230
1
Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?
Sağlamlıq və ətraf mühit
Yemək sağlamlıq üçün həmişə
faydalıdırmı?
Müəlliflər: Jerzy Sadowski, Malgorzata Podkanska, Namik Rzayev
Əsas fikir
Sağlamlıq üçün faydalı və ekoloji cəhətdən təmiz qida məhsullarına
üstünlük verilməsi məqsədəuyğundur
Müddəti
1-2 dərs saatı
Êlin fəsli
Êstənilən
Yer
Məktəb (sinif otağı)
Tədris vəsaitləri
Yazı lövhəsi, videokaset, mağazadan alınmış ekoloji cəhətdən təmiz
müxtəlif qida məhsulları
Tədris fənləri
Biologiya, kimya, ekologiya, davamlı inkişaf , mətbəx mədəniyyəti
Məqsəd
• “Sağlamlıq üçün faydalıdır” adlanan və ekoloji cəhətdən təmiz
məhsullar arasındakı fərqi dərk etməkdə şagirdlərə kömək etmək;
• Məhsul seçmə prosesinə şüurlu münasibət formalaşdırmaq.
Metodlar
Diskussiya, dequstasiya-sərgi, analitik fikir mübadiləsi, videofilmlərə
baxış.
Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?
231
1
Sağlamlıq və ətraf mühit
Giriş
Ekoloji təmiz məhsulların üstünlüyü ondan ibarətdir ki, onların tərkibində kimyəvi və başqa
əlavələr yoxdur və onlarda bitki və heyvanların çirklənməmiş ətraf mühitdən mənimsədiyi
çoxsaylı müxtəlif bioloji aktiv maddələr olur. Bundan başqa, belə qidalara bizim orqanizmimiz
uzun illər boyu uyğunlaşıbdır.
“Sağlamlıq üçün faydalıdır” adı ilə müəyyan edilən
məhsulların heç də hamısı ekoloji cəhətdən təmiz
olmurlar. Ümumqəbul edilmiş fikrə əsasən, bəzi məhsullar
(məsələn, buğda və onun minimal emal edilmiş məhsulları,
meyvə və tərəvəz, süd və süd məhsulları, bal və s.)
sağlamlıq üçün faydalı hesab edilir, lakin onlar heç də
həmişə sağlamlığa yaxşı təsir etmirlər. Bəzən, əksinə, əgər
onlar çirkli yerlərdə becərilən və ya yığılan məhsuldursa bu
və ya digər təhlükəli kimyəvi maddənin onun tərkibinə
düşməsi və sağlamlıq üçün zərərli və ya hətta zəhərli
olması tamamilə mümkündür.
Êntensiv şəkildə mineral gübrə verilən, pestisidlər istifadə
edilən suvarılan, magistral yolun və ya sənaye müəssisəsinin yaxınlığında yerləşən sahələrdə
becərilən bitkilərdən hazırlanmış qida maddələrində ağır metallara, bitkinin mənimsəyə bilmədiyi
gübrənin və pestisidlərin axıra qədər parçalanmamış hissəsinə, müxtəlif konservantlara rast
gəlinir. Bu maddələr bitkilərə çirklənmiş torpaqlardan, hazır məhsullara isə xammalın sənaye
şəraitində işlənməsi zamanı keçə bilir. Bizim tərəfimizdən istifadə edilən məhsulların keyfiyyətinə
aşağıdakı amillər təsir edir:
•
Bitkiçilik və heyvandarlıq sənaye əsasına keçididir ki, bu da hər şeydən öncə yeminə
heyvanların antibiotiklərin, hormonların və başqa maddələrin əlavə edilməsində
özünü göstərir;
•
Kənd təsərrüfatı heyvanlarının yemlənməsi üsullarında dəyişikliklər yaranmışdır (Avropada
“dəli dana” xəstəliyinin törənməsinə səbəb mal-qaranın heyvanlardan hazırlanmış zülali
əlavələrlə qidalanması olmuşdur) ki, bu səbəbdən də dəfələrlə “qarayara”, “quş qripi”
və s. xəstəliklərin yayılması qeydə alınmışdır;
•
Kənd təsərrüfatı bitkilərinin intensiv üsulla becərilməsidir ki, bu zaman əsasən yüksək
məhsuldarlığa malik sortlardan istifadə edilir, bu isə öz növbəsində keyfiyyətin aşağı düşməsi
ilə müşayiət olunur (məsələn, bərk buğda ilə müqayisədə yüksək məhsuldarlığa malik
yumşaq buğda sortu keyfiyyətli un almaq və ya makaron hazırlamaq üçün yararlı deyil);
•
Gübrələrin və zəhərli maddələrin həddindən artıq çox işlənməsi;
•
Turşu yağışları;
•
Hava və torpağın sənaye və nəqliyyatla çirklənməsi, eləcə də bəzi başqa amillər.
Genetik modifikasiya olunmuş orqanizmlərin becərilməsi və onlardan məhsul alınması da,
nəticələri tam bəlli olmasa da əlavə risk faktoru yaradır.
Êlk əvvəl belə bitkiləri planetdəki qida
çatışmazlığını aradan qaldırmaq məqsədi ilə almağa və becərməyə başladılar.
Belə ki, bu tip sortların məhsuldarlığı ənənəvi seleksiya yolu ilə alınanlarınkından kifayət
qədər yüksəkdir.
Məşğələlərin aparılması
I Hissə. Homo chemicus
1
“Homo chemicus” videofilmini nümayiş etdirin və onu müzakirə edin. Müzakirə
prosesində ətraf mühitin vəziyyəti ilə insan sağlamlığı arasında olan əlaqəni daha əhatəli
şəkildə ifadə etmək üçün girişdəki və CD-ROM-dakı “Sağlamlıq və ətraf mühit”
bölməsinin məlumatlardan da istifadə edin. Şagirdlərdən onların və yaxın ətraflarının
yedikləri qidaya hansı nöqteyi-nəzərdən (zövqlərinə uyğun olduğuna, adətə uyğun
gəldiyinə və ya sağlamlıq üçün faydalılığına) diqqət yetirdiklərini soruşun. Qida seçərkən
onlar nəyə əsaslanırlar?
232
1
Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?
Sağlamlıq və ətraf mühit
2
Şagirdlərə “genetik dəyişdirilmiş orqanizmlər”, “makrobiota”, “vegetarianlıq” və
“veqantlıq” kimi terminləri “Siz bilirsinizmi ki, ...” nümunəsində olan məlumatlardan
istifadə etməklə izah edin.
3
“Mən oyam ki, mən yeyirəm: bu həqiqətdir, ya yox?” mövzusunda analitik fikir mübadiləsi
keçirin. Bu və ya digər qida məhsuluna üstünlük verdiklərinə görə şagirdləri bir neçə qrupa
bölün, qoy onlar öz nümunələrində yeməyə münasibətdə zövqlərin müxtəlif olduğuna əmin
olsunlar. Uşaqları yalnız fiziki və fizioloji arqumentlərlə deyil, eləcə də fəlsəfi, estetik və mədəni
aspektli arqumentlərlə də inandırmağa çalışın.
4
Şagirdlərə izah edin ki, qida məhsullarının keyfiyyətinə artan marağa ilk əvvəl
makrobiotiklər və vegetarianlar, yəni əsasən meyvə, tərəvəz və müxtəlif bitki mənşəli
məhsullarla qidalananlar səbəb oldu, sonradan zaman-zaman bir sıra ölkələrdə güclü
istehlakçı lobbilər yaranmağa başladı. Nəticədə ekoloji tələblərə ciddi riayət etməklə
məhsul istehsalı ilə məşğul olan təsərrüfatlar əmələ gəldi. Bunların məhsulları mənbəyinə
və keyfiyyətinə görə xüsusi sertifikat aldılar.
5
Düzdür, bu məhsullar baha başa gəlir, lakin istehlakçı məhsulun ətraf mühitin qorunması
prinsipinə əsasən ekoloji cəhətdən təmiz (mineral gübrələrdən və kimyəvi zəhərlərdən istifadə
olunmadan) rayonda becərilmiş xammaldan hazırlanmasına və onda konservantların və süni
bioloji aktiv əlavələrin olmamasına tam əmin ola bilər.
6
Azərbaycanın müvafiq milli qanunvericiliyi ilə müəyyən edilir ki, yüksək keyfiyyətli, ekoloji
cəhətdən təmiz pəhriz və uşaq qida maddələrinin istehsalı üçün əlverişli fitosanitar və texnoloji
şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları xüsusi xammal bölgələri müəyyən edirlər.
Xüsusi xammal bölgələrində pestisidlərin tətbiqi qadağan edilir.
7
Lövhəyə həkim-dietoloqların əksəriyyətinin bəyəndiyi “Qidalanma sxemi”nin piramidasını çəkin.
Bu, insan orqanizminin uzun illər boyu uyğunlaşdığı qida normasıdır. Sağlam insanlar bu
normanı özünə zərər vurmadan məhdudiyyətsiz müddətə istifadə edə bilərlər.
•
Piramidanın əsasında müxtəlif yarma və makaron məmulatları, eləcə də qara və üyüdülmüş
buğda çörəkləri dayanır.
•
Piramidanın ikinci səviyyəsini müxtəlif formada olan (təzə, mürəbbə şəklində, qızardılmış,
bişirilmiş) meyvə və tərəvəzlər təşkil edir. Bitki mənşəli məhsullar planet əhalisinin qidasının
əsasını təşkil etdiyinə görə onların ekoloji təmiz rayonlarda və nəzarət olunan kənd
təsərrüfatı məhsullarindan istehsal edilməsi çox vacibdir.
•
Piramidanın üçüncü səviyyəsini zülali maddələr (süd və onun məhsulları, yumurta,
ət və balıq məhsulları və s.) təşkil edir.
•
Piramidanın zirvəsində şirniyyat və bal dayanır.
•
Göyərti, duz və s. kimi köməkçi qida elementləri də mövcuddur. Onun istifadəsi
istehlakçının fərdi zövqündən asılıdır.
8
Şagirdlərə izah edin ki, normal qidalanmada bütün səviyyənin məhsulları olmalıdır. Piramidanın
daha aşağı səviyyəsində yerləşən məhsulun istehsal səviyyəsi digərlərinkindən yüksək olmalıdır.
II Hissə. “Ekoloji mağaza” və supermarket
1
Êlkin hazırlıq: Şagirdlərdən xahiş edin ki, evdən və ya mağazadan aldıqları xoşlarına gələn
müxtəlif məhsulları (məsələn, tərəvəz, meyvə, bulkalar, vafli, süd, qatıq və s.) məktəbə
gətirsinlər. Həmin məhsulların alınma mənbələrinin müxtəlif (adi mağazadan, supermarketdən,
ixtisaslaşdırılmış mağazadan, bazardan və s.) olmasının vacibliyini də onların nəzərinə çatdırın.
2
Məktəbdə: Sinif otağında biri supermarketi, digəri isə adi mağazanı “təmsil” edən “iki piştaxta”
düzəldin. Onların hər birinə gətirilən ərzaqlardan qoyun. Şagirdləri iki qrupa bölüb, onlara
istədikləri ərzağa uyğun növbəyə dayanmalarını xahiş edin. Hər bir qrupdan bu ərzaq
məhsulları və öz seçimləri haqqındakı fikirlərini bildirmələrini xahiş edin.
Yemək sağlamlıq üçün həmişə faydalıdırmı?
233
1
Sağlamlıq və ətraf mühit
3
Supermarketdə və ekoloji mağazada olan ərzaq məhsullarını müqayisə edin, özü də hər
bir qrup digər piştaxtada olan ərzağı dequstasiya etməlidir. Hansı nəticələrə gəlmək
olar? (“Ekoloji mağazada” olan məhsullar ola bilər ki, estetik gözəlliyə malik olmasın,
lakin tərkibində kimyəvi maddələr yoxdur, belə ki, nəzarət edilən məhsuldan və ekoloji
cəhətdən təmiz yerdə becərilib).
4
Şagirdlərə dietologiyanın qızıl qaydasını xatırladın: ərzaq nə qədər az işlənməyə məruz
qalarsa, həmin məhsul bir o qədər də insan üçün faydalı olur.
Sonrakı fəaliyyət
•
Şagirdlərə 3 gün ərzində bütün yediklərinin siyahısını tutmağı tapşırın. Onların qidalanmasını
normal hesab etmək olarmı və “Qidalanma sxemi” piramidasına hansı dərəcədə uyğun gəlir?
Genetik modifikasiya olunmuş orqanizmlər və onlardan alınan məhsullar ətraf mühit
və potensial istehlakçılar üçün təhlükə mənbəyidir. Onların törətdikləri nəticələr hələ
lazımınca öyrənilməyib və proqnozlaşdırıla bilinmir.
Makrobiotika — bir qidalanma və müalicəvi pəhriz üsuludur və orqanizmin təbii
məhsullar hesabına (taxılların, paxlalıların minimal işlənmiş dənləri, eləcə də meyvə
və tərəvəzlər) qidalanmasına əsaslanır və insanın tələblərini maksimum ödəyir.
Vegetarianlıq — ət və balığın istifadəsini istisna edən pəhriz növüdür ki, buna da
əsasən insanlar ya şəxsi inanclarına, ya da sağlamlıqları haqqında baxışlarına görə
keçirlər. Vegetarianlıq ABŞ və Avropada Şərq fəlsəfəsinə marağın və Qərb
sivilizasiyasına etirazın əlaməti, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji
təşkilatların “təbiətə geri” və ya təbiəti dərk edən həyat tərzinə qayıtmaq kimi
çağrışların nəticəsində geniş yayılmaqdadır.
Veganlıq — vegetarianlığın ən kəskin formasıdır və qidalanmada bütün heyvan mənşəli
məhsulların (süd, yumurta, bal, kürü və s.) istifadəsini istisna edir. Bu termin adi
vegetarianlardan fərqli olmaq üçün işlədilir. Veganlar öz inanclarına görə hətta dəri
palto və dəridən hazırlanan başqa geymlərdən belə istifadə etmirlər.
Bilirsinizmi ki, ...
Dostları ilə paylaş: |