Psixoloji sınaqlar – etibarlı və dəqiq üsullarla psixikanın müxtəlif funksiyalarının standartlaşdırılmış tədqiqat metodlarını özündə ifadə edir. Psixoloji testin səciyyəvi nümunəsi intellekti yoxlamaq üçün nəzərdə tutulan Veksler testidir. Uşaq variantı 6-16 yaşlı uşaqlar üçün və 166 sualdan ibarət olan böyüklər üçün nəzərdə tutulan bu sınağın cavabları balla qiymətləndirilir. Müayinə edilən təqdim olunan cavab variantlarından birini seçməlidir.
Məsələn, “Düşünmək nədir?” sualına aşağıdakı cavablarından biri verilə bilər.
fikirləşmək – 2 bal;
maraqlanmaq – 1 bal;
narahat olmaq – 0
Balların hesablanması böyük dəqiqliklə insanın əqli qabiliyyətini müəyyən etməyə imkan verir.
Başqa sınaqlardan istifadə etməklə psixi funksiyaların təkcə birini deyil, eyni vaxtda bir neçəsini yoxlamaq mümkündür. Belə sınaqlardan biri Rorşahın xüsusi üslublar və xüsusiyyətlər testidir. Metodikaya əsasən müayinə olunana 10 amorf mürəkkəb ləkəsi təsviri göstərilir və onların nəyə bənzədiyini, nəyi xatırladığını təsvir etmək təklif edilir. Cavablar qeydə alınır və sonra standart üsullarla onların təhlili keçirilir. Əldə edilən göstəricilərə əsasən müayinə olunanın şəxsi xüsusiyyətləri, təfəkkürü və reaksiyası müəyyən olunur.
Son illərdə Lyuşerin münasibətlərinin rəngli testi geniş yayılmışdır. Müayinə olunana 8 rəngli vərəqə verilir. Şəxs üstün tutduğu qaydada onları ardıcıl düzməlidir. Sonra vərəqlər qarışdırılır və müayinə olunan bu və ya digər anlayışa və obyektə uyğun gələn rəngi seçir. Sınaq müəyyən dəqiqliklə müştərinin emosional vəziyyəti, digər adamlarla münasibəti, davranışındakı meylləri barədə mühakimə yürütməyə imkan verir.
Dostları ilə paylaş: |