Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki
- G İ R İ Ş Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin hərtərəfli tərəqqisi,inqilabi yeniləşdirilməsi, demokratikləşdirilməsi və onun irəliyə doğru mütərrəqqi hərəkəti yalnız ölkənin iqtisadi sosial inkişafının sürətləndirilməsi yolu ilə təmin edilə bilər. Odur ki, iqtisadiyyatın bütün sahələrində işlərin keyfiyyətcə yaxşılaşdirilmasına yönəldilən kompleks planın işlənib hazırlanması zəruridir.Bu isə öz növbəsində elmi texniki tərəqqinin və qabaqcıl dünya ölkələrində qazanılan təcrübələrin tətbiqi əsasında cəmiyyətin maddi texniki bazasının əsaslı surətdə təzələnməsini, ictimai iqtisadi münasibətlərin təkmilləşdirilməsini, əməyin məzmununda və xarakterində, eləcə də insanların maddi və mənəvi həyatında yeni dəyişikliklər baş verməsini, siyasi və ideoloji təsisatlar sisteminin daha da fəallaşmasını özündə tam əks etdirməlidir .
Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s. məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki, təsərrüfat həyatının ön planına keçirilir.
Son illər ərzində ölkəmizdə bazar münasibətlərinin, ilk növbədə müxtəlif istiqamətli sahibkarlıq fəaliyyətinin inkişafı, xarici –iqtisadi fəaliyyət imkanlarının genişlənməsi və s. bazarın idarə edilməsinin elmi konsepsiyası hesab edilən marke-tinqə və onun tənqidinə marağı xeyli artırmışdır. İndi hər bir müəssisə rəhbəri yaxşı başa düşür ki, bazar iqtisadi sistemi şəratində müəsissəni keçmiş prinsiplərlə, metod və üsullarla idarə etmək mümkün deyildir .
Odur ki, bazar münasibətləri şəraitində müəssisənin təsərrüfat fəaliyyətinin təşkili, planlaşdırılması və idarə edilməsi, yalnız marketinq konsepsiyasının elmi –nəzəri, metodoloji və təcrübi müddəalarının tətbiqi yolu ilə mümkündür.
Göründüyü kimi marketinq çoxsaylı və müxtəlif növlü məhsullar istehsalçılarının eləcə də onların istehlakçılarının həyatında və işlərində mühüm rol oynayır. Deməli, bazar iqtisadiyyatı sisteminin yaranması və inkişafı müəssisələrin təsərrüfatçılıq fəaliyyətində marketinq konsepsiyasından geniş istifadə etməyi zəruri etmişdir. Çünki marketinqin tətbiqi həm sahibkarlar, həm də istehlakçılar üçün iqtisadi cəhətdən çox faydalıdır.
Onu da qeyd etmək lazımdır ki, dünya miqyasında marketinq ideyalarının geniş yayılması və təbliği işində bir çox milli və beynəlxalq assosasiyalar, o cümlədən ictimai fikirlərin və marketinqin öyrənilməsi üzrə Avropa cəmiyyəti, Beynəlxalq Marketinq Federasiyası, Amerika Marketinq Assosasiyası, Böyük Britaniyanın Marketinq İnstitutu , Hindistan Marketinq və İdarəetmə İnstitutu , Moskva Beynəlxalq Marketinq və Menecment Akademiyası (1977) və s. mühüm rol oynayırlar .
Müstəqil dövlətimiz tərəfindən qarşıya qoyulmuş vəzifələr kompleksinin diqqətlə öyrənilməsi və həlli yollarının tapılmasını, eləcə də marketinqin əsasları ilə yaxından tanış olma imkanlarını təmin edəcəkdir.