Sənayedə vensilyasiya havasilə və qaz tullant ılarını təmizləmək üçün süzgəc geniş tətbiq olunur. Filtirləmə prosesi məsaməli arakəsmədə hissəciklərin tutulmasından ibarətdir.
Yaş toztutan aparatları:
Toz hissəciklərinin ölçüsü çox kiçik olduqda (d=0,3÷1 mkm) yaş toztutan aparatdan istifadə edilir. Isti və partlayış təhlükəli olan tozların təmizlənməsində də onlardan istifadə edilir.
6.Tullantı qazların fiıtrlənmə üsulu ilə təmizlənməsi Sənayedə vensilyasiya havasilə və qaz tullantılarını təmizləmək üçün süzgəc geniş tətbiq olunur. Filtirləmə prosesi məsaməli arakəsmədə hissəciklərin tutulmasından ibarətdir (şəkil 1). Filtr gövdəsindən (1), məsaməli arakəsmə (2) ilə ayrılan (filtr elementi) iki boşluqdan ibarətdir. Filtrə çirklənmiş qazlar daxil olur və filtr elementindən keçəndə təmzilənir. Toz hissəcikləri məsaməli arakəsmənin giriş hissəsində çökür və məsamələrdə tutulur.
Toz hissəcikləri arakəsmənin səthində toz qatını (3) əmələ gətirir. Beləliklə yenidən daxil olan hissəciklər üçün filtrli arakəsmə rolunu oynayır ki, bu da filtr elementində təzyiqlər fərqini və filtrin təmizləmə effektivliyini artırır. Hissəciklərin filtr elementlərinin məsamələrinin səthində çökməsi dəymə effektini və eyni zamanda hissəciklərin diffuzyalı, inersiyalı və qravitasiyalı çökmə proseslərinə əsasən baş verir.
Şəkil: 1 Təmizlənmənin effetliyi məsamələrin və toz hissəciklərinin diametrlərindən asılıdır.
k - əmsal, dhdm –hissəciklərin və məsamələrin ölçüsü
dm< 0,1 mkm və Ws –süzülmə sürəti ≤ 1 m/s olduqda Broun diffuziyası hesabına hissəciklərin tutulması artır.
Tədqiqatlar göstərirlər ki, hissəciklərin tutması inersial effekti Stoks kriteriyasının və Reynolde kriteriyalarının qiymətindən asılıdır.
η =f (St, Re) burada
Konstruksiyaya görə filtrlər çərçivəli, karkaslı, dolaqlı olurlar.
Filtrlərin tipləri FR, FV, FP, FU. Havada olan turşu, qələvi, yağ və s. dumanlardan təmizləmək üçün lifli süzgəclərdən istifadə edilir. Hissəciklərin süzgəc elementlərində çökmə -toxunma effekti və həmçinin diffuziya, inersiya və qravitasiya prosesləri nəticəsində baş verir.
Toxunma effekti qarışığın hissəciklərinin süzgəcin məsamələrini yaradan liflər, dənələr və s. elementləri ilə toxunması nəticəsində baş verir.
Filtrləyici arakəsmələr strukca müxtəlif olub, asasən lifli və ya dənəvər element-
lərdən təşkil olunur və aşağıdakl növlərə bölünür:
1) çevik məsaməli arakəsmələr (məsələn: təbii, sintetik və ya mineral liflərdən hazırlanan parçalar; keçə, iynədeşikli material, kağız kardon və s. bu kimi lifli qeyri parça materialları; məsaməli rezin, köpüklü poliuretan, membran filtirləri kimi torlu materiallar və s. ) ;