Tədris Planı (ftp) və onun işlənib hazırlanması



Yüklə 24,87 Kb.
səhifə1/4
tarix24.04.2023
ölçüsü24,87 Kb.
#101833
növüTədris planı
  1   2   3   4
Fərdi Tədris Planı



Fərdi Tədris Planı (FTP) və onun işlənib hazırlanması
Tədris ilinin əvvəlində təqribən bir ay müddətində aparılan qiymətləndirmə başa çatdıqdan sonra müəllim, valideyn və mütəxəssislərdən ibarət komandanın qarşısında duran əsas məsələ SİM olan uşaqların ehtiyaclarının müəyyənləşdirilməsi və onlar üçün fərdi tədris planlarının (FTP) işlənib hazırlanmasıdır.
FTP - xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş zamanı istifadə olunan ən vacib alət olmaqla, uşaq və ona təqdim ediləcək xidmətlər haqqında ətraflı informasiyanı özündə saxlayan formal sənəddir. FTP ilə bağlı əsas müddəalar aşağıdakılardır :

  • FTP – nin hazırlanması zamanı qərarlar qəbul edərkən ailə başlıca rol oynayır. Onlar komanda ilə birgə real qərarlar qəbul edirlər.

  • FTP uşaqlarla iş zamanı müəllim, valideyn və mütəxəssislər üçün yol göstərən bir xəritədir.

  • FTP-nın işlənib hazırlanması kifayət qədər uzun sürən prosesdir. Onun üzərində işin başa çatdırılması üçün komanda üzvlərinin bir neçə görüşü tələb olunur.

  • FTP eksperimental sənəd, yoxlanılması tələb olunan plandır. Həyata keçirildiyi zaman uşaqların inkişafı ilə bağlı bəzi hallarda FTP-da dəyişikliklər edilə bilər.


FTP aşağıdakı komponentlərdən ibarətdir :

  • Uşaq haqqında məlumat: soyadı, adı, yaşı, ünvanı. Bu bölmədə komanda üzvlərinin siyahısı da verilir.

  • Uşağın hazırkı bilik və bacarıq səviyyəsi. Bura uşağın qiymətləndirmə zamanı toplanmış məlumata əsaslanan inkişaf səviyyəsi haqqında məlumat daxil edilir.

  • Məqsəd və vəzifələr. Bura komanda üzvləri tərəfindən müəyyən edilmiş, əsas bacarıq və davranışların mənimsənilməsində uşağa kömək edəcək məqsəd və vəzifələr daxil edilir.

  • Xüsusi və əlavə xidmətlər. Bu bölmədə uşağa göstəriləcək xüsusi xidmətlərin siyahısı verilir. Əgər lazımi xidmətlər təhsil müəssisəsində göstərilə bilməzsə onda valideynlərə müvafiq mütəxəssislərin yanına getməsi tövsiyə olunur.

  • Qrup mühitinin uyğunlaşdırılması və işin təşkili. Bu bölmədə SİM olan uşağın adi sinifdə təhsil almasına yardım edəcək uyğunlaşdırmalar və işin təşkilində edilən dəyişikliklər təsvir olunur.

  • Fəaliyyət müddəti. Bura planın ümumi fəaliyyət müddəti və ayrı-ayrı xidmətlərin təqdim edilmə müddəti haqqında məlumat daxil edilir.

  • Uşağın uğurları haqqında məlumat. Cari qiymətləndirmə və uşağın uğurlarının monitorinqi FTP-nin ayrılmaz tərkib hissəsidir. İnformasiyanın əldə olunması üçün müşahidə, portfolio, nəzarət kartları, uşaqların işləri, davranışın təsvir olunduğu qeydlər və s. üsullardan istifadə etmək olar.





  1. Yüklə 24,87 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin