Microsoft Word 40 Hekim pediatr telimat



Yüklə 137,66 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.12.2016
ölçüsü137,66 Kb.
#3411
  1   2   3   4


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-pediatrın nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1.  


Bu  vəzifə  təlimatı  həkim-pediatrın vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-pediatr vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən 



edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş  şəxs təyin edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “pediatriya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

3.  


Həkim-pediatr Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Həkim-pediatr bilavasitə  şöbə müdirinə, onun olmadığı halda isə tibb 

müəssisəsininrəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Həkim-pediatr aşağıdakıları bilməlidir: 



5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  




5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 


Yüklə 137,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin