SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi


ELMİ VƏ ELMİ-İCTİMAİ KİTAB VƏ JURNALLARI



Yüklə 0,89 Mb.
səhifə11/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

ELMİ VƏ ELMİ-İCTİMAİ KİTAB VƏ JURNALLARI

NECƏ OXUMALI
Yaşadığımız informasiyanın sürətlə sıçrayışı, kosmos və elektronika əsrində elm və texnikanın ən son nailiyyətlərindən xəbərdar olmaq çox vacibdir.

İstənilən bilik sahəsində öz ixtisasına aid ədəbiyyat oxumayan bir mütəxəssis təsəvvür etmək çətindir. Bəs şagirdə elmi və ictimai ədəbiyyat lazımdırmı? Əlbəttə, lazımdır. Müasir cəmiyyətdə öz yerini müəyyənləşdirmək, qəlbin daxili tələbatlarına cavab verən bir məşğuliyyət tapmaq üçün çox bilmək, müxtəlif ədəbiyyatlar oxumaq lazımdır.

O qədər olub ki, imtahandan keçmiş şagird seçdiyi ixtisasa istəyi və marağı olmadan universitetə qəbul olunub. Sözsüz ki, bu, çətin problemdir və burada hansısa resept ola bilməz. Lakin təcrübəmiz göstərir ki, çox və sürətlə oxuyan şagird gec-tez onun həyatının məqsədinə çevriləcək işini tapacaq. Çoxtərəfli oxu insanın erudisiyasını yüksəldir, bu cür həmsöhbət istənilən mühitdə: musiqi məktəblərinin şagirdləri arasında da, rəssamların əhatəsində də, gənc texniklər stansiyasının divarları arasında da özünü ora aid hiss edir.

Biz hər şeyi bilməyə çağırmırıq. İnsanın informasiyanın qavranılması və emalında imkanlarının hüdudları var.

Bir görkəmli Sovet alimi erudisiyalı insana belə tərif verib: "Hər şey haqqında bir az və bir az haqqında hər şeyi bilmək lazımdır". Elmi və ictimai kitabla işləyərkən müəyyən bir sistem böyük əhəmiyyətə malikdir, əks təqdirdə siz də A.Fransın qəhrəmanlarından birinin arzuolunmaz taleyini yaşayarsıınz. O yazırdı: "Mən çox vaxt sürətlə oxuyurdum, nəyisə hesablamadan və baş açmadan və tezliklə məlum olanda ki, heç nə bilmirəm - çox təəccübləndim".

Bəs elmi və elmi-ictimai jurnalları necə oxumalı? Onların məzmunu ilə necə yaxşı və dərindən tanış olmaq olar? Bu cür kitabların oxunması müxtəlif cür ola bilər. Bu, nəzərdən keçirmə, seçici oxu, tam oxu və nəhayət, öyrənmə ola bilər.

Oxu üsulu məqsəddən asılıdır.

Fərz edək ki, kitab haqqında ümumi təsəvvür yaratmaq, onun xarakterini: elmilik dərəcəsini, təhkiyə tərzini, üslubunu və s. müəyyənləşdirmək qərarına gəldiniz. Bunu qaçaraq nəzərdən keçirmə yolu ilə etmək olar.

Məsələn, sizi elmin elektronika kimi bir sahəsi maraqlandırdı. Kitabxananın müvafiq bölməsi ilə tanış olaraq aşkar edəcəksiniz ki, bu mövzuya aid kitab çoxdur. Seçim etməlisiniz. Hansı prinsipə görə seçməli? Hansı kitab daha qalındır və ya hansı daha nazikdir? Adına görə hansı daha cəlbedicidir?

Burada digər meyarlan əldə rəhbər tutmaq lazımdır. Kitabın ümumilikdə ilkin qiymətləndirilməsi sistemi mövcuddur.

Kitabın nəzərdən keçirilməsi müəyyən vərdişlərə yiyələnməyi və onların tətbiqində məqsədyönlü ardıcıllığa riayət edilməsini tələb edən geniş yayılmış metoddur.

Qaçaraq nəzərdən keçirmə səriştəli oxucuya çox şey verə bilər. Kitabla bu ardıcıllığa əsasən tanış olmaq lazımdır:



  1. kitab haqqında əsas məlumatların olduğu titul vərəqəsini diqqətlə oxumaq: ad, müəllif, nəşr olunduğu yer və il, nəşriyyatın adı;

  2. kitabın girişi ilə tanış olaraq, onun hansı fəsillərdən ibarət olduğunu, materialın hansı ardıcıllıqla təqdim edildiyini başa düşməyə çalışmaq; kitabda çertyojların, sxemlərin, şəkillərin, əlavə və izahedici mətnlərin olub-olmamasına diqqət yetirmək;

  3. məzmunu daha yaxşı təsəvvür etməyə, kitabın vəzifəsini və məqsədini başa düşməyə, onu necə oxumağa dair məsləhət almağa kömək edəcək annotasiyanı, ön sözü, girişi, son sözü, nəticəni oxumaq;

  4. kitabın bilavasitə əsas mətni ilə tanış olmaq, bunun üçün ən dəyərli və maraqlı fəsillərdən bəzi səhifələri, abzasları, parçaları oxumaq. Bu, müəllifin üslubu və dili, materialın təhkiyə xüsusiyyətləri, kitabın çətinlik, yaxud müyəssərlik dərəcəsi barədə təsəvvür yaradacaq.

Lazımi kitabların axtarışı, istinad ədəbiyyatın seçilməsi effektiv iş üçün böyük əhəmiyyət daşıyır.

Burada bəzi sadə metod və üsullar faydalı ola bilər. Onların qısa ifadəsi belədir:

İlk növbədə, istinad ədəbiyyatını tədqiq etmək və verilən mövzu üzrə öz biblioqrafiyanızı yazmaq lazımdır . Bunun üçün dövri istinad nəşrlərini, kitabxana kataloqlarını, kitab siyahılarını, qeydləri nəzərdən keçirmək lazımdır.

Dövri nəşriyyat üzrə resenziya və yeni kitablar haqqında elanlarla tanış olmaq, qəzet və jurnallardan məqalə kəsmək vacibdir. Burada sizə "Kitab təhlili" qəzetini tövsiyə etmək olar. Ondan qeydlər etsəniz və nəzərdən keçirsəniz, həmişə kitab ədəbiyyatı haqqında bütün yeniliklərdən xəbərdar olacaqsınız.

Yuxarıda göstərilən proqramı tam əsaslı olaraq, elmi və elmi-ictimai ədəbiyyatın axtarışı və oxunması alqoritmi adlandırmaq olar. Bu mətnlərin oxunmasına görkəmli rus kitab xadimi P.A.Rubakinin fikrini aid etmək olar. O, yazırdı ki, oxu başqa insanların fikirlərindən istifadə etmək yolu ilə öz fikirlərinin yaradılmasıdır. Bunu yadda saxlayın. Əgər elmi, yaxud ictimai kitab oxuduqdan sonra da hansısa ideyalarınız, fikirləriniz, düşüncələriniz yarandısa, siz düzgün oxumusunuz.

DƏRSLİKLƏRİ NECƏ OXUMALI
"Biz bilirik, - deyəcəksiniz, - biz hər gün bununla məşğul oluruq, burada yeni nə isə çətin ki olsun". Buna baxmayaraq, sizə bəzi məsləhətlər vermək istərdik.

Bildiyiniz kimi, ilk söhbətlərimizdən birində dərsliyin oxunmasını dərinləşdirilmiş oxu adlandırdığımız oxuya aid etmişdik. Bu cür oxu oxunulanın dərindən mənimsənilməsini tələb edir və təbii ki, yalnız ləng ola bilər. Lakin ləng oxu hələ "diqqətli oxu" demək deyil və heç də həmişə təsirli olmur. Buna görə də burada dərslikləri necə oxumağa dair deyil, əsas etibarilə, oxunulanları necə konspektləşdirməyə dair tövsiyələr vermək istərdik.

Oxu zamanı qeydlər etmək bacarığı oxucunu intizama öyrədir. Hansısa materialı öyrənərkən qeydlər əqli əməyi yüngülləşdiri, bir növ, mənimsənilənlərə özünəməxsus nəzarət rolunu oynayır. Yazılanlar daha yaxşı vz daha tam mənimsənilir, yaddaşda daha möhkəm qalır. Müəyyən edilib ki, məsələn, 100 söz oxuduqdan sonra oxunulanları ümumiləşdirən 50 söz yazdıqda mənimsəmə əmsalı 10000 söz oxuyub, heç nə yazdıqdan daha yüksək olur.

Həmçinin o da vacibödir ki, oxunulanın qeyd edilməsi zamanı informasiyanın yığcamlaşdırılması vərdişi formalaşır. Bu isə bizim zəmanəmizdə getdikçə daha böyük əhəmiyyət daşımağa başlayır.

Oxu və qeydlərin növbələşdirilməsi yorğünlüğü azaldır, əmək qaybiliyyətini və ümumilikdə əqli əməyin məhsuldarlığını artırır.

Bəs kitabla, dərsliklə nesçə konspektləşdirmə aparmalı?

Konspektləri iki qruppa ayırmaq olar\6


  1. öyrənilən ədəbiyyatın konspektləri;

  2. gədəcək çıxışların konspektləri.

Onların hər birini ayrılıqda nəzərdən keçirək. 1. Öyrənilən ədəbiyyatın konspektləri:

a) bütün toplanmış material elə sistemləşdirilir ki, ondan teç və səhvsiz baş çıxarmaq olsun. Bütün konspektləri nömrələmək və konspektləşdirilmiş mənbələrin səhvlərinə görə sıralanmanı təmin etmək lazımdır;

b) ədəbiyyatın konspektləşdirilməsinə başlamazdan əvvəl dəftərdə bütün əsas məlumatları göstərmək lazımdır: müəllifin adı, başlıq, kitabın nəşr edilmə ili və yeri. Əgər nəşriyyat dövridirsə, qəzetin, yaxud jurnalın adı, il, ay, nömrə, say, nəşr olunduğu yer.

c) bütün konspektlərin sahələri olmalıdır. rahatlıq üçün onlar ikitərəfli-sağdan və soldan ola bilər. Soldakı sahələrdə səhflər qeyd edilir və əsas məsələlər qısa şəkildə ifadə edilir, yarımbaşlıqlar verilir.

Sağdakı sahələrdə öz nəticələrinizi, verilən məsələnin sonradan işlənməsi üçün digər materiallara istiandlar, mövzular və problemləri qeyd edin;

d) konspekt ümumilikdə mənbənin məzmunun qısa ifadəsidir. O, müitləq istinad və sitatlarla növbələşir;

e) böyük işi konspektləşdirərkən mütləq onun strukturunu) başlıqları, fəsilləri) saxlayın. Qeydlər sahələrə yerləşmirsə, onları böyük mötərzəyə, yaxud çərçivəyə alaraq konspektin mətnində yazın, «yekun» işarələri ilə nişanlayın, yaxud «mənim yekunum», «mənim əlavəm» və s. adlandırın.

2. Gələcək çıxışların konspektləri.

Siz məruzə ilə, tağıiın qarşısında məlumatla, iclasda, seminarda çıxış etməlisiniz. Bunu necə daha asan və təsirli etmək olar? Bunda sizə konspekt kömək edəcək. Onu belə hazırlamaq olar:

a) plan hazırlayın. O, məlumat, yaxud məruzənin məsələlərinin sıralanmasına, eləcə də sübut üçün cəlb edilən faktiki materaila birbaşa istinadlara malik olmalıdır. İşin ilk variantdarında əsas plan axtarışıdır;

b) tezis üsulundan istifadə edərək mövzunun əsas problemləri və onlara aid olan süalları müəyyənləşdirin, onları qruplaşdırın, formulların məntiqi həmaslılığına və dəqiqliyinə nail olun: məlumat nə haqqındadır, sizə nə məlumdur, başlıqları nə deyir, sizin fikriniz, nəticələriniz;

c) konspektin son varinatında əsas diqqəti istifadə edilmiş mənbələrə söykənərək bütün problemin qısa (konspekt) ifadəsinə yönəldin. Savadlı, yığcam, konkret danışmağı öyrənin.


BƏS DƏRSLİKLƏRİ SÜRƏTLƏ OXUMAQ OLARMI?
Bəli, olar. Lakin bu üsuldan fənnin dərindən öyrənilməsi məqsədilə istifadə etmək olmaz, əlavə, olduqca təsirli bir vasitə kimi istifadə etmək olar. Təkidlə tövsiyə edirik ki, təlim prosesinin bütün mərhələlərində: yeni fənni öyrənməyə başlamaq üçün dərs ili ərzində, eləcə də imtahanlara hazırlıq dövründə fövqəlsürətli oxu metodundan - "hücum metodu"ndan istifadə edəsiniz. Təklif etdiyimiz tövsiyələr çox böyük effekt verir, amma yalnız o halda ki, ciddi şəkildə aşağıda verilmiş qaydalara müvafiq olaraq tətbiq edilsin:

1. Dərs ilinin başlanğıcında. Tətillər geridə qalıb, irəlidə yeni dərs ili var. Siz məktəbdən yeni dərsliklər gətirmisiniz. Öyrənəcəyiniz fənləri bilirsiniz. Hər kəsin məktəbdə sevimli və o qədər də sevmədiyi fənləri olur. Bütün dərslikləri stolun üstünə düzün və fənnə marağınızın artdığı qaydada sıralayın.

Bəs sonra? Qarşınızdakı dərsliklərə baxın. Hər bir kitab bütün il ərzində öyrənəcəyiniz biliklər xəzinəsidir. Hər kitabı bir gün ərzində "hücum metodu" rejimində "oxumağı" təklif edirik. Bu, nə üçün lazımdır? Nəyisə dərindən və əsaslı şəkildə öyrənməzdən əvvəl fənn haqqında ümumi təsəvvürə malik olmaq, onun əsas tərkib hissələrini, xüsusiyyətlərini, səciyyəsini bilmək vacibdir. Siz bütün bu məlumatları dərsliyi "hücum metodu" rejimində oxuyaraq əldə edə bilərsiniz. Oxunu başa çatdırdıqdan sonra oxuduqlarınızın qısa konspektini hazırlamaq lazımdır. Konspekt yazılması prosesində, lazım gəldikdə dərsliyin ayrı-ayrı fəsillərinin, yaxud bölmələrinin təkrar oxunmasına yol verilir.

Necə işləməli? Hər dərsliyin üzərində bir gün işləməyi tövsiyə edirik. Yaxşı olar ki, bu, dərsdən azad bir gün olsun.

Oxunuz, həqiqətən də, sürətli, fəal, yaradıcı olubsa, sizi inanılmaz kəşflər gözləyir. Onlar nədən ibarətdir?



Birincisi - fikri baxışınız qarşısında bütün fənnin, bütün təlim kursunun və onu təşkil edən hissələrin obrazlı, müşahidə mənzərəsi açılır.

İkincisi - bu fənnin sonradan dərs ili ərzində öyrənilməsi artıq məlum olanın yada salınması, öyrəndiyinizin ayrı-ayrı konkret hissələrinin sizə məlum olan ümuminin təsviri ilə aydın və müəyyən əlaqəsinin xatırlanması prosesidir.

2. Dərs ili ərzində. Sizin şüarınız: sürətli oxu tənbəl şagirdlər üçündür. O mənada tənbəl ki onlar ev tapşırıqlarının yerinə yetirilməsinə çox az vaxt ayırırlar. Həqiqətən də, dünyada o qədər maraqlı şeylər var ki: idman, musiqi, turist gəzintiləri. Bəs bütün vaxt dərsə gedirsə, onlara necə vaxt tapmaq olar? Minimal vaxt sərfi ilə müvəffəqiyyətlə oxumaq istəyirsiniz? Bəzi tövsiyələrimiz var.

Birincisi - məktəbdə dərs vaxtı zamanınızdan maksimal dərəcədə səmərəli istifadə edin. Sürətli konspektləşdirməyə dair tövsiyələrimizə əməl edin, sizə aydın olmayan hər şeyi sinifdə aydınlaşdırın, heç nəyi sonraya saxlamayın. Ev tapşırığını qeyd edərkən eyni zamanda, onun yerinə yetirilməsi modelini qurun.

İkincisi - yenə də sizdə öyrəndiyiniz proqramın bəzi bölmələri ilə bağlı problemlər yaranıb. Mövzu üzrə əlavə ədəbiyyat tapın və onu oxuyun. Bu ədəbiyyatı özünüz tapa bilərsiniz və ya müəllim sizə kömək edə bilər. Unutmayın, müəyyən mövzu üzrə nə qədər müxtəlif ədəbiyyat oxusanız, ondan daha asan və dəqiq baş çıxaracaqsınız.

Hər fənn üzrə müəllimin tövsiyə etdiyi əlavə ədəbiyyatı, eləcə də müstəqil olaraq özünüzün tapdığımız ədəbiyyatı oxuyun. Oxuduqlarımızı yazılı şəkildə möhkəmləndirməyi də unutmayın.



3. İmtahandan əvvəl. İmtahanlar təhsilin həlledici mərhələsidir. Bu mərhələ sizin üçün xüsusi maraq kəsb edir: siz nəinki müəllimlərə proqram üzrə bildiklərinizi, həm də əlavə ədəbiyyatdan diqqətinizi çəkən çox şeyi bildiyinizi nümayiş etdirməlisiniz. Müvəffəqiyyətli imtahanın əsası proqramın bölmələrinə dair möhkəm biliklərdir. Hər şeyi sakitcə təkrarlamaq, xatırlamaq, sistemə salmaq lazımdır. Yaddaş haqqında söhbətimizdə (bax: səh. 126) ətraflı izah edilmiş təsirli təkrarlama sistemini bir daha sizə xatırladaq. Bu mərhələdə sürətli oxu bizə nə verə bilər? İmtahan biletləri ilə dərslik üzərində dərin və əsaslı işdən sonra "hücum metodu" ilə mövzu üzrə bir neçə əlavə kitab oxumaq, diqqəti ən mürəkkəb və sizin üçün aydın olmayan problemlər üzərində cəmləşdirmək çox faydalıdır.

Siz tezliklə hiss edəcəksiniz ki, imtahan sizin üçün imtahan bir sevincdir, məktəb proqramı çərçivəsindən kənara çıxan biliklərinizin nümayiş olunması vasitəsidir.

Çox vaxt bu, sürətli oxu metodunu mənimsəmiş və ondan imtahanlara hazırlıq zamanı istifadə edən şagirdlərimizin elə xoşuna gəlirdi ki, sonradan bizə imtahanların başa çatmasından təəssüfləndiklərini deyirdilər.
BƏDİİ ƏDƏBİYYATI NECƏ OXUMALI
Qəti surətdə demək olar ki, bu suala birmənalı cavab hələ də yoxdur. Buna bir neçə fərqli yanaşma mümkündür.

Bədii ədəbiyyatı ləng, çox ləng oxumaq lazımdır. "Bu, düzgün deyil", - əvvəlki söhbətlərimizi oxuduqdan sonra belə deyəcəksiniz və sözsüz ki, haqlı olacaqsınız.

Bədii ədəbiyyatı çox sürətlə oxumaq lazımdır. "Bu, doğrudur", - deyəcəksiniz və yenə də, sözsüz ki, haqlı olacaqsınız.

Bəs bədii ədəbiyyatı necə oxumalı? Bu sualın sadə cavabı var: bədii kimi. Bunun ardınca, aydındır ki, növbəti süal ortaya çıxır: bəs ədəbiyyatın bədiiliyi nə deməkdir. Bu sual sizi maraqlandırırsa, bu anlayışı bütünlüklə açan bir kitabı oxumağınızı tövsiyə edirik: Qey T.K. «Ədəbiyyatın bədiiliyi». – M., 1975. Bizim kitabımızda isə yalnız bu problemə əsas yanaşmalar şərh ediləcək. Biz bu sualı təsadüfi olaraq nəzərdən keçirmirik, çünki bədii ədəbiyyat adlandırılan, amma daha diqqətlə baxdıqda belə olmayan bir ədəbiyyat də mövcüddür. Fikrimizcə, bundan baş çıxarmaq çox vacibdir. Bilmək lazımdır ki, incəsənət əsərinin dəyəri bir sıra əsas amillərdən asılıdır. Qeyd edək ki, məşhur fransız alimi A.Mol başda olmaqla, tədqiqatçılar incəsənətin bir sıra amillərdən aslı olmasını incəsənətin bütün növləri: ədəbiyyat, musiqi, təsviri incəsənət və s. üçün keçərli hesab edirlər.

Bu mətləbi dəyan edən qrafiklərdə göstərildiyi kimi, incəsənt əsərləri informasiyanın mürəkkəblik dərəcəsi, yaxud kəmiyyəti ilə xarakterizə olunan bir məlumatldır, özü də bu xarakteristika, öz növbəsində, həmin çəmiyyətin mədəniyyətindən asılıdır. Qrafiklərdə göstərildiyi kimi, əsərin dəyəri onun mürəkkəbliyindən asılı olaraq, hansısa maksimum nöqtəsinə doğru əyri üzrə dəyişir. Cəmiyyətin tarixi inkişafı və onun mədəniyyətinin yüksəldilməsi prosesində bu maksimum yeri dəyişir. O, eyni zamanda, mədəniyyətin ünsürlərinin daha bərabər şəkildə ayılması nəticəsində aşılanır. Başqı sözlə, inçəsənətin ümumi təkamülü daha dəqiq və çətin anlaşılan ünsür birləşmələrinin, dahva doğrusu, hər dövrdə anlaşılmaz adlandırılan bir şeyin yaranmasına gətirib çıxarır. Burada Getenin məşhur ifadəsi ilə necə razılaşmamaq olar?!

"Hərə dünyanı bir cür göriir,

Hamı da haqlıdır — Onda o qədər məna var ki".
Incəsənət haqqında elm çoxdan və təkidlə bədii yaradıcılığm təbiətinin açılması üzərində çalışır. Hər bir yazıçı sözlərin konkret mənasından çıxış edərək bədii mətn yaradsh və burada sözlərin birləşməsi ixtiyari deyil, tərkib elementlərinin mənasından və əhəmiyyətindən asılı olur. Nəticədə, söz xüsusi, artıq şifahi olmayan, obrazlı məna əldə edir ki, bu da bədii mətni yalnız məntiqə tabe olan elmi mətndən fərqləndirir. Sözün poetik məzmunu bədii aləmdə sonsuz sayda obrazların mövcudluğunu tələb edir. Həqiqətən bədii olan əsərin məğzi onda özünü göstərir ki, burada söz informasiya və ya məlumat vasitəsi kimi deyil, onun obrazını canlandıran aktyor qismində çıxış edir. Yazıçı yazanda ki: "Bir alma var idi. O, yarpaqlar arasında parıldayırdı, yavaşca dönürdü günün hissələrini, bağın maviliyini, pəncərənin çərçivəsinı cəlb edir və çevirirdi". (Y.Oleşa) Bu, obyektlərin sözdə adı deyil, daha çox sözlərin obyektlərə, oxu prosesində oxucunun şüurunda yaranan müşahidə obrazlarına çevrilməsidir.

Budur, əsas şeyə yaxınlaşdıq: sürətli oxu bədii ədəbiyyatın qavranılmasına nə verə bilər?

Əsas oxu prosesinin sürətləndirilməsi deyil, oxu prosesində təfəkkürün müşahidə, obrazlı komponentlərinin inkişafı hesabına estetik təsirin dərinləşdirilməsidir. Təsadüfi deyil ki, əksər şagirdlər sürətli oxu kursu başa çatdıqdan sonra oxu prosesinin müşahidə komponentlərinin kəskin şəkildə artdığını qeyd ediblər. "Elə bil heç oxumuram, kitabda təsvir olunan bütün personajların, hadisələrin, peyzajların olduğu maraqlı kinofilmə baxıram" - dinləyicilərimizdən biri belə yazırdı.

Kitabın əvvəlində haqqında danışdığımız sürətli oxuya gəldikdə isə, M.Qorki bədii mətnləri məhz ona görə sürətlə oxuyurdu ki, o, qavrayışın parlaq obrazlılığı ilə fərqlənirdi. Alyoşa Peşkov hələ uşaq vaxtı kitabları oxuyarkən oxuduqlarını elə dəqiq təsəvvür edirdi ki, çap olunmuş sətrin sehrli qüvvəsinə heyrətlənirdi və bədii sözdə gizlənən sirri başa düşməyərək səhifələri işığa tutub baxırdı.

Bəs bədii əsərlərin oxu alqoritmi mövcuddurmu? Mütəxəssislər bədii mətnin dərinliyinə varmaq, yaxud dalmağın üç səviyyəsini işləyib hazırlayıblar ki, onlar da, bir növ, oxu alqoritmləridir.

Dərinliyə varmağın birinci pilləsi süjet və fabulanı başa düşməkdir. Yazıçı süjetə oxna görə müraciət edir ki, qəhrəmanının nə ilə məşğul olduğunu, nə etdiyini, necə hərəkət etdiyini göstərsin. Oxucunun vəzifəsi bütün bunları izləmək, heç nəyi buraxmamaqdır. Bu pilləni "hadisə", yaxud "fabula" pilləsi adlandırmaq olar. Bütün oxucular ona malikdirlər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, qavrayışın bu pilləsində nağıl edərkən əksəriyyət, əsasən, hərəkəti ifadə edən fellərdən istifadə edir. Məsələn, "Yanıma, Muxtar!" filmini nağıl edərkən 175 sözdən 32-si hərəkəti ifadə edən, yalnız 1-i isə vəziyyəti ifadə edən fel olub. Gənc tamaşaçıların 80%-i bu cür qavrayış səviyyəsinə malikdirlər.

Hərəkəti - fabulanı bilmək vacibdirmi? Sözsüz. Əsərin süjetindən və fabulasından yaxşı baş çıxarmaq yazıçının yaradıcılığının, ustalığının psixologiyasını başa düşməyə yaxınlaşmaq deməkdir.

Yazıçının "nağıl etmək" incəsənəti təhkiyə zamanı oxucunun marağının daim artmasını tələb edən xüsusi bir incəsənətdir.

Dərinliyə varmağın ikinci pilləsi oxucunun özünü personaja oxşatmaq, öz taleyini onun taleyinin gözlənilməz dəyişiklikləri ilə müqayisə etmək bacarığıdır. Qavrayışın bu pilləsində qəhrəmanlar arasında münasibətlərin mürəkkəb strukturundan, onların simpatiya və antipatiyalarının, əməl və davranışlarının motivlərindən - əsərin bədii konfliktindən baş çıxarmaq tələb olunur. Bu pilləni "məna" pilləsi adlandırmaq olar. Oxucu, birinci halda olduğu kimi, kəskin-fabulalı situasiyalara maraq göstərir, lakin onu qəhrəmanların təkcə taleyi deyil, onların duyğuları da narahat edir. O, əsərdə iştirak edən şəxslərin əməlləri ilə əlaqədar öz şəxsi duyğularını da daha kəskin hiss edir. Hər şey yadda qalır: peyzaj da, şərait də, personajların xarici görünüşü də. Oxucu kitab haqqında danışarkən təkcə hərəkətləri (getdi, gəldi, gizləndi) deyil, həm də qəhrəmanların duyğularını (nifrət edir, sevir, şübhə edir) çatdırır.

Bütün bədii yaradıcılığın mərkəzi və çox vaxt yeganə fiquru insandır. Aid olduğu növdən asılı olmayaraq, heç bir bədii əsəri qəhrəmansız, iştirak edən şəxslər olmadan təsəvvür etmək mümkün deyil. Lirikada əsas qəhrəman rolunda müəllifin özü, epos və dramda isə mütləq bir və ya bir neçə qəhrəman çıxış edir.

Bədii əsəri oxuyarkən, demək olar ki, həqiqi aləmə çox bənzəyən, eyni zamanda, onun bəsit təkrarı olmayan insan aləminin hüdudlarından kənara çıxmırıq. Biz ədəbi obrazların şərtiliyinə şübhə etmirik, lakin bəzən onları o qədər real qəbul edirik ki, onlar bizə həqiqi həyatda mövcud imiş kimi təsir bağışlayırlar.

Dərinliyə varmağın üçüncü pilləsi oxucunun rəssam-müəlliflə eyniləşdirilməsidir. Onu obrazlı-məna pilləsi adlandırırlar. Onun məğzini L.N. Tolstoyun məşhur sözləri ilə ifadə etmək olar. O deyirdi ki, oxucu müəllifin necə insan olduğunu müəyyənləşdirmək, onun qəlbində nələrin olduğuna baxmaq üçün kitabı əlinə alır.

Bədii əsərlər həmişə yazıçının şəxsi estetik idrakının səviyyəsini əks etdirir. Yaradıcı idrak, hər şeydən əvvəl, özünüdərketmədir. Rəssam əsəri yaradarkən bu və ya digər tərzdə dünyanı necə gördüyünü ifadə edir. Bu, bir səviyydir. Onu "kiçik" dünya kimi xarakterizə etmək olar. Yazıçının ətraf aləmə, zəmanəyə, müasirlərinə münasibətini şərti olaraq "orta" dünya adlandırmaq olar. Bu, başqa bir səviyyədir. Böyük rəssam heç vaxt bu iki səviyyədə dayanmır. Onların ikisi də onun üçün böyük dünyanı, makrokosmosu - kainatı, bəşəriyyəti tanımağa aparan yoldur. İdrakın bu səviyyələrini özümüz üçün aydınlaşdıraraq, onların xarakterini müəyyənləşdirərək "müəllifin öz qəhrəmanları ilə vahidliyinin sirrini", şəxsi yaradıcılıq prosesinin sirrini başa düşməyə yaxınlaşacaq, bundan sonra isə yazıçının öz oxucusuna nə demək istədiyini də dəqiq başa düşə biləcəyik. Yazıçının nəyi dərk etdiyini, nədən baş çıxardığını və nəyin onun şüurundan kənarda qaldığını, müxtəlif səbəblərdən dolayı nədən baş çıxara bilmədiyini müəyyənləşdirmək vacibdir.

Bu söhbətin nəticəsi olaraq yoxlama testi kimi hər hansı bir mətni oxuyun. Mümkün qədər sürətlə oxumağa çalışın, amma ən əsası öz şüurunuzda parlaq müşahidə obrazları, müəllifin yazdığı barədə təsəvvür oyadın. Mətni oxuyub qurtardıqdan sonra oturub düşünün, götür-qoy edin. Oxunun inteqral alqoritminin bütün bloklarını yadda saxlayıb-saxlamadığınızı, boşluqların olub-olmadığını yoxlayın.

Sizə məlum olan formula əsasən oxunun sürətini hesablayın və nəticəni qrafikə və öz uğurlarıınzın cədvəlinə daxil edin.

ONUNCU MÜZAKIRƏ
Sürətlə, daha sürətlə, daha da sürətlə oxuyuruq
SÜRƏTLİ OXU BİZƏ NƏ VERİR
"Bu gün evə gəldim və sürətli oxu metodu ilə oxumağı sınaqdan keçirməyə qərar verdim və gözlənilmədən məndə alındı. Nəticə məni təəccübləndirdi. Qəribə bir şey baş verdi. Mən oxumaq anlayışının ənənəvi mənasında oxumurdum, sürətlə mətndə göz gəzdirirdim və bu zaman ani olaraq təhlil edirdim: nəyi yadda saxlamaq, nəyi isə kənara atmaq lazımdır. Sətirlər kinoda titrlər kimi rəvan və sürətlə getdi. Elə bil nə sətirlər, nə sözlər var idi, amma ortaya çıxaraq sanki öz-özünə şüura, təxəyyülə saplanan faktlar var idi. Oxu asan və səlis gedirdi və bu, mənə zövq verirdi" - Sankt-Peterburq müəssisələrindən birinin texniki, sürətli oxu metodunu müstəqil olaraq mənimsəmiş Viktor Pankratov öz gündəliyində belə yazırdı. Bu metod sıravi oxucuya nə verir? Bu suala ən yaxşı cavabı artıq təklif olunan metodika üzrə işləyənlən, eləcə də sürətli oxu kurslarının dinləyiciləri verə bilərlər.

Təlim görmüş insanlar arasında aparılmış sosioloji araşdırmalar bu metodikanın effektivliyini əminliklə təsdiqləyib. Onların əksəriyyəti bu metodikanın əsas üstünlüyünü hər gün lazımi qədər ədəbiyyat oxumaq imkanında görür. Sürətli oxu, xüsusilə təhsil alan gənclərə çox şey verir.

Minsk vilayətinin Molodeçno şəhərində müəssisələrdən birinin laborantı V.Priçina bizə yazırdı: "Sürətli oxu texnikası mənə çox şey verib. Oxu sürəti bir neçə dəfə artıb. Mən sutkada 1,5-2 saata 2-3 qəzet, bəzən jurnal oxumağa müvəffəq oluram. Bundan başqa, dərsliklərdə lazımi materialı tez tapa bilirəm. Çox vaxt "Yumanite" kimi mötəbər bir nəşri oxuyuram. Oxuduqlarımın mənasını qat-qat tez başa düşürəm, tanış olmayan sözləri lüğətdə qat-qat tez tapıram. Televiziya proqramlarına baxdıqdan sonra qəzetlərdəki əksər elanlara ani olaraq göz gəzdirirəm, çünki onlarda artıq tanış olan material var. Yaddaşım da xeyli yaxşılaşıb. Danışıq, söhbət, görüş zamanı bəzi faktların, sözlərin, hadisələrin sanki öz-özünə yadıma düşdüyünü hiss etməyə başlamışam. Bəzən dəqiq sitatları xatırlayıram, gələcəkdə lazımsız görünən rəqəmləri, bütöv fikirləri xatırlayıram. Diqqətim daha sabit olub, televizor açıq olarkən belə oxuya bilirəm".

Misal göstərilmiş fikir qoyulan suala kifayət qədər tam cavab verir.

Artıq bilirik ki, sürətli oxudan təkcə elmi və dərslik mətnlərinin oxunması üçün istifadə edilmir. Təbii ki, belə bir sual ortaya çıxır: Bədii ədəbiyyatın oxunması pisləşmir ki? Belə bir qanunauyğun qorxu var ki, texniki mətnləri sürətlə oxumağı öyrənən insan klassik bədii ədəbiyyatı da eynilə sürətlə oxuyacaq. Bu zaman qavrayış kasadlaşmayacaq ki?

Təcrübə göstərib ki, bu cür qorxular əsassızdır. Sürətlə oxuyan insan sürətin əsirinə çevrilmir. O, sürətli oxu vərdişləri əldə edərək digər oxu üsullarını da təkmilləşdirir. Qavrayışın dərinliyinə gəldikdə isə, sürətli oxu insan psixikasının bu xüsusiyyətini də inkişaf etdirir. "Sürətli oxu bizi incəsənətə yaxınlaşdırdı, - bu metodu mənimsəyənlər belə yazırdılar, - çünki bu biliklər obrazlı təfəkkürün inkişafına yol açdı. Əvvəllər bədii ədəbiyyatı oxuyarkən təbiətin təsviri, müqayisələr, metafora və epitetlər şüurumuzdan yan keçirdi. Sən demə, biz əvvəllər sadəcə onları mətndə qavramağa qadir deyildik..."

Sürətli oxu texnikasının mənimsənilməsi, həqiqətən də, insanın psixi fəaliyyətinin müxtəlif sahələrinə kompleks təsir prosesidir. Təşbihlərlə danışsaq, təlim prosesində beyinin texniki cəhətdən yenidən silahlanması proqramı həyata keçirilir. Şüurun dəyişilməsi baş verir, formalaşmış təfəkkür stereotipləri qırılır.

Yekun, onuncu söhbətimiz sürətli oxu texnikasının mənimsənilməsinə yekun vurmağa həsr olunub.

Öyrəndiklərinizin hamısını necə yekunlaşdırmaq olar? Sürətli oxunun oxu texnikasının təkmilləşdirilməsində də sonradan dərslik ola biləcək qızıl qaydalarını təklif edirik.
SÜRƏTLİ OXUNUN YEDDİ QIZIL QAYDASI
Birinci — reqressiyalarsız oxumaq.

İkinci — oxunun inteqral alqoritmi üzrə oxumaq.

Üçüncü — həmişə dominantanı - mətnin əsas məna əhəmiyyətini ayırmaq.

Dördüncü — artikulyasiyasız oxumaq.

Beşinci — gözlərin şaquli hərəkəti ilə oxumaq.

Altıncı — daim diqqət və yaddaşı inkişaf etdirmək.

Yeddinci — hər gün icbari normanı yerinə yetirmək: iki qəzet, bir jurnal (elmi-texniki, yaxud elmi-ictimai) və istənilən kitabın 50-100 səhifəsini oxumaq.


Kitabda istifadə olunan ədəbiyyatlar:
Əsas mənbə: Андреев О.А Хромов Л.Н. «Учитель Быстро Читать»

Алексеев А.В. Себя преодолеть. – М.,1982.

Беляев Г.С., Лобзин В.С.Капылов а И.А.Психическая саморегуляция. – М.,1978.

Гей Н.К Художественность литературы. – М., 1975. Гиппенрейтер. Ю.Б.Движение человической психики. –М., 1978.

Глезер В.Д.Зрение и мышление. – Л., 1985.

Гримак Л.П.Резервы человической психики.- М.,1989.

Демидев В.Е.Кака мы видим то, что видим. – М., 1979.

Жинкин Н.И.Механизм речи.-М., 1958. Зеркало мира /Сост.В.А.Эльвова. -М., 1984.

Кашкуревчик Л.В.Формирование универсальных умений билингва. – М.,1988.

Китаев- С м ы к Л.А.Психология стресса.- М.,1983.

Кукушкин В.Д., Неволин И.Ф., Бушуев В.С.Организация умственного труда.- М.,1976.

Леонтьев А.А Слово в речевой деятельности.- М., 1965.

Леонтьев А.А Язык, речь, речевая деятельности.- М., 1965.

Линдмен Х.Аутогенная тренировка. – М.,1985.

Липикова И.Я.Ты и твоя книга.- М.,1981.

Николов Н., Нешев Г.Загадка тысячелетий. Что мы знем о памяти.- М., 1988. Психофизиологические закономерности восприятия и помяти / Отв. ред. А.Н.Лебедев. – М.,1985.

Психологические и психофизиологические исследования речи / Под.ред.Т.Н.Ушаковой. – М., 1985.

Соколов А.Н.Внутренная речь и мышление- М., 1969.

Степанищев А.Т. Читать можно быстрее.- М., 1988.

Хрестоматия по вниманию /Под.ред. А.Н.Леонтьева, А.А.Пузырея, В.Я.Романова. – М., 1976.

Цзен Н.В.., Пахомов Ю.В.Психотренинг: Игры и упражнения. – М., 1988.

Ч и р в а А. Книга в твоих руках. –М., 1985.

Штернберг Л.Ф.Скоростное коспектирование.- М., 1988.

Ярбус А.Л. Роль движений глаз в процессе зрения.- М..1965.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin