Tapşırıq
Ümumi təhsil məktəblərində kimya təliminin təşkilinin əsas formaları haqqında yaz.
Təhsilin məzmununun yeniləşdirilməsi ilə bağlı aparılan islahatların uğurla davam etdiyi hazırkı dövrdə, təlimin təşkilinin əsas formalarından olan dərs, onun quruluşu və müasir tələblər səviyyəsində təşkili barədə pedaqoji mətbuatda geniş müzakirələr aparılır, görkəmli təhsil mütəxəssisləri öz fikirlərini bildirir, rəy və təkliflərini verirlər. Müasir dərsin, necə olması barədə səsləndirilən çoxşaxəli suallara verilən cavablardan aşağıdakı ümumi nəticələrə gəlmək olar.
Dərsin müasirliyi dövrün müasirliyindən asılıdır. Müasir dərs idrak fəallığı şəraitində şagird şəxsiyyəti ön plana çəkilməklə, onların fərdi xüsusiyyətləri, maraq və meylləri, eləcə də cəmiyyətin tələbi nəzərə alınmaqla təşkil olunmalıdır. Dərsdə şagirdlərin müstəqil biliklər qazanmalarına şərait yaradılmalı, müəllim özünün bələdçilik funksiyasını düzgün yerinə yetirməlidir. Dərsə bir texnoloji proses kimi də yanaşılır.
Həmişə olduğu kimi bu gün də dərs təlimin əsas təşkilat forması hesab edilir. Müəllim və şagirdlərin təlim fəaliyyəti sinif-dərs sistemində özünü göstərir. Müasir dərsə verilən tələblərə uyğun olaraq öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında münasibətlər yeniləşir, müəllim və şagirdin funksiyası dəyişir. Müəllim bələdçi, istiqamətverici, şagird tədqiqatçı, “kəşf edən” olur.
Ümumitəhsil məktəblərində dərsin tədrisi zamanı öyrədən,yəni müəllim bir sıra təlim formalarından istifadə edir. Bu təlim formalarına nəzər yetirək:
Bu formalar haqqında qısa məlumat verək:
Kollektivlə iş – kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Qruplarla iş – müəyyən problemi həll etmək üçün şagirdlər qruplarda birləşirlər.Bu proses şagirdə müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək, özünün və digərlərinin işini qiymətləndirməyə imkan yaradır.
Cütlərlə iş – problemi həll etmək üçün şagirdlər cütlərdə birləşirlər. Bu təlim forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə imkan yaradır.
Fərdi iş – şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.
Təlim formalarından başqa dərsin daha maraqlı, anlaşıqlı və şagirdlərə maraqlı olması üçün müxtəlif təlim formalarından başqa təlim üsullarından da istifadə olunur. Bu təlim üsulları müxtəlifdir. Kimya fənninin tədrisində əsasən beyin həmləsi, yaşıllaşan ağac, BİBÖ, fərziyyələr ağacı, klaster, karusel, anlayışın çıxarılması, Venn diaqramı, və digər formaları mövcuddur. Bu üsullar çox vacibi bir əhəmiyyət daşıyır. Öyrəndiyimiz o dörd üsulun necə əhəmiyyətli və dərsin təşkili üçün necə də vacib olduğunu başa düşdük. İndi isə sadaladığımız bu üsulların tədris prosesində müəllimin şagirdlərə dərsi necə də anlaşıqlı,priyomlarla izah edərək onlarda dərsə qarşı həvəs yaratdığını izah edək.
İndi isə ilk olaraq əqli hücum və ya beyin həmləsindən danışaq.Bu metod ilk dəfə 1953 cü ildə Amerikalı psixoloq A.Osborn ideyaların yaradılması və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir. Şagirdlərdə yeni mövzulara dair maraq oyatmaq, onların bilikləri necə qavradıqlarını aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə və ya şifahi şəkildə öyrənənlərə çatdırılır. Öyrənənlər suallara əsasən fikirlərini ifadə edirlər. Bütün fərziyyələr və ideyalar şərhsiz və müzakirəsiz yazılı şəkildə qeyd olunur, bundan sonra isə irəli sürülən fərziyyələr müzakirəsi, şərhi və təsnifatı başlayır. Bu üsul qrup işinin sərbəst mühitdə təşkili kimi qəbul olunur, aparıcı ideyalar yekunlaşdırılır, öyrənənlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.Bu metod tədris prosesində ən aktiv metodlardan biri sayılır.
BİBÖ ─ bu metod biz artıq nəyi bilirik? Nəyi bilmək istəyirik? Nəyi öyrənmişik və hələdə nəyi öyrənməliyik suallarına cavab tapılr.Problem müəllim tərəfindən elan edilir. Daha sonra müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və o üç sualı qeyd edir.
Şagirdlər bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütunda qeyd edilir. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda yazılır.
Dostları ilə paylaş: |