«TƏSDİQ EDİRƏM»
“_________________” ASC-nin
İdarə Heyətinin sədri
____________________Flankəs Flankəsov
«____»___________ 20___ il
Sürücünün Vəzifə Təlimatı
1. ÜMUMİ MÜDDƏALAR
1.1. ______ Şöbəsinin Sürücüsü “_________________” ASC-nin İdarə Heyətinin sədri əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
1.2. “_________________” ASC-nin ______ Şöbəsinin Sürücüsü (sonradan müvafiq surətdə “Şirkət”, “Şöbə” və “Sürücü” adlandırılırlar) bilavasitə Şöbənin Marketinq və Satış Menecerinə tabedir.
1.3. Sürücüsü öz işində Şirkətin normativ sənədlərini, İdarə Heyətinin əmr və sərəncamlarını, Şöbə Menecerlərinin göstərişlərini, və bu Vəzifə Təlimatını, habelə avtonəqliyyatın istismarını tənzimləyən normativ materiallarını rəhbər tutur rəhbər tutur.
1.4. Sürücü vəzifəsinə orta təhsilli, avtonəqliyyatın müvafiq növlərini idarə etmək hüququ verən rəsmi dövlət sənədinə (sürücülük vəsiqəsinə) və 3 (üç) ildən az olmayaraq sürücü vəzifəsində iş stajına malik olan şəxs təyin edilə bilər.
2. VƏZİFƏLƏR
2.1. Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
2.2. Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
2.3. Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
2.4. Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
2.5. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
2.6. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
2.7. Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
2.8. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
2.9. İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
2.10. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
2.11. İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
2.12. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
2.13. Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
3. HÜQUQLARI
3.1. Sürücü, öz əmək funksiyaları çərçivəsində, bütün meydana çıxan çatışmamazlıqlar barədə Şöbənin Menecerinə məlumat verə bilər;
3.2. Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürə bilər.
4. MƏSULİYYƏT
4.1. Sürücü ona həvalə edilmiş Şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və bu Vəzifə Təlimatına müvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə, Şirkətin qarşısında tam məsuliyyət daşıyır
4.2. Sürücü ilə Şirkət arasında məcburi qaydada tam maddi məsuliyyət daşınması haqqında Müqavilə bağlanmalıdır.
4.3. Sürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və/və ya mənəvi ziyan, Sürücü tərəfindən müəyyən olunmuş qaydada, ödənilməlidir.
4.4. Əməyin mühafizəsi üzrə Cürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Şirkət qarşısında məsuliyyət daşıyır.
«Tanış olmuşdur»:
______ Şöbəsinin Sürücüsü: _________________________
Dostları ilə paylaş: |