Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə8/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   4   5   6   7   8   9   10   11   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Alıcı bazarı - alıcının öz şərtlərini diktə etdiyi bazara deyilir. Belə bazarlarda təklif tələbdən yüksək olur.

Marketinq” termini ilk dəfə ABŞ–ın iqtisadi ədəbiyyatlarında XIX əsrin sonlarında və XX əsrin əvvəllərində istifadə edilmişdir. Bu termin o zamankı bazar fəaliyyətinin idarəetmə sisteminin təkmilləşdirilməsi zərurətindən yaranmışdır. Bu isə ilk növbədə ayrı-ayrı sahibkarlıq fəaliyyətləri strukturunda satış fəaliyyətinin idarəetmə sisteminin daha yüksək səviyyəsinin təmin edilməsi zərurətindən irəli gəlmişdir. Məhz buna görə də marketinqin yaranması ilə həmin problemlərin həllinə istiqamətləndirilmişdir. 1902–ci ildə ABŞ-ın ən böyük və aparıcı Misigan, İlinay və Harvard universitetlərində “Marketinqin əsasları” kursu üzrə ilk mühazirələr oxunmağa başlanmışdır. Bu kurslarda əsasən satışın, ticarətin və reklamın səmərəliliyinin təmin olunması məsələləri tədris olunmuşdur.

İqtisadi ədəbiyyatlarda XIX əsrin axırlarından başlayaraq XX əsrin əvvəllərinə kimi olan dövr marketinq konsepsiyasının yaranması və inkişafının birinci mərhələsi hesab edilir. Həmin dövrdə sahibkarlar belə hesab edirlər ki, madam ki, məhsula tələb bazarda yüksəkdi, deməli təklifi yalnız məhsul istehsalını artırmaq yolu ilə və yaxud istehsalın təkmilləşdirilməsi ilə nail olmaq mümkündür. Odur ki, həmin dövrdə marketinq konsepsiyası “istehlak konsepsiyası” adlandırılırdı. O, məhsul istehlakında xərclərin azaldılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə istiqamətləndirilirdi. Amma bir müddət keçəndən sonra aydın oldu ki, qazanc (gəlir) əldə etmık üçün təkcə məhsulun olması kifayət etmir. Odur ki, XX əsrin 20-30–cu illərində marketinqin “satiş konsepsiyası” formalaşamağa başladı. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, istehlakçı təklif olunan məhsulu o vaxt alacaqdır ki, satıcı onun reallaşdırılmasında müəyyən cəhdlər göstərmiş olsun .

Bəzi mütəxəsislərin fikrincə, marketinq konsepsiyasının müasir izahı müəssisələrdə əmtəələrin təkrar istehsalı prosesində fəaliyyəti üzrə olan qərarların əsasını: bazarın tələbləri , alıcıların real ehtiyacları, onların əmtəələrə olan potensial (pulla təmin olunan) tələbatı, həmin müəssisələrin istehsal-satış imkanları və s. təşkil edir.

İstehsalın dinamik inkişafı və onun daim mürəkkəbləşməsi, yeni məhsul növünün yaradılması, texnikanın və texnologiyanın modernləşdirilməsi məcbur edir ki, o, əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənsin. Çünki, müəssisə məhsul istehsal etmək üçün xeyli miqdarda maliyyə, əmək və material resursları sərf edir. Odur ki, real tələbatın dəqiq öyrənilməsi və ona uyğun məhsul istehsal edilməsi zəruridir. Əks halda, istehsal edilmiş məhsul satılmaz və nəticədə müəssisə ziyana düşər.

Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və proqnozlaşdırılmasının nəticələri əsasında məhsulların istehsalı və satışının təşkilini, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanması və daşınması prosesinə müasir və mütərəqqi üsulların tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. nəzərdə tutur.

Marketinq mürəkkəb dinamik və çoxaspektli sistem olmaqla, müəssisə fəaliyyətinin idarəedilməsini və onun bilavasitə bazara istiqamətləndirilməsini təmin edir.

ABŞ –nin Havvard Biznes məktəbinin professoru Tom Bonomanın təbirincə desək : “Marketinq kompaniyasının şəxsi gəlir əldə etməsini təmin etmək məqsədi ilə, əmtəənin pula dəyişdirilməsini və bununla da istehlakçıların ehtiyaclarının ödənilməsini həvəsləndirən bir funksiyadır, vasitədir”.

Marketinqin əsas vəzifələrinə aşağıdakılar daxildir: bazarın öyrənilməsi, tələbatın strukturu və dinamikası, istehlakçıların zövqü və arzuları haqqında səhih informasiya toplanması, cari və perspektiv tələbata müvafiq olan əmtəələrin istehsalını təşkil etmək, müxtəlif yarmarkaların, sərgilərin keçirilməsi, reklam güzəştləri və qiymət siyasəti, servis xidməti göstərilməsi, zəmanətlər vasitəsi ilə məhsulun satışı üçün əlverişli şərait yaratması və s.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin