Tarix və onun problemləri, №4 2014 238 S. Misirxanova bakı Dövlət Universiteti



Yüklə 350,15 Kb.
Pdf görüntüsü
tarix17.01.2017
ölçüsü350,15 Kb.
#5723

Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

238 


S. MISIRXANOVA 

Bakı Dövlət Universiteti 

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

 

MÜLKİYYƏT İMMUNİTETİ DÖVLƏT İMMUNİTETİNİN NÖVÜ KİMİ 



 

Açar sözlər: mülkiyyət immuniteti, dövlət immuniteti, iqtisadi münasibətlər, beynəlxalq 

hüquq, hüququn obyekti, problemlər, şəxsin mülkiyyəti  



Ключевые слова: иммунитет собственности, государственный иммунитет

экономические отношения, международное частное право, объект права, проблемы, 

собственность лица. 

Key words: property immunity, state immunity, political relations, international special 

law, the object of law, problems, person’s property 

 

Dövlətlər arasında iqtisadi münasibətlər genişləndikcə mülkiyyətin yerinin dəyişməsi baş 



verir.  Beynəlxalq  xüsusi  hüquq  ədəbiyyatında  qəbul  edildiyi  kimi  mülkiyyət  hüququ,  bu 

hüququn obyekti olan əmlakın olduğu yerin qanunvericiliyi ilə müəyyən edilir. 

Xaricdə  olan  əmlakla  bağlı  mülkiyyət  hüququ  müəyyən  edilərkən  bir  çox  problemlər 

meydana çıxır. Bu problemlərdən ən əsası dövlət mülkiyyəti ilə bağlıdır. Belə bır sual ortaya 

çıxır  ki,  dövlət  mülkiyyəti  də  hər  hansı  xüsusi  şəxsin  mülkiyyəti  kimi  xaricdə  eyni  statusa 

malikdirmi?  Xaricdə  dövlət  mülkiyyətinə  həbs  qoymaq,  ümumi  qaydada  satmaq  və  ya 

barəsində digər məcburetmə tədbirləri tətbiq etmək olarmı ? 

Bu suallara cavab vermək üçün dövlət mülkiyyətinin rejimini müəyyən etmək lazımdır. Belə 

ki,  dövlət  mülkiyyətinə  digər  xüsusi  şəxslərin  mülkiyyətinə  aid  olan  müddəalar  bütün  hallarda 

şamil  edilmir.  Dövlət  və  onun  orqanları  xaricdə  hansı  immunitetlərdən  istifadə  edirsə,  onun 

mülkiyyəti də eyni immunitetlərdən istifadə edir. 

Mülkiyyət  immuniteti  hər  şeydən  əvvəl  iddianın  təmin  edilməsindən  immunitet  və 

qərarın icrasından immunitetdə ifadə olunur. 

Layihədə  ilkin  və  icra  tədbirlərinin  tətbiq  edilə  bilmədiyi  mülkiyyət  növləri  ayrıca 

sadalanır. Bunlara aşağıdakılar aiddir: 

1. 


hərbi və ya hərbi məqsədlər üçün nəzərdə tutulan mülkiyyət; 

2. 


xarici dövlətin mərkəzi bankının və ya digər maliyyə orqanlarının mülkiyyəti; 

3. 


satışa çıxarılmayan, dövlətin mədəniyyət sərvətləri sayılan mülkiyyət; 

4. 


Diplomatik  nümayəndəliklər,  konsulluqlar,  beynəlxalq  təşkilatlar  yanında  daimı 

nümayəndəliklər üçün nəzərdə tutulan mülkiyyət. 

«Diplomatik əlaqələr haqqında» Vyana Konvensiyasından fərqli olaraq, layihədə xüsusi 

mülkiyyət növü kimi səfirliyin bank hesabının da immunitetə malik olması göstərilir. 

Mülkiyyətlə  bağlı  immunitetə  həmçinin  vergi  immuniteti  də  daxildir.  İmmunitet  şamil 

edilən  dövlət  mülkiyyəti  həmçinin  vergi  immunitetinə  də  malikdir.  Belə  ki,  xarici  dövlətin 

diplomatik  və  konsulluq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  nəzərdə  tutulan  mülkiyyət 

dövlət və yerli vergilərdən azaddır. 

Fikrimizcə, mülkiyyətə münasibətdə məhdud immunitetdən istifadə edilməsi beynəlxalq 

əməkdaşlıq nöqteyi-nəzərindən məqsədə müvafiqdir.  

Dövlət  mülkiyyəti,  ona  münasibətdə  və  ya  onunla  bağlı  məhkəmə  orqanları  tərəfindən 

qərar çıxarılmadığı hallarda da immunitetdən istifadə edir [5, s.83]. 



Müasir dövr 

Tarix və onun problemləri,№ 4 2014 

 

239 

Dövlət mülkiyyətinin malik olduğu immunitet aşağıdakıları yol verilməz hesab edir: 

1. 

bu mülkiyyətə qarşı iddia verilməsini. 



2. 

dövlətə  qarşı  yönələn,  bu  əmlakla  əlaqəsi  olub-olmadığından  asılı  olmayaraq  verilən 

iddianın təmin edilməsi üçün həbs qoyulması; 

3. 


Hər hansı iddia üzrə xarici dövlətə qarşı çıxarılan məhkəmə qərarı  üzrə belə  mülkiyyətə 

münasibətdə məcburi icra. 

Mülkiyyət  immunitetinin  tətbiq  sferası  və  həcmi  barədə  funksional  immunitet 

nəzəriyyəsinin mövqeyi tam fərqlidir. Məhdud immunitet nəzəriyyəsinə görə mülkiyyət bütün 

hallarda immunitetdən istifadə etmir. 

Məhdud  immunitet  nəzəriyyəsinə  əsaslanan  dövlətlərin  qanunvericiliyində  müəyyən 

istisnalara  yol  verilir.  Məsələn:  Xarici  dövlətlərin  mərkəzi  banklarının  və  digər  maliyyə 

orqanlarının  ingilis  banklarında  olan  pul  əmanətləri,  həm  ingilis,  həm  də  amerikan 

qanunvericiliyinə görə məhkəmə qərarlarını icrasından tam immunitetə malikdirlər («1978-ci 

il «Dövlət immuniteti haqqında» Qanunun 14-cü mad. 4-cü bəndi). 

Layihənin 22-ci maddəsində dövlət mülkiyyətinə immunitetin şamil edilmədiyi aşağıdakı 

hallar göstərilir: 

1) 

beynəlxalq sazişdə 



2) 

yazılı kontraktda 

3) 

konkret iş üzrə məhkəməyə müraciət etdikdə. 



Bu halların əsasını mülkiyyəti olan dövlətin razılığı təşkil edir. (22 mad. 1-ci bəndi) 

Məhkəmə  təcrübəsində,  milliləşdirmiş  əmlaka  dövlət  mülkiyyət  hüququ  ilə  bağlı 

məsələlərə baxılarkən belə bir sualla qarşılaşırıq: milliləşdirmə ilə dövlət immuniteti arasında 

hansı əlaqə vardır? 

«Milliləşdirmə»  termini  altında  dövlətinkiləşdirmə,  yəni  xüsusi  mülkiyyətdə  olan 

əmlakın alınaraq dövlətin mülkiyyətinə verilməsi başa düşülür. Milliləşdirmə nəticəsində ayrı-

ayrı obyektlər deyil, bütövlükdə iqtisadi sahələr dövlət mülkiyyətinə keçirilir [4, s.58-76]. 

Milliləşdirmə  dövlətin  daxili  səlahiyyətlərinə  aiddir  və  hər  hansı  beynəlxalq  orqan 

dövlətin milliləşdirmə tədbirlərini müzakirə edə bilməz. 

Dünya  təcrübəsində  bir  çox  milliləşdirmə  faktlarına  rast  gəlmək  olar.  Ayrı-ayrı 

dövlətlərin  təcrübəsinə  müraciət  etdikdə  görmək  olur  ki,  burada  milliləşdirməni  bir  qayda 

olaraq ayrı-ayrı obyektlərlə münasibətdə həyata keçirilməsi faktlarına rast gəlinir. Məs: 1951-

ci  ildə  «İngilis  İran  neft  kompaniya»sının,  1972-ci  ildə  İran-neft  kompaniyası»nın 

milliləşdirilməsi. 

Beynəlxalq xüsusi hüquq ədəbiyyatında milliləşdirmənin hüquqi təbiəti üçün xarakterik 

olan bir sıra ümumi cəhətləri vardır: 

1) 

milliləşdirmə dövlət hakimiyyət aktıdır; 



2) 

bu, ayrı-ayrı şəxslərin cəzalandırılması deyil, ümumi xarakterik sosial-iqtisadi tədbirdir; 

3) 

milliləşdirmə, mülkiyyətin kimə məxsus olmasından asılı olmayaraq həyata keçirilir



4) 

bu tədbiri həyata keçirən dövlət, milliləşdirilən əmlakın konsepsiyasına verilməsi qaydası, 

onun həcmini müəyyən edir. 

Milliləşdirmə aktının hüquqi təbiətinə təsir göstərən faktorlardan biri də bu akt haqqında 

qanunun xarici dövlətlərdə tanımasıdır. Belə ki, xarici dövlətlərin qanunvericilik və məhkəmə 

praktikasında,  milliləşdirmə  aparan  dövlətin  ərazidə  olan  əmlakın  özəlləşdirilməsi  haqqında 

qanuna  etiraz  edilməsi  faktına  rast  gəlinir.  Bu  mövqe  həmçinin,  əmlak  üzərində  mülkiyyət 

hüququnu  müəyyən  edən  bex  rei  sitae  (əmlakın  olduğu  yerin  qanunu)  prinsipinə  də 

müvafiqdir. 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

240 


İmmunitetin  prinsipinə  əsasən,  xarici  dövlətin  məhkəməsi  aşağıdakı  məsələlərə  baxa 

bilməz: 


1) 

milliləşdirilmiş əmlaka dövlətin mülkiyyət hüququ haqqında; 

2) 

milliləşdirilmiş əmlakın dövlətə qaytarılması haqqında; 



3) 

milliləşdirilmə nəticəsində keçmiş mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi haqqında. 

Milliləşdirməni həyata keçirən xarici dövlətin mülkiyyətinə keçən əmlakın qaytarılması 

haqqında məsələyə başqa dövlətin məhkəmələri baxa bilməz. Xarici dövlətin məhkəməsi belə 

iddiaya baxa bilməz və milliləşdirilmiş əmlak üzərində həbs qoya bilməz. 

Həmçinin,  dövlətə  qarşı  milliləşdirmə  nəticəsində  dəymiş  zərərin  ödənilməsi  haqqında 

iddia verilə bilməz, bu iddia eləcə də qarşılıqlı iddia qismində də verilə bilməz. Buradan belə 

çıxır  ki,  xaricdə  olan  əmlak,  milliləşdirmə  nəticəsində  dəyən  zərərin  ödənilməsi  haqqında 

iddia üzrə həbs obyekti ola bilməz. 

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz müddəalar mütləq immunitet nəzəriyyəsindən 

irəli  gəlir.  Əlbəttə  ki,  indiki  dövr  üçün  bu  cür  mövqe  tutmaq  məqsədəuyğun  hesab  edilə 

bilməz. 


Əgər  məhkəmə  müəyyən  etsə  ki,  milliləşdirmə  beynəlxalq  hüquq  normalarının 

pozulması  ilə  həyata  keçirilmişdir,  onda  xarici  dövlət  cavabdeh  qismində  məhkəməyə  cəlb 

edilə bilər və ödəmə ABŞ ərazisində yerləşən milliləşdirilmiş əmlaka yönələ bilər (1605-3 m.) 

Milliləşdirmə  ilə  bağlı  məsələyə  münasibətdə,  Beynəlxalq  hüquq  komissiyasının 

hazırladığı  «Dövlət  və  onun  mülkiyyətinin  yurisdiksiya  immuniteti  haqqında»  layihə  də 

məhdud  immunitet  nəzəriyyəsindən  çıxış  edir.  Belə  ki,  layihənin  20-ci  maddəsində 

«milliləşdirmənin  eksterritoriallığı  ilə  bağlı  xarici  məhkəməyə  şikayət  verilməsindən  bəhs 

edilir [3, s.186]. 

Beləliklə,  məhdud  immunitet  prinsipi  «milliləşdirmə  ilə  bağlı  milliləşdirmə  aktının 

qanuniliyi  üzrə  xarici  məhkəməyə  müraciət  edilməsini  və  zərərin  ödənilməsi  üçün 

milliləşdirmə aparan dövlətə qarşı iddia qaldırılmasına imkan verir. 

Beynəlxalq  sferada  müxtəlif  dövlətlərin  ticarət-iqtisadi  əməkdaşlığı  müvafiq  xarici 

iqtisadi  əqdlərin  (saziş,  müqavilə,  kontrakt)  bağlanması  ilə  həyata  keçirilir.  Xarici  iqtisadi 

fəaliyyətdə  xarici  iqtisadi  əqdlərin  mühümlüyü  onunla  izah  edilir  ki,  məhz  bu  əqdlər  xarici 

dövriyyədə öhdəliklərin əmələ gəlmə əsasını təşkil edirlər. 

Xarici  iqtisadi  əqdlər  dedikdə,  tərəflərindən  biri  xarici  fiziki  və  ya  hüquqi  şəxs  olan  və 

məzmunu əmtələrin idxalı və ixracı əməliyyatlardan ibarət olan əqdlər başa düşülür [6, s.8]. 

Bəzən  xarici  iqtisadi  kontraktlar  dövlətlər  arasında  bağlanan  hökumətlərarası  sazişlər 

əsasında  bağlanır.  Belə  ki,  bu  sazişlər  avtomatik  mülki  hüquqi  öhdəliklər  yaratmır.  Bu 

öhdəliklər  yalnız  sazişin  icrası  üzrə  bağlanmış  kontraktlar  əsasında  yaranır.  Bundan  başqa 

kontrakt  bağlandıqdan  sonra  sazişdə  edilən  dəyişikliklər  avtomatik  olaraq  kontrakta  təsir 

etmir. Bu cür qarşılıqlı əlaqə bir qayda olaraq QİYŞ - üzvü olan ölkələr arasında münasibətlər 

üçün xarakterikdir. 

Bunu qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, müəyyənləşdirilsin ki,  həmin sazişi, 

həm  də  kontraktı  bağlayan  dövlətdir.  Lakin  hər  iki  halda  dövlətin  hüquqi  vəziyyəti  eyni 

deyildir.  Belə  ki,  hökumətlərarası  sazişin  bağlanması,  bu  saziş  üzrə  dövlətlərin  öhdəlikləri 

beynəlxalq  iqtisadi  hüququn  predmetinə  daxildir.  Çünki  bu  saziş  suveren  dövlətlər  arasında 

bağlanır. 

İkinci  halda.  dövlət  digər  dövlətin  fiziki  və  ya  hüquqi  şəxsləri  ilə  kontrakt  bağlamaqla 

mülki-hüquqi münasibətlərinə daxil olur. 

Belə ki, dövlət xarici iqtisadi mülki hüquqi, kommersiya fəaliyyətində bilavasitə iştirak 

etməklə digər dövlətin milli hüququnun subyekti kimi çıxış edə bilər. Məsələn: Dövlət xarici 



Müasir dövr 

Tarix və onun problemləri,№ 4 2014 

 

241 

fiziki və ya hüquqi şəxslərlə əqd bağlamaqla həmin əqdi xarici dövlətin yurisdiksiyasına tabe 

edir. Lakin bu, dövləti immunitetdən məhrum etmir. Bunun üçün dövlətin razılığı olmalıdır [7, 

s.412]. 


Bir-birinə  zidd  olan  iki  sosial-iqtisadi  sistemin  mövcud  olduğu  uzun  bir  dövr  ərzində 

xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin iki forması mövcud olmuşdur. 

Dövlət  mülkiyyətinin  iqtisadiyyatda  hakim  olduğu  sosialist  ölkələrində  xarici  iqtisadi 

fəaliyyət  dövlət  monopoliyası  əsasında  həyata  keçirilir.  Bu.  bir  tərəfdən  mütləq  immunitet 

nəzəriyyəsi ilə əlaqədardır. 

Bazar  iqtisadiyyatı  (kapitalist)  ölkələrdə  xarici  iqtisadi  fəaliyyət,  dövlət  monopoliyası 

olmadan müxtəlif formalarda həyata keçirilir. 

Dövlət  monopoliyasına  əsaslanan  sistemlə  xarici  fəaliyyətin  həyata  keçirilməsinin  iki 

variantı fərqləndirilir. Birinci varianta idxal-ixrac əməliyyatları dövlətin özü  tərəfindən,  yəni 

onun hər hansı orqanı və ya xaricdə olan dövlət orqanı kimi ticarət nümayəndəliyi vasitəsilə 

keçirilir. Bu halda xarici iqtisadi əqdlər dövlət tərəfindən bağlanır [1, s.107]. Belə əqdlər üzrə 

yaranan  hüquq  və  vəzifələr  bilavasitə  dövlətin  özünə  məxsusdur.  Və  dövlət  əqddən  yaranan 

öhdəliklər üzrə məsuliyyət daşıyır. 

Bu variantda həyata keçirilən bütün iqtisadi fəaliyyətinə immunitet tətbiq edilən dövlət, 

yalnız özü razılıq verdiyi halda, ona qarşı hər hansı iddia verilə bilməz. 

İkinci variantda konkret əqdlər dövlət mülkiyyətində hüquqi şəxslər tərəfindən bağlanır. 

Bu hüquqi şəxslərin dairəsi dövlət tərəfindən müəyyənləşdirilir. 

Dövlət  mülkiyyətində  olan  bu  müəssisələr  xarici  dövriyyədə  müstəqil  hüquqi  şəxslər 

kimi  çıxış  edirlər.  Müstəqillik  onda  ifadə  olunur  ki,  bu  müəssisələr  dövlətin  deyil,  öz 

adlarından  çıxış  edirlər,  lakin  bu  müəssisələr  üçün  dövlətin  qəbul  etdiyi  oxşar  məcburi 

qüvvəyə  maiikdir.  Müstəqil  hüquqi  şəxs  olan  xarici  ticarət  təşkilatları  dövlətə  aid  olan 

immunitetdən istifadə etmirlər [8, s.107]. 

90-cı illərdə formalaşan dövlətin mülki-hüquq münasibətlərində iştirakı haqqında müasir 

konsepsiyaya  görə,  dövlət  mülki-hüquq  münasibətlərində  digər  münasibət  iştirakçıları  ilə 

bərabər hüquqlarla çıxış edir. 

Bu  konsepsiyaya  müvafiq  olaraq  xarici  iqtisadi  fəaliyyət  sahəsində  də  qeyri-

mərkəzləşdirmə meyli yarandı. Belə ki, təşkilatın hüquqi formasından asılı olmayaraq hüquqi 

şəxs olan müəssisələr xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər. Xarici iqtisadi fəaliyyətin 

lisenziyalaşdırılmasının  aradan  qaldırılması  bu  sahədə  genişlənən  əməkdaşlığın  zəruri 

tələbidir. «Müəssisələr haqqında» Qanununa (1 iyun 1994-cü il) görə, əhəmiyyətli səviyyədə 

məhsul (xidmət, iş) ixrac edə bilən hər bir müəssisə, ixrac-idxal əməliyyatlarını həyata keçirə 

bilər. 


Bu  qanuna  əsasən,  dövlət  mülkiyyətində  olan  aşağıdakı  növ  müəssisələr  fəaliyyət 

göstərir: 

1) 

əmlakın tamamilə dövlət mülkiyyətində olan müəssisə



2) 

səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisə. 

Dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşımır. Dövlət müəssisəsi öz 

öhdəliklərinə görə müəssisənin əmlakı ilə məsuliyyət daşıyır. Bu əmlaka malik olmadan mülki 

hüquq subyektliyinə nail olmaq mümkün deyil. 

Hər  hansı  iqtisadi  fəaliyyət  üçün  zəruri  şərt  əmlakın  olmasıdır.  İqtisadi  müstəqilliyin 

olması ticarət müəssisəsinin hüquqi müstəqilliyini şərtləndirir [9. s.70-72]. 

 

Xarici  ticarət  fəaliyyəti  həyata  keçirən  müəssisələr  dövlət  immunitetindən  istifadə 



etmirlər. 

Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

242 


Xarici ticarət təşkilatları dövlət adından əqd  bağladıqda, dövlət  immuniteti tətbiq edilir. 

Bu  zaman  fəaliyyətin  xarakteri  deyil,  həmin  fəaliyyəti  həyata  keçirən  subyektin  şəxsiyyəti 

nəzərə  alınır.  Mütləq  immuniteti  əks  etdirən  bu  müddəa,  dövlətin  mülki  hüquq 

münasibətlərinin  subyekti  kimi  spesifikliyini  göstərir.  Bu  nöqteyi-nəzərdən  dövlətin  iştirak 

etdiyi əqdlərə, onun öz qanunvericiliyi tətbiq edilməlidir. Əlbəttə ki, dövlətin razılığı olduğu 

hallar istisna olmaqla. 

Lakin  bu  mövqe,  əqddən  yaranan  münasibətlərə  tətbiq  edilən  əqdin  bağlandığı  yerin 

qanunu  prinsipini  pozmaqla,  tərəflərin  hüquq  bərabərliyini  pozur  və  məsələnin  həllində 

birtərəflilik yaradır. 

Mütləq immunitetdən fərqli olaraq, müasir məhkəmə təcrübəsində tətbiq edilən məhdud 

immunitet nəzəriyyəsi, dövlətin fəaliyyətinə immunitetin, fəaliyyətin subyektindən deyil, onun 

xarakterindən, dövlətin bağladığı kontraktın təbiətindən asılı olaraq tətbiq edilməsini nəzərdə 

tutur. 

Hər  şeydən  əvvəl  immunitetin  tətbiq  edilmədiyi  dövlətin  həyata  keçirdiyi  kommersiya 



fəaliyyətinin mahiyyətini müəyyən etmək lazımdır. 

İmmunitetlə  bağlı  ABŞ  qanunvericiliyində  «kommersiya  fəaliyyəti,  mütəmadi  həyata 

keçirilən  ticarət  hərəkətləri  və  ya  konkret  kommersiya  aktı  kimi  təsbit  edilir.  Fəaliyyətin 

kommersiya  xarakteri,  onun  məqsədilə  deyil,  hərəkətin  xarakteri  ilə  müəyyən  edilir». 

Həmçinin bu  müddəa,  yalnız ABŞ-da  deyil,  eləcə  də ondan kənarda  həyata keçirilən,  ancaq 

ABŞ üçün birbaşa nəticələr doğuran kommersiya hərəkətlərinə də şamil edilir. 

1972-ci  il  «Oövlət  immuniteti  haqqında»  Avropa  Konvensiyasında  «kommersiya 

fəaliyyəti»nin anlayışı daha dəqiq göstərilir.  Kommersiya əqdi, dedikdə, mal tədarükü  və  ya 

xidmət göstərilməsi haqqında istənilən müqavilə, borc və maliyyə xidmətləri göstərilməsi üzrə 

digər  əqdlər,  həmçinin  dövlətin  suveren  hakimiyyəti  ilə  bağlı  olmayan  sənaye,  maliyyə, 

kommersiya və s. oxşar xarakterli fəaliyyət və ya əqdlər başa düşülür. 

ABŞ  qanunvericiliyində  birbaşa  göstərilməklə  də,  onun  analizində  belə  məlum  olur  ki, 

«kommersiya» termininə aşağıdakılar aiddir: - faydalı qazıntılarla bağlı əməliyyatlar; mənfəət 

əldə  etmək  məqsədilə  həyata  keçirilən  aviakompaniyaların,  ticarət  təşkilatlarının  fəaliyyəti; 

xüsusi şəxslərlə  kontraktlar bağlamaq; alqı-satqı və  ya  xidmət göstərmək, lizinq  müqaviləsi; 

investisiya, kommersiya agentlərindən istifadə etmək və s. 

Beynəlxalq  hüquq  komissiyasının  hazırladığı  «Dövlətin  və  onun  mülkiyyətinin 

yurisdiksiya immuniteti haqqında» layihədə eyni mövqedən çıxış edir. 

Layihənin  2-ci  maddəsində  kommersiya  kontraktının  xarakteristikası  verilir.  Bu 

kontraktlara aşağıdakılar aid edilir: 

1) 

əmtələrin alqı-satqısı və xidmətlər göstərilməsi haqqında istənilən əqdlər; 



2) 

borc haqqında kontraktlar və eləcə də maliyyə əqdləri; 

3) 

əmək  mübahisələri  istisna  olmaqla,  sənaye,  ticarət  və  kommersiya  xarakterli  istənilən 



kontraktlar. 

Kontraktın xarakterinin müəyyən edilməsi üçün iki kriteriyadan istifadə edilir: kontraktın 

təbiəti və kontraktın məqsədi. 

Bu  məsələ  ilə  bağlı  kontrakt  universal  müqavilə  normasının  olmaması,  dövlətin 

fəaliyyətinin xarakterinin müəyyən edilməsi, konkret işlər üzrə məhkəmələr tərəfindən həyata 

keçirilir.



 

 

ƏDƏBİYYAT 

 

1.



 

Богуславский М.М. Международное экономическое право. М., 1986 



Müasir dövr 

Tarix və onun problemləri,№ 4 2014 

 

243 

2.

 



Богатыров А.Г. Инвестиционное право. М., 1992 

3.

 



Баратанц H.P. Современное международное право иммунитет государства / М., 1989 

4.

 



Вилков Г.E. Национализация и международное право. М., 1961 

5.

 



Ушаков  Н.А.  Юрисдикционные  иммунитеты  государств  и  их  собственности.  М., 

1993 


6.

 

Зыкин И.С. Договор во внешне-экономической деятельности. М., 1990 



7.

 

Колосов Ю.М. Международное право. М., 1996 



8.

 

Лунц Л.А., Садиков О.И. Международное частное право. М., 1984 



9.

 

Шершеневич Г.Ф. Учебник торгового права. М., 1994 



 

S.MİSİRKHANOVA 

Baku State University 

Departament of the history of philosophy  

And cultural studies 

 

PROPERTY IMMUNITY AS A KIND OF STATE IMMUNITY 

 

As economical relations among states are broading, the substitution of place of property 



happens.  As  is  accepted  in  international  special  law  literature  the  right  of  property  is 

determined according to the legislation of the place of property as an object of this law. 

While  determination  of  property  law  connecting  with  property  abroad,  some  problems 

are appearing. The main of these problems is connected with state property. And here arises a 

question. Is state property  like other private person’s property has equal status abroad? 

 

 

С. МИСИРХАНОВА 

Бакинский Государственный Университет,  

кафедра истории философии и культурологи, 0,5 шт. преподаватель 

 

ИММУНИТЕТ СОБСТВЕННОСТИ КАК СОСТАВНАЯ ЧАСТЬ  

ИММУНИТЕТА ГОСУДАРСТВА 

 

С  развитием  экономических  связей  между  государствами  происходит  изменение 

месторасположения  собственности.  Как  принято  в  литературе  по  международному 

частному праву, право собственности  определяется  законодательством того  места,  где 

расположена собственность, являющаяся объектом этого права. 

При  определении  права  собственности  на  зарубежную  собственность  возникает 

целая  серия  проблем.  Главной  среди  них  является  проблема,  связанная  с 

государственной  собственностью.  На  повестку  дня  выходит  вопрос:  находится  ли 

государственная  собственность  зарубежом  в  том  же  статусе,  что  и  частная 

собственность?  



 

 

Rəyçilər: f.e.d. R.Aslanova, t.e.d. İ.Məmmədov 

 

BDU-nun  “Fəlsəfə  tarixi  və  mədəniyyətşünaslıq”  kafedrasının  08  may  2014-cü  il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №7). 

Yüklə 350,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin