3. Doldurucu filtrlər: Doldurulmalı ( dənəvər laylı ) filtirlər lifli filtr- lərə nisbətən az işlənir. Bu filtirlərin üstünlüyü filtrləyici material- ların əldə oluna bilməsi, yüksək tümperatur və aqressiv mühitlərdə is-tismar oluna bilməsi, yüksək təzyiqlərə və mexaniki yüklərə davam gə- tirməsi ilə əlaqədardır. Onlar iki növə: doldurmalı və sərt dənəvər mate- riallı filtrlərə bölünürlər.
Doldurmalı filtrlərdə filtirləyici materialın ayrı-ayrı dənələri və ya ti- kələri ( briketləri ) bir – birilə bağlı olmur və hərəkətdə ola bilər. Lakin sərt dənəvərli filtrlər -də isə onlar ya yaplşmış, ya presləşmiş və yaxud da bitişik şəkildə hərəkətsiz məsa- məli lay şəklində olurlar.
Doldurmalı filtrlər stasionar ( hərəkətsiz laylı ), dinamik ( hərəkət edən laylı ) və qaynar laylı hazırlanıla bilər, doldurma materialı kimi isə on- larda qum, şlak, xırdalanmış dağ süxurları, ağac ( taxta ) kəpəyi, koks, rezin, plastik kütlə və qrafit qırıntıları istifadə oluna bilər. Sərt dənəvər laylı filtrlərdə filtrləyici material kimi keramika, məsaməli metallar və plastik materiallar istifadə olunur.
Nəticə Göründüyü kimi sənaye qaz tullantılarnın əsas tərkib hissəsi olan aero- zolların təmizlənməsi aktual problemlərdən biridir. Buna səbəb atmos- ferdə aerozol birləşmələrinin durmadan artmasıdır. Aerazol birləşmələri, xüsusən də texniki aerazol çox ziyanlı olub artan cəmiyyətdə ağır xəstə- liklərin yaranmasına səbəb olur. Məlum olduqu kimi aerozollar həm üz- vi, həm də qeyri üzvi birləşmələrdən təşkil olunduğundan təmizlənməsi xüsusi diqqət tələb edir.
Müasir dövrdə tullantı qazları təmizləmə texnalogiyası müxtəlifdir. Tə- mizlənmədə işlənən aparatlar texnalogiyasına görə fərqlənirlər. Burada əsas məqsəd tullantı qazların, aerazolların təmizlənmə dərəcəsini maksi-muma çatdırmaqdır.
Ən geniş yayılmış üsul kimi tullantı qazlarının təmizlənməsində filtrlən- mə üsulu tətbiq olunur. Bu üsulun məqsədi havadakı turşu, qələvi, yağ və s. dumanlarını təmizləməkdir. Filtrlərin növləri geniş miqyasda tətbiq olunur.
Müasir dövrdə XX əsrdən başlayaraq elm və texnikanın inkşafı ilə əla- qədar olaraq sənaye müəssisələri, kimya kompleksləri artırmış və nəticə- də tullantı qazların artmasına da səbəb olmuşdur. Buna görə də qaz tul- lantılarının utilizasiyası və aerazol kimi təhlükəli maddələrin təmizlən- mə texnalogiyası daha effektli, müasir tələblərə cavab verəcək səviyyədə olmalıdır.
Ədəbiyyat 1. Соликамск. Избавление биосферы от токсичных отходов. Проблемы и питии ее эффективного решения, 1995.
2. Azərbaycan Respublikasıninin ekoloji vəziyyətinin yaxşılaşdırılması- na dair kompleks tədbirlər planı, 2006-2010.
3. V.M.Abbasov, R.Ə.Əliyeva . Ekoloji kimya. Bakı - 2003.
4. М. Знание. Безотходная технология , 1983.
5. Şahin Əhmədov. Mühəndis ekologiyası. Bakı - 2012