Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 36,24 Kb.
tarix12.06.2022
ölçüsü36,24 Kb.
#61292
Mənsurə Abdullayeva Qurtuluş günü çıxış


Qurtuluş günü ilə bağlı çıxış.
"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək
və olduğu kimi qiymətləndirmək lazımdır "
HEYDƏR ƏLİYEV
Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edirdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş imperiyapərəst qüvvələr və onların əlaltıları iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar. Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə Qurtuluş hərəkatı başlandı.
Belovejskaya Puşça tarixi olayı Kravçuk, Şuşkeviç və Yeltsin imzaları ilə Sovetlər Birliyi adlı etapı tarixin zibilliyinə gömdükdən az sonra 1991-ci ildə Azərbaycan öz müstəqilliyini səsləndirib özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan etdi. Bizi sərhəd sınırlarımızdan kənar bir çox dövlətlər elə həmin il həmin an tanıdı. Erməni millətçilərinin saxta təşviqi, Ermənistan və dünya ermənilik təşkilatlarının birbaşa hərbi dəstəyilə hələ Sovetlər Birliyi dağılmamış Qarabağ seperatçıları Azərbaycana qarşı ərazi iddiaları qaldırdılar. 1988-ci ildə Sovet hərbi ekspertləri Qarabağ seperatçılarını hərbi cəbhədə və sahədə təşkilatlandırıb Gürcüstanda onlara hərbi təlimlər keçirdi.
Ermənilər Sovetlər Birliyinin dağıldığı ərəfədə həmin bu birlikdə təmsil olunmuş hərbi hissələrə aid Sovet hərbi texnikasından istifadə edib, Sovet əsgərlərinin muzdlu köməyilə Azərbaycanın ərazi bütövlüyünə təhdidlər etdilər və sonda dövlət zəmnində təşkilatlana bilməmiş o zamankı Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Bir çox ölkələrin xarici kəşfiyyat orqanlarına bağlı casusların və fəsadlı adamların yeni təşkilatlanmış Milli ordumuza və siayasi təsiretmə mexanizmlərinə asan yollarla soxulması Azərbaycanda vahid idarəetmə institutunun yaranmasına mane olurdu.
"Əlincə" Cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzetində çap olunmuş "Heydər bəyi biz çağırmalıyıq!" adlı müraciət ölkədə böyük əks-səda doğurmuşdu. Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılmış ictimai rəy sorğularının nəticələri, Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat Komitəsinə daxil olan minlərlə şifahi yazılı təklif diktə edirdi ki, yeni partiyaya rəhbərlik etməyə qadir yeganə şəxs Heydər Əliyevdir. Naxçıvan blokada şəraitində, gedib-gəlmək böyük problem olsa da, adamlar dəstə-dəstə ora gedir, Heydər Əliyevə müraciət edirdilər ki, Bakıya, böyük siyasətə qayıtsın. Lakin Heydər Əliyev bu fikirdə deyildi. O, bütün müraciətlərə ehtiramla yanaşır, lakin təklifdən imtina edirdi. Heydər Əliyev belə bir gərgin şəraitdə yeni müxalif qüvvə yaratmaq istəmirdi.
Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" - deyə müraciət etdi. Bu tarixi sənəddə ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi durumun mövcud iqtidarın səriştəsiz, kobud, zora arxalanan siyasəti nəticəsində gündən-günə dərinləşməsi, belə vəziyyətdən demokratik yolla xilas olmaq üçün xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin – Heydər Əliyevin başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı.
1993-cü ilin iyun ayının 4-də Gəncədə Mərkəzi hakimiyyətə qarşı Sürət Hüseynovun başçılığı ilə qiyam qaldırıldı. Reallıq bu idi ki, o günlər Azərbaycan idarəetmə baxımından xaos yaşayırdı, bir mərkəzdən artıq idarə olunmurdu. Müxtəlif dövlətlərin və qruplaşmaların ekspansiv yürüşləri hər an ölkənin müstəqilliyinə təhdid olmaqla çökməsinə doğru atılan addımlardan savayı bir şey deyildi.
Sürət Hüseynov Prezidentin və Milli Məclisin sədrinin istefasını tələb etmişdi. Ora göndərilmiş və ya özü gəlmiş nümayəndə heyətini girov götürmüşdü. Onlar artıq bir çox rayonlara icra başçıları belə təyin etmişdilər. Bu isə hakimiyyətin iflası demək idi. Ölkə artıq Vətəndaş qarşıdurmasını yaşayırdı və konkret itkilər belə var idi. O ərəfədə Heydər Əliyev Bakıya dəvət olundu, sonra o Gəncəyə, qara polkovniklə danışıqlar aparmağa getdi və vəziyyəti ancaq ona məxsus olan siyasi fəhmlə qiymətləndirib, dəyərləndirib Bakıya qayıtıd.
15 İyun tarixində Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ondan sonra hər şey və hamı öz layiqli yerini tutdu. Bu tarixi zərurət və Heydər Əliyev tərəfindən Azərbaycan siyasətinə və yeni siyasətçilərinə keçilən ustad dərsi idi. 1993-cü ilin 15 İyun tarixindən Heydər Əliyev bugünkü Azərbaycanı və onun müxtəlif sahələrdə bu gün də hələ savaşan reallıqlarını yaratdı. Yeni Azərbaycanı yaratmaq yeni azərbaycanlını yaratmaqdan daha asan imiş. Bu gün də, elə o zaman da kadr problemləri mövcud idi. Heydər Əliyev hamını çox yaxşı tanıyırdı və kimin nəyə qadir olduğunu o dəqiq bilirdi. Buna görə də hamıdan bacardığını tələb edirdi. Yerində olmayan, işini bilməyən adam onun əli altında işləyə bilməzdi. Ona ancaq işini bilən icraçılar lazım idi. Düşüncəyə qaldıqda o özü hamının yerinə düşünürdü.
Bununla belə, Azərbaycanın siyasi modeli, xüsusilə də bəzi seperatçı meyilli bölgələrə verilən mesaj, bu gün də dövlət müstəqillik prizması baxımından aktualdır. Azərbaycanı parçalamağa səy etmiş seperat meyilli “Beşinci kolon” ünsürlərini qətiyyətlə yerinə oturdanda, Rusiyanın o zamankı Baş Naziri Çernomırdinin Xəzər dənizinin statsu ilə bağlı apardığı debatı qalib görkəmində bitirəndə, Azərbaycanın müstəqil gələcəyini təmin edən neft kontraktını imzalayanda onun qalib gəlmiş gözlərində çox çətin şahmat partiyasını qazanmış bir adamın təntənəsi vardı.
Kommunizmin qəddar düşməni olan ABŞ prezidenti Reyqanın məsləhətçisi işləmiş Bjezinski ona heyrətlə pərəstiş edirdi. O, müsair düşüncəyə qadir olan keçmiş Sovet liderlərindən biri olmuş Heydər Əliyevin bu qədər geniş düşüncə diapazonuna malik olduğunu gözləmədiyindən, şaşırmışdı.
Heydər Əliyev təəcübləndirməyi bacarırdı, o, insan olaraq bütöv və qalib doğulmuş insan idi. Bütün hallarda vəziyyətlərdə, çətinliklərdə, təntənə və uğurda eyni səmimiyyətdə və eyni görkəmdə idi. O, qələbə qazanmağı sevirdi və bacarırdı da. Qalibləri isə mühakimə etmirlər, onlarla qürur duyurlar. Fikirimcə, çox çətin olan ermıni oyununu bitirməyə onun sadəcə zamanı çatmadı. Mən müasir Azərbaycanın var olmasını onun bu şücaətlərindən görürəm.
Uzun sözün qısası, Heydər Əliyev iki müxtəlif dövlət quruluşunun, sisteminin öz ağlı ilə rəhbəri olmuş öz milli ərazisini yaradan, quran və qoruyan dahi şəxsiyyət idi.
Biz necə? Heydər Əliyevin çətinliklə qurduğu sonra da Neft kontraktları ilə dünyaya çıxardığı müstəqil Azərbaycan üçün nəsə eləməyimizlə fəxr edə bilərikmi?
Yüklə 36,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin