Mərkəzi bank – idarə edilməsi, əməliyyatları
İstənilən ölkənin bank sistemində mərkəzi bank əsas rol oynayır. Onun fəaliyyətindən həm ölkənin milli iqtisadiyyatınm, həm də bank sektorunun inkişafınm sabitliyi asılı olur. Mərkəzi bank nağd və nağdsız formada pul dövriyyəsini tənzimləyərək əmək məhsullarmm mübadiləsi, mal və xidmətlərin istehsalçıdan ictimai nemətlərin istehlakçısına hərə- kəti üçün həlledici iqtisadi ilkin şərtlər yaradır. Mərkəzi bankıtı fəaliyyətinin xüsusiyyətləri. Hər bir bank kimi mərkəzi bank da mübadilə sahəsində fəaliyyət göstərir. Mərkəzi bank nağd pullar və qeyri-nağd ödəniş vasitələri şəklində məhsul yaradır, on- ları dövriyyədə qiymətli kağızlara çevirir. Bununla da fasiləsiz dövran və iqtisadi subyektlərin kapitalmm dövriyyəsi, ictimai məhsulun fasiləsiz istehsalı, bölgüsü və yenidənbölüşdürülməsi, həmçinin istehlakı üçün imkan yaradır.
Hər bir bank kimi mərkəzi bank da əmtəə-pul münasibətləri sahə- sində fəaliyyət göstərən iqtisadi təsisatdır. onlarm yığılması, məhsul mübadiləsinə keçid qaçılmaz olaraq bu təsisatm ləğvinə gətirib çıxarır. Mərkəzi bankm arsenalmda iqtisadi tənzimlənmə metodları üstünlük təşkil edir. Onun pul- kredit siyasəti pul vəsaitlərinin, kreditin, faizin, valyuta məzənnəsinin, iqtisadi inkişafm səmərəli stimullaşdırılma vasitə- ləri kimi istifadəsinə əsaslanır.
Mərkəzi bank iqtisadi təsisat olub qeyri-kommersiya təşkilatı kimi çıxış edir1. Mərkəzi bank kommersiya bankı kimi iqtisadi dövriyyə sa- həsində fəaliyyət göstərərək, iqtisadi subyektlərə məhsulları və xidmətlə- ri təqdim edərək və məsrəfləri kompensasiya edərək onlara görə müəyyən ödəniş, məbləğ alır. Lakin kommersiya banklarmdan fərqli olaraq gəlirin almması mərkəzi bank üçün fəaliyyətin məqsədi deyildir. Onun funksional tapşırıqları sahibkarlıq fəaliyyətinin səthiliyində deyil, pul dövriyyəsinin idarə olunması sahəsində, fəaliyyətdə deyil, pul-kredit vasitələrinin köməyi ilə onun inkişafı üçün iqtisadi ilkin şərtlərin yara- dılmasmda təzahür edir. Mərkəzi bankm «tədbirliliyi» pul dövriyyəsinin cüzi elastikliyini, sabitliyini təmin etməkdən ibarətdir. Bu isə mal və xidmətlərə görə ödənişləri maneəsiz olaraq həyata keçirməyə icazə verir.
Mərkəzi bankm fəaliyyəti ictimai xarakter daşıyır. Mərkəzi bank - iqtisadi münasibətlərin makrosəviyyəsində fəaliyyət göstərən ictimai təsi- satdır. Mərkəzi bank tərəfmdən nağd pullarm və ödəniş vasitələrinin qiymətli kağızlara çevrilməsi həm ayrıca iqtisadi subyektlər, həm də ümumilikdə iqtisadiyyat üçün eyni şəkildə vacibdir. Mərkəzi bank özü üçün deyil, ölkənin iqtisadiyyatı üçün çalışır. Mərkəzi bank pul döv- riyyəsinin rasional şəkildə təşkilini, inflyasiyasız inkişafı təmin edərək pulların dəyərinin qorunması üçün və bununla da bütün cəmiyyətin və hər bir vətəndaşın sosial inkişafı üçün şərait yaradır.
Mərkəzi bank iqtisadi nöqteyi-nəzərdən - mübadilə sahəsində fəa- liyyət göstərərək ödənişin dövriyyəsini nağd və qeyri-nağd formalarda tənzimləyən ictimai, qeyri-kommersiya pul-kredit təsisatıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı — Azərbaycan Respublikasının mərkəzi bankı. Mərkəzi aparatı Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılmışdır.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti yaradılandan bir müddət sonra 1919-cu il sentyabr ayının 16-da Azərbaycan Dövlət Bankının Nizamnaməsi qəbul edildi və 30 sentyabr tarixində Bank fəaliyyətə başladı.
1920-ci il 28 aprel tarixdə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində ölkənin mövcud pul-kredit sistemi ləğv edildi. Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı, bank işi dövlətin müstəsna inhisarına keçdi.
"Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi ilə bütövlükdə Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit olundu, eyni zamanda burada mərkəzi bankın statusu və səlahiyyətləri müəyyənləşdirildi.
1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən mərkəzi bankın yaradılması üçün hüquqi baza yaradıldı.
Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradıldı.
1992-ci ildə, 1996-cı ildə və nəhayət 2004-cü ildə qəbul edilən "Azərbaycan Respublikası Milli Bankı haqqında" qanunlar müstəqil Azərbaycan dövlətinin mərkəzi bankının hüquqi statusunu və səlahiyyətlərini təsbit etdi, möhkəmləndirdi və inkişaf etdirdi.
18 mart 2009-cu il tarixli ümumxalq referendumunun nəticəsinə əsasən bankın adı ("Azərbaycan Respublikasının Milli Bankı") dəyişdirilərək "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırıldı.
10 dekabr 2004-cü il tarixli "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyininin təmin edilməsidir. Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.
Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:
dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
nağd pul dövriyyəsini təşkil edir;
pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.
Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrindən ibarətdir.
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat verir.
Bu Qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd,
funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir,
dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə
münasibətlərini tənzimləyir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra—Mərkəzi Bank)
Azərbaycan Respublikasının mərkəzi bankıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq
olaraq, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir.
Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının
Konstitusiyası ilə və bu Qanunla müəyyənləşdirilir. Mərkəzi Bank öz fəaliyyətində,
həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
Mərkəzi Bankın mərkəzi aparatı Bakı şəhərində yerləşir.
Mərkəzi Bankın hüquqi statusu
Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir
edilmiş və adı yazılmış möhürü vardır.
Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir.
Mərkəzi Bank balansında olan əmlaka qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və
sərəncam hüquqlarını həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla,
Mərkəzi Bankın razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol
verilmir. Mərkəzi Bankın ərazi idarələri
Mərkəzi Bank Azərbaycan Respublikasında ərazi idarələrini aça bilər.
Mərkəzi Bankın məqsədləri
Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin
sabitliyininin təmin edilməsidir.
Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin bank və ödəniş sistemlərinin
sabitliyini və inkişafını təmin etməkdir.
Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Mərkəzi Bankın funksiyaları. Öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank:
dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu
maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq, pul nişanlarının tədavülə
buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və
elan edir;
qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz
tədiyə balansının hazırlanmasında iştirak edir;
«Banklar haqqında» və «Poçt haqqında» Azərbaycan Respublikası qanunlarına, bu
Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank
fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank
fəaliyyətinə nəzarəti həyata keçirir;
ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların
üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;
bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.
Mərkəzi Bankın müstəqilliyi
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və
səlahiyyətlərini həyata keçirərkən, Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə
hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna
zidd təsir və müdaxilə edə bilməz.
Mərkəzi Bankın hesabatlığı
Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə
hesabat verir.
Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı
aşağıdakılardan ibarətdir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq
olaraq, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad
edilməsindən;
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci
bəndlərinə müvafiq olaraq, Mərkəzi Bankın İdarə Heyəti sədrinin — Mərkəzi Bankın
sədrinin (bundan sonra — Mərkəzi Bankın İdarə Heyəti sədri) və onun müavinlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsindən;
bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq, Mərkəzi Bankın fəaliyyətinin
yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda, auditor yoxlamasının
növbədənkənar qaydada keçirilməsindən;
Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas
məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq
edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə
hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.
Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il
üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə
məlumat verir.
Mərkəzi Bankın normativ xarakterli aktları
Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar,
bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli
aktları müstəqil qəbul edir.
Mərkəzi Bankın normativ xarakterli aktları qanunvericiliklə müəyyən edilmiş qaydada,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.
Mərkəzi Bankın bu Qanunla nəzərdə tutulmuş funksiyalarının və səlahiyyətlərinin
həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi maliyyə, prudensial və statistik hesabat
formaları dövlət qeydiyyatına alınmır.Beynəlxalq əməkdaşlıq
Mərkəzi Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı
beynəlxalq müqavilələrə müvafiq olaraq, onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə
xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyəkredit
təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.
Mərkəzi Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları
ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və
özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından (Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasının tələbləri nəzərə alınmaqla) klirinq
və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.
Mərkəzi Bank pul, valyuta və bank nəzarəti sahələrində əməkdaşlıq məqsədi daşıyan
beynəlxalq və regional təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə
müəyyən edilmiş qaydada iştirak edə bilər.
Mərkəzi Bankın kapitalı
Mərkəzi Bankın kapitalı
Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatlarından
ibarətdir.
Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manatdır.
Mərkəzi Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi
miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən ayırmalar hesabına
formalaşdırılır.
Mərkəzi Bankın mənfəəti
Mərkəzi Bankın mənfəəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun
olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır.
Mərkəzi Bankın gəlirləri bu Qanuna müvafiq olaraq, həyata keçirdiyi fəaliyyətdən
əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait
hesabına formalaşır.
Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsi
Hesabat ilinin mənfəəti, ilk növbədə, bu Qanunun 10.3-cü maddəsində nəzərdə
tutulmuş normativə uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına
yönəldilir.
Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış
mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
Reallaşdırılmış mənfəətin sərbəst qalığı Mərkəzi Bankın illik maliyyə hesabatı auditor
rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsinə köçürülür.
Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən
qiymətləndirilməsi
Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində
Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən
qiymətləndirilməsi nəticəsində yaranan fərq Mərkəzi Bankın kapital ehtiyatlarında əks
olunur və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması
zamanı nəzərə alınmır.
Mərkəzi Bankın maliyyə etibarlılığı
Mərkəzi Bank müflis elan oluna bilməz.
Mərkəzi Bankın aktivləri onun passivlərinin məbləğindən aşağı düşdükdə, yaranmış
kapital çatışmazlığı dövlət tərəfindən ödənilir.
Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə münasibətləri
Mərkəzi Bankın dövlətlə münasibətlərinin əsasları
Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank
dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.
Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin
maliyyə agenti kimi çıxış edə bilər.
Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin
iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.
Mərkəzi Bankın dövlətə kreditləri
Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa
maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.
Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Mərkəzi Bank
müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc
qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə
ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və
ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin
3 faizindən çox ola bilməz.
Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların
alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər bu Qanunun 49-1.2-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla yalnız təkrar bazarda bağlanıla bilər və
onlara bu Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur.
Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduğu halda, bu Qanunun
16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının
alqı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.
Mərkəzi Bank dövlətin bankı kimi
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlət
xəzinədarlıq hesablarına xidmət göstərir.
Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduqda, Mərkəzi Bank
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər
qəbul edə bilər.
Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, habelə
dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.
Mərkəzi Bankın dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri
Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına
dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif
tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair
təkliflər verə bilər.
Mərkəzi Bank bilavasitə Mərkəzi Bankın funksiya və səlahiyyətlərinə aid edilən
məsələlər və bank məsələləri üzrə sorğu əsasında qanunların və digər normativ hüquqi
aktların layihələrinə dair rəy verə bilər.
Mərkəzi Bank dövlətin maliyyə agenti kimi
Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə
agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq, Mərkəzi Bank dövlətin
borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət
borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa
maliyyə əməliyyatlarını apara bilər.
Mərkəzi Bankın təşkilati strukturu və idarə olunması
Mərkəzi Bankın təşkilati strukturu
Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri
daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin
müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir.
Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları
İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.
Mərkəzi Bankın İdarə Heyəti
Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin
tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi
əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.
İqtisadiyyat və ya hüquq sahəsində ali təhsilə, iqtisadiyyat, hüquq, maliyyə və ya bank
sahəsi üzrə peşəkar təcrübəyə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində,
qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum
olunmayan, habelə xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan
Respublikasının vətəndaşları İdarə Heyətinin üzvləri ola bilərlər.
Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin üzvləri, bələdiyyələrin seçkili üzvləri, habelə dövlət
hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər eyni zamanda Mərkəzi Bankın
İdarə Heyətinin üzvləri ola bilməzlər.
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II
hissəsinə müvafiq olaraq, vəzifəyə təyin və vəzifədən azad edilirlər.
İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri
sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilir.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq
olaraq, Mərkəzi Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət
müddətinə vəzifəyə təyin edilirlər.
. İdarə Heyətinin üzvləri Mərkəzi Bankda daimi əsaslarla işlədiyi dövrdə elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq
fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, İdarə Heyətinin Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvləri hüquqi şəxslərin
idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad,
valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı)
Mərkəzi Bankın nəzarət etdiyi kredit təşkilatlarında mühüm iştirak payına malik ola
bilməzlər.
. İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə
vəzifə tuta bilməzlər.
. Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri
Mərkəzi Bankın İdarə Heyəti:
hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir;
. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini,
özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatların şərtlərini müəyyən
edir;
. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul
nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;
valyuta tənzimi və nəzarətinin həyata keçirilməsi, habelə manatın başqa valyutalara
mübadilə məzənnəsinin müəyyən olunması qaydasını təsdiq edir;
Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir;
Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması
qaydasını müəyyən edir;
. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir;
beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası
və qaydalarını müəyyən edir;
kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların
verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;
kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən
edir;
qanunvericiliklə müəyyən olunmuş hallarda, banklara müvəqqəti inzibatçının təyin
edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edir;
. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirak limitini
müəyyənləşdirir;
Mərkəzi Bankın təşkilati strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;
Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını, habelə
Mərkəzi Bankın İdarə Heyətinin nomenklaturasına daxil olan vəzifələri müəyyənləşdirir,
həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən
azad edilməsinə razılıq verir;
Mərkəzi Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan
Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla
müəyyənləşdirir;
. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir;
bu Qanunla Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş digər
məsələləri həll edir.
İdarə Heyətinin iclasları
Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
. İdarə Heyətinin iclaslarına Mərkəzi Bankın İdarə Heyətinin sədri, o olmadıqda bu
Qanunda nəzərdə tutulmuş qaydada onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin
üzvü sədrlik edir.
. İdarə Heyətinin iclaslarını Mərkəzi Bankın İdarə Heyətinin sədri çağırır. İclaslar İdarə
Heyətinin azı digər iki üzvünün tələbi ilə də çağırıla bilər.
. İdarə Heyətinin üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı, habelə gündəliyinə
çıxarılan məsələlər barədə, bir qayda olaraq, iclasa azı 3 gün qalmış məlumat verilir.
İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli
sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır.İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu
məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair
səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
İdarə Heyətinin qərarları iclasda iştirak edən İdarə Heyəti üzvlərinin adi səs çoxluğu
ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edən həlledici səsə malikdir. İdarə
Heyətinin üzvü İdarə Heyətinin qəbul etdiyi qərarla razı olmazsa, bu barədə özünün
əsaslandırılmış rəyini bildirə bilər.
İdarə Heyətinin iclaslarının protokolu tərtib edilir. Protokolu iclasa sədrlik edən və
İdarə Heyətinin katibi imzalayır.
İdarə Heyətinin katibini Mərkəzi Bankın İdarə Heyətinin sədri İdarə Heyətinin üzvü
olmayan əməkdaşlar sırasından təyin edir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri
. Mərkəzi Bankın İdarə Heyətinin sədri Mərkəzi Bankın İdarə Heyətinin işini təşkil edir
və eyni zamanda Mərkəzi Bankın icra strukturuna başçılıq edir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri aşağıdakı səlahiyyətlərə malikdir:
etibarnamə təqdim etmədən Mərkəzi Bankı Azərbaycan Respublikası daxilində və
qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir;
İdarə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır;
. Mərkəzi Bankın bütün əməkdaşları üçün məcburi olan əmr və sərəncamlar verir;
. İdarə Heyətinin nomenklaturasına daxil olmayan şəxsləri vəzifəyə təyin edir və
vəzifədən azad edir;
. İdarə Heyəti sədrinin müavinləri və Mərkəzi Bankın digər rəhbər işçiləri arasında
vəzifə bölgüsünü aparır;
. Mərkəzi Bankın fəaliyyətinə dair İdarə Heyətinin səlahiyyətinə aid edilməyən
məsələləri həll edir;
. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
. Mərkəzi Bankın İdarə Heyətinin sədri olmadıqda, onun səlahiyyətləri birinci müavin
tərəfindən həyata keçirilir. Birinci müavin olmadıqda, həmin səlahiyyətlər Mərkəzi Bankın
İdarə Heyəti sədrinin müəyyən etdiyi qaydada digər müavini və ya İdarə Heyətinin üzvü
tərəfindən həyata keçirilir.
İdarə Heyəti üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi
. Mərkəzi Bankın İdarə Heyətinin sədri və digər üzvləri vaxtından əvvəl Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndi ilə müəyyən edilmiş
qaydada, o cümlədən aşağıda göstərilən hallar nəzərə alınmaqla öz vəzifəsindən azad oluna
bilər:
Azərbaycan Respublikası Prezidentinə istefa haqqında ərizə təqdim etdikdə;
. müvafiq tibbi arayışa əsasən xəstəliklə əlaqədar 6 aydan çox müddətdə öz
vəzifələrini icra edə bilmədikdə, bu şərtlə ki, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan
Respublikası Prezidenti qarşısında vəsatətlə çıxış edir;
məhkəmənin qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya
fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
məhkəmənin qüvvəyə minmiş hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə;
İdarə Heyətinin üzvünə dair bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş tələb
və məhdudiyyətlər pozulduqda.
Vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi ilə razı olmayan İdarə Heyətinin
üzvü qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.
İdarə Heyəti üzvlərinin istefaya getməsi
Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası
haqqında qərar ərizə verildikdən sonra 2 ay ərzində qəbul edilir. Qərar bu dövrdə qəbul
edilməzsə, istefa haqqında ərizə verən şəxs ərizənin verildiyi tarixdən 3 ay sonra istefaya
getmiş hesab edilir.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası
haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul edildikdə, ərizə verən şəxs belə qərarın
qəbul olunduğu tarixdən 1 ay sonra istefaya getmiş hesab edilir, bu şərtlə ki, o, istefa
haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 həftə ərzində istefa
haqqında ərizəni təsdiq edən əlavə ərizə təqdim etmiş olsun.
Daxili audit
Mərkəzi Bankın daxili audit bölməsi aşağıdakıları həyata keçirir:
. Mərkəzi Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və
nəzarət mexanizmlərinin vəziyyətini qiymətləndirir, onların daim tətbiq olunmasına nəzarət
edir;
qanunvericiliyə əməl olunmasını təmin etmək məqsədilə Mərkəzi Bankın struktur
bölmələrinin auditini həyata keçirir;
audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat,
daimi nəzarət prosedurları və mexanizmləri barədə Mərkəzi Bankın İdarə Heyətinə və
struktur bölmələrinə tövsiyələr verir;
Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.
Daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinə tabedir.
Pul siyasəti
Pul siyasəti
Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr
ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr
ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.
Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən, Mərkəzi Bank cari ildə həyata
keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul
siyasətinin məqsəd və vəzifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də
əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.
Pul siyasətinin alətləri
. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:
açıq bazarda əməliyyatların aparılması;
faiz dərəcələrinin müəyyənləşdirilməsi;
kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;
kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
. depozit əməliyyatlarının aparılması;
bank əməliyyatlarının məhdudlaşdırılması;
. beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.
Mərkəzi Bank bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğun olaraq
bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab etdiyi alətləri tətbiq
edir.
Açıq bazarda əməliyyatlar
. Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər:
bu Qanunun 16-cı maddəsinin tələblərini nəzərə almaqla, dövlətin buraxdığı
qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;
özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;
xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.
Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi Bankın borc qiymətli
kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.
. Faiz dərəcələrinin müəyyənləşdirilməsi
Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini
müəyyənləşdirir.
Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən, ölkədəki mövcud makroiqtisadi
durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik
vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə və depozit
əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında
müəyyənləşdirir.
Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz
dərəcələrini dərc etdirir.
Məcburi ehtiyatların müəyyənləşdirilməsi
. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə
bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır.
Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi Bankın
İdarə Heyəti tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit
təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.
Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit
təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər
dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi,
xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin
olunmalıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müddətə uzadıla
bilər.
Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti
müəyyən edir.
Kreditlər kredit təşkilatlarının baş idarələrinə verilir.
Depozit əməliyyatları
Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit
təşkilatlarından depozitlər cəlb edə və onlarda depozitlər yerləşdirə bilər.
Bank əməliyyatlarının məhdudlaşdırılması
Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda, qanunvericiliyə müvafiq
olaraq, Mərkəzi Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatları
müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və
yuxarı hədlərini müəyyənləşdirə bilər.
Nağd pul tədavülünün təşkili
Pul vahidi
Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq
olaraq, Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən
ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxıla bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq
olaraq, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş
vasitəsi kimi işlədilməsi qadağandır.
Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları
Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin
həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul
edilməlidir.
Manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir.
Tədavülə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəliyidir və onun bütün aktivləri
ilə təmin edilir.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.
Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan
sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
Pul tədavülünün təşkili
Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün Mərkəzi
Bank aşağıdakıları həyata keçirir:
pul nişanlarına olan tələbatı müəyyənləşdirir;
pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların
daşınmasını və saxlanmasını təmin edir;
pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;
Mərkəzi Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və
inkassasiyası qaydalarını müəyyən edir;
37.0.5. Mərkəzi Bankda və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması
qaydalarını müəyyənləşdirir;
tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi
qaydalarını müəyyən edir.
Pul nişanlarının tədavülə buraxılması
Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın
İdarə Heyəti qəbul edir. Mərkəzi Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü,
tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və texniki xüsusiyyətlərini müəyyən
edir.
Mərkəzi Bankın İdarə Heyəti yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması
haqqında qərar qəbul edə bilər. Mərkəzi Bank müəyyən etdiyi qaydada və qiymətlərlə
buraxdığı yubiley və xatirə pul nişanlarının satışını təşkil edir.
Mərkəzi Bank qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) ilə əlaqədar yeni
pul nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla qəbul edir.
Pul nişanlarının tədavüldən çıxarılması
Denominasiya halları istisna olmaqla, Mərkəzi Bank tədavüldə olan kağız və metal
pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.
Mərkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarını, habelə
yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haqqında məlumatı
kütləvi informasiya vasitələrində dərc etdirir.
Yeni pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar pulların dəyişdirilməsi zamanı
dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol verilmir.
Dəyişdirilməli olan pul nişanları Mərkəzi Bankın müəyyən etdiyi müddətdə, lakin bir ildən
az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin müddətdən sonra pul nişanları
Mərkəzi Bank tərəfindən müddətsiz olaraq dəyişdirilir.
Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar
müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən
edilir.
Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici
valyutada olan saxta pul nişanlarına da şamil edilir.
Pul nişanlarının dəyişdirilməsi
Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. Saxta olmayan,
bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa
məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri
Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa
məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər.
Pul nişanlarının məhvi
Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında məhv edilir.
Mərkəzi Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və
ştamplarının məhv olunmasını təmin edir.
Beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə olunması
Beynəlxalq qızıl-valyuta ehtiyatları
Mərkəzi Bank dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq
öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün beynəlxalq qızıl-valyuta
ehtiyatlarını İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində saxlayır və idarə edir.
Mərkəzi Bank İdarə Heyətinin müəyyən etdiyi strategiya və qaydalar çərçivəsində
aşağıdakı aktivlərdən ibarət beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir:
qızıl, digər qiymətli metallar və qiymətli daşlar ;
kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta;
xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında
Mərkəzi Bankın sərbəst dönərli xarici valyutada saxladığı vəsaitlər;
Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq Valyuta
Fondunda ehtiyat mövqeyi;
xarici dövlətlərin, mərkəzi bankların və ya beynəlxalq maliyyə təşkilatlarının
buraxdığı, yaxud təminat verdiyi qiymətli borc kağızları;
beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri.
Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə edilməsində bu sahədə
ixtisaslaşmış maliyyə təsisatlarının xidmətlərindən İdarə Heyətinin müəyyən etdiyi
strategiya çərçivəsində istifadə edə bilər.
Beynəlxalq qızıl-valyuta ehtiyatları dövlətin pul siyasətinin həyata keçirilməsi,
ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Mərkəzi
Bankın mülahizəsinə görə təhlükəli səviyyəyədək azaldıqda və ya azalması qorxusu
olduqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların belə azalmasına
gətirib çıxarmış və ya gətirib çıxara biləcək səbəbləri qabaqcadan göstərməklə, beynəlxalq
qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat və əsaslandırılmış təkliflər təqdim edir.
Beynəlxalq qızıl-valyuta ehtiyatları haqqında məlumat
Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının ümumi miqdarı barədə rübdə bir
dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.
Ödəniş sistemləri üzrə səlahiyyətlər
Mərkəzi Bank ödəniş, o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin
sabit işləməsini təmin etmək məqsədi ilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir,
tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.
Mərkəzi Bank normativ xarakterli aktları ilə müəyyən edilmiş qaydada klirinq
(prosessinq) təşkilatlarının fəaliyyətinə icazələr verir və nəzarəti həyata keçirir.
Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ölkədə
nağdsız hesablaşmaların və kredit təşkilatları vasitəsilə pul köçürmələrinin aparılması
qaydalarını və şərtlərini, habelə ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.
Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ
hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və
bağlanması qaydalarını müəyyən edir.
Mərkəzi Bank kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul
köçürmələri, klirinq (prosessinq) sistemlərinin etibarlığının və təhlükəsizliyinin, habelə
bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən edə
bilər.
Mərkəzi Bank qanunvericiliyə müvafiq olaraq, ödəniş sistemlərinin təşkili sahəsində
digər səlahiyyətləri həyata keçirir.
Kredit təşkilatları arasında hesablaşmaların təşkili
Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaları
Mərkəzi Bankda milli valyutada (manatda) açdıqları müxbir hesabları vasitəsilə, yaxud
beynəlxalq təcrübəyə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi digər üsullarla təşkil
edir.
Kredit təşkilatları ilə münasibətlər Kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri
Mərkəzi Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək,
bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti
üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, «Banklar
haqqında» «Poçt haqqında», «Bank olmayan kredit təşkilatları haqqında» və «Kredit
İttifaqları haqqında» Azərbaycan Respublikası qanunlarına, Mərkəzi Bankın normativ
xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq
həyata keçirir.
Mərkəzi Bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının
cari fəaliyyətinə qarışmır.
Mərkəzi Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi
Bankın öhdəlikləri üçün cavabdeh deyildir.
Bu Qanunda nəzərdə tutulmuş hallarda, Mərkəzi Bank banklar üçün sonuncu
instansiya kreditoru kimi çıxış edə bilər.
Öz funksiya və səlahiyyətlərini həyata keçirərkən, Mərkəzi Bank kredit təşkilatlarının
ona məlum olan fəaliyyəti haqqında məlumatı yalnız qanunvericilikdə nəzərdə tutulmuş
hallarda açıqlaya bilər.
Mərkəzi Bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilməsi
üçün kredit təşkilatlarına xüsusi razılıqların (lisenziyaların), onların filial və şöbələrinə,
habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün yerli və xarici bankların
nümayəndəliklərinə icazələrin, maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin
milli operatoruna xüsusi razılığın (lisenziyanın) verilməsində və onların ləğv edilməsində
müstəsna səlahiyyətə malikdir.
Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaların və icazələrin forma
və məzmununu Mərkəzi Bank müəyyənləşdirir.
Kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin
tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank aşağıdakıları həyata keçirir:
bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir;
prudensial normativləri, habelə onların hesablama metodlarını və tətbiqi qaydalarını
müəyyən edir;
kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar,
xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları və poçt rabitəsinin milli
operatoru tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması
qaydasını müəyyən edir;
hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının və poçt rabitəsinin milli
operatorun maliyyə vəziyyətini qiymətləndirir və bunun əsasında maliyyə hesabatlarında
müvafiq düzəlişlərin edilməsi barədə kredit təşkilatlarına və poçt rabitəsinin milli
operatoruna icrası məcburi olan göstərişlər verir;
banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarını
müəyyən edir və tətbiqinə nəzarət edir;
qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında və poçt
rabitəsinin milli operatorunda, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar
aparır;
kredit təşkilatları tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir;
bank xidmətləri bazarında inhisarçılıq fəaliyyətinin qarşısının alınması məqsədilə
səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır;
kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna və onların inzibatçılarına
qarşı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təsir (təshih) tədbirlərini və
sanksiyaları tətbiq edir;
qanuna müvafiq surətdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri tələb etdiyi
hallarda, kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorun idarəetmə orqanlarının
iclaslarında müşahidəçi qismində iştirak edir, kredit təşkilatlarının və poçt rabitəsinin milli
operatorun inzibatçıları ilə məsləhətləşmələr aparır;
qanunla nəzərdə tutulmuş hallarda, bankların maliyyə sağlamlaşdırılması tədbirləri
çərçivəsində onların Mərkəzi Bank qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinin
xüsusi şərtlərini müəyyən edir;
qanunla nəzərdə tutulmuş hallarda banklara və xarici bankların yerli filiallarına
müvəqqəti inzibatçı təyin edir, zəruri hallarda, bankın öhdəlikləri üzrə moratorium tətbiq
edilməsi barədə məhkəməyə müraciət edir;
lisenziyası ləğv olunmuş banklar və xarici bankların yerli filialları haqqında
qanunvericiliyə müvafiq tədbirlər görür;
qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Kredit təşkilatları və poçt rabitəsinin milli operatoru üçün prudensial normativləri
müəyyən edərkən, Mərkəzi Bank kredit təşkilatlarının və poçt rabitəsinin milli
operatorunun növləri üzrə fərqli normativləri və onların hesablanması metodlarını
müəyyənləşdirə bilər.
Sonuncu instansiya kreditoru
Bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin
maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər
daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilər.
Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi
Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə
iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti
əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini
Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi
zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı
ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirdikdə, Mərkəzi Bank emissiya
şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edə bilər.
Kredit təşkilatları ilə əməkdaşlıq
Kredit təşkilatları ilə qarşılıqlı fəaliyyət məqsədilə Mərkəzi Bank kredit təşkilatlarının,
onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə, bank işinin
mühüm məsələləri barəsində məsləhətləşmələr apara, əməli təkliflər hazırlamaq üçün
ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qruplar yarada bilər.
Xarici tənzimləmə və nəzarət orqanları ilə əməkdaşlıq
Kredit təşkilatları üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının
effektiv surətdə həyata keçirilməsi məqsədilə Mərkəzi Bank xarici ölkələrin bank tənzimi
və nəzarəti orqanları ilə bank nəzarəti sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada
sazişlər bağlaya və əməkdaşlıq edə bilər.
Bu cür əməkdaşlıq Mərkəzi Bankla xarici ölkənin bank tənzimi və nəzarəti orqanı
arasında fəaliyyət göstərən və ya fəaliyyətə başlamaq istəyən subyektlər haqqında
informasiya mübadiləsini, birgə nəzarətin həyata keçirilməsini əhatə edə bilər, bu şərtlə ki,
həmin orqan aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız bank nəzarəti
məqsədləri ilə istifadə edəcəkdir.
Mərkəzi Bank maliyyə sektorunun digər seqmentlərində tənzimləmə və nəzarət
funksiyalarını həyata keçirən dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq əsasında tənzimləmə
və nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat
mübadiləsi apara bilər, bu şərtlə ki, tərəflər aldığı informasiyanın məxfiliyini qoruyacaq və
yalnız nəzarət məqsədləri üçün istifadə edəcəklər.
Mərkəzi Bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar
qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Şikayətin
verilməsi həmin qərarın icrasını dayandırmır.
Mərkəzi Bankın əqdləri və əməliyyatları
Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə
aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:
çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları , habelə bunlardan
hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;
xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və
öhdəliklərini almaq və satmaq;
qarantiyalar və zəmanətlər vermək;
bank hesabları, o cümlədən depozit hesabları açmaq;
hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa
sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;
hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq
təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək.
Mərkəzi Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir.
Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda
fondlara bank xidmətləri göstərə bilər.
Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə
Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər.
Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini
tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya Azərbaycan Respublikasının üzv
olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər.
Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli
kağızlarını almaq hüququna malikdir.
Mərkəzi Bank qanunvericiliklə qadağan olunmayan mülki-hüquqi əqdləri bağlaya
bilər.
Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
bu Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə
bank əməliyyatları aparmaq;
istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər
kommersiya fəaliyyəti ilə məşğul olmaq;
Mərkəzi Bankın fəaliyyətini, Mərkəzi Bank qarşısında olan öhdəliklərin icrasını,
habelə Mərkəzi Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək üçün zəruri olan
hallar istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq,
satmaq və ya başqa tərzdə əldə etmək.
Mərkəzi Bankın maliyyə uçotu və hesabatı
Mərkəzi Bankın hesabat ili yanvar ayının 1-də başlanır və dekabr ayının 31-də başa çatır.
Maliyyə uçotu və hesabatı
Mərkəzi Bankın maliyyə uçotu və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına uyğun olaraq aparılır.
57.2. Mərkəzi Bankın illik maliyyə hesabatı balansdan, mənfəət və zərər, habelə pul
vəsaitlərinin hərəkəti haqqında hesabatdan və onlara verilən izahat qeydlərindən ibarətdir.
Mərkəzi Bankın auditi
Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndinə müvafiq olaraq, bir və ya bir neçə il müddətinə təyin edilmiş
auditor tərəfindən ildə bir dəfə yoxlanılır.
Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.
Mərkəzi Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə
bağlı xərclər Mərkəzi Bankın vəsaiti hesabına ödənilir.
İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat
əməliyyat büdcəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilir.
Audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa
çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.
Bu Qanunun tələbləri nəzərə alınmaqla, Mərkəzi Bankla əməkdaşlar arasında əmək
münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
59.2. Mərkəzi Bankın əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən
olunmuş vəzifələri tutan əməkdaşlar krediti yalnız Mərkəzi Bankdan ala bilərlər. Həmin
əməkdaşlar kredit təşkilatlarından aldıqları kredit kartları haqqında Mərkəzi Bankın İdarə
Heyətinin müəyyən etdiyi qaydada İdarə Heyətinə məlumat verirlər.
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan
əməkdaşlar kredit təşkilatlarının və onların törəmə təsərrüfat cəmiyyətlərinin təsisçisi və
iştirakçısı, onların idarəetmə orqanlarının üzvü ola bilməzlər.
Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı «Əmək pensiyaları haqqında»
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Mərkəzi Bank öz əməkdaşlarının sosial müdafiəsi məqsədi ilə əlavə tədbirlər görə
bilər.
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar
onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət və bank sirrinə aid olan
məlumatı işlədikləri dövrdə və işdən azad olunduqdan sonra yalnız qanunvericilikdə
müəyyən olunmuş hallarda açıqlaya bilərlər.
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları bu Qanunla müəyyən edilmiş
funksiya və səlahiyyətlərini həyata keçirərkən, hər hansı hərəkəti və ya hərəkətsizliyi
nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya
hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.
Mərkəzi Bank öz fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər
görür. Mərkəzi Bankın respublika ərazisində pul və digər qiymətlilərin təhlükəsiz daşınması
ilə məşğul olan struktur bölmələri zirehli nəqliyyat vasitələri ilə təchiz edilir, müvafiq
əməkdaşları xüsusi geyimlə, habelə qanunvericilikdə müəyyən olunmuş qaydada xidməti
(odlu) silah və döyüş sursatları ilə təmin edilir.
İnformasiyanın toplanması
Öz funksiyalarının həyata keçirilməsi məqsədilə Mərkəzi Bank dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərdən zəruri statistik məlumat ala bilər.
Mərkəzi Bank illik hesabatını dərc etdirir. Mərkəzi Bankın illik hesabatı ölkədəki
makroiqtisadi vəziyyəti, həyata keçirilən pul siyasətinin yekunlarını, bank sisteminin
vəziyyətini, habelə Mərkəzi Bankın maliyyə vəziyyətini, o cümlədən əməliyyat büdcəsinin
nəticələrini əks etdirir.
Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq, pul və maliyyə bazarlarının vəziyyəti
haqqında informasiya bülletenləri buraxır.
Mərkəzi Bank bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi
məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı dərc etdirə bilər.
Mərkəzi Bankın icmal balansı hər ay kütləvi informasiya vasitələrində dərc olunur.
Mərkəzi Bank Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, vergi
güzəştlərinə malikdir, dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən
azaddır.
Dostları ilə paylaş: |