İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
26 www.jpis.az
UOT 004.351
Ələkbərova İ.Y.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
airada.09@gmail.com
VİKİ-MÜHİTİN SOSİAL-DEMOQRAFİK PORTRETİNİN ANALİZİ
Son illər Vikipediya virtual ensiklopediyası İnternet mühitində ən böyük bilik mənbəyinə
çevrilmişdir. Ensiklopedik məqalələrin və viki-istifadəçilərin sayı artdıqca viki mühitdə
mübahisələr, informasiya qarşıdurmaları, dezinformasiya və təbliğat xarakterli məlumatların
daxil edilməsi halları da artmaqdadır. Məqalədə viki-istifadəçilərin sosial-demoqrafik tərkibi
araşdırılmış və onların ensiklopedik məqalələrin məzmununa, viki-mühitdə baş verən
informasiya qarşıdurmalarına təsiri öyrənilmişdir.
Açar sözlər: Vikipediya, viki-texnologiya, informasiya müharibəsi, Vikimedia Fondu, viki-
cəmiyyət, botlar, intervikilər.
Giriş
Son illər İnternet istifadəçilərinin sayının kəskin artması nəticəsində qlobal şəbəkədə
müxtəlif profilli,
yeni texnologiyaların
istifadəsi
genişlənmişdir. Yeni
İnternet
texnologiyalarından ən uğurlusu sayılan viki-texnologiya tələb olunan informasiyanın
İnternetdən operativ şəkildə əldə edilməsi ilə yanaşı, kollektiv şəkildə elektron kitablar,
məqalələr yaratmaq, virtual məkanda müzakirələr aparmaq, mütəxəssislər və hər hansı biliyə
malik insanlarla əməkdaşlıq etmək üçün uğurlu vasitədir.
Viki-mühitin ayrı-ayrı layihələri: Vikipediya (Wikipedia), Vikikitablar (Wikibooks),
Vikilüğət (Wiktionary), Vikianbar (Commons), Vikinövlər (Wikispecies), Vikisitat (Wikiquote),
Vikimənbə (Wikisource) və s., həmçinin bu layihələrin müxtəlif dil bölmələri İnternetdə mötəbər
xəbər, informasiya, bilik mənbələrinə çevrilmişlər. XXI əsrin texnologiyası sayılan viki-
texnologiya İnternet istifadəçilərinin veb-saytlarla qarşılıqlı əlaqəsini, on-layn rejimdə səhifənin
dəyişdirilməsini, informasiyanın strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Bu
imkanlar isə, öz növbəsində, istifadəçilərin virtual məkandan müxtəlif məqsədlər üçün istifadə
etmələrinə, ilk növbədə, reklam xarakterli məlumatlar, spamlar, dezinformasiya daxil etmələrinə,
informasiya müharibəsi aparmalarına şərait yaradır [1, 2].
İstənilən viki-səhifənin istifadəçilər tərəfindən on-layn rejimdə redaktə oluna bilməsi,
səhifələrə müxtəlif multimedia vasitələrinin daxil edilməsi imkanının verilməsi viki-mühitdə
reallaşdırılan informasiya müharibəsi texnologiyaları ilə əlaqədar müxtəlif problemlər
yaratmaqdadır. Bu problemləri həll etmək üçün isə ilk növbədə viki-istifadəçilərin sosial-
demoqrafik portretinin analizinin aparılması tələb olunur.
Viki-mühitdə istifadəçi qruplarının analizi
Viki-texnologiya əsasında yaradılan və 2001-ci ilin yanvar ayında fəaliyyətə başlayan
Vikipediya virtual ensiklopediyası bu gün dünyanın ən nəhəng ensiklopedik layihələrindən olub,
ən çox müraciət olunan saytlar içində ilk beşliyə daxildir. 2011-ci ilin dekabr ayının məlumatına
görə, 20,6 milyon ensiklopedik məqaləyə malik layihə 284 dildə fəaliyyət göstərir [3] və hər ay
477 milyondan artıq İnternet istifadəçisi bu layihəyə müraciət edir. Müraciətlərin sayı ay ərzində
orta hesabla 6 milyarda yaxındır [4].
Vikipediya virtual ensiklopediyasına daxil olan hər bir istifadəçi viki-texnologiyanın
dəstəklədiyi proqram təminatından istifadə edə bilər. Məsələn, viki-mühitdə hər bir ensiklopedik
məqalə, fayl, kitab yalnız ona məxsus ―tarix‖, ―redaktə‖, ―müzakirə‖ səhifələrinə malikdir.
Həmin səhifələrdən istifadə etməklə informasiyanı redaktə etmək, əvvəlki redaktələrə baxmaq və
müqayisə etmək, mövzu ilə bağlı müzakirələr aparmaq mümkündür. İnformasiya üzərində
aparılan bütün dəyişikliklər viki-mühiti idarə edən Vikimedia Fondunun (Wikimedia Fondation,
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
www.jpis.az 27
WMF) verilənlər bazasında (VB) saxlandığından istənilən zaman silinmiş informasiyanı bərpa
etmək, viki-səhifələrdə redaktələrin kimlər tərəfindən, nə zaman aparıldığını təyin etmək,
redaktələri müqayisə etmək imkanı vardır [5].
Viki-istifadəçilərin sosial-demoqrafik analizini aparmaqla onların maraq dairələrini, hansı
sosial qrupa aid olduğunu, viki-səhifələrdə etdikləri redaktələrin səbəbini təyin etmək olar və bu
da gələcəkdə viki-mühitdə baş verə biləcək informasiya qarşıdurmalarının qarşısının əvvəlcədən
alınmasına şərait yaradacaqdır. WMF-in dəstəklədiyi statistik məlumatları analiz etməklə viki-
mühitin sosial-demoqrafik portretinə aydınlıq gətirmək olar. Vikipediyada informasiyanın
bazaya yüklənməsi, strukturlaşdırılması və redaktəsi ilə məşğul olan istifadəçilər 3 qrupa
bölünür: anonimlər, qeydiyyatdan keçmiş istifadəçilər və botlar (Şəkil 1).
Botlar xüsusi proqramlar olub məqalələrdə müəyyən texniki işlərin görülməsində istifadə
olunur. Bu işlərə orfoqrafik səhvlərin düzəlişi, eyni mövzulu müxtəlif dildə yazılmış məqalələr
arasında hiperkeçidlərin əlavə olunması (intervikilər), xüsusi şablonların daxil edilməsi və s.
aiddir.
Şəkil 1. Vikipediyada istifadəçi qruplarının fəaliyyətinin müqayisəsi
[6].
Qeydiyyatdan keçmiş istifadəçilərin özləri də ierarxik struktur üzrə fəaliyyət göstərirlər:
passiv istifadəçilər, yəni yalnız informasiya əldə etməklə məşğul olanlar;
fəal istifadəçilər, yəni virtual ensiklopediyanın genişlənməsində rolu olanlar.
Fəal istifadəçilər adi istifadəçilərə və administratorlara bölünür. Fəal istifadəçilər
Vikipediya ensiklopediyasının inkişafında əsas aparıcı qüvvə olmalarına baxmayaraq, layihəyə
müraciət edənlərin cəmi 7,42 %-ni təşkil edirlər. Onlardan da yalnız 0,75 %-i administratordur
(4583 nəfər) [4]. Viki-mühitdə administratorlar viki-cəmiyyətin fəal istifadəçiləri tərəfindən
səsvermə yolu ilə təyin edilir. Viki-səhifələrin məzmunu, keyfiyyəti, hansı ideologiyanı
daşıması, ilk növbədə, fəal istifadəçilərdən asılıdır. WMF-in VB-dakı informasiya əsasında fəal
istifadəçilərin fəaliyyətinin statistik analizini aparmaq mümkündür. Fəaliyyət statistikasını analiz
edərkən müəyyən göstəricilərin dəqiqləşdirilməsi vacibdir: istifadəçinin fəaliyyət müddəti və
istifadəçinin fəaliyyət müddətində etdiyi redaktələrin sayı.
İnternetdə tez-tez yenilənən və müasir ensiklopediya resursu olan Vikipediyada viki-
səhifələrin yaradılması və redaktəsi qəbul edilmiş müəyyən qaydalar üzrə yerinə yetirilir və bu
səhifələrə administratorlar tərəfindən nəzarət olunur.
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
28 www.jpis.az
Aktiv istifadəçilərin bilik səviyyəsi, ensiklopedik məqalələrin yaradılmasında iş təcrübəsi,
digər istifadəçilərlə münasibətdə etik qaydalara nə dərəcədə əməl etmələri və ən əsası isə,
fəaliyyətlərindəki məqsədləri onların qruplara ayrılmasına səbəb olur. Bir qrup istifadəçi
informasiyanın yaradılması, digərləri həmin informasiyanın redaktəsi, strukturlaşdırılması ilə
məşğul olursa, müəyyən qrup istifadəçi vardır ki, onlar öz üzərlərinə koordinator işlərini götürür
və əsasən, başqa istifadəçilərdən hazır məlumatları qəbul edirlər. Viki-mühitdə daha bir qrup
fəaliyyət göstərir ki, onların da əsas işi hər hansı ideologiyanın təbliği, müəyyən fikirlərin və
baxışların cəmiyyətə çatdırılması ilə məşğul olmaq, informasiya qarşıdurmaları yaratmaq,
fikirlərini dəstəkləməyən, onlara qarşı çıxan istifadəçiləri viki-mühitdən uzaqlaşdırmaqdır.
Viki-istifadəçilərin analizi
WMF tərəfindən 2010 və 2011-ci illərdə viki-istifadəçilərin fəaliyyəti analiz edilmişdir.
Məqsəd istifadəçiləri narahat edən problemləri araşdırmaq idi. WMF-in hesabatında bildirilir ki,
Vikipediyaya müraciət edən istifadəçilərin ay ərzində orta sayı 6 milyarda yaxın olmasına
baxmayaraq, məqalə yaradan və bu məqalələrə nəzarət edən fəal istifadəçilərin sayı cəmi 300
minə yaxındır. Vikipediyada hər ay 250 mindən artıq İnternet istifadəçisi qeydiyyatdan keçir və
dünyanın 231 ölkəsində insanlar vaxtlarının bir hissəsini viki-mühitdə keçirirlər [5].
WMF VB-dakı statistik məlumatlara əsasən, viki-istifadəçiləri 4 qrupa bölmək olar: 18
yaşına qədər, 18-22 yaş həddində, 22-29 yaş həddində və 30 yaşdan yuxarı olan istifadəçilər.
Viki-istifadəçilər arasında ən fəal yaş qrupu 22-29 yaşlarında olanlardır (Şəkil 2).
Şəkil 2. Viki-istifadəçilərin yaş həddi və fəaliyyətləri arasında asılılıq qrafiki
Viki-istifadəçilər arasında qadınların orta yaş həddi 24, kişilərin isə 26-dır. Nəzərə alsaq ki,
məqalələrin redaktəsində qadınlar cəmi 16,15 % təşkil edir. Bu, onu göstərir ki, kişilər viki-
mühitdə məqalələrin yaradılmasında, redaktəsində və müzakirələrdə daha fəaldır [7].
Vikipediya istifadəçiləri digər sosial şəbəkələrdə, bloq və forumlarda iştirak edən İnternet
istifadəçilərindən müəyyən göstəricilərə görə fərqlənirlər. Belə ki, kompüter texnologiyalarından
istifadə sahəsində bacarıqlı və proqramlaşma dillərinə daha çox meyilli olmaları, elmlə
maraqlanmaları və müəyyən elmi sahələrdə biliyə, təcrübəyə malik olmaları, iki və daha artıq dil
bilmələri, İnternet mühiti və viki fəlsəfəsini yaxşı dərk etmələri onları informasiya müharibəsi
meydanında güclü və təhlükəli rəqibə çevirir. Statistik analiz nəticəsində məlum olmuşdur ki,
bakalavr, magistr və elmi dərəcəsi olan istifadəçilər ümumi istifadəçilərin 49,5%-ni təşkil edir
(Şəkil 3).
24,20%
24,50%
27,40%
24,40%
10-17
18-21
22-29
30-85
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
www.jpis.az 29
6,03%
11,75%
36,11%
25,47%
17,68%
2,95%
Digər
İbtidai
Orta
Bakalavr
Magistr
Elmi dərəcə
Şəkil 3. Viki-istifadəçilərin təhsillərinə görə təsnifatı
Viki-mühitdə ensiklopedik məqalələrin yaradılması ilə məşğul olanların mühüm hissəsinin
ali təhsilli mütəxəssislərdən ibarət olması bir daha sübut edir ki, Vikipediya virtual
ensiklopediyası əsasən, müəyyən biliyə və təcrübəyə malik insanları cəlb etməkdədir və bu
layihədə ənənəvi sosial şəbəkələrdən fərqli olaraq, elmi mühit üstünlük təşkil edir.
Viki-istifadəçilərin məqalələrin məzmununa təsiri haqqında
Tədqiqatlar göstərir ki, istifadəçilər viki-mühitdə fəaliyyət göstərərkən redaktəyə ehtiyacı
olan səhifələr deyil, şəxsən onları maraqlandıran məqalələr üzərində işləyirlər və müəyyən
məlumatları silərək, düzgün hesab etdikləri informasiyanı daxil edirlər. Məqalələrin mövzusu
onu redaktə edən istifadəçilərin məqsədini əks etdirir [8]. Bu isə, ilk növbədə, məqalədəki
informasiyanın həcminə, aktuallığına, düzgünlüyünə təsir göstərir və informasiya tutumuna görə
Vikipediya məqalələri arasında kəskin fərq yaradır. Nəticədə, Vikipediya ensiklopediyasında
yalnız bir cümlədən ibarət məqalələrə, eyni zamanda, həcmi meqabaytlarla ölçülən viki-
səhifələrə rast gəlmək olar. Digər tərəfdən, Vikipediyanın müxtəlif dil bölmələrində yaradılan,
eyni mövzuya aid məqalələrdə heç də həmişə eyni fikir və ideya mövcud olmur.
Viki-mühitdə hər hansı ideologiyanı daşıyan fanatlar, millətçilər layihədə baş verən
informasiya qarşıdurmalarında böyük aktivlik və radikallıq göstərirlər. Onlardan fərqli olaraq
bitərəf istifadəçilərin hər hansı məqalədə qeyri-dəqiqliyə qarşı münasibətləri passivdir və hətta
münasibət bildirərkən çox güclü informasiya qarşıdurmasına cəlb olunacaqlarını hiss etdikdə
mübahisəyə qarışmamağa üstünlük verirlər. Nəticədə, Vikipediya səhifələrində mübahisələrdən
qorxmayan, sosial qruplarda birləşən, Vikipediya qaydalarını və İnternet texnologiyalarını yaxşı
bilən və bu texnologiyalardan səmərəli istifadə etməyi bacaran istifadəçilərin ideologiyası təbliğ
olunur.
Müəyyən ideologiyaların təbliğinə qarşı əks tərəflərin narazılığı isə çox zaman əsl
informasiya qarşıdurmasına çevrilir. Bu qarşıdurmada Vikipediyanın imkan yaratdığı bütün
informasiya müharibəsi texnologiyalarından istifadə olunur. Bunlara dezinformasiya, təbliğat,
saxta məlumatların daxil edilməsi, istifadəçilərə psixoloji təsir, təhdid, təhqir, xəbərdarlıq və s.
daxildir. Viki-mühitdə reallaşdırılan informasiya müharibəsində ziyanlı botlardan da istifadə
edilir. Müxtəlif funksiyaları yerinə yetirən botlar qısa zaman ərzində yüzlərlə, hətta minlərlə
ensiklopedik məqalədə dəyişiklik edə bilərlər. Məsələn, digər səhifələrə keçidlərin, müəyyən
mətnlərin silinməsi və ya başqa mətnlə əvəz edilməsi, səhifələrə mövzuya aidiyyatı olmayan
şablonların daxil edilməsi və s. Viki-mühitdə baş verən qarşıdurmalar, əsasən, tarix, mədəniyyət,
siyasət, tanınmış şəxslər haqqında mövcud məqalələr ətrafında aparılır [9]. Həmin məqalələr çox
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
30 www.jpis.az
zaman informasiya müharibəsindən qalib çıxan viki-qrupun mövqeyini əks etdirir və bu qruplar
tərəfindən nəzarətdə saxlanılır.
Nəzərə almaq lazımdır ki, Vikipediyanın müxtəlif dil bölmələri bir-birlərindən asılı
olmayaraq inkişaf edir [9]. Yəni həm həcminə və həm də məqalələrdəki ideyaların müxtəlifliyinə
görə eyni adla yaranan məqalələr tam fərqli ola bilər. Məsələn, ingilis dilindəki ―Karabakh‖, rus
dilindəki ―Карабах‖ və Azərbaycan dilində olan Vikipediya layihələrindəki ―Qarabağ‖ adlı
məqalələr müxtəlif həcmə və məzmuna malikdir. Məqalələrin loq-fayllarını analiz etməklə
onların redaktələri ilə məşğul olan istifadəçiləri aşkar etmək, eyni zamanda, bu istifadəçilər
arasında baş verən mübahisələri, informasiya qarşıdurmalarını müəyyən etmək mümkündür.
Məsələn, Vikipediyanın ingilis dili bölməsindəki ―Karabakh‖ məqaləsində 2011-ci ildə olunmuş
bütün redaktələri analiz edək. Qrafikdən göründüyü kimi, may, iyun və oktyabr aylarında
məqalədə edilən redaktələrin sayı kəskin artmışdır (Şəkil 4).
Şəkil 4. 2011-ci ildə ―Karabakh‖ məqaləsində edilmiş redaktələrin sayı
Əgər məqalədə hər hansı bir zaman kəsiyində redaktələrin sayı kəskin artırsa və bu
redaktələr ətrafında müzakirələr aparılırsa, redaktələrdən bir hissəsi ləğv olunub yenidən bərpa
olunursa, onda belə hallar viki-mühitdə müəyyən qarşıdurmaların, mübahisələrin yaranmasına
səbəb olur. Viki-mühitdə informasiya qarşıdurmalarına səbəb olan məqalələri aşkar etmək və
ranqlaşdırmaq üçün müxtəlif metodlar təklif edilmişdir [10]. Lakin onlardan heç biri konfliktə
səbəb olan bütün məqalələri aşkar edə bilmir. Viki-mühitdəki ensiklopedik məqalələrin ümumi
sayı ilə müqayisədə informasiya qarşıdurmalarına səbəb olan məqalələr xeyli azdır və 2010-cu
ilin məlumatına görə, ümumi məqalələrin 9%-ni təşkil edir [11]. Viki-mühitdəki informasiya
qarşıdurmaları layihənin funksionallığına, viki-istifadəçilərin normal fəaliyyətinə ciddi təsir edir,
ensiklopedik məqalələrin obyektivliyinə inamı azaldır.
Viki istifadəçilərin demoqrafik göstəricilərinin təyini haqqında
WMF VB-da toplanmış verilənləri analiz edərkən məlum olmuşdur ki, son 4 il ərzində ən
çox ensiklopedik məqaləyə və istifadəçi sayına malik olan viki-layihələrdə 1 ildən az staja malik
isrifadəçilərin sayı azalmışdır. Bunun müxtəlif səbəbləri vardır:
–
yeni istifadəçilər viki-mühitin qaydalarını bilmirlər və bu səbəbdən tez-tez səhvlər
etməklə administratorlar tərəfindən müəyyən müddətə bloklanırlar. Viki-mühitdə son illər
vandalizm hallarının sayının artması Vikipediya qaydalarının daha da sərtləşməsinə səbəb
olmuşdur. Bu qaydalar çox zaman təcrübəsizlik səbəbindən səhv edənlərə qarşı da tətbiq olunur.
Bloklandıqları müddət ərzində onların yeni məqalə yaratmalarına və mövcud məqalələrdə
redaktə etmələrinə icazə verilmir;
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
www.jpis.az 31
–
təcrübəli istifadəçilər öz baxışlarını dəstəkləməyən istifadəçilərə psixoloji təzyiq
göstərərək onları təqib edirlər;
–
yeni istifadəçilərin etdikləri dəyişikliklər çox zaman qəbul edilmir, onlar bunun səbəbini
aydınlaşdırmaq üçün kimlərə müraciət etmək lazım gəldiyini, hansı prinsiplə fəaliyyət
göstərmələrini bilmirlər. Etdikləri düzəlişlərin qəbul edilmədiyini görən istifadəçilər bir
müddətdən sonra viki-mühitdən uzaqlaşırlar.
Vikipediya beynəlxalq layihə olduğundan, hər hansı məqalənin yaradılmasında və
redaktəsində tam fərqli mövqelərdən çıxış edən tərəflərin iştirakı təbiidir. Redaktələrin sayına və
xarakterinə görə Vikipediyada reallaşdırılan informasiya müharibəsi müstəvisində xalqlar və
ölkələr arasındakı münasibətləri aydın görmək mümkündür. Bir neçə ay viki-mühitdə fəallıq
göstərən istifadəçilər viki-mühitin sosial şəbəkəsini hiss etməyə başlayırlar: onların digər sosial
şəbəkələrdə olduğu kimi, ―dostları‖ və ―düşmənləri‖ yaranır. Onlar viki-mühitdə açıq və ya gizli
fəaliyyət göstərən qruplara dəvət edilir, fəaliyyətləri nəzarətdə saxlanılır. Viki-istifadəçilərin
müzakirə səhifələrini və düzəliş etdiyi ensiklopedik məqalələrin loq-fayllarını analiz etməklə
burada fəaliyyət göstərən gizli və aşkar sosial qrupların məqsədini müəyyən etmək mümkündür
[12,13].
Viki-mühitdə sosial qruplar müxtəlif əlamətlərə görə təşkil oluna bilər: eyni millətin
nümayəndələri, eyni ərazi vahidində yaşayanlar (ölkə, şəhər, kənd və s.), eyni dinə inananlar,
eyni ixtisas sahibləri, eyni müəssisədə təhsil alanlar və s. Bu qrupları xüsusi şablonlar vasitəsi ilə
müəyyən etmək mümkündür. İstifadəçi səhifələrinə daxil edilən xüsusi şablonlar (userbox)
istifadəçilər haqqında müəyyən məlumat toplamağa imkan yaradır. Məsələn, ingilis dilindəki
Vikipediya layihəsində Azərbaycandan olan viki-istifadəçilərin qrupunu təyin etmək üçün
"Category:Azerbaijani Wikipedians" veb-səhifəsini tədqiq etmək kifayətdir. İstifadəçi səhifəsinə
daxil edilən "Template:User Azerbaijan" şablonu vasitəsilə onların səhifələrinin avtomatik
qruplaşdırılması həyata keçirilmişdir (şəkil 5).
Şəkil 5. Azərbaycandan olan viki-istifadəçi qrupunu göstərən veb-səhifə
Viki-mühitdə hər bir istifadəçinin hansı qrupa aid olduğunu müəyyən etmək üçün onun
şəxsi səhifəsində yerləşdirdiyi məlumatlardan istifadə etməklə tədqiqat aparmaq və istifadəçinin
qeydiyyat adlarının daxil olunduğu kateqoriyaların analitik emalını həyata keçirmək
mümkündür. Lakin bu üsul müəyyən vaxt tələb etdiyinə və dəqiq olmadığına görə effektli
sayılmır.
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
32 www.jpis.az
Sosial qruplarla fəaliyyət göstərən istifadəçilərin aşkara çıxarılması viki-mühitdə baş verən
informasiya qarşıdurmalarının analizini aparmağa imkan yaradır. Nəzərə almaq lazımdır ki,
sosial qruplarda birləşərək hər hansı ideologiyanı təbliğ edən istifadəçilər viki-mühitdə baş verən
mübahisələrdə və informasiya qarşıdurmalarında güclü rəqibə çevrilirlər.
Onu da qeyd etmək lazımdır ki, viki-mühitdə baş verən qarşıdurmalarda istifadəçinin
hansı ölkədən olması və dil faktoru mühüm rol oynayır. Bu göstəricilər, eyni zamanda,
məqalələrin keyfiyyətinə və sayına da təsir edir. Vikipediyanın texniki imkanları viki-
istifadəçilərin coğrafi mənsubiyyətindən asılı deyil, lakin ensiklopedik məqalələrdəki məlumatın
mövzusuna və ideya tutumuna təsiri mümkündür.
Qeydiyyatdan keçmiş istifadəçi qeydiyyat adı ilə fəaliyyət göstərdiyinə görə onun İP
ünvanını və coğrafi yerini təyin etmək sıravi viki-istifadəçi üçün çətindir. Lakin viki-mühitdə
xüsusi status verilmiş istifadəçilər (CheekUser) vardır ki, onlar WMF VB-da hər bir
qeydiyyatdan keçmiş istifadəçinin İP ünvanını təyin edə bilərlər [14]. Viki-mühitdə
qeydiyyatdan keçmədən də fəaliyyət göstərməyə icazə verilir, lakin o zaman anonim
istifadəçilərin İP ünvanları onların fəaliyyət statistikası daxil edilən səhifələrdə görünür ki, bu da
Vikipediya istifadəçlərinin konfidensiallığına təhlükədir. Bu baxımdan, viki-mühitin sosial-
demoqrafik portretini analiz edərkən iki istiqamət nəzərə alınmalıdır:
1.
Qeydiyyatdan keçməyən istifadəçilər İP ünvanına görə təyin olunur – bu halda
istifadəçinin coğrafi mənsubiyyəti haqqında dəqiq məlumat almaq mümkündür;
2.
Qeydiyyatdan keçən istifadəçilər istifadəçi səhifələrinə özləri haqqında daxil etdikləri
məlumatlara görə müəyyən olunur ki, bu məlumatların da düzgün olmaması ehtimalı
böyükdür. Lakin WMF-in serveri bu tip istifadəçilərin coğrafi mənsubiyyətini təyin
edə bilir.
Nəzərə alsaq ki, Vikipediyanın müxtəlif dil layihələrində fəaliyyət göstərən istifadəçilərin
mənsub olduqları ölkələr müxtəlif olurlar, o zaman WMF-in VB-dan əldə etdiyi məlumata
əsasən, çoxsaylı məqalələrə malik viki-layihələrdə fəaliyyət göstərən istifadəçilərin coğrafi
mənsubiyyətini analiz etmək mümkündür (Сədvəl 1).
Cədvəldən göründüyü kimi, hər hansı dil bölməsində fəaliyyət göstərənlərin əsas hissəsi
həmin dildə danışan istifadəçilərin üstünlük təşkil etdiyi ölkələrdir. Məqalələrin sayı və
keyfiyyəti də bu istifadəçilərin sayından birbaşa asılıdır [15]. İstifadəçilərin İP ünvanlarını, hansı
ölkələrdən olduqlarını təyin etməklə Vikipediyanın inkişafı ilə əlaqədar müəyyən mülahizələr
irəli sürmək olar.
Viki-mühitdə reallaşdırılan informasiya müharibəsinin qarşısını almaq üçün müəyyən
tədbirlər görülür və qaydalar tətbiq edilir. Məsələn, viki-layihələrdə qeyri-etik ifadələr işlətmək,
müzakirə zamanı qarşı tərəfi təhqir etmək və alçaltmaq qadağandır. Qaydaları pozanların İP
ünvanları və ya istifadəçi adları müəyyən müddətə, bəzən isə həmişəlik bloklanır. Lakin bunlara
baxmayaraq, viki-mühitdə informasiya qarşıdurmaları nəinki azalmır, əksinə, istifadəçilərin sayı
çoxaldıqca, Vikipediya virtual ensiklopediyası dünyada populyarlaşdıqca daha da artır.
Viki-mühitin sosial-demoqrafik portretinin analizində problem yaradan iki hal vardır:
1.
Bir neçə şəxs eyni qeydiyyat adından istifadə edə bilər. Baxmayaraq ki, bu hal
Vikipediya qaydalarına ziddir, aşkarlama çox zaman mümkün olmadığı üçün istifadə
olunur.
2.
Bir şəxsin bir neçə qeydiyyat adı altında fəaliyyət göstərməsinin nəticəsidir ki, bu halın
qadağan olunmasına baxmayaraq, informasiya qarşıdurmalarında, təbliğat,
dezinformasiya xarakterli məlumatların viki-mühitdə yayılması ilə məşğul olan
istifadəçilər çox zaman bu üsuldan istifadə edərək azlığın fikrini çoxlarının istəyi kimi
təqdim etməyə çalışırlar. İstifadəçinin bir neçə qeydiyyat adının olması müzakirələrdə,
səsvermələrdə də böyük rol oynayır.
Lakin bu problemə baxmayaraq mübahisələrə səbəb olan məqalələri analiz etməklə bu
mübahisələrdə iştirak edən istifadəçiləri təyin etmək mümkündür [17]. Viki-istifadəçilərin
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
www.jpis.az 33
fəaliyyət istiqamətini müəyyən etmək və sosial-demoqrafik portretinin analizini aparmaq,
həmçinin viki-mühütdə reallaşdırılan informasiya müharibəsində iştirak edən qrupları aşkar
Cədvəl 1. Vikipediya ensiklopediyasının müxtəlif dil bölmələrində istifadəçilərin mənsub
olduqları ölkələrə görə statistik göstəriciləri [16]
№
Language
%
Country of origin
All
others
1.
English
47.8%
US: 52.1%, GB: 15.9%, CA: 7.3%, AU: 4.4%, DE: 1.8%, NL: 1.6%, FR: 1.0%
15.8%
2.
German
10.8%
DE: 76.2%, AT: 5.4%, US: 4.8%, CH: 4.4%, NL: 3.2%
6.0%
3.
French
6.9%
FR: 67.3%, BE: 6.2%, NL: 5.4%, US: 4.3%, CA: 4.2%, CH: 3.2%, DE: 1.2%
8.2%
4.
Japan.
5.6%
JP: 93.2%, US: 2.1%
4.6%
5.
Polish
4.1%
PL: 80.1%, NL: 5.2%, AU: 4.5%, DE: 1.2%, IT: 1.2%, FR: 1.2%, US: 1.1%, CZ: 1.1%
4.4%
6.
Spanish
3.9%
ES: 39.2%, AR: 10.7%, CL: 8.8%, NL: 8.4%, MX: 7.0%, VE: 5.1%, PE: 3.5%, US:
3.1%, CO: 2.7%, UY: 1.3%, DE: 1.1%
9.1%
7.
Italian
3.7%
IT: 85.7%, NL: 4.9%, FR: 1.5%, US: 1.2%
6.7%
8.
Dutch
2.8%
NL: 73.0%, BE: 18.7%, FR: 1.6%, US: 1.4%, DE: 1.2%
4.1%
9.
Portugu.
2.7%
BR: 61.3%, PT: 17.7%, NL: 11.1%, ES: 2.3%, FR: 1.4%, BE: 1.2%, US: 1.1%
4.0%
10.
Swedish
1.9%
SE: 72.2%, NL: 13.8%, FI: 2.3%, IT: 1.8%, BE: 1.6%, NO: 1.5%, FR: 1.2%, US: 1.1%
4.7%
11.
Russian
1.7%
RU: 54.7%, US: 11.8%, NL: 7.6%, DE: 6.6%, UA: 4.8%, BE: 2.0%, BY: 1.8%, LV:
1.4%, IL: 1.3%
8.0%
12.
Chinese
1.4%
HK: 28.6%, TW: 25.9%, US: 13.7%, NL: 8.2%, CN: 6.1%, DE: 3.6%, BE: 2.3%, CA:
2.0%, FR: 1.3%, MO: 1.2%, JP: 1.2%
5.9%
13.
Finnish
1.3%
FI: 77.4%, NL: 14.3%, BE: 2.5%
5.8%
14.
Hebrew
1.0%
IL: 79.2%, NL: 10.3%, US: 5.5%
5.0%
15.
Czech
0.9%
CZ: 79.5%, NL: 10.1%, BE: 3.5%, DE: 1.7%
5.3%
16.
Norweg.
0.8%
NO: 66.1%, NL: 21.2%, BE: 3.5%
9.2%
17.
Slovak
0.6%
SK: 55.9%, CZ: 23.5%, DE: 11.0%, NL: 2.8%
6.8%
18.
Danish
0.5%
DK: 54.8%, NL: 26.7%, BE: 6.0%
12.5%
19.
Romani.
0.5%
RO: 50.3%, NL: 22.7%, DE: 9.2%, BE: 5.7%, US: 4.0%
8.1%
20.
Korean
0.4%
KR: 67.6%, NL: 12.5%, US: 9.0%, BE: 6.8%
4.1%
21.
Esperan.
0.4%
NL: 36.2%, CZ: 10.6%, BE: 9.9%, FR: 9.8%, RO: 7.3%, DE: 6.9%, US: 5.3%
14.0%
22.
Bengali
0.2%
BD: 60.6%, US: 23.7%
15.7%
23.
Tamil
0.1%
LK: 43.2%, CA: 21.1%
35.7%
24.
Kannad.
0.1%
US: 69.9%, IN: 27.1%
3.0%
25.
Telugu
0.0%
IN: 38.5%
61.5%
etmək üçün, ilk növbədə, analiz ediləcək verilənlər mənbəyi müəyyən olunmalıdır. Bu verilənlər
müxtəlif səhifələrdən toplana bilər:
1. İnformasiya müharibəsinə səbəb olan məqalənin ―tarixçə‖ səhifəsində göstərilən
istifadəçi adlarını (user name) analiz etməklə və onların daxil etdikləri informasiyanın və
dəyişikliklərin təhlilini aparmaqla.
2. Məqalənin ―müzakirə‖ səhifəsində yazılan mətnlərin və onların müəlliflərinin analizini
aparmaqla.
3. Məqalənin redaktəsində iştirak edən istifadəçilərin müzakirə səhifəsini təhlil etməklə
istifadəçinin hansı sosial qrupa aid olması ilə yanaşı, hansı informasiya qarşıdurmalarında iştirak
etdiyini də təyin etmək olar. Nəzərə alsaq ki, uzun müddət (bir neçə il) viki-mühitdə fəaliyyət
göstərən istifadəçilərin müzakirə səhifələri həm də alt səhifələrə – arxivləşdirilmiş səhifələrə
malikdir, deyə bilərik ki, müəyyən staja malik istifdəçilərin ―müzakirə‖ səhifələrini analiz
etməklə əvvəllər reallaşdırılmış informasiya qarşıdurmalarını və bu qarşıdurmalara səbəb olan
viki-səhifələri də müəyyən etmək mümkündür.
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
34 www.jpis.az
4. Viki-mühitdə hər bir istifadəçinin ―fəaliyyət‖ səhifəsi mövcuddur. İstifadəçinin
fəaliyyəti ilə bağlı verilənlər WMF-in VB-da toplanır. Bu verilənlərdən istifadə etməklə
istifadəçinin bütün fəaliyyətini analiz etmək mümkündür.
Yuxarıda göstərilən mənbələrdən istifadə etməklə istifadəçinin hansı mövzulara maraq
göstərdiyini, hansı ideyanı təbliğ edərək kimlərlə konfliktdə olmasını, hansı məqalələri
nəzarətində saxlamasını da təyin etmək mümkündür.
Nəticə
Tədqiqatlar göstərir ki, viki-mühitdə reallaşdırılan informasiya qarşıdurmaları təsadüfi
yaranmır. Vikipediya cəmiyyətin güzgüsüdür və dünyada baş verən tarixi hadisələr, sosial-
mədəni, siyasi proseslər viki-mühitə də təsir edir. Dövlətlər arasında istər iqtisadi, istərsə də
siyasi zəmində baş verən mübahisələr viki-mühitdə davam edir. İnternet istifadəçiləri tərəfindən
yaradılan, redaktə edilən və nəzarətdə saxlanılan məqalələri analiz etməklə cəmiyyətin baxışını,
narahatlıq yaradan problemlərini müəyyən etmək, hal-hazırda viki-mühitdə həyata keçirilən və
hətta gələcəkdə baş verə biləcək informasiya qarşıdurmalarını aşkara çıxarmaq mümkündür.
Viki-istifadəçilərin sosial-demoqrafik portretini analiz etməklə viki-mühütdə reallaşdırılan
informasiya müharibəsində iştirak edən sosial qrupları aşkar etmək və bu qrupların viki-kontentə
təsirini öyrənmək mümkündür. Bu üsulla həmçinin viki-istifadəçilərin sosial-demoqrafik
portretinin analizi, eləcə də, viki-mühitin normal fəaliyyətinə mane olan problemlərin həllinə və
Vikipediya virtual ensiklopediyasında informasiya müharibəsi texnologiyaları təzahürlərinin
aşkarlanmasına yardım edə bilər.
Ədəbiyyat
1.
Müller C., Meuthrath B., Baumgraß A. Analyzing Wiki-based Networks to Improve
Knowledge Processes in Organizations / Journal of Universal Computer Science, vol. 14, no.
4 (2008), pp. 526-545.
2.
Blaschke S., Stein K. Methods and Measures for the Analysis of Corporate Wikis: A Case
Study / In: Proceedings of the 58th Annual Conference of the International Communication
Association ICA, May 22-26, Montréal, Canada, 2008, pp 1-24.
3.
http:// www wikimediafoundation.org/wiki/FAQ/en/
4.
http:// www meta.wikimedia.org/wiki/List_of_Wikipedias/
5.
http:// www en.wikipedia.org/wiki/Wikipedia:Statistics/
6.
http:// www stats.wikimedia.org/
7.
http://www.wikipediastudy.org/
8.
Cress U., Kimmerle J. A systemic and cognitive view on collaborative knowledge building
with wikis / Computer-Supported Collaborative Learning, International Society of the
Learning Sciences, Inc.; Springer Science + Business Media, LLC 2008, pp. 105–122.
9.
Holloway T., Božicevic M., Börner K., Analyzing and visualizing the semantic coverage of
wikipedia and its authors / Journal Complexity, New York, NY, USA, . Vol. 12, Issue 3,
2007, pp. 30-40.
10.
Vuong B.Q., Lim E.P., Sun A., Le M.T., Lauw H.W. On ranking controversies in wikipedia:
models and evaluation // Proceedings of the international conference on Web search and web
data mining (In WSDM ’08), ACM, 2008, pp. 171–182.
11.
Hoda Sepehri Rad, Denilson Barbosa. Identifying Controversial Articles in Wikipedia: A
Comparative Study // In Proceedings of 8th conference on WikiSym. ACM, 2012. (to
appear)
12.
Yasseri T., Sumi R., Kertesz J., Circadian patterns of wikipedia editorial activity: A
demographic analysis / PLoS ONE 7(1): e30091. doi:10.1371/ journal.pone.0030091,
Hungarian Academy of Sciences, 2011, pp. 3-11.
İnformasiya cəmiyyəti problemləri, №1(5), 2012, 26-35
www.jpis.az 35
13.
Paolo Massa, Social Networks of Wikipedia // ACM Hypertext 2011: 22nd ACM Conference
on Hypertext and Hypermedia — Presentation Transcript, Via Sommarive, 14, 38123 Povo
(TN), Italy, pp. 221-230.
14.
http:// www .en.wikipedia.org/wiki/Wikipedia:Checkuser#Contacting_a_CheckUser
15.
Ibaa T., Nemotob K., Petersc B., Gloor P.A. Analyzing the Creative Editing Behavior of
Wikipedia Editors: Through Dynamic Social Network Analysis // The 1st Collaborative
Innovation Networks Conference , Volume 2, Issue 4, 2010, pp. 6441–6456
16.
http:// www .meta.wikimedia.org/wiki/Edits_by_project_and_country_of_origin
17.
Rad H.S., Barbosa D. Towards Identifying Arguments in Wikipedia Pages // In Proceedings
of WWW (Companion Volume), ACM, 2011, pp. 117-118.
УДК 004.351
Алекперова Иrada Я.
Институт Информационных Технологий НАНА, г. Баку, Азербайджан
airada.09@gmail.com
Анализ социально-демографического портрета Вики-среды
В последние годы виртуальная энциклопедия Википедия превратилась в самый крупный
источник знаний в Интернете. С увеличением количества энциклопедических статей и
числа вики-участников в Вики-среде растет и число споров, информационных
противостояний, дезинформации и пропаганды. В статье исследован социально-
демографический состав вики-участников и изучено их влияние на содержание статей и
происходящие в Вики-среде информационные противостояния.
Ключевые слова: Википедия, вики-технологии, информационная война, Фонд Викимедии,
вики-общество, боты, интервики.
Irada Y. Alakbarova
Institute of Information Technology of ANAS, Baku, Azerbaijan
airada.09@gmail.com
Analysis of socio-demographic portrait of Wiki-space
In recent years, virtual encyclopedia Wikipedia has became the largest source of knowledge on
the Internet. With increasing growth of encyclopedic articles and the number of wiki -
participants
in Wiki-space, number of disputes, conflicts, misinformation and propaganda is
growing. In the paper the socio-demographic composition of the wiki participants is analyses
and their influence on the content of the articles and the information confrontation in the wiki
space is studied.
Keywords: Wikipedia, wiki technology, information warfare, Wikimedia Foundation, wiki-
community, bots, interwiki.
Dostları ilə paylaş: |