Sosiologiyanın tarixini sadəcə olaraq sosial hadisələrin dərk olunmasının inkişaf yolunu ümumi şəkildə və bir dairədə təsvir etməklə məhdudlaşdırmaq olmaz
1.Sosiologiyanın tarixini sadəcə olaraq sosial hadisələrin dərk olunmasının inkişaf yolunu ümumi hadisələrin dərk olunmasının inkişaf yolunu ümumi şəkildə və bir dairədə təsvir etməklə məhdudlaşdırmaq olmaz . Bu elm cəmiyyət , ictimai həyat və sosial varlıq olmaq etibarilə insan haqqında çoxcəhətli nöqteyi nəzərlərə malik olması ilə səciyyələnir . Axırıncı on illikdə Moskvada çap olunan bir sıra dəyərli əsərlər məsələn , R.Aronun « Sosioloji fikrin inkişaf mərhələləri » > , P.Monsonun « Müasir qərb sosiologiyası » > , E.Qiddensin « Sosiologiya » , « Amerika sosioloji fikri » , « Nəzəri sosiologiyanın tarixi » , « Nəzəri sosiologiyanın problemləri » > , M.Veberin « Başlıca sosioloji anlayışlar » , R.Mertonun « Sosial nəzəriyyə və sosial struktur » , Predmeti ictimai həyatın öyrənilməsi olan sosioloji elmin inkişafına hər şeydən əvvəl , ictimai tələbatların mövcudluğu , sosial sistemdə meydana çıxan bu və ya digər problemlərin həlli , eləcə də elmi biliklərin zəruri səviyyəsini təmin edən elmi - metodoloji zəmin təsir göstərir . Görkəmli mütəfəkkirlərin sosioloji görüşləri sosiologiyanın müasir istiqamətinin məzmununu xeyli dərəcədə müəyyənləşdirmişdir . Bu mənada qərb sosiologiyasının XIX əsrdə və XX əsrin əvvələrində görkəmli nümayəndələri sayılan O.Kontun . Q.Spenserin , E.Dyurkheymin , M.Veberin , Q.Tardin , L.F.Uordun , o cümlədən T.Parsons . R.Merton . P.Lazarsfeld va digər müasir nümayəndələrinin cəmiyyəti və onun ayrı - ayrı tərəflərinin inkişafına aid görüşləri diqqəti cəlb edir . XX əsrin əvvələrində sosiologiyada , formalaşması xüsusiyyətləri ilə bağlı olaraq milli məktəblərin spesifikliyi üzə çıxır . Belə ki , Fransada sosiologiya tarixi - fəlsəfi , Almaniyada fəlsəfi - iqtisadi əməllərdən yaranır , İtaliyada siyasi elmlər , İngiltərədə idarəetmə çərçivəsində təşəkkül tapır. Artıq XX əsrin 50 - ci illərindən empirizmə tənqidi reaksiya başlayır . 50 - ci illərin axırında Mills və Sorokinin empirik sosiologiyanın tənqidinə həsr etdikləri əsər Qərbdə geniş əks - səda doğurdu .
2. Qərb ölkələrində müasir sosioloji istiqamətlərin daha məhsuldar variantının təsnifatını isveç sosioloqu P.Monson vermişdir . O şəxsiyyət və cəmiyyətin qarşılıqlı əlaqəsi məsələsinin həllində dörd başlıca mövqeyi əsaslandırır: