Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollec
Şöbə: Humanitar ixtisaslar
Tələbə: Kazımova Cəmilə
İxtisas: Ailə və ev təhsili
Qrup: 020A
Tədris ili: 2023-2024
Fənn: Nitq inkişafı metodikası
Sərbəst işin mövzusu: Nitqin səs mədəniyyəti anlayışı
Müəllim: Günay Həsənova
Sərbəst iş N3
Bakı-2023
Nitq inkişafı üzrə işin əsasını, onun səs mədəniyyətinin düzgün tərbiyəsi təşkil edir. Nitqin səs mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Səs mədəniyyətinə səslənən nitqi xarakterizə edən xxüsusi tələffüz keyfiyyətləri (səs tələffüzü,diksiya və.s), səs ifadəliliyinin elementləri (intonasiya,sürət və.s), ifadəliliyin hərəkət vasitələri(mimika, jest) həmçinin nitq ünsiyyət mədəniyyəti elementləri(nitqin ümumi tonallığı,danışarkən duruş vəziyyəti və hərəkət vərdişləri) daxildir.
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi bacarmalıdır1 . Nitqin səs mədəniyyəti dedikdə bura artikulyasiya aparatının düzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə əməl olunması, nitqi eşitmə qabiliyyətinin yaradılması və s. Daxildir.
Nitqin səs mədəniyyəti səs cihazı, onun funksiyasını normal şəkildə yerinə yetirməsi məsələsi ilə sıx bağlıdır. “Nəfəs, səs və s. Anlayışlardan ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində reallaşdırır. Səs cihazı intonasiya, pauza, vurğu, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib nitqin texnikası adlı bir sahəni təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub şifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir” (14, 28). Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərt etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı 1 Nitq səslərinin yaranmasında iştirak edən üzvlərin məcmusu danışıq cihazı adlanır. Nəfəsalma ilə daxilə alınan hava səslərin yaranmasının maddi əsasını təşkil edir. Bu hava danışıq cihazı vasitəsilə səs törədə bilir. Nəfəsalma zamanı ağciyərə daxil olan hava bronxdan nəfəs borusuna, oradan da qırtlağa, qırtlaqdan udlağa (hülquma), hülqumdan da burun, ya da ağız boşluğuna keçərək bayıra çıxır. Səsin yaranmasında boğazda yerləşən səs tellərinin və ağız boşluğundakı dilin rolu böyükdür. Səslərin yaranmasında səs telləri, ön dişlər, damaq (yumşaq və sərt damaq), dilçək, udlaq iştirak edir. Bu üzvlərin səslərin yaranmasında bəzisi aktiv, bəzisi passiv iştirak edir. Aktiv danışıq üzvlərinə səs telləri, dil, dodaqlar, yumşaq damaq, dilçək (həmçinin alt çənə) daxildir. Ön dişlər, diş yuvaqları, bərk damaq səsin yaranmasında passiv iştirak edir. 38 hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə deyir və ya oxuyur. Məsələn; Yaz gələndə bütün ağaclar kimi yasəmən də çiçək açardı. Onun açıq-bənövşəyi gülləri salxım-salxım olub sallanardı. Birinci cümlədə gələndə, kimi, ikinci cümlədə isə gülləri sözlərindən sonra ani fasilə edilir, nəfəs alınır ki, bu da sözlərin, ifadələrin asan, aydın, həm də ahəngdar tələffüz olunmasını təmin edir. Aydın tələffüzdə danışıq üzvü kimi dişlərin də rolu böyükdür. “Dişlər ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir. Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak edir. Məsələn; s, z səslərinin əmələ gəlməsi üçün dişlər dilə, f, v səslərinin yaranması üçün dişlər alt damağa kömək edir” (16, s.31). Natiqin ağzında dişlərin normal vəziyyətdə olması bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Üst qabaq dişlərin olmaması və ya seyrəkliyi d, z, l, n, s, t kimi dil-diş samitlərinin tələffüzünü çətinləşdirir, səslər yarımçıq formalaşır, məna itir.
Düzgün tələffüzdə, səslərin formalaşmasında çənələr, xüsusən alt çənə fəal iştirak edir. Alt çənənin enməsi və qalxması ilə ağız boşluğunun həcminin daralması və genişlənməsi nəticəsində müxtəlif səslər yaranır. Bəzən danışanlarda alt çənənin mühərrikliyinin zəifliyi tələffüzdə süstlüyə, ləngiməyə, ölüvaylığa səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə istənilən səviyyədə getmir. Belə hala yol verməmək üçün natiqin çənəsi, necə deyərlər, möhkəm olmalıdır. Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla, tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.
Uşaqlarda səs mədəniyyətini tərbiyə edərkən aşağıdakı vzəfələr yerinə yetirilir:sozlərin aydın , səlis, normal tempdə, ədəbi tələffüz normalarına uyğun deyilməsi, danışarkən düzgün nəfəs almaq, ucadan cavab vermək(səsin yüksəkliyini, sürəti, məna vurğusunu,fasiləni gözləməklə) fonematik və nitq eşitməni inkişaf etdirmək. Bu sahədə iş iki istiqamətdə aparılır:
Nitq-hərəkət aparatının, fəal nitqin səs cəhətinin inkişafı
Eşitmə diqqəti və nitqi eşitmənin inkişafı
Nitq səsləri sadəcə fiziki hadisə olmayıb sosial əhəmiyyətli hadisədir. Hər bir nitq səsi müəyyən dil mühitində daim və eyni cür tələffüz olunur. Nitq səsi həmin dildə danışanlar üçün vahid və ümumi olur. Ona gorə də hər bir dilin sosial cəhəti nitq səslərinin xarakter əlamətlərindən biri ilə şərtlənir.
Azərbaycan xalqı genoloji və morfoloji cəhətdən müxtəlif dillərdə danışan xalqlarla əlaqə şəraitində yaşadığından dilimizin fonetik quruluşunda müxtəlif izlər buraxılmışdır. Bu isə hazırki dövrdə Azərbaycan dilində orijinal fonetik quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn Türk sistemli dillərin fonetik xüsusiyyətlərindən biri olan ahəng qanunu dilimizin fonoloji sisteminə görə pozulmur. Dilimizdə iki sait yanaşı gələ bilmir. Onlar əvvəl və sonra, iki samit isə yanaşı işlənir. Körpədə səsə həssaslıq çox tez inki.af edir bununla belə söz və hecaların fərqləndirilməsi yalnız səsə həssaslığın kəskinliyini tələb etmir həm də fonematik eşitməni inkişaf etdirir. Körpənin sözü siqnal kimi ayırması isə uzun prosesdir. Sözün səs və məna cəhəti öz spesifikasına görə bir birinin tam əksidir, lakin dildə vahid tam kimi eyni cür sosial hadisə kimi şərtlənir. “Qələm”sözündə
5 səs və “qələm” mənası var. Ayrılıqda q,ə, l,ə,m səsləri bu mənanı vermir. Bunun üçün q-ə-l-ə-m kimi səsləndirmək lazımdır. Ayrılıqda q ə l səslərinin hər birini müxtəlif cür tələffüz etmək mümkündür. Bu sözün həm səs həm də məna tərəfi dildə sosial cəhətdən eyni cür şərtlənir. Onlar qarşılıqlı əlaqə və qarşılıqlı zərurət münasibətində vəhdətdə çıxış edirlər. Belə vəhdət olmadan söz dərk edilmir. Deməli “təbiət materiyası” olan səslərhəm də tikinti materialı olduğundan sözün məna cəhətindən ayrılmır. Sözün səs və məna cəhətinin vəhdətinitq səsinin xarakterik əlamətidir.
Nitqin səs mədəniyyəti sahəsində işin başlıca vəzifələrini belə müəyyənləşdirmək mümkündür:
Uşaqlarda nitqi eşitmə qabiliyyətini inkişaf etdirmək( eşitmə diqqəti, fonetik eşitmə, eşitmə sürəti və ritmi qavrama qabiliyyəti)
Artikulyasiya aparatını inkişaf etdirmək
Nitq prosesində düzgün nəfəs almanı inkişaf etdirmək
Ünsiyyətin baş verdiyi şəraitə görə səsin gücünü tənzimləmək bacarığını inkişaf etdirmək
Səsləri düzgün tələffüz etməyi oyrənmək
Dəqiq və aydın diksiya tərbiyə etmək
Sözlərin ədəbi tələffüz normalarına uyğun tələffüzünü inkişaf etdirmək
Nitqi normal sürətdə davam etdirmək bacarığı vermək
Nitqin intonasiya ifadəliliyini (fikri, hissləri və əhval ruhiyəni, məntiqi fasilə, vurğu, melodika, sürət, ritm və tembrlə dəqiq ifadə etmək) təmin etmək.
Göründüyü kimi nitqin səs mədəniyyəti üzrə işi yalnız səslərin düzgün tələffüzü ilə məhdudlaşdırmaq səhvdir. Uşaqlar nitqin səs mədəniyyətinə əsasən ünsiyyət prosesində yiyələnirlər. Dilin səs cəhəti tədricən mənimsənilir. Məktəbəqədər yaşlı uşaqlar sözdə ayrı ayrı səsləri və hecaları buraxır, yerlərini dəyişir, dumanlı tələffüz edirlər. Belə nöqsanlar uşağın şəxsiyyətində öz əksini tapır. Onlar qaradinməz, sərt, hövsələsiz olur, hər şey ilə maraqlanmır, əqli cəhətdən geriləyirlər. Nəticədə belə uşaqlar məktəb illərində çətinlik çəkirlər.
Nitqinin nöqsanlı olmasının uşağın üzünə vurulması onun inciməsinə, qaradinməzliyi ,əsəbiliyi, müəllimdən qaçması ilə nəticələnir.
Nitq nöqsanlarına qarşı bütün məşğələlərdə iş aparılmalı, tın-tınlıq, pəltəklik, kəkələmə özünü güstərdikdə loqopedə müraciət edilməlidir.
Nitqi sağlam olan şəxslər ən kiçik nitq nöqsanı olan adamın nə qədər böyük ruhi narahatlıq hiss etdiyini çətin təsəvvür edə bilərlər. Onlar öz möqsanlarını gizlətmək üçün saatlarla deyil, aylar, hətta illərlə fikirləşir və asan kəlmələr, cümlələr seçmək üzərində düşünürlər. Nitqi nöqsanlı olanların əzablarına nümunə ola biləcək kiçik misalı qeyd etmək faydasız olmaz.
Demək, nöqsanlı nitqi islah etməklə şəxsiyyəti, onun psixoloji halına ağır təsir göstərən əzabdan həmişəlik azad etmək mümkündür. Ondan başqa, aydın görmək olur ki, psixi mənfi təsirin və ya zədənin əmələ gəlməsi üçün nitq nöqsanının mürəkkəb olması heç də vacib deyildir. Göstərilən nəticələr, ata –ana və müəllimlərin bu məsələyə əhəmiyyət vermələrinə səbəb olacaqdır.
İstifadə olunan ədəbiyyat siyahısı
Samirə Mərdanova-Azərbaycan dili və nitq mədəniyyəti, Bakı-2019
Adil Babayev- Azərbaycan dili və nitq mədəniyyəti, Bakı-2011
Nadir Abdullayev-Nitq mədəniyyətinin əsasları
B. Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ. Hacıyeva – “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov – “Nitq mədəniyyəti və üslubiyyatının əsasları” Bakı 2003
A.Qurbanov – “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev – “Azərbaycan dili” Bakı 2006
Dostları ilə paylaş: |