Sərbəst iş №: 8
Ad: Ulvi
Soyad: İsayev
Sərbəst işin adı: İnkişaf etmiş xarici ölkələrdə sertifikatlaşdırma
Rusiya Federasiyasında sertifikatlaşdırma aşağıdakı dövlət qanunlarına uyğun təşkil olunur və aparılır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında”, “Standartlaşdırma haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Əhalinin sanitar-epidemioloji rifah halı haqqında” və i.a., Prezidentin Fərmanları və hökumət aktları. 1992-ci ildə RF-də qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun bir sıra prinsipial yeni müddəalar müəyyən etmişdir. Belə ki, bu qanun istehlakçılarına bütün sivil dövlətlərdə tanınan, hüquqlarını qanuniləşdirmiş, məhsulların, işlərin və xidmətlərin həyat və sağlamlıq üçün təhlükəsizlik hüququnu; alınan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin lazımi keyfiyyətini təmin etmək hüququnu, dəymiş ziyanın ödənilməsi hüququnu və istehlakçının hüquq və maraqlarının məhkəmədə müdafiəsini, keyfiyyətsiz məhsulun satışı zamanı, ya da yerinə yetirilən iş və göstərilən xidmət lazımi səviyyədə olmadıqda istehlakçıların hüquqlarının müdafiəsi mexanizmini müəyyən etmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin əsasını mülki qanunvericiliyin normativ aktları təşkil etdiyi üçün bu qanun başqa qanunlar arasında xüsusi yer tutur. Rusiya Federasiyasında fəaliyyət göstərən bütün qanunverici aktlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla uyğunlaşdırılmışdır. Hökumət Qanunun ayrı-ayrı müddəaları əsasında alqı-satqı müqavilələri, ayrı-ayrı məhsul növlərinin satışı, müxtəlif növ işlərin yerinə yetirilməsi və s. üzrə müxtəlif aktlar və qaydalar təsdiq edir.
Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizliyini təmin etmək məqsədilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun məcburi sertifikatlaşdırmanı tətbiq edir. Sertifikatlaşdırma məhsulun keyfiyyətinin dövlət standartla-rının məcburi tələblərinə uyğunluğunu təsdiq edir.
Məcburi sertifikatlaşdırma Qanununa əsasən aşağıdakılar sertifikatlaşdırılmalıdır :
qanunverici aktlarda, dövlət standartlarında istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin qorunmasına və istehlakçıların əmlakına ziyan vurmasının qarşısının alınmasına yönəldilmiş tələblərin qoyulduğu məhsullar (işlər, xidmətlər);
istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin edən vasitələr.
Pərakəndə satış şəbəkəsi vasitəsilə realizə olunan məhsul partiyası, yaxud hər məhsul vahidi uyğunluq sertifikatı ilə təmin olunmalıdır. Bu sertifikatı satıcı alıcının tələbi ilə təqdim etməyə borcludur.
Təhlükəsizlik üzrə standartların məcburi tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı olmadan məhsulların (o cümlədən xaricdən gətirilən) realizəsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi qanunla qadağan edilmişdir. Məhsullar, sertifikatlaşdırma üzrə milli orqan tərəfindən verilmiş və Rusiyada tanınan xarici sertifikatlarla müşayiət oluna bilər.
Sertifikatlaşmadan keçmiş və sertifikatla təsdiq olunmuş məhsulların üzərində (yaxud məhsulu müşayiət edən sənədlərdə, ya da qablarda) dövlət standartı tərəfindən müəyyən olunmuş uyğunluq nişanı olmalıdır.
Sertifikatın və uyğunluq nişanının olmasına məsuliyyəti satıcı (istehsalçı) daşıyır. İstehsalçının hüquqları pozulduğu halda o, öz hüquqlarını qorumaq imkanı əldə etmək üçün mütləq istehsalçı haqqında məlumata malik olmalıdır. Ona görə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun istehlakçının məhsulu hazırlayan müəssisə, satıcı və həm də məhsulu istehsal edən və satan sahibkar haqqında məlumat almaq hüququnu nəzərdə tutur.
İstehlakçı istehsalçı haqqında bəzi məlumatları ticarət markalarından və məhsul nişanlarından əldə edə bilər. İri firmaların məhsul nişanları alıcıların, onların məhsullarına etibarını həmişə təmin edir. Bu etimad uyğunluq sertifikatının mövcudluğuna yox, yüksək və sabit keyfiyyətə əsaslanır. Buna firmaların müəssisələrində keyfiyyətin idarə olunmasının yüksək effektivli sistemləri təminat verir. Məhsul nişanları, intellekt mülkiyyəti olmaqla, qanunverici müddəalarla qorunur və digər məhsul hazırlayanlar tərəfindən istifadə oluna bilməz.
Lakin hamıya məlumdur ki, məhsul bazarında alıcı müxtəlif saxta məhsul növləri ilə rastlaşır. Məşhur məhsul markalarının saxtalaşdırılmasının beş əsas üsulu aşkar edilmişdir:
• açıq saxtakarlıq, yəni xarici firmanın və məhsul markasının saxtalaşdırılması. Fırıldaqçılığın bu üsuluna xüsusilə plastinkaların, audio və videokassetlərin, kompakt-disklərin satışında tez-tez rast gəlinir; “köləcəsinə” surətçıxarma: məmulatın sökülməsi və onun tam surətinin çıxarılması. Bəzən bu cür məhsulların satış həcmi orijinalların satışını üstələyir. Bu üsul xüsusilə dəzgahlar və digər avadanlıqlar, elektrotexniki və elektron məhsullar üçün xarakterikdir;
• oxşatma (imitasiya)–məşhur istehsalçının markası ilə satış. Bu cür saxtakarlıq xüsusilə geniş istehlak malları (tikiş məmulatları, saatlar və i.a.) üçün xarakterikdir. Belə məmulların qiyməti, bir qayda olaraq, orijinallardan fərqli olaraq daha aşağı olur ki, bu da təcrübəsiz alıcıları cəlb edir. Məsələn: Cartier–Fake Cartier saatlarına oxşatmaları 5–10 dollara alıb, 40–50 dollara satmaq mümkün olduğu halda, orijinalın qiyməti təxminən 700 dollardır. Çox vaxt cins parçadan olan paltarları da oxşadırlar.
• qabaqlama: kiçik dəyişikliklərlə məhsulun surətinin hazırlanması, o cümlədən ticarət markasının yazılması və məhsulun səsləndirilməsi. Bununla məhsul bu və ya digər orijinala çox yaxın olur. Məsələn: kompüter “Pineapple” (saxta “Apple”), kofe “Nesskaffe” (orijinal “Nescafe”), “Pavasonik” (orijinal “Panasonic”) və digərlərini göstərmək olar. Rusiyada orijinal “Borjomi” əvəzinə saxta “Bonjemi” mineral su peyda olmuşdur.
• satış prinsiplərinin pozulması: məhsul nişanlarının qeydiyyatı haqqında qanunvericiliyin gözlənilməməsi.
Dostları ilə paylaş: |