AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Kafedra : Ekologiya və Təbiətdən istifadə Fakültə : Kimya və Biologiya İxtisas : Ekologiya mühəndisliyi KURS İŞİ Mövzu : “Sənaye qaz tullantılarının aerozollardan təmizlənməsi üçün filtrlərin layihələndirilməsi və EE”
Kurs : III
Qrup : 366 Tələbə : Məmmədova Zülfiyyə Rəhbər m : Babayeva Tünzalə Sumqayıt - 2015 Sənaye qaz tullantılarının aerozollardan təmizlənməsi üçün filtrlərin layihələndirilməsi və EE
Plan : 1.Giriş ................................................................................................3
2.Sənaye qaz tullantıları ....................................................................5
3.Aerozol .........................................................................................14
4.Tullantı qazların aerozollardan temizlənməsi üsulları
və avadanlıqları ..............................................................................16
5.Tullantı qazların təmizlənməsi üsulları ..........................................18
6.Tullantı qazların fiıtrlənmə üsulu ilə təmizlənməsi ........................20
7. Nəticə .............................................................................................25
8.Ədəbiyyat ........................................................................................26
1. GİRİŞ Sənayenin neqativ təsiri, onun təbiətin bir hissəsinə, biosferə, ümumilikdə təbii ehtiyatlarının qazıntı və ya emalı prosesindən alınan tullantıların təsiri ilə ölçülür. Ümumiyyətlə, insanın məişətdə, nəqliyyatda, sənayedə fəaliyyəti nəticəsində əmələ gələn məhsullar tullantı hesab olunur. İstehsal tullantıları kimi material, xammal, yarımfabrikatlar qalığı, yəni məhsul hazırlanması prosesində əmələ gələn və özünün faydalı fiziki xüsusiyyətlərini tamamilə və ya tədricən itirmiş qalıqlar hesab olunur. İstehsal tullantıları kimi o məhsullar hesab olunur ki, xammalın fiziki-kimyəvi emalı nəticəsində əmələ gəlsin. Sənaye tullantıları kimyəvi cəhətdən eynicinsli olmayıb, mürəkkəb polikomponent maddə qarışığı olub, müxtəlif fiziki-kimyəvi xüsusiyyətlərə malikdir. Toksiki, kimyəvi, bioloji, korriziya od və partlayışa qarşı təhlükəlidir. Hər il dünyada milyard tonlarla bərk, pasta şəkilli, maye, qaz şəkilli tullantılar biosferə daxil olur, canlı və cansız təbiətə sağalmaz yaralar vurur.Atmosferdə qaz balansı və su dövranı qlobal miqyasda dəyişir. Canlı varlıqların çoxlu miqdarda növü təhlükəli maddələrin təsirinə məruz qalır.
Yem ehtiyat qoruyucu və ekoloji texnoloji proseslərin işlənməsi zamanı tullantıların texnoloji prosesdən çıxarılması mərhələsində zərərsizləşdirilməsi vacibdir. Ancaq elmin və texnikanın müasir inkişafında utilləşdirilməyəcək, yandırılmayacaq, toksiki təsirinin neytrallaşdırılması lazım gəlməyən tullantıların əmələ gəlməsinin qarşısını almaq mümkün deyildir.Bu halda bu tip tullantıların bu meqsed üçün yaradılmış saxlayıcılarda basdırılması məqsədə uygundur.Bu sax-
layıcılarda basdırılan sənaye tullantıları gələcəkdə istifadə edilməsi nəzərdə tutulur.
Sənaye tullantılarının basdırılması üçün geoloji quruluşlu rezervuarlardan: qranit, vulkan cinsləri, tuflar, duz təbəqələri, bazaltlar (vulkanik süxur), gips, anhidrim, dolomit, gil və s. istifadə olunur. Bu tip saxlayıcı həm sərbəst, həm də dağ-mədən müəssisələrinin şaxta sahəsi kimi ola bilər.