SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi


BEYNİN SÜZGƏCDƏN KEÇİRMƏ QABİLİYYƏTİ



Yüklə 0,89 Mb.
səhifə4/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

BEYNİN SÜZGƏCDƏN KEÇİRMƏ QABİLİYYƏTİ
Əksər oxucular mətnin başa düşülməsinin nəzərdən kecirdiyimiz üsullarından intuitiv şəkildə istifadə edirlər. Onların məqsədyönlü şəkildə öyrənilməsi isə müxtəlif mətnlərin başa düşülməsinin məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Sürətli oxu zamanı mətnin başa düşülməsi fəal və çevrilmiş xarakter daşıyır və bu anlama üsullarının istifadə edilməsi, sözsüz ki, faydalıdır. Anlama prosesinin bəzi xüsusiyyətlərinin üzərində daha ətraflı dayanaq. Bununla yanaşı, əvvəllər olduğu kimi, beyinin işinin elmə məlum olan qanunauyğunluqlarına əsaslanacağıq.

Anlama əqli fəaliyyətin nəticələrindən biridir. Əgər insan düşüncəsi alınmış məlumatın emal edilməsidirsə, anlama bu emak ekminin tamlığını və effektivliyini müəyyən edir. Hansısa predmeti sadəcə görmək azdır. Onun məzmununu başa düşmək və təyinatını dərk etmək - insanın yekun məqsədidir. Oxu zamanı beyinin işinin bu xüsusiyyəti çoxdan məlumdur. Avstriya şairi R.M. Rilkenin "Döngə" şeirində belə sətrlər var:



(... Görmə öz dünyasını yaradıb,

Ürək də qoy yaratsın səndə olan rəsmlərdən

hansı ki, sən onlara qalib gəlmisən,

amma sən onlart tanımırsan...)
Ürək sözünü beyin sözü ilə əvəz etsək, məlumatın insan tərəfindən mənimsənilməsinin modelini alacağıq. Əslində insan beyni insanın bütün ömrü boyu istifadə etdiyi, təcrübə və təlim nəticəsində topladığı rəngarəng informasiya anbarıdır. O, hər saniyə bu nəhəng anbardan lazımi məlumatları çıxarır. Mətni oxuyarkən isə insan təkcə yeni məlumat əldə etmir, həm də yaddaşının dərinliklərində artıq ımövcud olanları da təkrar edir.

Baş beyinin qabığında iki cür informasiya axını birləşir. Xarici və daxili. Bəs onların sonrakı emalı necə baş beynin işinin əsasında böyük yarımkürələrin sağ və sol yarımkürələrin qabığıının müxtəlif strukturlarının qarşılıqlı təsiri dayanır. Beyin informasiyanı süzgəcdən kecirir, onu əlavə şeylərdən azad edərək müxtəsərləşdirir



Daxil olan informasiyanın emalı mərhələsində insan beynində xüsusi funksional alqoritm süzgəci var ki, mənasız söz birləşmələrini sonrakı emala buraxmır. İnsan düşüncəsindəki bu incə mexanizmdən istifadənin evvektivliyini hələ heç kim ölçməyib.

Lakin belə ehtimal etməyə əsas var ki, əksər insanlar bu cür süzgəcin potensial imkanlarından çox az istifadə edirlər. Oxu zamanı insan bir anlıq məlumatın məna tərəfini qiymətləndirməli və onun sonrakı emalının yolunu cızma-qara etməlidir. Özü də burada verilmiş dildə mətnin formal qrammatikasının mənanın qavranılması üçün mühüm əhəmiyyətə malik olmaması xarakterikdir. Beləliklə, qrammatik cəhətdən düzgün, lakin mənasız ifadə qursaq, o, emal olunmayacaq. Məsələn: "Bənövşəyi ideyalar qəzəblə yatır" və əksinə, hətta qrammatik qayda pozuntusu ilə qurulmuş, lakin asanlıqla başa düşülən söz birləşməsi uğurla qavranılır və emal edilir. Məsələn: "Mənim sənin başa düşməmək".

Bu vəziyyət görkəmli Sovet psixoloqu L.S. Vıqotski tərəfindən qeyd edilib. O deyirdi ki, nitqin məna tərəfinin inkişaf qanunları ilə onun cümlənin qurulması, qrammatika və s. qaydalarında ifadə olunan xarici fiziki şəklini fərqləndirməyi bacarmaq lazımdır. Qrammatika nöqteyi-nəzərindən səhv olan bir şey düşüncə səviyyəsində psixoloji dəyərə malik ola bilır. Bunun sübutu olaraq, A.S. Puşkinin şeirindən misal göstərirdi:

(Təbəssümsüz ağtz kimi,

qrammatik səhvsiz olan

rus dilini sevmirəm.)
Məşhur Cexov cümləsi olan: "Həmin stansiyaya yaxınlaşdıqca...... şlyapam uçdu”, həmçinin psixoloji cəhətdən düzgün, qrammatiq cəhətdən isə düzgün olmayan cümlələrə misaldır.

Beyinin işinin nəzərdən keçirdiyimiz qanunauyğunluğunu həm də bir fakt izah edir ki, insan istənilən, hətta sanki ən mənasız ifadədə belə məna axtarmağa çalışır. Məşhur Sovet dilcisi L.Şerba psixoloji eksperiment keçirib. Dilçiliyə dair mühazirələrindən birində o, tələbələrə mənasız bir ifadənin məzmununu açmağı təklif edib. O cümlənin mənasız görünməsinə baxmayaraq, tələbələrin əksəriyyəti müəyyən edib ki, bu ifadədə qadm cinsinə mənsub olan hansısa canlının mənsub olan başqa bir canlıya "hücum etməsindən” və eyni hərəkəti onun balasına qarşı da etməsindəndanışılır.

Biz də bu təcrübəni təkrarladıq. Eksperimentlərdən birində sınaqdan keçirilənlərə mənasız bir ifadəni təklif etdik. Bu halda da sınaqdan keçirilənlərin əksəriyyəti mətnin struktirunu düzgün başa düşdü.

ƏHƏMIYYƏT VƏ MƏNA
Gətirilmiş misallar onu sübut edir ki, mətnin başa düşülməsi mürəkkəb prosesdir. Bununla yanaşı, o, insan beyninin işinin fövqəladə xüsusiyyətləri ilə şərtlənən müəyyən qanunlara tabedir. Bu qanunlardan öz məqsədimiz – sürətli oxu zamanı mətni dərindən və tam başa düşmək üçün necə istifadə etməliyik? Bu problemin həlli yolunu tapmaq üçün əvvəlcə oxunan mətndə nəyi yadda saxlamalı olduğumuza qərar verməliyik. Bəzi oxuculara bu sualın özü mənasız görünə bilər: mətndə olan hər şeyi başa düşmək lazımdır. Burada isə bizi maraqlı bir kəşf gözləyir: mətnin hamısını tam oxumaq lazım deyil. Onu başa düşmək üçün şərti olaraq məzmunun "qızıl özəyi" adlandıra biləcəyimiz müəyyən bir hissəsini oxumaq kifayətdir. Bu, söz çoxluğunu çıxdıqdan sonra mətnin məzmununun yerdə qalan həmin 25%-dir.

Bəs "özək" özü nədir? Bunu başa düşmək üçün mətnin qurulmasının əsas semantik (məna) prinsiplərini nəzərdən keçirək. Müasir dilçiliyin təsbit etdiyi kimi, mətnlər vahid daxili məntiqi quruluşa malikdir. Onlar ifadənin vahid məntiqi əlaqəlilik qaydalarına əsasən qurulur.

Bundan başqa, artıq bildiyimiz kimi, mətnlərdə söz artıqlığı 75%-ə çatır. Aydındır ki, haqqında danışdığımız “ qızıl özək" əsas məna yükünü daşıyır. Əgər bu, belədirsə, oxu zamanı mətnin məqsədli olaraq dəyişdirilməsi prosesin daha doğrusu, onun müxtəsərləşdirilməsini, şərti olaraq, bu “özəyin” ayrılması və təşəkkülü hesab etmək olar. Mətn oxucunun görmədiyi müəyyən informasiyanı daşıyır.

Sonrakı dəyişiklikləri təsvir edərkən Sovet riyaziyyatcısı və dilçisi Y.A. Şreyderin işləyib hazırladığı informasiyanın semantiq nəzərittəsinə əsaslanacağıq. Bu nəzəriyyəyə görə, informasiyanı tətdqiq edərək onu hazırda malik olduğu bilik həcmi (onu tezaurus da adlandırırlar) ilə müqayisə edir və daxil olan informasiyanı qiymətləndirir. Bu, o deməkdir ki, əgər başlanğıcda oxucu mətni başa düşməyibsə, mətn onun üçün heç bir informasiya daşımır. Əgər bundan sonra hətta uzun müddət keçdikdən sonra belə yeni biliklərəldə edən oxucu təkrarən bu mətnə qayıdırsa, o artıq ondan özü üxün lazım olan informasiyanı çıxarır. Bundan sonra onunla nə baş verir? Mətnin tədqiqi nəticəsində oxucu ortaya nə çıxarır, bu mahiyyət də sonradan mənaya cevrilir. Bundan sonra baş verən prosesin məğzini açıqlamazdan əvvəl bu, izah olunmalıdır: Mahiyyət və məna nədir? “Mahiyyət” və "məna" anlayışlarını ilk dəfə alman riyaziyyatcısı və məntiqçisi Qotlob Freqe tədqiq edib.

1892-сi ildə onun "Mahiyyət və məna haqqında" adlı əsəri işıq üzü görür. Bu əsər indiyədək öz aktuallığını itirməyib. O, Freqe mahiyyətə dil ifadəsinin, daha doğrusu, sözlərdə olan fikrin məzmunu kimi tərif verir. Dil ifadəsinin mənası isə şüurunda şifahi şəkildə təsbit olunmuş predmetin məğzidir. Məsələn, Ay sözünün mahiyyəti göy cismi, yaxud Yerin təbii peykidir.

Q. Freqenin konsepsiyasında deyilir ki, adın adlandırdığı, yaxud məna verdiyi şeyə münasibəti adlandırma münasibəti, adlanan əşya isə bu adın mahiyyətidir. İstənilən ad həmişə nəyisə adlandırır (adlandırma və ya nominasiya funksiyası) və bu nə isə müəyyən bir şeydir. Təbii ki, adlandırılmamış əşyalar da ola bilər.

Aleksandar Puşkin, dahi rks şairi, Dantes tərəfindən öldürülən ifadələri öz mahiyyətinə görə fərqli, mənasına görə isə eynidir. Ümumiyyətlə dildə və xüsusilə mətnlərdə adlardan istifadənin müxtəlif üsullarını tapmaq mümkündür: pedaqoq-müəllim; həkim- doktor; begemont – hirrorotam və s. Bu misallar eyni bir şey haqqında fərqli məlumatlar çatdırır. Mahiyyət məlumatda sosial cəhətdən əhəmiyyətli olan bir şey kimi ötürülən və başa düşülən, həmçinin məlumat qəbul edilərkən birmənalı başa düşülməli olan şeydir. İfadələr mətnin həyata keçmə strukturunda fərqləndirirlərsə, iki ifadə eyni mənaya və müxtəlif mahiyyəti malik ola bilər. «5» və «3+2» ifadələrinə baxaq . Onların hər birində mahiyyət fərqli, məna isə eynidir.

Mətnin hissəsinin dəyişdirilməsinin yekun mərhələləri alınmış mahiyyətdən mənanın ayrılmasıdır. Bu, o deməkdirmi ki, həmişə istənilən mətndə bu sxemin bütün komponentləri mövsuddur? Heç də belə deyil. Hər bir elementin məzmunu azalmağa doğru gedir. Əslində, mətnlərin tərkibin də həmişə informasiya olur. Bir az mənasız söz tapmaq olur. Lakin əksər başa düşülmüş mətnlərin mahiyyəti olmur. Məntiq üzrə ədəbiyyatda, adətən, belə bir boş ifadə nümunə göstərilir. Fransa kralı sözləri ilə ifadə olunmuş anlayışın mahiyyəti var, amma XX əsrə uyğun olaraq, onun mənası yoxdur. Bu çür məzmunlu elmi məntlər mümkün ola bilərmi? Bu sür stat gətirilən mətndə mənanın olub-olmadığını bilmək kifayətdir.Ümumi, lakin nəticə etibarilə nadir olan bir « A» nüsxəsini nəzərdən keçirək. Nüsxənin onun özü ilə eyniliyinin təyin edilməsini «A» obrazını onun nümunəsi olan «A» kimi əks etdirən bir şey kimi nəzərdən keçirmək olar. «A» nüsxəsi öz təyinatına görə yalnız özü ilə tutuşdurula bilər. Buna görə də inikas daxildir və Stilovun teoreminə görə, topoloji və ardıcıl analtik inikasın supermövqeyi kimi təqdim edilə bilər. «A» obrazlarının cəmi nöqtə sistemni təşkil edir ki, onun da elementləri ekvivalent nöqtələrdir…..

Sovet dilçisi İ.P.Sevbonun apardığı təhlil göstərib ki, zahiri bağlılıq və elmi səslənmə bu mətnin boşluğunu azaltmır.

Görünür, biz indii mətnlərdə məhz nəyi oxumalı olduğumuza dair suala cavab verə bilərik: mənanı tapmağı bacarmaq lazımdır.

Bəs mənanı sıxarmağa əməli cəhətdən nesə öyrənmək olar? Daha bir maraqlı halı nəzərdən keçirək. İ.İ.Jinkinin göstərdiyinə görə, hər bir insanın beyni artıq bu qabiliyyətə malikdir, çünki onda mahiyyəti olan istənilən oxunmuş mətndən mənanın çıxarılması proqrammı var. Psixoloqların təsrübələri təsdiqləyib ki, mətn emal olunarkən insan beyni zahiri ifadə üsulundan, yaxud mahiyyətindən asılı olmayaraq, «özək» mənanı çıxarır. Təcrübələrdən birində sınağa çəkilən qruppa hər dəfə ekranda doktor sözü peyda olanda düyməyə basmaq və digər sözlər, hətta yazılışına görə ona oxşayan sözlər, məsələn, diktor gəldikdə siqnala reaksiya verməmək şərt qoyullmuşdur. Sınağa çəkilənlərin əksəriyyəti bu tapşırığın öhdəsindən gəlib. Bundan sonra xəbərdarlıq etmədən ekranda həkim sözü göstərilib. Demək olar ki, hamı düyməni basıb, hərçənd bus öz öz yazılışına görə heç də doktor sözünə bənzəmirdi.

Bu misal onu sübut edir ki, mətndəki informasiyanın qavranılması zamanı beyin sözün dil strukturuna deyil, onun tərkib hissəsinə reaksiya verir. Alqoritm süzgəsinin mövsudluğu sayəsində beyni «bgnövşəyi ideyalar qəzəblə yatır» ifadəsini buraxmır (o göstərilərkən 0 göstərir). Mənim sənin başa düşməmək» ifadəsi üçün müvafiq ifadə formalaşır.

Nəhayət, beyin həkim və doktor sözlərinə eyni şəkildə reaksiya verir, halbuki "diktor" sözü göstərildikdə də 0 reaksiya verilir.

OXUNUN DİFERENSİAL ALQORİTMİNİN MƏZMU
Mətni oxuyarkən beyin oxunulanın "məzmununa dair öz izahını" formalaşdırır. Məlumatın oxucunun öz fikirlərinin dilinə şifrələnməsi baş verir. Beyin mətndən "özək” əsas mahiyyəti çıxarır. Lakin bu proqram heç də həmisə effektiv şəkildə istifadə olunmur. Bununla yanaşı, mətn anlaşılaraq diqqətlə oxunarkən dərindən və tam başa düşülür. Belə bir nəticəyə gəlirik ki, sürətli oxu metodlarının təlimı zamanı beyinin işinin bu prinsipial, mühüm proqramından istifadə etmək də öyrədilir.

Təcrübələr göstərib ki, bilik və bəzi məşğələlərin bacarıqla tətbiqi mətndəki "özək" mahiyyəti tez və etibarlı şəkildə çıxarmaq imkanı verir. Bu məşğələlər oxunun diferensial alqoritmindən istifadəyə əsaslanır. O, Şəkil 6-da gostərilib. Bu alqoritmdə əsas yeri dominanta (latın dilindən tərcümədə bu söz "hökmranlıq edən, əsas, baş" deməkdir) adlandırdığımız blok tutur.









Şəkil 6. Oxunun diferensial alqoritminin üç bloku

Bəs mətnə uyğun olaraq, dominanta nədir? Bu sualın cavabı bir şərq rəvayəti ola bilər: "Böyük kitab həvəskarı olan fars şahının belə bir adəti var idi: Səyahət vaxtı öz kitabxanasını yüz dəvəyə yükləyib özü ilə aparardı. Bir dəfə bu ona əziyyətli göründü və o, yüz müdrik xadimə tapşırdı ki, bu kıtabblardan bir güclü qatırın daşıya biləcəyi ağırlıqda cıxarışlar etsinlər. Buna baxmayaraq, tezliklə şah müdriklərə yeni bir çıxarış tərtib etməyi tapşırdı - bu, onun həmişə üzərində gəzdirə biləcəyi kiçik bir kitab həcmində olmalıydı. Nəhayət, bu da ona rahat görünmədi və bu zaman müdrik xadimlər yenidən bir araya gəldilər. Nəticədə yüz dəvəlik tayanın əvəzində bir hikmətli söz meydana gəldi və şah onu həmişə öz ürəyində gəzdirməyə başladı".

Bundan sonra oxuyacaqlarınız bütün söhbətlərimizi əvəz etmir onların mühüm bir hissəsini – dominantanı təqdim edir.

Siz oxunun sürətini üç dəfə artıra, oxuduqlarınızın mənimsənilməsi keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra, düşüncə, diqqət və yaddaşınızı inkişaf etdirə bilərsiniz. Əsas odur, siz elə işləyəcəksiniz ki, hər dəfə oxu zamanı beyniniz qavranılan informasiyadan faydalı və lazımlı olanları qənaətcil və dəqiq şəkildə götürəcək.

Biz bütün kitabımızda olan əksər mətnlərin dominantasını tərtib elməyin nümunəsini göstərdik. Mətni oxuyarkən həmişə öz dominantanızı formalaşdırmağı öyrənməlisiniz.

Psixoloqların tədqiqatları göstərir ki, mətni oxuyarkən beyin oxunulanın "məzmuna dair öz izahını" formalaşdırır. Məlumatın oxucunun öz fikirlərinin dilinə şifrələnməsi baş verir. Beyin mətndən "özək", əsas mahiyyəti çıxarır. Lakin bu proqram heç də həmişə effektiv şəkildə istifadə olunmur. Bunula yanaşı, mətn anlaşılaraq, diqqətlə oxunarkən dərindən və tam başa düşülür. Belə bir nəticəyə gəlir ki, sürətli oxu metodlarının təlimi zamanı beyinin işinin bu prisipial, mühüm proqramından istifadə etmək də öyrədilir.

Mahiyyət və bəzi məşğələlərin bacarıqla tətbiqı mətndəki "özək" mahiyyəti tez və etibarlı şəkildə çıxarmaq imkanı verir. Bu məşğələlər oxunun diferensial alqoritmindən istifadəyə əsaslanır.

İndi isə öz ilk "kəşfimizi" edək: bu, nə deməkdir?

Burada müzakirə olunan kəşf ondan ibarətdır ki, sən demə, yaxşı oxucular mənanı başa düşməkdən ötrü oxuyur, bir baxışdan çoxlu söz qavrayırlar, halbuki pis oxucular kiçik hissələrlə oxuyur, gözü bir dəfə saxlayanda cəmi bi, iki və ya üç söz qavrayırlar. Nə qədər ki kimsə bu sonuncu kiçik üsulla oxuyacaq, o, oxu sürətinin artırılmasında uğur qazanmayacaq; bir cümlədə daha "uzun" fikirlər çoxlu kicik hissələrə bölünəcək və bu da mətn parçasının mənasının vahid, dəqiq şəkildə başa düşülməsini çətinləşdirəcək.

Artıq bildiyimiz kimi, oxunun inteqral alqoritmi bütövlükdə mətndə lazımi informasiyanın axtarılmasını asanlaşdırır. Hər ayrı cümlə və abzas üçün belə bir proqramı tərtib etmək, əlbəttə ki, mümkün deyil. Lakin oxunun canlandirilması üçün mətnin hər bir mənalı hissəsində, hər şeydən əvvəl, nəyi axtardığınızı bilməlisiniz. Oxunun diferensial alqoritmi də məhz bunun üçün işlənib hazırlanıb.

Onun köməyilə mətnin hər bir zahirən müstəqil parcasını məntiqi cəhətdən ayrı-ayrı ünsürlərə (alqoritm bıuna görə də diferensial adlandırılır) ayırmaq olar. İndiki halda mətnin ayrı-ayrı məntiqi parçası dedikdə, onun hər bir mənalı abzası başa düşülür. Yadda saxlamaq lazımdır ki, çap və məna abzasları üst-üstə düşməyə bilər. Sonrakı işi yüngülləşdirmək üçün alqoritmin bloklarının hər birini ayrı-ayrılıqda nəzərdən keçirək (bax: Şəkil 6).

Açar sözlər əsas məna yükünü daşıyır. Onlar əşyanın əlamətini, vəziyyətini, yaxud hərəkətini bildirir. Açar sözlərə önlük, bağlayıcı və nidalar aid deyil. Çox nadir hallarda bu rolda artıq mətndə adı çəkilmiş predmet (açar) sözü sadəcə əvəz edən əvəzliklər də çıxış edir. Çox vaxt bütövlükdə mətnin məna abzası ikinci dərəcəli olur və tərkibində, ümumiyyətlə, hec bir açar söz olmur.

Məna cərgələri. Bu, söz cütlükləridir. Onlar açar sözlərin və bəzi təyinedici və onlara əlavələr edən və yığcam şəkildə mətnin əsl məzmununu başa düşməyə kömək edən yardımçı sözlərdən təşkil olunmuş birləşmələrdən ibarətdir. Məhz məna cərgələri mətnin məzmununun "qızıl özəyi"nin əsasını təşkil edir.

Beləliklə, istənilən mətni oxuyarkən şüur mühüm sözləri müəllifin əsas fikrini daşıyan yığcam, məhdud ifadələrə çevirir. Mətn sanki bir anlıq müxtəsərləşir, fikrən onların konspekti tutulur. Onda yalnız söz cütlüklərinin arasıkəsilməz zənciri səviyyəsində fikirlər, "qızıl özək" qalır.

Lakin bu sadəcə ortadakı mərhələdir. Açar sözlər və məna cərgələri mətnin özündə ayrılır, mətn isə sanki kəmiyyət dəyişikliklərinə uğrayır - müxtəsərləşir, yığılır. Lakin kəmiyyət təhlilindən başqa, məlumat həmişə keyfiyyət dəyişmələrinə də məruz qalır. Bu əqli əməliyyat alqoritmin üçüncü blokuna uyğun gəlir.

Müşahidələr göstərib ki, insanlar oxuduqlarının məzmununu nəql zamanı sözbəsöz danışmırlar. Beyin qavranılmış məlumatı şp təcrübəsinə, öz proqramına müvafiq olaraq yenidən şifrələyir. Bu cür yenidən şifrələmə artıq oxu prosesinin özündə baş verir. Mətnin fəal, başa düşülərək qavranılması mexaniki əzbərləmədən məhz bununla fərqlənir.

Beyin məna cərgələrinin əsasında sanki özünə məlumat formalaşdırır, ona özünün daha rahat və anlaşıqlı formasını verir. Belə alqoritmin üçüncü bloku yenidən şifrələmənin yekunlaşdırıcı prosesini - mətnin məzmununun "özək"mahiyyətinin üzə çıxarılmasını əks etdirir. Bu məsələni həll etmək müəllifin konkret hissədə nə demək istədiyinin mahiyyətini formalaşdırmaq və mənimsəməkdir. Beləliklə, həqiqi mahiyyətin (dominantanın) üzə çıxarılması əsas vəzifəsidir.

BƏS DOMINANTA NƏDIR?
Dominanta mətnin əsas mənalı hissəsidir. O, öz sözlərimizlə öz fikirlərimizin dilində ifadə olunur, mətnin emal olunmasının, oxucunun individual xüsusiyyətlərinə uyğun olaraq başa düşülməsinin, müəllifin əsas fikrinin əsas fikrinin üzə cıxarılmasının nəticəsidir. Beləliklə, mətndə elə sözlərə rast gəlinir ki, onlar sanki sizi ardını oxumağa "itələyir", mahiyyətdə dəyişikliyin hiss edilməyəcəyinə dair xəbərdarlıq edir. Elə sözlər də var ki, mahiyyətin dəyişilməsinə, "dönüşə” dair xəbərdarlıq edir, oxunun sürətini azaltmağınızı diktə edir, irəlidə "sərt döngə" olacağını deyir. Bu cür söz-siqnallardan istifadə etməyi bilmək çox vacibdir.

Alqoritmin blokları mətnin məntiqi-semantik əsasını təşkil edir, beynimiz isə bunu oxu prosesində əhəmiyyətli dərəcədə təhtəlşüur olaraq yerinə yetirir. Belə ehtimal etməyə əsas var ki, əksər oxucularda belə təhlilin effektivliyi hec də həmişə yüksək olmur. Əslində, müəyyən bir proqramı bilmək hələ ondan istifadə etmək bacarığı demək deyil. Müəyyən proqramdan istifadə etmək bacarığı hələ onun avtomatlaşdırılmış, dərkedilməyən hərəkət-vərdiş səviyyəsində tətbiq etmək imkanı demək deyil. Məsələ ondadır ki, məhz vərdiş, daha doğrusu, sürətli oxu rejimində avtomatizm səviyyəsinə gətirilmiş, mətni savadlı və dərindən təhlil etmək bacarığı formalaşdırılsın. Vərdişin mərhələlərlə formalaşdırılması əsas mənalı mahiyyətinin – dominantının üzə cıxarılması məqsədilə oxu zamanı əqli əməliyyatların hər birinin ətraflı açılmasını tələb edir. Oxunun diferensial alqoritmi də bu məsələni həll edir. O, oxu prosesində alqoritmin bloklarına müvafiq olaraq mətnin məntiqi-semantik təhlilini təklif edir: əvvəlcə açar sözləri ayırmaq, sonra məna cərgələri qurmaq və nəhayət, mahiyyətlər zəncirini ayıraraq dominantını formalaşdırmaq. Belə məşğələnin məqsədi beynə mətni necə düzgün başa düşməyi göstərməkdir.

Məhz bu cür, yalnız bu cür əsas olanı, həqiqətən mühüm olanı gərmək, müəllifin şərh etdiyi əşyaların, hadisələrin məğzinə varmaq olar. Məşğələnin dəfələrlə təkrar edilməsi yeni kodlaşşdırma üsulu formalaşdırır ki, bu da sonradan sürətli oxu rejimində mətnin yüksək keyfiyyətlə başa düşülməsini təmin edir. İndi isə gəlin məşq edək: Mətni oxunun diferensial alqoritminin bloklarına müvafiq olaraq işarələyrək, mətni asta formada oxuyaq. Diferensial alqoritmdən necə istifadə olunduğuna nümunədə baxaq.

Əsrimizi ədəs yerə statistika əsri adlandırmırlar. Statistka - coxmənalı sözdür. Bu həm müəyyən yolla əldə edilmiş və bəzi hadisələri xarakterizə edən rəqəmlər toplusudur, həm sosial - iqtisadi elmdir, həm də ictimai və təbiət elmlərində geniş tətbiq olunan elmi metoddur.

Jurnalist işində bir çox mövzulara statistika olmadan yanaşmaq qeyri- mümkündür. Xüsusilə, əhaliyə dair bütün suallara aid olan hər şey birbaşa statistikaya əsaslanır. Demoqrafik mövzuda məqalələrin nisbətən nadir hal olması (oxucuların bu movzulara böyük marağı və onların ictimai əhəmiyyəti olsa brlə) bir az əksər jurnalistlərin statistika sahəsində az savadlı olması ilə izah edilir. Çox vaxt rəqəmlərin mənası oxuculara çatmır. Bir misal göstərək. "Orta həyat göstəricisi" sözlərini kim eşitməyib və istifadə eltməyib? Böyük əksəriyyət üçün onların mahiyyəti belədir: bu hazırda orta ölüm yaşıdır. Lakin onların həqiqi mənası tamamilə başqadır: bu, indiki ildə doğulanların orta həyat göstəricisidir, bir şərtlə ki, həmin nəslin bütün ömür boyu ölüm əmsalı anadan olduqları ildə olduğu ilə eyni olsun. Bununla da, bu ölçü sərhesab və şərtidir.

Nəzərdə saxlanmalıdır ki, diferensial alqoritmin bloklarına müvafiq şəkildə məşğələ yerinə yetirilərkən biz təfəkkür proseslərini sanki ayrılmış şəkildə - yavaş yavaş hissə-hissə məşq etdiririk. Oxu zamanı onlar, təbii ki, tamam başqa cür cərəyan edir - sürətlə, eyni vaxtda və əhəmiyyətli dərəcədə təhtəlşüur şəkildə. Lakin bu cür oxu vərdişinin avtomatlaşdırılmış və ani olması üçün onu diferensiallaşdırılmış şəkildə məşq etdirmək lazımdır.

Mətni alqoritmin bloklarına əsasən işarələyərək əlimizdə karandaşla onu üç dəfə oxuyuruq. Birinci dəfə oxuyarkən yalnız açar sözləri işarələyirik. Yuxarıda göstərilmiş misaldan göründüyü kimi, mətnin heç də bütün sözləri acar səzlər deyil, yalnız sonrakı quruluşlar üçün istifadə olunanlar açardır. İkinci oxunu məna cərgələrinin qurulması istifadə edirik: onları ayrıca bir vərəqdə yazmaq daha rahatdır. Nəhayət, mətni oxuyarkən, daha dəqiq dəsək, üçüncü dəfə oxuyarkən mahiyyəti formalaşdırırıq ki, bundan da sonra dominanta yaranır. Burada ötən əsrin maarifçilərinin oxu üçün verdikləri tövsiyələrlə bəzi analogiyalar aparmaq maraqlı olardı. Məsələn, XVIII əsrin rus şairi Y.Knyajniıı deyərdi: "Üç yolla qiraət edilir: Birinci - oxumaq və başa düşməmək; ikinci - oxumaq və başa düşmək; üçüncü – oxumaq və hətta yazılmayanı da başa düşmək". Dominantanı formalaşdırarkən biz elə, necə deyərlər, sətirlər arasında olan bir şeyin axtarışı məsələsini həll edirik. Bəzən deyirlər: "Hər qarşına xıxanı oxumazdan əvvəl "götür-qoy" et". Bəli, belədir.Axı siz nə isə almazdan əvvəl ətrafa baxırsınız, götür-qoy edirsiniz. Başqa səzlə, əvvəlcədən tanış olun, özünüz üçün öncədən təsəvvür qurun. Eyni üsulu siz məqalədə, yaxud kitabı “alarkən” tətbiq edirsiniz. Aşağıda tövsiyə olunan tapşırığı yerinə yetirərkən həmçinin əmin olun ki, mətndə söz çoxluğu olduqca real, dərkedilən haldır. Həqiqətən də, alqoritmə uğun olaraq qrafiq cəhətdən ixtiyari nişandan sonra mətndə olan o qədər müxtəlif sözlərdən çox kiçik bir hissə - "quru qalıq” qalır ki, bu da əsas məna məzmununu təşkil edir.

Oxucu tərəfindən başa düşüləndə bu "qalıq" dəyişikliyə uğrayır və yığcam bir ifadə - dominanta şəklini alır. Diferensial alqoritmin öyrənilməsi zamanı biz onun müşahidə təsviri kimi verilə bilən bir şey təklif etməmişik. Lakin kursların dinləyiciləri alqoritmin müşahidə obrazının orjinal həlli yolunu təklif etdilər ki, bu da, şübhəsiz, onun daha yaxşı başa düşülməsinə şərait yaradır və onun əməli cəhətdən mənimsənilməsini asanlaşdırır.

Diferensial alqoritmə həqiqətən yiyələnmə o zaman baş verir ki, proses avtomatlaşsın, daha doğrusu, hərəkət dərk edilmir, mətnin başa düşülməsi sanki öz-özünə baş verir. Sürətli oxu kursunun dinləyicilərinin bu barədə təəssüratları belədir: “Sözlər kinoda titr kimi qaçır, məğzi başa düşmək isə hərdənbir alınır. Sonra bir dənə də belə söz və nəhayət, əsas şeyi başa düşdüyümü hiss edirəm və deməli, gördüyüm əksər boş sözləri hec nə itirmədən buraxmaq olar..... Mətn çox maraqlı olanda hiss edirəm ki, xarici aləmlə əlaqəm kəsilir və bu zaman lıeyrətamiz şəkildə sürətlə oxuyuram, hər şeyi başa düşürəm, yadda saxlayıram və bütün bunlar parlaq müşahidə obrazları, təsvirlərlə müşayiət olunur. Mətnin məzmununun məğzi, onun mənası və mahiyyəlı o zaman parlaq və qabarıq çıxış edir. Sanki özünə deyirsən: “ məsələ bunda imiş, əsas buna görə oxuyurdum, zəhmət cəkirdim, vaxt sərf edirdim".

Mətnin başa düşülməsi prosesini təyin edən oxunun diferensial alqoritmi sürətli oxu texnikasının üsulları içərisində ən vacibidir. Mətni başa düşmək təkcə onun məzmununu mənimsəmək deyil, həm də onu yadda saxlamaq deməkdir.

Söhbətimizin əvvəlində, xatırlayırsınızsa, qədıim abidə olan "Kəlilə və Dimnə"dən ibrətamiz hekayə misaıl gətirmişdik. Mətnin başa düşülməsinin vacibliyi haqqında hekayəni onun ardı ilə bitiririk ki, orada da digər mövqelərdən bu problemin mühümlüyü bir daha müzakirə edilir: "...Bu kitabın oxucusu da öz nəzərini diqqətlə ona zilləməlidir ki, hansısa körfəzin yanında olan bir balıqçı kimi olmasın. Bir dəfə o, balıq tutmaq üçün suda idi, birdən balıqqulağı bunun nə isə olduğunu zənn etdi. Artıq yaxınlıqda olan balığı tutmuş toru atdı, onu buraxdı və özü də balıqqulağını götürmək üçün suya atıldı. Onu sudan çıxaranda fikirləşdiyi kimi deyil, boş olduğunu gördü. Onda əlində olanı buraxdığına görə peşman oldu və itirdiyinə heyfsləndi. Növbəti gün həmin yerə yenə gəldi, toru atıb balaca bir balıq tutdu və onu əlində saxlamağa çalışdı. Yenə də qiymətli balıqqulağını gördü, amma ona tərəf heç dönüb baxmadı, onun haqqında pis fikirləşdi və onu orada qoydu. Həmin yerdən başqa bir balıqçı keçirdi, o, balıqqulağını tapdı və götürdü. O, balıqqulağının içində çox böyük pullara dəyən mirvari tapdı. Birinci balıqçı dilxor oldu və son dərəcə peşman oldu ki, belə qiymətli balıqqulağını əldən buraxıb.

Düşünmənin mənasının sirləri üzərində dayanmayaraq və məzmun əvəzinə görkəmdən yapışaraq düşünməyə qarşı laqeyd olan axmaqlar belədir..." Bu söhbətin məşq kompleksinə üc məşğələ daxildir: birincisi, alqoritmin müşahidə obrazını inkişaf etdirir, ıkincisi məna təxminini, əvvəl də müzakirə etdiyimiz və antisipasiya (qabaqcadan duyma) adlandırdığımız bir hadisəni inkişaf etdirir, üçüncüsü isə mətnin oxunun diferensial alqoritminin bloklarına uyğun olaraq qrafiki işarələnməsi ilə eyni zamanda ləng oxunu da tələb edir.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin