4.Tullantı qazların aerozollardan temizlənməsi üsulları və avadanlıqları Məlumdur ki, əksər sənaye obyektlərindən atmosferə atılan qazların terkibində müəyyən miqdarda zərərli üzvi və qeyri üzvi maddələr olur. Aqerqat hallarına görə tullantı qazların terkibi bərk (toz), maye (damcı, duman), buxar və qaz şəkilli maddələrdən ibarət ola bilər. Tullantı qazlar həmçinin atmosferə atılma və ona nəzarətin təşkilinə görə - mütəşəkkil və qeyri-mütəşəkkil; temperatura görə - qaynar və soyuq; təmizlənmə əlamətinə göre isə təmizlənmiş və təmizlənməmiş tullantılar kimi də təsnif olunurlar. Məlum miqdarda və tərkibdə avadanlıqlardan (məsələn, ventilyasiya sistemindən) atmosferə atilan tullantılar mütəşəkkil; qəza, nasazlıq, texnoloji rejimlərin pozulması, doldurma, boşaldılma və saxlanma (anbarlaşdırma) mərhələlərində atmosferə düşən tullantılar isə qeyri- mütəşəkkil tullantılar adlandırılırlar.
Ümumi şəkildə tullantı qazların zərərsizləşdırilməsi üsulları və avadanlıqları aşağıdakı sxemlər üzrə təsnif edilirlər:
Tullantı qazların aerozollardan təmizlənməsi üsulları və avadanlıqların seçilməsi təmizlənməyə uğradılan aerozolun dispersliyi ilə müəyyən- ləşdirilir.
Qeyd etməliyik ki, tullantıların mürəkkəb kimyəvi tərkibi və zərərli komponentlərinin yüksək qatılıqları çox vaxt müxtəlif üsullardan kombinə olunmuş çoxpilləli təmizləmə sxemlərinin tərtibini tələb edir.
5.Tullantı qazların təmizlənməsi üsulları Atmosferin sənaye tozları və dumanları ilə çirklənməsindən qorunması üçün toz və duman tutan aparat və sistemlərdən istifadə edilir. Hazırda aşağıdakı avadanlıqlardan istifadə olunur:
Quru toztəmizləyici aparatlar:
Quru toztəmizləyici aparatlara müxtəlif konstruksiyalı siklonlar (ratasion radial, jalüzlı, burağan) aiddir. Onlar havanı tozlardan mexaniki yollarla təmizləyir.
Elektrik filtrlər (süzgəclər):
Qazların asılmış toz və duman hissəciklərdən təmizlənməsi üçün ən əlverişli üsullardan biri hissəciklərin ionlaşmasına əsaslanır. Burada tacvari və çökdürən elektrodlardan istifadə edilir.
Çirklənmiş qazlar, elektrik filtirinə daxil olduqda müxtəlif xarici təsirlər (rentgen şuaları, radioaktiv şualanma, kosmik şualar, qazların qızması və s.) nəticəsində müəyyən qədər yonlaşırlar və elektrik cəryanı keçirirlər.