Qrup: 411.20
Tələbə: Hacizdə Vaqif
Müəllim: Eliyeva Sevda
Fənn: Layihələrin idarə olunması
Mövzu:Riskin müəyyənləşdirilməsi. Layihənin bərpası. İdarəçiliyin monitorinqi. Məsləhətçilərin və mentorların xüsusiyyətləri
Azərbaycan Dövlət Neft və Sənaye Unİversİtetİ Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır..
Riskin müəyyənləşdirilməsi Layihələrin yerinə yetirilmə prosesi başlandıqca verilən vədlər və müqavilələr tam gücü ilə işləmədiyi üçün uğursuzluqla nəticələnir
Ona görə də təşkilatlar kontraktların imzalanmasından əvvəl bütün riskləri araşdırmalı, təhlil etməli və sonra bu müqavilədə onları əks etdirməlidir. Bu zaman layihə idarəçiliyi üzrə məsləhətçilər kontraktın icrasının real olub-olmadığını müəyyənləşdirmək məqsədilə bütün müddəaların qiymətləndirilməsini nəzərdən keçirirlər. Məsləhətçilər bütün müşahidə etdikləri prosesləri qeydə almalıdırlar. Layihələrin idarə edilməsi sahəsi üzrə aparılan araşdırmalar göstərir ki, layihə komandalarının yalnız çox az bir hissəsi onlara tapşırılan işi vaxtında, büdcə çərçivəsində və müvafiq keyfiyyət standartlarına uyğun olaraq yerinə yetirə bilir. Bir çoxları adekvat olaraq ən azı üç nöqsanın müşayiəti ilə işin yerinə yetirilməsində uğursuzluğa uğrayır, yəni layihələr ya vaxtında bitmir, ya xərcləri planlaşdırılmış xərclərdən daha çox alınır, yaxud keyfiyyəti aşağı olur. Buna görə də layihələrin çoxu həyata keçirilir, sonra yenidən bərpa olunaraq onu normal şəkildə tamamlamaq tələb olunur, yəni bir iş iki dəfə görülür. Bu səbəbdən nəzərə almaq lazımdır ki, layihəyə başlamaq yüksək iş təcrübəsi və müdriklik tələb edir.
Layihənin bərpası Məsələn, layihələr hər hansı bir qrafiklərdən kənara çıxdıqda həmişə onu bərpa etmək üçün müvafiq mənbələrin tapılması problemi yaranır. Hər hansı bir problemi həll etmək üçün isə düzgün həll üsulu tapmaq lazımdır. Bu isə təcrübəyə bağlı olan məsələdir, yəni təcrübəli layihə idarəçiliyi üzrə məsləhətçilər layihənin bərpası metodu üzrə zəngin təcrübəyə malik olmalıdırlar. Onlar hansı işlərin lazım olduğunu, hansılarınsa lazım olmadığını bilirlər. Layihələri yüksək səviyyədə həyata keçirmək və öhdələrinə düşən vəzifələri daha nümunəvi şəkildə yerinə yetirmək məqsədilə müvafiq qrafiklər qurur, bu qrafiklərə uyğun hərəkət və nəzarət edirlər. İdarəçiliyin monitorinqi Təşkilatlarda layihələrin idarə olunması metodologiyasının tətbiqi layihələrin mahiyyət və məqsədinin tez-tez dəyişməsi ilə bağlıdır. Layihə idarəçiliyinin müvafiq metodlar əsasında həyata keçirilməsi üçün ana təşkilat tərəfindən mütləq dəstək olmalıdır.
Bir çox təşkilatlarda problemlərin əsas yaranma səbəbı idarəçilik prinsipinin pozulması və ya düzgün məlumatın olmaması, yaxud bundan xəbərsizlikdir. Məsələn, layihələrin uğurla həyata keçirilməsi üçün mövcud tələblərə cavab verən mühasibat sisteminin qurulması tələb olunur. Bu halda layihə idarəçiliyi mentorları menecerlərə tələb olunan mühasibat sistemini və onun tətbiq edilməsi metodikasını öyrədə bilər.
Layihə ofisini layihə idarəçiliyi üzrə məsləhətçilər və mentorlarla təmin etmək məqsədilə iki əsas vəzifə nəzərdə tutulmalıdır
Məsləhətçilərin və mentorların xüsusiyyətləri Standart məsləhətçilər – layihənin idarə edilməsi üzrə ən azı beşillik təcrübəsi olmalı və qrafiklərin qurulması, büdcənin tərtib edilməsi və resursların paylanması bacarığına malik olmalıdırlar;
Baş məsləhətçilər – standart məsləhətçilər üçün şamil edilən tələblərdən başqa, mühüm əhəmiyyət kəsb edən, layihələrin icrası üzrə 10-15 illik təcrübəyə malik olmalıdırlar.
İlk növbədə, onlar etibarlı kadrlar, peşəsinə və ictimai mövqeyinə hörmətlə yanaşan şəxslər olmalıdırlar. Nəzərə almaq lazımdır ki, idarəetmə sahəsində bilik və təcrübələrinin yüksək səviyyədə olması onların nüfuzunu qaldıran ilk şərtlərdən biridir. Əgər təşkilat layihələrin həyata keçirilməsi məqsədilə layihə komandasına layihə idarəçiliyi üzrə yüksək səviyyəli mütəxəssislər cəlb etməzsə, onda hər hansı bir dövrdən sonra uğursuzluğa düçar olacaq və ya müflisləşəcəkdir. Onların ekspert kimi nüfuzunu müəyyənləşdirən yollardan biri də yalnız layihələrin idarə olunması ixtisasına yiyələnmiş şəxsləri işə götürməkdir. Bundan başqa, məsləhətçilər və mentorlar uzun illər boyu qazandıqları təcrübəyə söykənən biliklərini nümayiş etdirməklə məhz nəzəriyyəçi yox, praktik olduqlarını sübut etməlidirlər.
Məsləhətçi və mentorların qrafiklərin qurulması, büdcə və resursların paylanması və s. kimi digər idarəçilik sahələri üzrə ekspert qismində çıxış etmək zərurəti yaranarsa, onda onlar marketinq, maliyyə, müqavilələrin bağlanması və insan resurslarının idarə olunması, əlaqələrin və danışıqların aparılmasını bacaran mütəxəssislər olmalıdırlar. Məsləhətçilərin peşəkarlığını onların layihələrə biznes kontekstində yanaşması və inteqrasiya olunması üzrə müvafiq bacarığın olması ilə əlaqələndirirlər.
Bəzi təşkilatlarda yüksək səviyyəli məsləhətçi və mentorların olması müəyyən problemlərə gətirib çıxarır, bu da onlara çəkilən xərclərin artması ilə əlaqədardır. Baş məsləhətçi və mentorların əməkhaqqı komandanın digər üzvlərinə nisbətən, xüsusən baş mühəndislərin əməkhaqqından aşağıdır. Buna baxmayaraq, peşəkar məsləhətçi və mentorlara tələb olunan məvacibin verilməsi əsas şərtlərdən biri hesab edilir.