxsaylı məşqlər ona gətirib çıxarır ki, oxunu başa çatdırdıqdan sonra lazımi məlumatlar, faktlar adlar, soyadlar sanki özləri \özlərmizin önünə gəlir.
Eyni zamanda reqressiyalarla mübarizə də gedir. Mətnin məzmununu altoritmmə əsasən təsəvvür edilməsi ilə oxunması belə bir inam yaradır ki, oxunmuşları tam mənimsəmək üçün bir dəfə fəal oxu keyfiyyətdir. Sizdə gözlərin qayıdış hərəkətləri getdikcə azalır və nəhayət, demək olar ki, yox olur. Bu dövrdə sürətli oxunun ikinci qaydasını - istənilən mətni alqoritmə əsasən oxumaq qaydasını öyrənmək və yadda saxlamaq lazımdır.
Bəs altoritm tətbiq etməklə oxu üçün prqoram necə hazırlanır? Oxuya başlamazdan əvvəl gözlə alqoritmin bloklarını təsəvvür etmək lazımdır. İlk əvvəl bunlar yadda saxlanılır: ad, müəllif, mənbənin buraxılış məlumatı. Bundan sonra oxuduqga məqalənin hansı problemə həsr olunduğu barədə təsəvvür yaranır, əsasən məzmun, mövzu isə dördüncü bloka daxil olacaq. Artıq ilk abzaslarda müxtəlik faktlar, soyadlar, parametr məlumatları ola bilər. Bütün bu məlumatlar alqoritmin beşinci blokunda təsbit edilir.
Mətnin oxunması prosesində oxucu alqoritmin bloklarına yalnız onların adlarına uyğun olanları g.türüb büzərək sanki onun məzmunun süzgəcdən keçirir. Məsələn, mətndə mühüm fərqli xüsusiyyətləri olan yeni elektrikli avtomobilin konstruksiyası təsvir edilir. Bu, altıncı blokun doldurulması üçün materialdar. Mətnin məzmununa qarşı tənqidi mövqedə dayanmaq çox vacibdir. Bəzi psixoloqlar hesab edirlər ki, tənqidi münasibət olmadan oxumaq, ümumiyyətlə, məsləhət deyil. Sizin mövqeyiniz – müəllif lə razı olub-olmamağınız da alqoritmin bu blokunda təsbit edilir. Nəhayət,, siz oxunu başa çatdırdınız. Oxuduqlarınızdan yeni nə öyrəndinizsə, onu əməli olaraq işdə tətbiq edə bilərsiniz. Bu məlumatlar alqoritmin sonuncu, yeddinci blokunun doldurulması üçündür.
Beləliklə, oxu başa çatdı. Adi, ənənəvi oxu üçün, ola bilər ki, bu, belədir. Sürətli oxu üçün isə bu, hələ kifayət deyil.
Oxunun başa çatdırılması hələ qabaqdadır. Oxucu yenidən inteqral alqoritmin görmə obrazını təsəvvür etməli və onun bütün bloklarının doldurulması üçün onun kifayət edib- etmədiyini yoxlamalıdır. Mətnin təhlili və sintezinin bu cür yekunlaşdırıcı psixoloji aktı onu daha yaxşı mənimsəməyə və yadda saxlamağa kömək edir. Psixoloqlar deyirlər: “Nöqtə qoymağı bacar".
Görünür, məhz bu üsul o faktı izah edir ki, sürətlə oxuyanlar materialı ləng və ən əsası, bacarıqsız şəkildə oxıuyanlardan daha yaxşı, dolğun mənimsəyir və yadda saxlayi Təcrübə göstərir ki, oxunun inteqral alqoritminin bloklarının görmə təsəvvürü bu məsələnin həllini əhəmiyyətli dərəcədə yüngülləşdirir.
Necə məşq etməli? Aşağıda verilmiş məşğələ iki-üç həftə ərzində mütəmadi olaraq yerinə yetirilir.
MƏŞĞƏLƏ: OXUNUN İNTEQRAL ALQORİTMİNİN MƏNİMSƏNİLMƏSİ
-
Hər gün şəkli çəkilmiş alqoritmin olduğu vərəqi qarşınıza qoyaraq qəzetdə sizə maraqlı olan bir-iki məqaləni yavaş-yavaş oxuyun. Oxu prosesində məlumatı bloklara "düzün". Oxunu qurtardıqdan sonra gözlərinizi bağlayın və fikrən alqoritmin bütün xana-bloklarının doldurulmasını yoxlayın.
-
Hər gün eyni məqalələrdən bir-ikisini bacardıqca sürətlə oxuyun, bu dəfə alqoritmin şəklinə baxmayın, ancaq fikrən onu təsəvvür edin. Məqalələrin məzmununu alqoritmə müvafiq olaraq ifadə edin.
DÖRDÜNCÜ MÜZAKİRƏ:
Oxunun diferensial alqoritmi
MƏTNİ BAŞA DÜŞMƏK NƏ DEMƏKDİR?
Qədim Çin yazarlarından biri Çzi Yun yazırdı: "...Kitabları ali əqidələrə çatmaq üçün oxuyurlar, ali əqidələr isə həyatda tətbiq edilmək üçün dərk edilir. İnsanlar oxuduqlarını onların məğzinə varmadan mənimsəsələr, elə axmaqlıq dərəcəsinə gəlib çıxarlar ki, başqa insanlara zərər vurmağa başlayarlar". Hindistan müdriklərinin yazıya aldığı rəvayətlərdən birində deyilir: "Səylə elm qazanmağa çalışan oxuduğu üzərində düşünmədən kitabları oxuyan kəs bir nəfərin başına gələnlərlə üzləşməyə layiqdir". Alimlər deyirlər ki, həmin şəxs bir mağaranın yanından keçirdi və xəzinə izlərinə rast gəldi. Torpağı qazmağa başladı və külli miqdarda qızıl, gümüşlə rastlaşdı. O fikirləşdi: "Bu sərvəti daşımağa baş qoşsam, onun çıxarılması və daşınması ilə məşğul olmaq məni ondan ala biləcəyim zövqdən məhrum edəcək. Yaxşısı budur, onu evimə daşıyacaq adamlar tutum; özüm isə sonuncu olacaq və arxamca heç nə qoymayacağam ki, daşınma, yaxud hansısa işlə bağlı heç bir şübhəm qalmasin. Bu yolla, onlara verəcəyim kiçik miqdar pul qarşılığında bədnimi zəhmətdən azad etmiş olacağam".
Sonra o, hambalların yanına getdi və hər birinə dasıyacağı qədər yük verib dedi:
"Bunları aparın mənim evimə".
Hamballar isə öz evlərinə gedir və onu aldadırdılar. Xəzinədən heç nə qalmayanda o, öz evinə getdi və pulların orada olmadığını gördü. O, başa düşdü ki, hamballardan hər biri xəzinəni özü üçün daşımışdır. Bundan isə ona qalan yorğunluq və narahatçılıq oldu, çünki öz işinin sonu barədə düşünməmişdi.
Buna bənzər şəkildə, bu kitabı onun aşkar və gizli məqsədini başa düşməyərək oxuyan da ondan fayda götürməyəcəkdir.
Yuxarıda verilmiş fikir qədim ədəbi abidə olan "Kəlilə və Dimnə”dən götürülüb. Bu kitabda olan kəlam və hikmət bu gündə insan fəaliyyətinin və cəmiyyətin müxtəlif istiqamətlərini öz fəlsəfi nəticələrinin dərinliyi ilə heyran edir. Qədim dövrün bütün digər abidələri kimi, bu kitab da müasir elmin obyektiv şəkildə tədqiq etdiyi xarici aləmin qavranılmasının psixi qanunauyğunluqlarının təzahürlərini nümayiş etdirərək, insan düşüncəsinin təkamül xüsusiyyətlərini əks etdirir.
“Anlama-anlamama" problemi, yəqin ki, əksər fəlsəfi cərəyanlarda əsas problemlərdən biridir. Təbii ki, hərbir nəzəriyyə öz postlarını izah edərkən onları geniş oxucu kütləsi ücün müyəssər etməyə can atır. Görünür, qədim sənədlərdə başa düşülməsinə bu qədər böyük əhəmiyyət verilməsini də bununla izah etmək olar. Bu problemi ayrıca cərəyana cevirmək cəhdi hermenevtika (təfsir) elmində yeni bir təvsirin yaranmasına gətirib çıxarıb. Antik miflərə görə, “allahların qulu" və onların insanlara qarşı iradəsinin müjdəcilərindən biri Hermes olub. Anlaşılmayan və hətta təhrif olunanı izah etmək, özgə dilin, yaxud işarənin mənasını başa salmaq incəsənəti kimi hermenevtikanın adı bu mifoloji “tərcüməç”nin adından götürülüb.
Müasir hermenevtika mətnin başa düşülməsi prosesinibelə təyin edir: Səslər və hərflər, işarələr kombinasiyası və hətta cümlələr özlüyündə anlama üçün əhəmiyyətsizdir. Onlar məlumat nöqteyi-nəzərindən sadəcə siqnaldır. Biz səsləri , həraləri və işarələri, hətta özlüyündə söz və cümlələri deyil, onların ifadə etdiyi mənanı, dilin söz və cümlələrində başa düşürük. Beləliklə, mətnin başa düşülməsi onun mənasının, yaxud əhəmiyyətinin dərk edilməsi ilə bağlıdır. Bu mənanı açmaq üçün isə, nəticə etibarilə, müəyyən işləri yerinə yetirmək lazımdır.
Mətnin başa düşülməsi problemi çoxdan və kifayət qədər məhsuldar şəkildə psixoloqlar tərəfindən araşdırılır. Bəs başa düşmə nədir? Psixoloqlar mövcud biliklərdən istifadə etmək yolu ilə predmetlər arasında məntiqi əlaqənin təyin edilməsini başa düşmə adlandırırlar. Asan mətni oxuyarkən başa düşmə sanki qavrayışla birləşir - biz dərhal əvvəllər əldə etdiyimiz bilikləri xatırlayırıq (sözlərin məlum mənalarını dərk edirik), yaxud mövcud biliklərin arasından hazırda lazım olanlarını seçir və onları yeni təəssüratlarla əlaqələndiririk. Lakin çox vaxt tanış olmayan və çətin mətni oxuyarkən predmetin başa düşülməsi (biliklərin tətbiq edilməsi və yeni məntiqi əlaqələrin təyin edilməsi) mürəkkəb, zamanla inkişaf edən bir prosesə çevrilir.
Belə hallarda mətnin başa düşülməsi üçün təkcə oxu zamanı diqqətli olmaq, biliklərə malik olmaq və onları təhlil etməyi bacarmaq deyil, həm də müəyyən təfəkkür üsullarına malik olmaq lazımdır. Mətni yadda saxlamaq lazım gəldikdə insan əvvəlcə onu daha yaxşı anlamağa çalışır və bunun ücün müxtəlif üsullar tətbiq edir. Çox vaxt oxucular üç əsas üsullardan istifadə edirlər: məna istinad nöqtələrinin ayrılması, antisipasiya (hadisələri qabaqcadan bilmə) və resipasiya. Mətnin hissələrə ayrılması, onların məna cəhətdəıı quraşdırılması anlamanı dərinləşdirən və sonradan materialın yadda saxlanılmasını asanlaşdıran məna istinad nöqtələrinin ayrılmasına gətirib çıxarır. Psixoloqlar müəyyən ediblər ki, anlamanın istinadı bizim yadda qalanı əlaqələndirdiyimiz, yaxud öz-özünə onunla əlaqəli olan "məlum olan" hər şey ola bilər. Bu, hansısa ikinci dərəcəli sözlər, əlavə təfərrüatlar və s. ola bilər. İstənilən assosiasiya bu mənada istinad ola bilər. Məna istinad nöqtəsi yığcam, müxtəsər və eyni zamanda geniş məzmunun əsasını təşkil edən bir şeydir. Anlama ona gatirib çıxarır ki, mətndə sonrakı səhifələrdəki mətni qabaqcadan müəyyənləşdirən əsas ideyalar, əhəmiyyətli sözlər ifadələr dərhal başa düşülür. Mətnin məzmununu qısa, və əhəmiyyətli məntiqi formullara çevirmək, hər formulada mənasına görə mərkəzi mövqedə olan anlayışı qeyd etmək anlayışları öz aralarında assosiasiya etmək və bu yolla ideyaların vahid məntiqi zəncirini formalaşdırmaq – mətnin başa düşülməsinin məğzi budur. Məna istinad nöqtələrinin ayrılması üsulu özlüyündə sanki süzgəcdən keçirmə və əsası itirmədən mətnin müxtəsərləşdirilməsi prosesidir. Bu üsulun köməyilə oxunun diferensial alqoritmini işləyib hazırlaşmaq və o, aşağıda ətraflı nəzərdən keçiriləcək.
Oxunun mətnin başa düşülməsinin davamı üçün istifadə olunan başqa bir üsul isə antisipasiya, yaxud qabaqcadan duyma, daha doğrusu, məna təxmini adlanır. Bəs antisipasiya nədir? Bu, görülə bilən gələcəyə yönəlmənin psixi prosesidir. O, hadisələrin inkişafı məntiqinin biliklərinə, əlamətlərin əməli düşüncə tərəfindən qabaqcadan icra edilmiş təhlilinin mənimsənilməsinə əsaslanır. Antisipasiya oxucunu müəyyən sensomotor hərəkətlərə yönləndirən gizli gözləmə reaksiyası tərəfindən təmin olunur, halbuki bu zaman mətnə əsasən bu reaksiyalara sanki heç bir əsas yoxdur.
Tədqiqatlar göstərib ki, xüsusi məşq nəticəsində oxucuda mətnin müəyyən, bilavasitə məna əlamətlərinə əsasən dərhal “baş verəcək hadisələrin" öncədən görülməsini inkişaf etdirmək mümkündür. Özlüyündə qeyri-müəyyən olan siqnal antisipasiya reaksiya sayəsində subyektiv cəhətdən müəyyən təhlükənin inkişaf süjetinin (mövzusunun) olduqca konkret situasiyasının əlaməti olan siqnala çevrilir. Təcrübəli oxucu ilk bir neçə hərfə əsasən sözün, ilk bir neçə sözə əsasən cümlənin, ilk bir neçə cümləyə əsasən bütöv bir abzasın və hətta səhifənin mənasını tapır. İqor Severin “Başqalarından fərqlənən" şeirində öz qəhrəmanının xüsusiyyətlərini çox yaxşı təyin edib:
(Sən şəkərdə "duzu" tapmağa,
Işarə verilmiş sözdə mənanı tapmağa qadirsən)
Antisipasiya hadisəsi yalnız o halda mümkündüı ki, düşüncə fəal şəkildə, məhsuldar rejimdə işləyir. Belə oxu zamanı oxucu, əsasən, ayrı-ayrı sözlərin mənasındansa, bütün mətnin məzmununa əsaslanır. Əsas odur ki, bu, məzmun ideyasının başa düşülməsi, mətnin müəllifinin əsas üfikrinin üzə çıxarılmasıdır.
Antisipasiya hadisəsi qanunauyğundur və əhəmiyyətli dərəcədə mətndə söz bolluğu ilə izah edilir ki, bu isə, artıq bildiyimiz kimi, 75% təşkil edir.
Beləliklə, sürətli oxu öyrədilərkən antisipasiya bacarığı ifadə stereotiplərinin özünəməxsus şəkildə duyulmasının formalaşdırılması və mətn qəliblərinin kifayət qədər lüğətinin toplanması üçün əsas amildir. Ifadə stereotiplərinin üzə çıxarılması mətnin məna cəhətdən avtomatizminin təkmilləşdirilməsi üçün ilk şərtlərdən biridir.
Oxucuların mətni yadda saxlamaq üçün istifadə etdikləri üçüncü üsul resipasiya, yaxud oxu prosesində yaranan yeni fikirlərin təsiri altında oxunmuşlara fikrən geri qayıtmaqdır. Bu üsul reqressiyalardan fərqləndirilməlidir, çünki bilirik ki, reqressiyalar daha yaxşı başa düşməyə səbəb olmayan mexaniki, qeyri-ixtiyari təkrarlardır. Buna baxmayaraq cox vaxt hansısa cümləni oxuyan və oxunu davam etdirən oxucu fikrən müəllifin əvvəlki mülahizələrinə qayıdır, onları yeni, hazərda öyrənilən fikirlərlə əlaqələndirir. Belə fikrən qayıdış öyrənilən mətnin daha dərindən başa düşülməsinə şərait yaradər. Antisipasiyanı, daha doğrusu, mənanı təxmini tapma bacarığını ölçən xüsusi mətnlər mövcuddur.
Dostları ilə paylaş: |