Atmosfer çirklənməsi. Plan



Yüklə 34,11 Kb.
tarix02.01.2022
ölçüsü34,11 Kb.
#43135
UNEC 1621509370.docx


Atmosfer çirklənməsi.

Plan

1.Atmosferin quruluşu

2.Quru havanın tərkibi

3.Atmosferi çirkləndirən maddələr



Atmosfer müxtəlif qaz qatlarından ibarət olub, Yer kürəsini əhatə edən müəyyən qalınlıqh bir təbəqədir. Atmosferin kütləsi litosferin kütləsindən milyon, hidrosferin kütləsindən 200 min dəfə azdır. Bütün atmosfer kütləsinin 90%-i onun aşağı 5 km-lik qatında cəmləşmişdir. 3000 km-dən yuxarı atmosferin sıxlığı çox az olduğu üçün bu hündürlükdən yuxarı kosmik fəza hesablanır. Temperaturun dəyişməsinə görə atmosfer 5 təbəqəyə bölünür. l.Troposfer (11-16 km) 2.Stratosfer (16 km-dən 50-55 km-ə qədər) 3. Mezosfer (50-55 km-dən 80 km-ə qədər) 4. Termosfer (80 km-dən 600-800 km-ə qədər) 5. Ekzosfer (600-800 km-dən yuxarı) Troposfer - atmosferin aşağı qatı olub, atmosfer kütləsinin 90%-nin cəmləşdiyi bir sferadır. Troposferdə demək olar ki, atmosferin bütün su kütləsi toplanmışdır. Troposferin yuxarı sərhədinin hündürlüyü temperaturdan asılı olaraq formalaşır. Belə ki, qışda bu sərhəd yerə yaxın, yayda isə uzaq olur. Gün ərzində troposferin sərhədinin hündürlüyü 2-3 km həddində dəyişə bilər. Troposferin qızmasının əsas səbəbi yer səthinin istilik şüalanmasıdır. Ona görə də yer səthindən yuxarı qalxdıqca hər 100 metrdə temperatur 0,6 S° aşağı düşür. Troposferin əsas xarakterik xüsusiyyətlərindən biri də, burada havanın fasiləsiz qarışması və yağıntıların formalaşmasıdır. Ozon atmosferin bütün qatlarında rast gəlinsə də onun əsas toplaşdığı sfera troposferadır. Burada ozon özünəməxsus qat yaradıb ki, buna bəzən ozon ekranı da deyilir. 75 Stratosfer - havanın olduqca seyrək olması və su buxarlarının tamamilə olmaması ilə xarakterizə olunur. Ekvatorda stratosferin aşağı sərhədində temperatur - 55 S°, qütblərdə isə nisbətən yuxarı olur. Bu səbəbdən horizontal müstəvidə havanın yerdəyişməsi baş verir. Mezosfer - hava daha da seyrəkdir və temperatur aşağı düşür (-75 S°). Yerdən təqribən 80 km hündürlükdən başlayaraq temperatur tədricən artmağa başlayır. Termosfer - bəzən ionosfera da deyilir. Bu sfera seyrək ionlaşmış qazlardan ibarətdir. Termosferin elektrik keçiriciliyinin yüksək olması ionlaşma ilə izah edilir. Burada güclü elektrik cərəyanları axır. Termosferin yer səthindən 100 km hündürlükdə temperatur 0° S-ni keçir. Bu qatda qaz hissəcikləri çox böyük sürətlə hərəkət edirlər. Lakin seyrəkləşmənin qiyməti çox böyük olduğu üçün onların bir-biri ilə toqquşma ehtimalı çox az olur. Ekzosfer - Yer atmosferinin yuxarı sərhədidir. Bu sferada qaz hissəciklərinin hərəkət sürəti böhran sürətinə - 11,2 km/san-ə çatır. Bunun təsirindən həmin hissəciklər planetlərarası fəzaya səpələnir. Bu birinci növbədə hidrogenə aiddir. Hidrogen yerin cazibə qüvvəsinin təsirindən çıxaraq Yer kürəsinin yer tacını yaradır ki, onun da yer səthindən hündürlüyü 20 000 km-dən çox olur. Atmosfer: 1. Gündüz Yer səthinin həddən qızmasının, gecə isə tez soyumasının qarşısını alır. 2. İnsanı hava ilə təmin edir. 3. Yerdə - enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. 4. Yerdə suyun olmasına səbəb olur. 5. Atmosfer olmasaydı Günəş şüaları səpələməz, səs yayılmazdı. 6. Kosmosdan gələn metioritlər atmosferə daxil olduqda hava ilə sürtünərək alışıb yanır və əksəriyyəti Yerə çatmır. Atmosfer havası daim hərəkət edir, ona görə də çirkləndirici maddələr atmosferdə yayılırlar. Müəyyən olunmuşdur ki, bütün zəhərli qazlar troposfer və stratosferdə çox 76 uzun müddət qala bilmirlər. Qazaoxşar maddələr ya suda həll olur, ya da torpaq tərəfindən udulur, nəticədə onlar mikroorqanizmlər tərəfindən mənimsənilərək başqa maddələrə çevrilirlər. Sabit şəkildə atmosfer havasının tərkib hissəsini təşkil edən qazların miqdarı aşağıdakı cədvəldə verilmişdir. Cədvəl 6 Quru havanın tərkibi Tərkib hissəsi Həcmi miqdar, % Azot 78-80 Oksigen 20,95 Arqon 0,93 Karbon qazı 0,032 Neon 1,8 • 10-3 Helium 5,24- 10-4 Metan 1,4 • 10-4 Kripton 1,4- 1 O'4 Azot oksidi 5 • 10‘5 Bundan əlavə havanın tərkibində çox cüzi miqdarda hidrogen, ozon, kükürd anhidridi, dəm qazı, ammonyak və s. vardır. Qazların hündürlüyə görə paylanması bərabər olmayıb, bir çox amillərdən asılı olaraq dəyişir. Atmosferin çirklənməsi bir tərəfdən onu təşkil edən qazların miqdarının daim kəmiyyətcə dəyişməsi ilə, eləcə də ona yeni maddələrin (xüsusən radioaktiv maddələrin) daxil olması nəticəsində baş verir. Atmosferi çirkləndirən bütün maddələri şərti olaraq 2 qrupa bölmək olar: qaz və bərk halında olan hissəciklər. Atmosferə buraxılan zəhərli maddələrin 90%-ni qazlar, 10%-ni isə bərk hissəciklər təşkil edir. Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və onların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Havada qazların (buxarların), bərk və maye halında olan müxtəlif maddələrin, həmçinin radioaktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miqdarda olmasına 77 atmosfer çirklənməsi deyilir. Qaz halında olan tullantılar atmosferi daha çox çirkləndirir. Cədvəl 7-də atmosferi çirkləndirən mənbələr və çirkləndiricilər verilmişdir. Cədvəl 7 Atmosferi çirkləndirən maddələrin əsas mənbələri Çirkləndiricilər Çirklənmə mənbələri Karbon qazı (CO2) Vulkanların fəaliyyəti Canlı orqanizmlərin nəfəs alması Yanacağın yandırılması Dəm qazı (СО) Vulkanların fəaliyyəti Daxiliyanma mühərrikləri Karbohidrogenlər Bitkilər Daxiliyanma mühərrikləri Üzvi birləşmələr Kimya sənayesi Tullantıların yandırılması Müxtəlif yanacaqlar Kükürd qazı və kükürdün törəmələri Vulkanların fəaliyyəti Bakteriyalar Yanacağın yandırılması Azotun törəmələri Bakteriyalar Yanma Radioaktiv maddələr Atom elektrik stansiyaları Nüvə partlayışları Bərk hissəciklər Ağır metallar Mineral birləşmələr Külək eroziyası Sənaye Daxiliyanma mühərrikləri Üzvi maddələr Təbii və sintetik maddələr Meşə yanğınları Kimya sənayesi Tullantıların yandırılması Kənd təsərrüfatı (pestisidlər) Radioaktiv maddələr Nüvə partlayışı Ümumiyyətlə, atmosfer çirkləndiricilərini iki qrupa ayırırlar. 1. İlkin tullantılar, 2. II dərəcəli tullantılar. İlkin tullantılar bilavasitə atmosferə yayılır, ikincilər isə atmosferdə fıziki-kimyəvi proseslər sayəsində törənən 78 maddələrdir. Məlum olmuşdur ki, atmosferdə toplanan çirkləndirici maddələrin əksəriyyəti kimyəvi, fotokimyəvi, fıziki-kimyəvi reaksiyalara cəlb olunaraq atmosferdə müxtəlif II dərəcəli tullantılar törədirlər. Atmosferi çirkləndirən əsas maddələr pirogen mənşəlidirlər. Pir - yunanca od deməkdir. Bərk və maye xassəli yanacaqların geniş miqyasda istifadə olunması sayəsində atmosferi çirkləndirən maddələrdən üstünlük təşkil edənlər aşağıdakılardır. Kükürdlü birləşmələr. Bu birləşmələrin əsasını kükürd anhidridi (SO2) və hidrogen sulfıd (H2S) təşkil edir. SO2 - nin süni mənbəyi olmadığı halda atmosferdə onun miqdarı olduqca cüzidir. Təbiətdə kükürd anhidridinin yeganə bir təbii mənbəyi vulkanik fəaliyyətdir. Kükürdlü birləşmələr atmosferə əsasən insanın fəallığı nəticəsində daxil olur. Havanın başqa çirkləndiriciləri kimi, burada da əsas rolu yanacağın yandırılması oynayır. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, SC>2-nin atmosferə buraxılan ümumi miqdarı 145 • 106 ton təşkil edir. Bu kütlənin 70% kömürdən, 16% duru yanacaqdan, xüsusən mazutun yanması hesabına yaranır. Atmosferə buraxılan kükürd anhidridi havada uzun müddət qalmadan müxtəlif çevrilmələrə məruz qalır ki, bu da kükürdün ümumi dövranının bir hissəsini təşkil edir. Ultrabənövşəyi şüaların təsiri nəticəsində SO2-İ sulfat anhidridinə çevrilir, bu zaman müəyyən qiymətdə istilik ayrılır. Reaksiya aşağıdakı şəkildə gedir: 2 S 0 2 + 0 2 —^-»2 S02 + 44 kkal SO3 ilə atmosferdəki su damcıları ilə reaksiyaya girərək sulfat turşusu yaradır: S 0 2 + H20 -> H2S04 +18 kkal Hər iki reaksiya olduqda yavaş gedir. Lakin dəmir və marqansın təsiri ilə proses sürətlənir və nəticədə qeyri-stabil sulfat turşusu stabil sulfat turşusuna (H2SO4) çevrilir. 79 Son vaxtlar atmosferin kükürd birləşmələri ilə çirklənməsində aşağıdakı tipli reaksiyaların getməsi də müşahidə olunur. so2 + n o 2 + Н гО - > H 2SOA + N 0 Kükürd 2-oksid tənəffüs orqanlarına, gözə və dəriyə qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə prosesini məhv edir. Kükürd 2-oksidin təsirindən yaranan zərərli təsirlərdən ürək-damar xəstəliklərini, tənəffüs orqanları xəstəliklərini və astmatiklərin tutmalarının sayının artmasını göstərmək olar. Kükürd 2-oksidin kəskin təsiri ümumi ölüm hadisəsini 0,6% artırır. Bitkilər SO2-Ə çox həssas olur. O, yarpaqların xlorofilini dağıdaraq fotosintez prosesinin getməsini ləngidir. Onu demək kifayətdir ki, SCh-nin taxıla təsiri nəticəsində məhsuldarlıq 30-40% aşağı düşür. H2S-in təbiətdə əsas mənbəyi torpaqda və suda olan anafob tipli bakteriyalardır. Bu birləşmənin əsas süni mənbəyi bu maddəni istehsal edən sənaye sahələri və neft-kimya müəssisələridir. Bu maddə zərərlidir və onun buraxıla bilən həddi 15 mln •' -dir. Dam qazı (СО). Bu qaz atmosferin ən geniş yayılmış çirkləndiricisidir. СО-nun əsas təbii mənbələri vulkanik fəaliyyət nəticəsi, troposferdəki elektrik boşalmaları, meşə yanğınlarıdır. İnsanların fəaliyyəti nəticəsində СО-nun əsas mənbəyi yanma və daxiliyanma mühərrikləridir. Hesablamalar göstərir ki, avtomobilin havaya buraxdığı bütün qazların 10-12%-ni СО təşkil edir. СО kəskin zəhərləyici təsirə malikdir. СО - qazının zəhərləyici təsiri bununla izah olunur ki, o, oksigenə nisbətən yüngül olduğu üçün qanın hemoqlobini ilə əlaqəyə girib dayanıqlı karboksihemoqlobin yaradır. Bu isə orqanizmdə oksigen çatışmamazlığına səbəb olur. СО həmçinin ürək-damar sisteminin fəaliyyətini zəiflədir. 80 Ürək-damar xəstəlikləri olan insanlar üçün СО öldürücü təhlükəyə malikdir. Karbon qazı (СО2): Bu qaz atmosferin təbii tərkib hissələrindən biridir. XX əsrdə onun havada qatılığı 25% artmışdır. Son 10 il ərzində isə CO2 miqdarı atmosferdə 13% artmışdır. C 0 2-in atmosferdə artması əsasən enerji istehsalı və istehlakı sahələrində baş verir. Əgər nəzərə alsaq ki, 12 qram karbonun yanmasından 48 qarm karbon qazı alınır, o zaman təsəvvür etmək olar ki, müasir dünyada yandırılan milyard tonlarla yanacaqdan nə qədər CO2 almar. Atmosferə atılan СОг-шп miqdarı azalmazsa «parnik effektinin» yaranması ehtimalı daha da artar və bu təsirdən yer üzərində temperaturun artması böyük fəlakətlər törədə bilər. Təqribi hesablamalar göstərir ki, bir ildə orta hesabla dünyada 7,6 mlrd, ton üzvi yanacaq işlədilir və uyğun olaraq atmosferə atılan karbon qazının miqdarı 16-18 mlrd, ton ehtimal olunur. Tədqiqatlar göstərir ki, hər il biosferə atılan CO2 -nin miqdarı 2% artır. Azot oksidhri (Nx Oy) təbiətdə meşə yanğınlarından yaranır. Şəhərlərdə və sənaye müəssisələri ətrafında Nx Oy yaranması insan fəaliyyəti nəticəsində baş verir. Külli miqdarda azot oksidləri istilik elektrik stansiyalarından və daxili yanma mühərriklərindən ayrılır. Bunlardan başqa metaləritmə və azot turşuları istehsal edən müəssisələrdən də atmosferə azot oksidləri atılır. Atmosferi çirkləndirən azot oksidləri bunlardır: N2O - insanlara praktiki olaraq təsir edir və cərrahiyyə əməliyyatlarında istifadə olunur. N 0 - insanların mərkəzi sinir sisteminə təsir edir, onlarda iflic yaranmasına, qanın qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır. NO2 - su ilə birləşdikdə azot turşusu yaradır. 4 NO2 + 2 H2O = 4 HNO3 81 Azot turşusu nəfəs yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur. Atmosferin çirklənməsində xlor, flor birləşmələrinin rolu az deyil. Süni yolla atmosferi çirkləndirən bu qazların mənbəyi kimya müəssisələridir. Aerozol çirklənmə: Aerozol - havada asılı halda olan bərk və maye hissəcikləridir. Aerozollar təbii və süni mənşəlidirlər. Təbiətdə təbii aerozollar fəsad törətmirlər. Səhralarda törənən qasırğalar, vulkan püskürmələri suların dalğalanması kimi təbii hadisələrlə əlaqədar atmosferə qarışan aerozollar yağmurların köməyi ilə yer səthinə qayıdırlar. Süni yolla əmələ gələn aerozol hissəciklərinin çox hissəsi mikroskopik ölçüdə olduğu üçün atmosferin stratosfer qatma kimi yüksəlir. Orada uzun müddət qalır, baş verən təzadlar son məqamda litosferin və hidrosferin flora-faunasına xətər yetirir. Metallurgiya müəssisələri atmosferi aerozolla çirkləndirən əsas mənbələrdən hesab olunur. Poladəritmə zavodları tərkibində ölçüsü 0,1 mkm olan dəmir oksidi hissəciklərini qırmızı tüstü şəklində atmosferə buraxır. Əlvan metallurgiya, sink, qalay, alüminium, miss istehsalı da ətraf mühitin aerozollarla çirklənməsində mühüm rol oynayır. Müəyyən olunmuşdur ki, sənaye mərkəzlərinə düşən toz hissəciklərinin 20% dəmir oksidi, 15% silikatlar, 5% -isə qurum təşkil edir. Atmosferə yayılan hissəciklərin miqdarı onların yayılma xüsusiyyətlərinə əsasən yerin coğrafi şəraitindən və nəzarətin həyata keçirildiyi hündürlükdən asılıdır. Atmosferi çirkləndirən aerozollar içərisində qurğuşun xüsusi yer tutur. Bu onunla izah olunur ki, müasir sənayenin qurğuşuna olan tələbatı ildən-ilə artır. Təkcə akkumulyator istehsalında bütün dünyada istehsal olunan qurğuşunun üçdə biri sərf olunur. Benzinin oktau ədədini qaldırmaq üçün onun tərkibinə qurğuşun - tetraetil əlavə olunur. Bu 82 birləşmənin atmosferdə paylanması çox müxtəlifdir. Sakit okeanın mərkəzində onun qatılığı 0,001 кч/т 3 olduğu halda, kənd təsərrüfatı rayonlarında onun qiyməti 1 , sənaye m mərkəzlərində l -Дг- -dan yuxarı olur. Şəhər küçələrinin m kəsişdiyi yerlərdə onun qiyməti 5-^-, tunellərdə isə 30-35 m' - \ - a çatır. Müəyyən olunmuşdur ki, ölçüləri 0,05-dən 5 m mkm-yə kimi olan qurğuşun hissəcikləri atmosferdə bir neçə həftə qala bilirlər. Nəhayət qurğuşun müəyyən zaman keçəndən sonra torpağa çökür. Müxtəlif tip aerozollar atmosferdə eyni cür paylanmır. Troposferin aşağı sərhədində onların konsentrasiyası böyük olduğu halda, troposferin yuxarı sərhədində bu qiymət kəskin aşağı düşür. Stratosferdə qarışıqların miqdarı artmağa başlayır və 16-28 km hündürlükdə hissəciklərlə zəngin olan təbəqə yaranır. Bu təbəqə insan fəaliyyətinin nəticəsi yox, təbii amillərin xüsusən vulkan püskürmələri və meteor hissəciklərinin təsirindən yaranır. Ümumiyyətlə fərz edilir ki, atmosferdə olan aerozollar m əksəriyyətinin ölçüləri 0,1-2,0 km intervalındadır. Bu hissəciklər bir çox atmosfer hadisələrində vacib rol oynayır. Bunların təsirindən yer səthində işıqlanma dərəcəsi və temperatur xüsusiyyətləri formalaşır. Hissəciklər günəş radiasiyasının səpələnməsinin əsas səbəbi hesab olunur. Atmosferin çirklənməsində zəhərli dumanların (smoq) rolu böyükdür. Smoq sözü yarı rus, yarı ingilis sözü olub, «siqaret tüstüsü» mənasını verir. Smoqun yaranmasının əsas səbəbi atmosferdə temperatur qradientinin yaranmasıdır. Bütün sənaye şəhərlərində havanın çox çirklənməsi nəticə83 sində smoq hadisəsi baş verir. Smoqun əsasən 2 növü daha tez-tez müşahidə olunur: adi smoq, fotokimyəvi smoq. Adi smoqun yaranmasının əsas səbəbi yer səthindən 200-300 m hündürlükdə temperatur inversiyasınm mövcud olmasıdır. (Temperatur inversiyası temperaturun yuxarıdan aşağıya soyumasıdır) İnversiya nəticəsində yer səthindən qızmış hava yuxarı qalxa bilmədiyindən zəhərli qaz qarışıqlarından ibarət xüsusi kütlə almır. Havanın nəmliyi çox olduqda isə smoq duman şəklində yer səthinin üzərini örtür. Bu zaman smoq canlı orqanizmlər, xüsusən insanlar üçün daha təhlükəlidir. 1952-ci ildə adi smoq hadisəsi Londonda baş vermişdir. Bu zaman havada kükürd qazının miqdarı 10 dəfədən çox artmışdır, nəticədə 2000-ə yaxın insan ölmüş, minlərlə insan isə müxtəlif dərəcədə zəhərlənmişdir. Vadilərdə yerləşən sənaye şəhərlərində temperatur inversiyası daha fəlakətli nəticələrə gətirib çıxara bilər. Məsələn, ABŞ-da hər tərəfdən təpəliklərlə əhatə olunmuş vadidə yerləşən Los-Anceles şəhəri buna bariz misaldır. Bu şəhərdə ilin 200 günü smoq hadisəsi müxtəlif konsentrasiyalarda müşahidə olunur. Adi smoq qatı qeyri-şəffaf tüstü şəklində özünü göstərir. Tərkibində müxtəlif qarışıqlar və su birləşmələri olur: SO2 + NO3 + СО* + СпШп+х + • • • Fotokimyəvi smoq isə avtomobilin tullantısı olan işlənmiş qazların tərkibindəki N2O (azot 2 oksidin) və СО (dəm qazının) -nın günəş şüalarının təsiri ilə fotokimyəvi reaksiyaya daxil olaraq çox aktiv zəhərləyici peroksiasetilnitrat (PAN) və O3 (ozon) qazının əmələ gəlməsidir. N20 + CO — PAN + 0 3 Bu smoq adi smoqdan şəffaflığı ilə fərqlənir. Ona görə də bəzən adi hallarda fotokimyəvi smoqu müşahidə etmək mümkün olmur. Burada hv - günəş şüalarının enerjisidir. 84 Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zəhərli birləşmələr əmələ gətirir. Reaksiyalar aşağıdakı şəkildə gedir. NO2 + hv —► N 0 + O O + O2 —► O3 O3 + NO + hv —► NO2 + O2 Bu reaksiyanın ən təhlükəli komponentləri O3, NO, NO2 - dir. Fotokimyəvi smoqun çox təhlükəli növlərindən biri fosgen adlanır. Qaz qarışıqlarının tərkibində СО və CI2 birləşmələri olduqda günəş şüalarının təsirindən СОСЬ (fosgen) almır, yəni co + ci — » СОСЬ (fosgen) Fosgen canlı aləm üçün daha təhlükəli fəsadlar yaradır. Smoq aşağıdakı əlamətlərə malikdir: Fotokimyəvi duman pis qoxuya malik olub, insanların gözləri, burnu və boğaz qişalarını xəstələndirir, boğulma, ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir. Fotokimyəvi duman bitkiləri zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya miss rəngini alır, sonra isə solur. Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır, rezin və sintetik rənglərin çatlamasına səbəb olur, paltarı korlayır. Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın adi smoq əmələ gəlir. Günün ikinci yarsında istiliyin artması nəticəsində inversiya zəifləyir, «Smoq» yuxarıya doğru qalxır. Hazırda dünyanın bir sıra şəhərlərində - Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında fotokimyəvi duman əmələ gəlir. Bu əsasən şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağlıdır. Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını almaq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirklənməsinin qarşısını almaqdır. 85 Ətraf mühitin keyfiyyətcə qiymətləndirilməsinə təsir göstərən amillərdən biri də səs-küydür. Əgər səs-küyü «arzuolunmaz səslər» kimi qəbul etsək onda onu səs-küy çirklənməsi kimi qəbul etmək olar. Müəyyən olunmuşdur ki, istehsal qurğuları və təyyarələr vasitəsilə yaranan səs-küy nəinki insanları narahat edir, hətta onların sağlamlığına da təsirsiz ötüşmür. Həmçinin tədricən eşitmə qabiliyyətini aşağı salır. Bununla əlaqədar olaraq səs-küyə ətraf mühiti çirkləndirən bir amil kimi baxılmalıdır. Ona görə də səs-küylə çirkləndirilməyə qarşı mübarizə aparılmalı və onun səviyyəsinə nəzarət olunmalıdır. Səsin gurluğunun ölçü vahidi detsibeldir (dB). Səsin verilən intensivliyinin (J) minimum səviyyədə hiss olunan intensivliyə (Jo) nisbətinin loqarifmasma səsin qurluğu deyilir (lg ^ -). Jo Hiss olunan intensivlik səviyyəsi dedikdə səs təzyiqinin qiyməti 0,0002 mkbar başa düşülür ki, bu da 1016 Vt-a uyğundur. Bu qiymətdə səs təzyiqi insan qulağı tərəfindən qəbul edilir. İnsan tezliyi 20 Hersdən 20000 Hersə kimi olan səsləri qəbul edə bilər. Qəbul olunan səsin siqnalının intensivliyi 0- 120 dB-ə kimi ola bilər. 120 dB insan qulağında ağrılar yaradır. Adi danışıq 250-10000 Hs tezliyində aparılır. İntensivlik isə 30-40 dB təşkil edir. Yerdən qalxan reaktiv təyyarələrin səsi 160 dB-dən yuxarı ola bilər. Səsin insan orqanizminə təsiri onun tezliyindən və gurluğundan asılıdır. İnsan tərəfindən qəbul edilən səs gurluğunun vahidi fondur. 1 fon səs-qurluğu intensivliyi 40 dB, tezliyi isə 1000 Hs olan siqnala uyğundur. İntensivliyi 40 dB olan tezliyi 5000 Hs olan səsin gurluğu 2 fon qəbul edilir. Bu şkala üzrə 50 fondan yuxarı istənilən tezlikli səslər orqanizm üçün zərərli hesab olunur. Adətən insanlar səsin gurluğu 35-40 dBdən yuxarı olduqda şikayətlənirlər. Bu qiymət 50dB-ə 86 çatdıqda isə inzibati orqanlar tərəfindən tədbirlər görülməlidir. Müəyyən olunmuşdur ki, iri şəhərlərdə səs-küyün miqdarını azaltmaq üçün əsas vasitə yaşıllıqların artırılmasıdır. Yolların kənarlarında əkilmiş ağaclar səsin gurluğunu 10 dəfəyə kimi azaldır. Ağaclar bir tərəfdən səsi udurlar, digər tərəfdən isə onun istiqamətini dəyişib səpələyirlər. Başqa sahələrdə olduğu kimi burada da səsin buraxıla bilən həddən artıq qiyməti zərərlidir. Bunun qarşısının alınmasında və həlli yollarında hal-hazırda iki mühüm maneə mövcuddur. 1) Əhalinin mövcud təhlükə barəsində məlumatının olmaması 2) İqtisadi gəlir götürmək üzündən lazımi əməliyyatların ləng surətdə həyata keçirilməsi, yaxud ümumiyyətlə keçirilməməsi. Məsələn, təyyarə gurultularından qorunmaq üçün iki əsas şərt yerinə yetirilməlidir: 1) Texniki imkanlar həddində səs mənbələrinin gücünü zəiflətmək. Bu sahədə Qərbi Avropa və ABŞ-da ciddi işlər aparılmış və təyyarə mühərriklərinin yaratdığı gurultunun intensivliyi xeyli azaldılmış və müəyyən normativlər müəyyənləşdirilmişdir. Bu ölkələr bu normativlərə cavab verə bilməyən digər ölkələrin təyyarələrini öz hava məkanına buraxmırlar. Məsələn, 2002-ci il apreldən etibarən Rusiyada istifadə olunan əksər tip təyyarələrin bu ölkələrə buraxılmaması haqqında verilən qərarı göstərmək olar. 2) Aeroportlar ətrafında 15 km-lik zonada yaşayış evlərinin və sənaye müəssisələrinin tikintisinin qəti surətdə qadağan olunması. Aeroportlar ətrafında yaşıl zolaq və meşələrin salınması nəinki səs-küyün udulmasma şərait yaradar və eyni zamanda bunun nəticəsində havanın tənzimlənməsinə də şərait yaradardı. 87 Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və onların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Qaz halında olan tullantılar ilk növbədə atmosferi daha çox çirkləndirir. Bu tullantıların əsas mənbələrindən biri də nəqliyyatdan ayrılan zəhərli qazlardır. Tullantı qazların tərkibinə azot və oksigendən başqa karbon 2-oksid, kükürd oksidləri, zəhərli karbohidrogenlər, müxtəlif azot oksidləri və bərk hissəciklər də daxildir. Havanın belə çirkləndiricilərlə çirklənməsi ciyər, şiş, dəri, bronxit və başqa xəstəliklərin artmasına səbəb olur. Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ötürülən zəhərli qazlar ətraf mühiti daha çox çirkləndirir. Ən çox zəhərli maddələr buraxan karbüratorla işləyən daxili yanma mühərrikləridir (DYM). Benzin və dizel yanacaqları ilə işləyən bu mühərriklər iş müddətində atmosferə his, benzopren, dəm qazı (СО) aldehidlər və başqa zəhərli maddələr tullayır. Atmosferə tullanan zəhərli maddələrin miqdarı avtomobillərin texniki sazlığından asılıdır. Tərkibində qurğuşun birləşmələri olan etil benzinindən istifadə olunması atmosferə çox zəhərli qurğuşun birləşmələrinin tullanmasma səbəb olur. Benzinin etilləşdirilməsi ona bromlu qurğuşun və yaxud yanmayan etilli qurğuşunun əlavə olunması prosesində yaradılır. Bu isə çox zəhərli mayedir. Belə benzindən istifadə olunması mühərrikin iş rejimini yaxşılaşdırmaqla yanaşı, yanacağa xeyli qənaət olunmasına şərait yaradır, lakin ətraf mühiti qurğuşunla zəhərləyir. Benzinə əlavə edilmiş etil mayesinin 70% qədəri, yəni qurğuşunlu birləşmələr işlənmiş qazlarla birlikdə atmosferə tullanır. Bunun 30%-i torpağa hopur, 40%-i isə atmosferdə qalır. Orta yükdaşıyıcı yük avtomobili ildə 2,5-3 kq-a qədər qurğuşunlu birləşmələri atmosferə tullayır. Qərbi Avropa ölkələrində havaya qurğuşunlu birləşmələrin daxil olmaması üçün etilsiz benzinlərdən istifadə olunmağa başlanmışdır. Dünyada DYM-nə malik avtomobillər tərəfindən ildə havaya 300 min ton qurğuşun, 260 mln. ton 88 СО (dəm qazı), 20 mln. ton azot oksidləri, 40 mln, ton karbohidrogenlər tullanır. Ətraf mühiti zəhərli maddələrlə çirkləndirən nəqliyyat növlərindən biri də təyyarələrdir. Tədqiqatlar göstərir ki, təyyarələrin mühərriklərinin havaya tulladığı zəhərli qarışıqların miqdarı onun işləmə rejimindən asılıdır. Təyyarənin aşağı rejimində (düşmə və qalxma rejimində) havaya СО və CnHm, sürət çoxaldıqda isə havaya tullanan azot oksidlərinin (NO, NO2 , N2O5) miqdarı xeyli çoxalır. Təyyarələr tərəfindən atmosferin çirklənməsi nəqliyyat çirklənməsinin 5%-i təşkil edir. Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ötürülən zəhərli qazlar ətraf mühiti sənaye müəssisələrindən daha çox çirkləndirir. Bunun qarşısını almaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacib sayılır. 1 .Avtomobillərin saz işləməsini təmin etmək 2. İstifadə edilən yanacağın keyfiyyətini yüksəltmək 3. Avtomobillərdən ayrılan zəhərli qazların tərkibinə nəzarət. Bu iş Dövlət avtomobil müfəttişliyi tərəfindən həyata keçirilir. 4. Maye yanacaqların qaz yanacaqları ilə əvəz etmək 5. Benzin yanacaqlarının dizel yanacaqları ilə əvəz edilməsi Dizel yanacaqlarından yaranan tullantı qazların tərkibində zəhərli qazların miqdarı az olur. Dizel yanacaqları tam yanır və ona qurğuşunlu etil mayesi əlavə olunmur ö.Daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi 7.Neytralizatorlardan istifadə edilməsi. Metal kamera içərisində xüsusi katalizator boruları yerləşdirilir. Boruların içərisinə katalizator doldurulur. Katalizator kimi üzərinə platin, yaxud poladium metalların dənəcikləri hopdurulmuş aktiv səth götürülür. Bu metal kamera tullantı qaz borusunda yerləşdirilir, tullantı qazla kameradan keçərək təmizlənir. Zəhərli qazlardan təmizlənmiş qazlar atmosferə buraxılır. 89 Bu qurğu eyni zamanda avtomobilin səsini də xeyli azaltmış olur 8.Elektromobil problemi: Məlumdur ki, atmosferi çirkləndirən benzinlə işləyən nəqliyyat vasitələridir. Ona görə alimlər qarşısında yeni bir problem durur - benzinlə işləməyən maşınlar yaratmaq. Artıq belə maşınlar vardır. Onlar elektromobil adlanır. Ona «təmiz maşınlar»da deyilir. Belə tip maşınlar artıq dünyanın bir sıra ölkələrində kütləvi istehsal olunmağa başlanmışdır. Atmosferin çirklənməsinin qarşısını almaq və çirklənməni zərərsizləşdirmədə yaşıllıqların xüsusi əhəmiyyəti vardır. Ağac, kol və ot bitkiləri havaya daxil olan toz, his, müxtəlif qazları tutur, karbon qazını udaraq fotosintezlə ətraf mühitə oksigen buraxır. Sənaye şəhərlərinin havasmdakı toz hissəciklərinin 72%-i, kükürd qazının 60%-ə qədəri bitkilər tərəfindən tutulur, hətta balaca bir bağça və ya xiyaban tozların miqdarını açıq sahələrdəkinə nisbətən 30% azaldır. Atmosferin Ozon qatının vəziyyətinin dəyişməsi də mühüm amillərdən biri hesab olunur. Ozon təbəqəsi günəşin ultrabənövşəyi radiasiyasının böyük bir qismini udaraq, yer kürəsində canlı orqanizmləri radiasiyanın məhvedici təsirindən qoruyur. Ozon (Оз) yunanca iy saçıram deməkdir. Ozon ilk dəfə Holland alimi Marum tərəfindən kəşf edilmişdir. 1939-cu ildə Şonbeyn tərəfindən laboratoriya şəraitində alınmışdır. Təbii şəraitdə havadan elektrik qığılcımı keçdikdə, şimşək çaxdıqda Оз yaranır. Ozonun əsas kütləsi atmosferin 10-15 km hündürlüyündə toplanmışdır, lakin onun ən sıx qatı yer səthindən 20-25 km hündürlükdədir. Və bu ozonosfera adlanır. Öz həcminə görə yer atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi olduqca zəif və nazikdir. Normal təzyiq və temperatur şəraitində atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz. Müqayisə üçün 90 göstərmək olar ki, eyni ölçüyə görə atmosfer havasının qalınlığı kilometrlərə bərabərdir. Ozon atmosferdə aşağıdakı mexanizm üzrə əmələ gəlir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, 20-45 km hündürlükdə günəşin ultrabənövşəyi şüaları təsirindən molekulyar oksigen atomlara parçalanır, yəni Ö2 + h o ^ O + O Parçalanmış atomlar dərhal ətrafdakı başqa oksigen molekullarına yapışaraq ozon molekuluna çevrilir. O+O2 + M -> O3 +M* Bu zaman ayrılan rabitə enerjisi istənilən kənar molekul tərəfindən udula bilər (məs. N2, yaxud O2, yəni M ayrılan rabitə enerjisini udaraq M* çevrilir). Yaranmış ozon molekulu oksigen atomları ilə reaksiyaya daxil olaraq 2 oksigen molekulu əmələ gətirir. O+O5 —>2 0 2 Bu o vaxta qədər davam edir ki, ozonun sənaye tullantılarının atmosferə düşməsi nəticəsində azotlu-oksidli, haloidli birləşmələrin iştirakı ilə dağılmasının zəncirvari proseslərinin yaranması başlasın. Təbəqənin taleyi barədə narahatlıq 70-ci illərdən bəllidir. Onun nazilməsi və yarıqların əmələ gəlməsi Antarktida üzərində müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, təbəqənin qalınlığı bahar fəslində 2 dəfə azalmış və ozon yarıqları əmələ gəlmişdir. Ozon üçün təhlükə yaradan əsas səbəblər atmosferi çirkləndirən maddələrdən xlorftor üzvi sintez maddələrdir ki, onlardan freonu göstərmək olar. Xlorflor üzvi sintez maddələr süni yolla çox asan sintez olunur və sənayenin bir çox sahələrində, o cümlədən də məişətdə geniş istifadə edilir. Belə ki, soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyalarının, aerozol qablamalarında məhz freonlardan istifadə edilir. Atmosferin yerin səthinə yaxın olan sahəsində kənar təsirlərə davamlı və uzunömürlü olan xlorftor maddəsi hava cərəyanı ilə atmosferə paylanır. Ozon qatına çatdıqda ultra91 bənövşəyi şüaların təsirindən parçalanaraq sərbəst xlora çevrilir və öz ətrafındakı ozonu dağıdır. CI2 + ho ->2 Cl а+ о3-^ сю + o 2 CIO + o -> c ı + o 2 Bir xlor atomu 10000 ozon molekulunu məhv etməyə kifayət edir. Bundan əlavə atmosferdə nəmliyin artması stratosferdə ozonun azalmasına səbəb olur. Nəmlik, su molekulları fotokimyəvi təsirdən parçalanır, sərbəst hidrogen yaranır. O isə öz növbəsində müvafiq həcmdə ozonu azaldır. Stratosfer ozonunun azalmasına atmosferdə ildən ilə artan N, S, C - oksidləri və başqa maddələr də təsir göstərir. Digər tərəfdən ozonun azalmasına reaktiv təyyarələrin uçuşları, kosmosa minlərlə peyk daşıyan raketlər, nüvə sınaqları, atmosferdə hidrooksil birləşmələrinin artması və s. səbəb olur. Nəticədə stratosfer, ozon qatında qazların birbirinə nisbəti pozulur. Bu səbəbdən də ozonun təbii yolla parçalanması və bərpaolunma intensivliyi dəyişir. Lakin parçalanma prosesi üstünlük təşkil edən zaman mənfi balans yaranır və bərpaolunan ozon itirilən ozonun yerini doldura bilmir. Mənfi ozon balansının əmələ gəlməsini dayandırmaq üçün tədqiqat işləri aparılır. 1987-ci ildə 56 ölkənin hökumətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan flor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Monrealda dayandırılması haqqında protokolu irəli sürüldü. 1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı. İnkişaf etməkdə 92 olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ilə qədər atmağı xahiş etdilər. 1990-1996-cı ildə Rusiyada ODM-ın istehsalı 10 dəfə azaldılaraq 205.000 tondan 13.000 tona endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının dayandırılması üçün 1 mln. dollar ayırmışdır. 1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində ozon təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2 dəfədən çox azalmışdır. Alimlərin fikrincə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI əsrin ortalarına qədər öz təbii hahna düşəcək. Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair Vyana konvensiyasım, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir. Atmosferdə karbon qazının çoxalması iqlimdə ciddi dəyişikliklər yarada bilər. Məlum olduğu kimi yer - atmosfer sistemi günəşlə nisbi tarazlıqdadır, yəni yer tərəfindən kosmik fəzaya şüalandırılan enerji günəşdən gələn enerjisi tarazlaşdırır. Hesablamalar göstərir ki, yer səthinin şüalanma temperaturu 20°C-ə yaxındır. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, atmosferdə karbon qazının çoxalması qlobal iqlimin dəyişməsinə təsir göstərir. Hələ 1896-cı ildə məşhur İsveç alimi Arrenius hesablamışdır ki, atmosferdə karbon qazının 3 dəfə artması yer səthində havanın orta temperaturunu 9° C qaldırır. Plass (1959-cu ildə) ilk dəfə olaraq atmosferdə karbon qazının artmasının nəticələrini qiymətləndirmişdir. O, müəyyən etmişdir ki, atmosferdə karbon qazının konsentrasiyasının iki dəfə artması, qlobal temperaturu 3,6°C 93 qaldırdığı halda, СОг-in 50% azalması isə temperaturun 3,8°C aşağı düşməsinə şərait yaradır. Hər iki halda yer üzərində iqlimin ciddi surətdə dəyişməsi baş verir. Belə ki, yer səthindəki havanm temperaturunun 3,6°C artması qütblərdə buzların əriməsinə, bu isə dünya okeanının səviyyəsinin qalxmasına, temperaturun 3,8°C aşağı düşməsi isə yeni buzlaşma dövrünün başlanmasına səbəb ola bilər. Plass buzlaşma dövrlərinin yeni nəzəriyyəsini vermişdir. O göstərir ki, buzlaşma dövründə ümumi hidrosferanın 10%-i buzlaşır ki, bu da onun tərkibində karbon qazının miqdarının azalmasına səbəb olur. Beləliklə, həcmi azalmış okeanlar tədricən atmosferə suda həll olmuş karbon qazı ayırır və istixana effekti tədricən yüksəlir və buzlaşma dövrü sona çatır. Yer səthinin qızması prosesi başlayır, buzlar əriyərək dünya okeanının səviyyəsini artırır və o havada olan karbon qazını udmağa başlayaraq infraqırmızı udmanı tədricən aşağı salır və müəyyən dövrlər ərzində bu proseslər təkrar olunur. Hadisənin təsirlik xarakteri göstərir ki, sistem heç bir vaxt tarazlıq halını ala bilmir. Başqa müəlliflərin hesablamalarına görə isə atmosferdə karbon qazının miqdarının 10% artması, qlobal temperaturun 0,15°C yüksəlməsinə səbəb olur. Karbon qazının ikiqat artımı isə temperaturun orta hesabla 1°C artmasına səbəb ola bilər. Okeanlar sənaye mənşəli karbon qazının udulmasında əsas rol oynayırlar. Lakin canlı materiya da bu prosesdə tənzimləyici rolunu oynayır. O, çalışır ki, artıq karbon qazı atmosferdə azalsın, çünku fotosintezin intensivliyi СОг-nin havadakı miqdarından asılı olaraq yüksəlir. Karbonun okeandakı dövranı, onun atmosferdə və quru ekosistemlərdəki dövranından asılı deyil. Doğrudan da biosferada olan СОг-nin çox hissəsi həll olmuş şəkildə hidrosferada toplanmışdır. Atmosferdə СОг-nin miqdarı 7-101 't, hidrosferdə isə 4-10,2t-dur. Göründüyü kimi hid94 rosferdə СОг-nin miqdarı atmosferə nisbətən təqribən 6 dəfə çoxdur. Okeanlarda olan fıtoplauktonlar suda olan karbon qazını udaraq onu oksigenə çevirir və o da suda həll olur. Lakin bu o demək deyildir ki, okeanlarda olan karbon qazı ilə atmosferdə olan karbon qazı arasında heç bir asılılıq yoxdur. Okeanla atmosferin sərhədləri arasında daimi qaz mübadiləsi gedir. Alim Bolinin apardığı təqribi hesablamalar əsasında müəyyən olunub ki, sənaye mənşəli 5,08-109 ton kütlə atmosferdə qalıb ki, bunun da təsirindən СОг-nin miqdarı 0,7 m ln1 qədər artıb. Yerdə qalanın 10% CO2 biokütlənin tərkibinə daxil olur. Biosenozda toplanan üzvi maddələrin miqdarı havada СОг-nin konsentrasiyası artdıqda yüksəlir. Məlumdur ki, məhdudlaşdırıcı amillər olmadıqda СОг-nin 10% artımı fotosintezin intensivliyini artırır və nəticədə ilkin məhsuldarlıq 5-8% artmış olur. Bolinə görə axırıncı yüz ildə planetin bitki biokütləsi l,5T010t artmışdır. Beləliklə, insan kömür və nefti yandırmaqla özü də bilmədən çöl və meşələrin məhsuldarlığını artırır. Karbon qazının miqdarının atmosferdə artması temperaturun yüksəlməsinə şərait yaratdığı halda, sənaye qarışıqlarının atmosferə buraxılması əks effekt yaradır. Atmosferdə qarışıqların miqdarının 4 dəfə artması yer səthinin yaxınlığında temperaturun 3,5°C aşağı düşməsinə şərait yaradır. Temperaturun bu intensivlikdə aşağı düşməsi yeni buzlaşma dövrünün başlanmasının əsasını qoya bilər. Temperaturun dəyişməsinə karbon qazının təsiri ilə yanaşı atmosferdə sənaye tullantılarının təsir dərəcəsini də qiymətləndirmək lazımdır. Müəyyən olunmuşdur ki, əgər atmosferdə karbon qazının iki dəfə artması üçün tələb olunan vaxt 23 il, sənaye qarışıqlarının 2 dəfə artması üçün tələb olunan vaxt 10 il olarsa, bu iki amilin temperatura təsiri tarazlaşar və yer üzərində temperatur çox cüzi dərəcədə aşağı düşər. İnsan bilavasitə və dolayı yollarla havanm 95 rütubətinə də təsir göstərir. Müasir texnologiya nəticəsində yer səthinə və atmosferə düşən günəş radiasiyası dəyişilir. Əgər troposferin aşağı sərhədində süni yollarla alınmış su buxarlarının miqdarı, təbii yolla formalaşmış su buxarlarının miqdarından azdırsa, troposferin yuxarı qatlarında xüsusən statosferdə su buxarlarının qiyməti müqayisə olunandır. Reaktiv təyyarələrin uçuşu atmosferin su tutumunun lokal dəyişməsinə təsir göstərir. Bunun nəticəsində həmin hündürlükdə buludların sayı artır ki, bu da yer səthində insolyasiya prosesini dəyişdirir. Son illərdə isə aviasiyada səsdən sürətli təyyarələrdən istifadə olunması bu problemi daha da mürəkkəbləşdirmişdir. Nəzəri hesablamalar göstərir ki, bu ahulin təsirindən stratosferdə su buxarlarının miqdarı kütləyə görə 0,2 mln.'1- ə qədər arta bilər. Belə təyyarələrdən geniş istifadə aşağıdakı mənfi nəticələrə gətirə bilər: 1. Su buxarı infraqırmızı diapazonda güclü udulma yaratdığından istixana effekti yüksəlir. 2. Su buxarlarının kondensasiyası nəticəsində stratosferdə buludluluq şəraiti dəyişir. 3. Stratosferdə ozonun konsentrasiyasını aşağı salır. İnsan fəaliyyəti nəticəsində hələ ki, oksigenin dövranında dəyişikliklər qeydə alınmayıb. Hal-hazırda təbiətdə fotosintez nəticəsində alman oksigenin miqdarı ilə, tənəffüs zamanı udulan oksigenin miqdarı arasında dayanıqlı tarazlıq mövcuddur. Atmosferdə olan oksigenin illik artımı ümumi oksigenin 1,5* 10'5 hissəsini təşkil edir. Oksigenin artığı müxtəlif geokimyəvi proseslərdə karbon, dəmir və kükürdün oksidləşməsinə sərf olunur. İstifadə olunan yanacaqların miqdarının artması və uyğun olaraq onların yandırılmasından yaranan tullantı qazların atmosferə yayılması oksigenin azalması barədə 96 müəyyən fərziyyələr irəli sürür. Son illər ərzində sənaye mənşəli karbon qazının artımı onun atmosferdəki ümumi miqdarının 18%-ni təşkil etmişdir ki, buna da atmosferdə olan oksigenin 7/ıoooo hissəsi sərf olunmuşdur. Hesablamalara görə litosferdə olan bütün karbon ehtiyatları yaradılarsa, atmosferdə olan oksigenin miqdarı ancaq 3% aşağı düşə bilər, başqa sözlə desək orta hesabla havada olan oksigenin miqdarı 20,95-dən 20,8-ə kimi azalır. Müasir sivilizasiyanın dənizə buraxdığı tullantılar dəniz suyunda oksigenin miqdanna necə təsir göstərər? Dəniz suyunda İm2 sahədə vertikal istiqamətdə 250 mol oksigen həll olmuşdur. Hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, əgər bəşəriyyət bütün istehsal etdiyi məhsulların tullantılarının hamısını dənizə buraxarsa, təqribən 50 ildən sonra sudakı bütün oksigen məhv ola bilər. Əgər yer kürəsinin əhalisinin hər biri il ərzində okeana 100 kq tullantı atarsa, 2500 ildən sonra okeanlarda oksigenin ehtiyatı tükənə bilər. İnsanın azotun dövriyyəsinə təsiri çox mürəkkəb xarakter daşıyır. Azotun dövranında atmosfer çirklənmələri həlledici rol oynamasalar da bu amillər bir sıra proseslərə təsir göstərir ki, bu da bu və ya digər dərəcədə azotun dövranını səciyyələndirir. Müəyyən olunmuşdur ki, orta hesabla hər bir avtomobil il ərzində atmosferə 60 kq azot oksidləri buraxır. Müəyyən olunmuşdur ki, sərf olunmuş benzinin miqdarı ilə yağış suyunda minerallaşmış azotun miqdarı arasında korrelyasiya mövcuddur. Lakin gübrə sənayesində atmosfer azotundan istifadə olunması azotun dövranına təsir göstərən əsas amil hesab olunur. Kükürd öz-özlüyündə litosferdə çox az təsadüf olunan elementlərdir. Analizlər göstərir ki, qaya süxurlarında bu elementin miqdarı çox azdır. Əgər onun miqdarı mövcud qiymətdən üç dəfə artıq olardısa, fərz etmək olardı ki, onlar çaylara torpağın eroziyası nəticəsində düşür. Həqiqətdə isə 97 kontinental sularda olan kükürdün 3A atmosferdən daxil olur. Atmosferdə isə bunun səbəbi kükürdün uçucu birləşmələri olan kükürd hidroksid və kükürd qazlarının oksidləşməsi nəticəsində yaranan aerozollardır. Müəyyən olunmuşdur ki, torpağın eroziyası nəticəsində çaylara 14-106 ton sulfatlar şəklində kükürd töküldüyü halda, yağıntılar nəticəsində onun miqdarı 48-106 ton miqdarında olur. Buna əlavə olaraq insan özü torpağa ildə mineral gübrə kimi 11 • 106 ton kükürd daxil edir. Nəhayət, kükürdün mənbələrindən biri də yanacaqdan istifadə olunmasıdır. Yanacağın hesabına hər il atmosferə kükürd qazı şəklində 70* 106 ton kükürd buraxılır. Bu qazın çox hissəsi troposferdə və stratosferdə sulfata, az bir hissəsi isə sulfat turşusuna çevrilir. Həm birinci, həm də ikinci halda kükürd yağıntılar vəsaitəsilə yer səthinə qayıdır. Bu yağıntılar artıq «turşulu yağışlar» kimi bir çox ölkələrin leksikonuna daxil edilib. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, insanın kükürdün biogeokimyəvi dövranına təsiri ildən ilə böyük həyəcan doğurur. Artıq inkişaf etmiş cəmiyyət yanacaqdan istifadə olunma texnikasına yenidən baxmaq və kükürdün ayrılmasının təhlükəsiz üsullarını işləyib hazırlamalıdır. Biosferin tərkib hissəsi kimi canlı varlıqlardan kasıb olan atmosferdə antropogen təsirlərdən törənən qlobal miqyaslı ekoloji təzadlar atmosferin çirklənməsi ilə bilavasitə bağlıdır. Məlumdur ki, atmosferi çirkləndirən əsas mənbələr istehsal proseslərindən və nəqliyyatdan ayrılan zəhərli qazlardır. İstehsalın intensivləşməsi və nəqliyyatın sayının artması atmosferin daha da çirklənməsinə səbəb olduğundan iri sənaye şəhərlərində atmosferin mühafizəsi üzrə bir sıra tədbirlər həyata keçirilir ki, bunlar da əsasən üç istiqamətdə aparılır. 98 1. Atmosferə buraxılan maddələrin (çırkləndiricilərin) ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi 2. Çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləşdirilməsi 3. Çirkləndirici müəssisələrin təbii şəraiti nəzərə alaraq şəhər ətrafında plana uyğun yerləşdirilməsi Bu vasitələrlə zərərli nəticələri nisbətən aradan qaldırmaq mümkün olur. Ətraf mühitin mühafizə olunub saxlanılmasına bütün dövlətlər çoxlu vəsaitlər ayırırlar. Ümumiyyətlə, ekoloji problemlərin həllini iki əsas yolla həyata keçirmək olar. 1.Sənayedə istehsal tullantılarının qarşısını alan texnoloji proseslərin yaradılması. Bu, tullantısız və az tullantılı texnologiyaların tətbiqini nəzərdə tutur. 2.Yaranan sənaye tullantılarının zəhərləyici və çirkləndirici maddələrdən təmizlənməsi. Bu proses üç istiqamətdə aparılır: 1) istehsal prosesindən alınan çirkab suların təmizlənməsi. 2) bərk tullantıların təmizlənməsi və onlardan yenidən xammal kimi istifadə edilməsi. 3) qaz halında olan tullantıların təmizlənməsi və onlardan istifadə. Tullantı qazların atmosferi çirkləndirməsinin, yəni ətraf mühitin ekologiyasının pozulmasının qarşısım almaq üçün göstərilən bu tədbirlərin həyata keçirilməsi vacib sayılır. Qaz halında olan sənaye tullantılarını zərərli qarışıqlardan təmizləmək sənaye müəssisələrinin əsas problemlərindən biridir. Tullantı qazlarda olan zəhərli maddələr ekoloji şərait üçün daha təhlükəlidir. Zəhərli qazlar geniş sahədə bitkiləri, heyvanları və insanları zəhərləyərək ətraf mühiti daha çox korlayır. Ona görə də tullantı qazların təmizlənmədən və zərərsizləşmədən atmosferə ötürülməsi yeni-yeni problemlər yaradır. Bunun qarşısını qismən də olsa almaq üçün bir sıra təmizlənmə üsulları hazırlanmışdır. 99 Bu üsullar əsasən iki qrupa bölünür: fiziki və kimyəvi təmizləmə üsulları. Fiziki üsul: Bu üsulla çirkli qazlar təmizləndikdə heç bir kimyəvi proses getmir. Zərərli qazlar müxtəlif yollarla tutulur. Fiziki üsulun ən çox yayılanları aşağıdakılardır: quru mexaniki toztutucularda tozların təmizlənməsi, filtrdə qazın təmizlənməsi, yaş toztutucularda qazın tutulması, elektrik filtrlərində qazın təmizlənməsi. Quru mexaniki toztutucularda tozların təmizlənməsi «qravitasiya», «ətalət», «mərkəzdənqaçma» prinsipinə əsaslanan toztutucularla təmizlənir. Bu üsullarla işləyən aparatlarda tozun tutulması əksər hallarda kifayət qədər olmur. Bu üsullardan qazların ilkin təmizlənməsi üçün istifadə olunur. «Ətalət» prinsipi toztutucularda ölçüləri 25-30 mkm olan hissəciklərin çökməsi 65-80% olur. «Filtrdə qazın tutulması» toztutucularında ölçüləri 10-15 mkm, sıxlıqları 0,5 - 50 m4/m3 dispers halında olan tozlar tutulur. Tozları tutmaq üçün məsaməli arakəsmələrdən istifadə edilir. Odur ki, qaz axını məsaməli arakəsmələrdən keçən zaman qazm tərkibindəki hissəciklər bu məsamələrdə ilişib qalır. Adətən filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət olur. Dənəli filtrlər bir qayda olaraq, yüksək təzyiq və temperatur şəraitində aqressiv mühitdə işlədilir. «Yaş toztutumlarda» isladıcı maye olaraq su götürülür. Suyun qazm axınına təsir üsullarından asılı olaraq belə tutucularm 8 növü vardır. Qaz axını maye ilə görüşdükdə, fazalararası toxunma səthləri yaranır və bu səthlər qaz qabarcıqlarından, qaz və maye şırnağından, damcı və maye pərdəsindən ibarət olur. Elektrik filtrlərində qazların təmizlənməsi, elektrik qüvvəsi təsirindən baş verir. Bu tutucular vasitəsilə böyük həcmdə olan toz və yağ dumanlarını təmizləmək üçün istifadə edilir. Elektrik filtrləri ölçüsü 0.001-100 mkm olan 100 hissəcikləri 400-450°S temperatur şəraitində güclü qaz axınından ayırmaq qabiliyyətinə malikdir. Kimyəvi metodlar: Tullantı qazların tərkibində zərərli qazların konsentrasiyası az olduqda kimyəvi təmizləmə metodlarından istifadə olunur. Bu metodun absorbsiya və katalitik təmizləmə kimi üsullarından daha geniş istifadə edilir. Kimyəvi absorbsiya zamanı absorbsiya olunan qaz molekulları absorbentin aktiv komponentləri ilə reaksiyaya daxil olur. Baş verən kimyəvi proseslər nəticəsində tullantı qazlar zəhərli qazlardan azad olur. Absorbsiya üsulu ilə təmizləmədə məsaməli adsorbentlərdən istifadə olunur. Absorbent olaraq aktivləşdirilmiş kömürdən, selikageldən, seolitdən istifadə olunur. Bu absorbentlər zəhərli qarışıqları aşağı təzyiqlərdə udmaqla onlarla reaksiyaya daxil olur və tullantı zəhərli qazlardan azad olur. Absobsiya prosesi həm fasiləli, həm də fasiləsiz gedir. Fasiləli prosesdə işlənmiş absorbent ya yenisi ilə əvəz edilir, yaxud da su buxarı ilə yuyularaq aktivliyini bərpa edir. Fasiləsiz prosesdə bəzən təmizlənəcək qaz qarışığı aparatda adsorbent ilə əks axm üzrə hərəkət edirlər. Katalitik təmizləmə üsullarında tullantı qaz qarışığındakı komponentlərdən biri katalizatorun iştirakı ilə digər komponent ilə qarşılıqlı təsirdə olur. Bu zaman yeni maddələr yaranır. Katalizator bu prosesdə elə seçilir ki, yeni əmələ gələn maddələr zərərsiz olsun və qarışıqdan asanlıqla ayrılsın. Əksər hallarda tullantı qazlarda olan faydalı qazları ayırmaq üçün katalitik oksidləşmə metodundan istifadə edilir. Prosesdə tətbiq olunan katalizator müxtəlif amillər nəzərə alınmaqla seçilir. Tullantı qazlarda karbohidrogenlər olduqda tətbiq olunan katalizatorları üç qrupa bölmək olar: 1) odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal katalizatorlar (platin, polladium, nikel, mis, gümüş) 101 2) yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdurulmuş kobalt, manqan, vanadium oksidləri, manqan 4- oksid, mis 2-oksid) 3) duzlar - sink - xlorid, bismut, qalay, kobalt. Tullantı qazların tərkibi çoxkomponentli olduğuna görə katalizatoru seçmək çətin olur. Oksidləşdirici katalizatorun aktivliyi əvvəlcədən təyin edilir. Hazırda təkmilləşmiş təmizləmə metodları tətbiq etməklə katalizatorun miqdarını azaltmaq mümkün olmuşdur. Katalitik təmizləmə prosesinin gedişinə bir sıra amillər təsir edir. Bunlardan katalizatorun təbiətini, tullantı qazların tərkibini və temperaturu göstərmək olar. Temperaturun artması katalizatorun aktivliyini artırır, təmizləmə prosesi daha dərin gedir.
Yüklə 34,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin