Tədris Planı Yaz, 2014 Kurs: Təhsilin İdarəedilməsi (3 Kredit) Müəllim: Vəfa Qasımova



Yüklə 30,04 Kb.
tarix28.11.2016
ölçüsü30,04 Kb.
#331
növüTədris planı

Xəzər Universiteti
Təhsil Fakültəsi


Təhsilin İdarəedilməsi



Tədris Planı

Yaz, 2014
Kurs: Təhsilin İdarəedilməsi (3 Kredit) Müəllim: Vəfa Qasımova

Elektron ünvan: vafagasimova@gmail.com

Dərs vaxtı: Şənbə

Görüş zamanı: Çərşənbə və şənbə

Kursun təsviri:

Tələbələr məktəb idarəçiləri üçün nəzərdə tutulan başlıca idarəetmə nəzəriyyələri, idarəçiliyin təsiri, məktəb liderliyi və eyni zamanda müasir məktəb idarəçiliyindəki əsas prinsip və təcrübələr barədə öyrənəcəklər. İştirakçılar təşkilati yenidənqurma, məktəb idarəçiliyi proseslərinə tətbiq edilə biləcək klassik və müasir idarəçilik nəzəriyyələri ilə tanış ola biləcək və onları məktəb idarəçilyində tətbiq etmək üçün bacarıqlara sahib olacaqlar. Nəticədə, tələbələr təhsildə idarəetmə məsələləri, onlara müasir yanaşmalar və onların bugünkü məktəblərə tətbiqi barədə bilik və bacarıqlarla təchiz olunacaqlar.
Öyrənmə məqsədləri:

Tələbələr bunları öyrənəcək:



  • Digər sahələrdəki təşkilati nəzəriyyələri anlamaq və onları müasir təhsil məsələlərinə tətbiq etmək bacarığı

  • Mədəniyyət, dəyişiklik, səlahiyyətin və administrativ rolların təşkilati mühitə təsirini anlama

  • Məktəb lideri olaraq, liderlik rolu, onun zəif və güclü tərəfləri barədə düşünmək

  • Liderlik rolunun həm məktəb daxili, həm də məktəbdən kənar əhəmiyyətini anlamaq


Əldə ediləcək bilik nəticələri:

Bu kursdan sonra uğur əldə etmiş tələbələr aşağıdakıları etməyə hazır olacaq:



  • Təşkilati nəzəriyyələri anlayaraq, onlardan peşəkar təcrübədə istifadə etmək

  • Təhsil müəssisəsində administrasiya, strateji yanaşmalar, liderlik və dəyişikliyi anlamaq

  • Müəssisədə liderin rolunu və liderin müəssisənin qoyulmuş hədəflərə çatmasına göstərdiyi köməyi qiymətləndirmək

  • Əməkdaşlıq, liderlik və ortaq məsuliyyət bacarıqlarının inkişafı və istifadəsi üçün məktəbin ictimaiyyətin bütün üzvlərinə imkanlar yaratmağa hazır olmaq

  • Təqdimetmə, yazı və analitik yazıların hazırlanması da daxil olmaqla, səmərəli və səriştəli ünsiyyət bacarıqları inkişaf etdirmək və praktikada yoxlamaq

Kursun aparıcı xətti

  • Sinif müzakirələrində iştirak: Tələbələrdən dərslərdə, müzakirələrdə fəal iştirak tələb olunur. Təqdimatlar, yazı işlərində qoyulan tələblərə uyğun hazırlılıq səviyyəsi tələb olunur.

  • İmtahan və ya tapşırıqları buraxma: Əgər tələbə tələb edilən və planlaşdırılmış tapşırığı yerinə yetirmək imkanında deyilsə, əvvəlcədən xəbərdarlıq verilməlidir. Bütün sinfin iştirakı və verilmiş tapşırığın tamamlanması vacibdir.

  • Akademik saxtakarlıq: Kurs zamanı hər hansısa plaqiatlıq ciddi şəkildə cəzalandırılacaq (kursdan keçməməklə). Görülən iş zamanı mənbələrə istinad verilməlidir. Lakin tələbə tərəfindən əlavə təhlil aparılmadan yalnız istinadlardan və sitatlardan ibarət hər hansısa yazı işi də qəbul edilməyəcəkdir. Test zamanı fırıldaqlar da cəzalandırılacaq.

  • Yazı işlərinin mövzuları müəllim tərəfindən müəyyənləşdiriləcəkdir. Sərbəst yazı mövzuları qəbul edilməyəcək. Digər tələbələrlə birgə yazı işləri də yalnız müəllimin öncədən icazəsi ilə mümkündür.


Məsləhət görülən ilkin şərtlət:


  1. İngilis dili kursu

  2. Təhsilə Giriş


Tələb olunan texnoloji imkanlar

Internetə çıxış access

Elektron hesab
Qiymətləndirmə şkalası:

Kurs qiymətləri davamiyyət, dərsdə iştirak, ev tapşırığı, imtahanlar və yazı işləri əsasında aparılacaqdır. Ev tapşırıqları verilən dərsi evdə oxuyub hazırlamaqdan, dərsdə iştirak, müzakirələrdə nə qədər fəal olmaqdan ibarət olacaq. İmtahanlarda müəyyən bölmələri əhatə edən çoxseçimli suallar olacaq. Aralıq imtahanda isə həm çoxseçimli, həm də açıq suallar olacaq. Yazı işləri isə qazanılmış bilik və bacarıqlar əsasında müəllim tərəfindən müəyyənləşdirilmiş bir mövzu əsasında tələbənin öz yanaşmasını əks etdirən yazı olmalıdır. Tələb olunan meyarlar – fikir aydınlığı, dəqiqlik, analitik və sintetik bacarıqlardan istifadə etmək, sitatlara istinad şəklində aparılmalıdır.



İştirak və fəallıq 20%

Aralıq İmtahan 25%

Kurs İşi 30%

Son İmtahan 25%

Cəmi 100%

İstifadə olunacaq resurslar:

Educational Administration: Theory, Research, and Practice. Hoy K. Wayne & Miskel G. Cecil, 2012

Educational Administration: Concepts and Practices. Lunenburg C. Fred and Ornstein C. Allan. 2011

Öğretim İlk eve Yönetimleri, Sönmez Veysel, 2011.


Həftəlik dərs cədvəli

Dərs 1


Tədris proqramının təqdimatı. Müəllim və tələbələrin tanışlığı. Kursdan gözləntilər. Giriş. Sistem anlayışı. Açıq və qapalı sistemlər. Məktəb sosial sistem kimi. Müzakirə

Dərs 2

İdarəçilik nədir. İdarəçilik, nəzəriyyə və prinsipləri. Müzakirə



Dərs 3

Azərbaycan və türk təhsil sistemlərinin quruluşu. Müzakirə

Dərs 4

Məktəbin quruluşu və işləmə mexanizmləri. Müzakirə

Dərs 5

Təhsildə insan qaynaqları idarəçiliyi. Müzakirə

Dərs 6

Məktəbi idarəetmə prosesləri. Müzakirə

Dərs 7

Məktəb idarəçiliyində rol oynayan faktorlar. Müzakirə

Dərs 8

Aralıq imtahanı

Dərs 9

Məktəb liderliyi. Müzakirə

Dərs 10

Effektiv məktəb və onun idarəedilməsi. Müzakirə

Dərs 11

Öyrənmə və öyrətmə nəzəriyyə və yanaşmaları. Müzakirə

Dərs 12

Təhsil sistemlərində, təşkilatlarında dəyişikliklərin idarəedilməsi. Müzakirə

Dərs 13

Məktəb və xarici mühit munasibətləri. Müzakirə

Dərs 14

Yazı işlərinin təhvili. Məktəbə sosial sistem kimi təkrar baxış. Son müzakirə

Revision


Dərs 15

Son imtahan


Yüklə 30,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin