Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 aprel 2000-ci il
№ 75
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 24 aprel tarixli, 75 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması
QAYDALARI
[1]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının «Nəqliyyat haqqında» Qanununa uyğun
olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı vasitəsi ilə təhlükəli
yüklərin
*
daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə müvafiq tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar xüsusi tələblə və təlimatla daşınan hərbi təyinatlı təhlükəli yüklərin, 9.2
yarımsinifinə
**
aid maddə və məmulatların, həmçinin məhdud miqdarda təhlükəli maddə
və məmulatların (güclü təsirə malik olan zəhərləyici və partlayıcı maddə və materiallar
istisna olmaqla) daşınmasına aid edilmir.
1.3. Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları, «Dənizdə insan həyatının
mühafizəsinə dair Beynəlxalq Konvensiya »nın (SOLAS-74), habelə «Dəniz yolları ilə təhlükəli
yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə»nin (DTYDBM—IMDG CODE)
***
nəzərdə
tutduğu bütün tiplərdən və təyinatdan olan xarici ölkələrin və Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən bütün gəmilərdə (tankerlərdə, qaz və kimyəvi yükdaşıyıcılarda,
qazdaşıyıcılarda, quru yüklər daşıyan gəmilərdə, paketbotlarda, konteyner daşıyanlarda,
«Ro-Ro» tipli gəmilərdə, avtomobil və dəmiryolu bərələrində və s.) o cümlədən konteyner-
avtomobil-vaqon sisternlərində daşınan bütün növ təhlükəli yüklərin dəniz limanlarında
(bundan sonra - liman) saxlanmasını, yüklənməsini, boşaldılmasını və işlərin təhlükəsiz
həyata keçirilməsini tənzimləyir.
[2]
1.4. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq hüquqi
(təşkilatlar, müəssisələr, firmalar, şirkətlər, ekspedisiya xidmətləri və başqaları) və fiziki
şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
Dövdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət
növünün həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) aldıqdan sonra təhlükəli yüklərin
dəniz nəqliyyatı ilə daşınmasına icazə verilir.
1.5. Təhlükəli yüklərin
daşınma təlimatları və şərtləri, yüklərin daşınmasını həyata
keçirən dövlət və qeyri-dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən hazırladığı
təqdirdə onlar Fövqəladə Hallar Nazirliyi və yükü göndərənlərlə (istehsalçı ilə) razılaşdırılır.
Güclü təsirə malik olan zəhərləyici və partlayıcı, eləcə də xüsusi aktivliyi 7,4x103 Vk.kq
-1
,
yaxud 0,002 Mk.Ku.q
-1
-dən artıq olan radioaktiv maddələrin təhlükəsiz daşınma şərtləri
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, partlayıcı, yaxud güclü təsirə
malik olan zəhərləyici maddələrin və materialların təhlükəsiz daşınma şərtləri isə
Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq nəzarət müfəttişliyi ilə razılaşdırılır.
1.6. Hüquqi, vəzifəli və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, yükləyənlər,
boşaldanlar və saxlayanlar) bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativlərin
tələblərinə uyğun olaraq işlərin təşkil olunması üçün məsuliyyət daşıyırlar.
Bəzi təhlükəli yüklərin daşınması üçün təhlükəsiz daşınma və yaxud lisenziya
şərtlərində nəzərdə tutulduğu hallarda yükü daşıyan, göndərən və ya qəbul edən tərəfindən
məsul şəxs və mühafizə təyin edilir.
1.7. Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq, müvafiq fəaliyyət
növlərinə Dövdağmədəntexnəzarət Komitəsindən xüsusi razılığı (lisenziyası) olmayan
hüquqi və fiziki şəxslərə təhlükəli yüklərin daşınması üçün gəmi ayrılmasına yol verilmir.
1.8. Hüquqi və fiziki şəxslər (yükgöndərənlər, yükalanlar, yükləyənlər, boşaldanlar,
saxlayanlar) qanunvericiliklə müəyyən olunmuş qaydada, müvafiq icra hakimiyyəti
orqanlarının tələbi əsasında, işlərin texniki təhlükəsizlik normativlərinin yerinə yetirilməsinə
təminat verən texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməyə borcludurlar.
1.9. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə ilkin təcili
məlumatı gəmiçiliyin rəhbərliyinə və Fövqəladə Hallar Nazirliyinə yükü daşıyanlar (yük
göndərənlər və yaxud alanlar) verməlidirlər.
1.10. Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq hüquqi və vəzifəli
şəxslər tərəfindən radioaktiv tullantıların respublikaya gətirilməsi üçün gəmilərə
yüklənməsinə yol verilmir.
1.11. Dəniz nəqliyyatında (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətində və s.) limanlarda təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və
saxlanılması ilə məşğul olanfiziki və hüquqi şəxslər, həmin sahələrdə fəaliyyət göstərən
mütəxəssislərin, vəzifəli şəxslərin və gəmi heyətinin hazırlığı haqqında müvafiq
şəhadətnaməyə malik olmalarını, texniki təhlükəsizlik üzrə qaydaların və normativlərin
tələblərinə uyğun olaraq biliklərinin artırılmasını, təkmilləşdirilməsini, yoxlanmasını,
müəyyən olunmuş qaydada onların attestasiyadan keçmələrini təmin etməlidir.
[3]
2. TƏHLÜKƏLİ YÜKLƏRİN TƏSNİFATI
2.1. Təhlükəli yüklərə — onlara xas olan xüsusiyyətlərdən asılı olaraq daşınma, yükləmə,
boşaltma və saxlanma prosesində, ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya
nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, habelə insanların
və heyvanların məhvinə, şikəstliyinə, zəhərlənməsinə, yanmasına, şüalanmasına, yaxud
xəstələnməsinə səbəb olan maddələr və əşyalar aid edilir.
2.2. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünürlər:
1-ci sinif — partlayıcı maddələr (PM);
2-ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar;
3-cü sinif — tez alışan mayelər (TAM);
4-cü sinif — tez alışan bərk maddələr; öz-özünə alışmağa meyilli maddələr; su ilə
təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr (BM);
5-ci sinif — oksidləşdirici maddələr və üzvi peroksidlər (OM);
6-cı sinif — zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr (ZM);
7-ci sinif — radioaktiv materiallar (RM);
8-ci sinif — korroziyaya uğradan maddələr (KM);
9-cu sinif — digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən
bərk yanan maddələr; zəhərli maddələr; havanın oksigenini udan maddələr;
maqnitləşdirilmiş maddələr.
2.3. Dəniz nəqliyyatı vasitələri ilə daşınması qadağan olunan təhlükəli yüklər (1 nömrəli
əlavə) istisna olmaqla, Beynəlxalq Konvensiya (SOLAS) və Beynəlxalq Məcəllə (DTYDBM—
IMDG CODE) ilə müəyyən olunmuş təhlükəli yüklərin daşınmasına yol verilir.
3. QABLARA (TUTUMLARA) VƏ QABLAŞDIRMAYA OLAN TƏLƏBLƏR
3.1. Təhlükəli yüklərin daşınması və qablaşdırılması məqsədi ilə aşağıdakıların həyata
keçirilməsi tələb olunur:
a) qablar keyfiyyətli və etibarlı olmalıdır;
b) daxili səthi, daşınan yükün təhlükəli təsirinə məruz qalmamalıdır;
c) yüklənmə (boşaltma) və dəniz nəqliyyatı ilə daşınması zamanı adi risklərə tab
gətirmək qabiliyyətinə malik olmalıdır.
3.2. Maye ilə dolu tutumların qablaşdırılması üçün istifadə olunan hopdurucu və aralıq
qatı materialları:
a) mayenin törədə biləcəyi təhlükəni minimuma endirməyə qabil olmalıdır;
b) tutumun yerdəyişməsinin qarşısını almaq üçün onun hər tərəfi hopdurucu materialla
bərkidilməlidir;
c) tutumun (qabın) zədələndiyi hallarda maye hopdurucu material nə qədər
məqsədəuyğun və əməli cəhətdən mümkündürsə, o qədər də olmalıdır.
3.3. Müvafiq temperaturda təhlükəli mayelərlə doldurulmuş qabların (tutumların)
normal daşınma zamanı daha yüksək temperatur üçün kifayət edən sərbəst boşluğu
olmalıdır.
3.4. Maye və sıxılmış qazlar üçün konteynerlər (tutumlar), yaxud digər qablar texniki
təhlükəsizlik üzrə standartların normativlərin və qaydaların tələblərinə uyğun olaraq
hazırlanmalı, sınaqdan keçirilməli, istifadə edilməli, düzgün doldurulmalı və saz vəziyyətdə
saxlanılmalıdırlar.
3.5. Təhlükəli yüklərin daşınmasında istifadə olunmuş, təmizlənməmiş boş qablara
doldurulmuş yüklər üçün nəzərdə tutulan qaydalar tətbiq olunmalıdır.
4. MARKALANMA, TƏHLÜKƏLİLİK VƏ XƏBƏRDARLIQ NİŞANLARININ
QOYULMASI
4.1. Təhlükəli yüklərin saxlanıldığı yük yerləri və onların düzgün texniki adı yükün
kommersiya adlarından istifadə edilmədən etibarlı surətdə markalanmalıdır (2 nömrəli
əlavə).
4.2. Təhlükəli yüklərin saxlanıldığı yük yerlərinə etiket şəklində, yaxud trafaretlə
çəkilmiş fərqləndirici təhlükə və ya xəbərdarlıq nişanları elə qoyulmalıdır ki, burada
yerləşən yüklərin təhlükəlilik xassələri müvafiq şəkildə aydın olsun.
4.3. Təhlükəli yüklərlə qablaşdırılmış qabların üzərinə yükün düzgün texniki adının,
onlara bərkidilən yarlıkların, plakatların, nişanların qoyulması, bərkidilməsi, yüklərin və
yaxud qabların nişanlarının trafaretlə vurulma üsulu elə olmalıdır ki, onlar üç ay ərzində
dəniz suyunda qaldıqda belə, qablar üzərində olan məlumatlar görünsünlər və oxunsunlar.
Həmin məlumatların gözlə seçilməsi və oxunması təmin olunmalıdır. Markalanma,
təhlükəlilik və xəbərdarlıq nişanlarının qoyulması üçün məqbul üsullar seçilərkən, istifadə
edilən materialların davamlılığına və həmin qabların səthinin xarakterinə diqqət
yetirilməlidir.
4.4. Aşağıdakılar istisna edilməklə, bütün təhlükəli yüklərin qabları yarlıqlara və
təhlükəlilik nişanlarına malik olmalıdır:
a) aşağı səviyyəli təhlükəliliyə və ya məhdud miqdarda olan təhlükəli yüklərin qabları;
b) fərqləndirici təhlükəlilik nişanlarına malik olan iriləşdirilmiş yüklərin yığılmasına və
yerdəyişməsinə yol verilən xüsusi hallarda.
4.5. Dəniz yolları ilə daşınmalar zamanı, avtomobil və dəmiryolu nəqliyyatı ilə daşınan
təhlükəli yüklər təhlükəlilik nişanlarına, BMT seriya nömrələrinə, xüsusi tələblərin kodlarına
malik olmalıdır.
5. SƏNƏDLƏRİN HAZIRLANMASINA OLAN TƏLƏBLƏR
5.1. Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına aid olan bütün sənədlərdə, o
cümlədən sifarişçilər tərəfindən təhlükəli yükün daşınması üçün Sifarişdə (2 nömrəli əlavə),
yüklərin düzgün texniki adı (kommersiya adlarından istifadə olunmamaq şərti ilə) 2-ci
bölmədə şərh edilən təsnifata uyğun qaydada düzgün təsvir edilməlidir.
5.2. Yükgöndərən tərəfindən hazırlanmış yük sənədlərində, daşınmaq üçün təqdim
edilən yük partiyasının lazımi qaydada qablaşdırılması və müvafiq surətdə markalanması,
təhlükəlilik, yaxud xəbərdarlıq nişanları ilə (3 nömrəli əlavə) təchiz edilməsi və daşınmaq
üçün lazımi vəziyyətdə olması barədə imzalanmış Bəyannamə (4 nömrəli əlavə) Fövqəladə
Hallar Nazirliyinə və yük daşıyanlara verilən yük sənədlərinə əlavə edilməlidir.
5.3. Təhlükəli yüklərin yük konteynerinə, yaxud avtomobil və dəmiryolu nəqliyyatı
vasitəsinə qablaşdırılmasına görə məsuliyyət daşıyan şəxslər konteynerin və ya nəqliyyat
vasitəsinin yüklənməsi barədə imzalanmış müvafiq şəhadətnamə təqdim etməlidirlər. Bu
sənədlərdə yükün həmin yüklənmə vahidinə lazımi qaydada yüklənməsi və bərkidilməsi,
tətbiq olunan bütün nəqletmə tələblərinin yerinə yetirilməsi qeyd edilməlidir. Belə
şəhadətnamə 5.2-ci bənddə qeyd edilən sənədlə birləşdirilə bilər.
5.4. Təhlükəli yüklərin qablaşdırıldığı yük konteyneri və ya müvafiq nəqliyyat vasitəsi
5.2-ci, yaxud 5.3-cü bəndlərin tələblərinə cavab vermədiyi halda, onların yüklənməsi
haqqında müvafiq şəhadətnamə, yaxud bəyannamə olmadıqda, yük konteynerinin müvafiq
nəqliyyat vasitəsi ilə daşınmasına yol verilmir.
5.5. Təhlükəli yük daşıyan hər bir gəmi, 2-ci bölmədə şərh edilmiş təsnifata müvafiq
surətdə bortundakı təhlükəli yüklər və onların yeri göstərilən xüsusi reyestrə, yaxud
manifestə malik olmalıdır. Xüsusi reyestrin və ya manifestin əvəzinə gəminin bortundakı
bütün təhlükəli yüklərin sinifi və yeri göstərilməklə müfəssəl yük planından istifadə
edilməsinə icazə verilir. Həmin sənədlərdən birinin surəti texniki təhlükəsizlik haqqında
qanunvericiliklə müəyyən edilmiş qaydada Fövqəladə Hallar Nazirliyinin müvafiq
müfəttişliyinə və liman nəzarəti xidmətinə gəmi yola düşməzdən əvvəl təqdim olunmalıdır.
6. TƏHLÜKƏLİ YÜKLƏRİN YERLƏŞDİRİLMƏSİNƏ DAİR TƏLƏBLƏR
6.1. Təhlükəli yüklər özlərinin xassələrinə müvafiq olaraq lazımi qaydada və təhlükəsiz
yerləşdirilməlidir. Uyuşmaz yüklər bir-birindən kənarlaşdırılmalıdır.
6.2. Ciddi təhlükə törədə biləcək partlayıcı maddələr (döyüş sursatları istisna edilməklə)
səfər zamanı etibarlı şəkildə bağlanmış xüsusi otaqda saxlanmalıdır. Belə partlayıcı
maddələr detonatorlardan kənarda yerləşdirilməlidir. Partlayıcı maddələrin daşındığı hər
hansı anbardakı (yerdəki) elektrik cihazları və kabellər elə qoyulmalı və istifadə edilməlidir
ki, yanğın, yaxud partlayış törənməsi təhlükəsi minimuma endirilsin.
6.3. Qablaşdırılmış halda təhlükəli buxar ifraz edən (buğlanan) təhlükəli yüklər süni
ventilyasiyası olan otaqda və ya göyərtədə yerləşdirilməlidir. Qalama (qabsız) şəklində
daşınan, təhlükəli buxar ifraz edən təhlükəli yüklər, yaxşı ventilyasiya olunan otaqda,
anbarda (yerdə) yerləşdirilməlidir.
6.4. Tez alışan mayelər və ya qaz daşıyan gəmilərdə zəruri hallarda partlayış, yaxud
yanğın törənməsinə qarşı xüsusi ehtiyat tədbirləri görülməlidir.
6.5. Öz-özünə qızmağa və ya alışmağa meylli maddələr qəfil yanğın törəməsinin
mümkünlüyünü minimuma endirən lazımi ehtiyat tədbirləri görülmədən daşına bilməz.
7. SƏRNİŞİN GƏMİLƏRİNDƏ PARTLAYICI MADDƏLƏRİN DAŞINMASI
7.1. 1.4-cü yarımsinif, «S» uyuşma qrupuna aid olan partlayıcı maddələr sərnişin
gəmilərində istənilən miqdarda daşına bilər (5 nömrəli əlavə). Aşağıda sadalananlar istisna
olmaqla digər partlayıcı maddələr daşına bilməz:
a) partlayıcı məmulatların partlayıcı maddələrinin ümumi xalis kütləsi gəmidə 50 kq-dan
çox deyilsə, xilasetmə məqsədləri üçün istifadə olunan partlayıcı məmulatlar;
b) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 10 kq-dan çox deyilsə, «S», «D» və
«E» uyğunluq qruplarına aid olan partlayıcı maddələr (4 nömrəli əlavə);
c) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 10 kq-dan çox deyilsə, xüsusi
yerləşdirilməsi tələb olunan partlayıcı maddələr istisna olmaqla «S» uyğunluq qrupuna aid
olan partlayıcı məmulatlar;
ç) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 5 kq-dan çox deyilsə, «V» uyğunluq
qrupuna aid olan partlayıcı məmulatlar.
7.2. 7.1-ci bəndin tələblərindən asılı olmayaraq, sərnişin gəmilərində müdiriyyət
tərəfindən təsdiq edilmiş xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutulduqda əlavə miqdarda
və ya əlavə tipdə partlayıcı maddələr daşına bilər.
8. TƏHLÜKƏLİ YÜKLƏRLƏ ƏLAQƏDAR OLAN HADİSƏLƏR BARƏDƏ
MƏLUMATLAR
8.1. Qablaşdırılmış, təhlükəli yüklərin itirilməsi və ya dənizə düşməsi ilə bağlı hadisə baş
verərsə, onda kapitan, yaxud gəmiyə cavabdeh olan digər şəxs, ləngimədən və tam
mümkünlüyü ilə ətraflı şəkildə belə hadisənin xüsusiyyətləri haqqında Beynəlxalq
Konvensiyanın ümumi prinsipləri əsasında ən yaxın sahilyanı dövlətə məlumat verməlidir.
8.2. Gəmi cavabdeh şəxssiz qaldıqda və ya belə gəmidən alınmış məlumat tam
olmadıqda, yaxud alınmadıqda, gəmiçilik, gəminin icarəçisi, meneceri, yaxud operatoru və
ya onların agentləri tam mümkünlük çərçivəsində bu Qaydalara uyğun olaraq kapitana
həvalə edilmiş öhdəlikləri öz üzərlərinə götürməlidirlər.
9. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINDA HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN
VƏZİFƏLƏRİ
9.1. Təhlükəli yük göndərən hüquqi və fiziki şəxslərin vəzifələri:
a) yükün adının, keyfiyyətinin və texniki vəziyyətinin, dəniz gəmilərində daşımaq üçün
yararlılığının düzgün müəyyən edilməsi;
b) təhlükəli yüklərin DTYD BM-ə müvafiq sinifə, yarımsinifə, kateqoriyaya və qrupa
düzgün aid edilməsi;
c) təhlükəli yüklərin düzgün qablaşdırılmasından, dəniz yolları vasitəsi ilə daşınması
dövründə onların möhkəmliyinin və qorunub saxlanılmasının təmin olunması;
ç) hər bir təhlükəli yük yerinin dəqiq çəkilməsi və kütləsinin düzgün göstərilməsi;
d) təhlükəli yükün hər birinin «Dəniz yolları ilə təhlükəli yüklərin daşınması üzrə
Beynəlxalq Məcəllə»nin (DTYD BM-ə) tələblərinə uyğun qaydada markalanması və
təhlükəlilik nişanlarının düzgün qoyulması;
e) daşınma sənədlərinin düzgün tərtib edilməsi, yükün texniki xüsusiyyətlərini göstərən
sertifikatların və xüsusi razılıq (lisenziya) sənədlərinin surətinin onlara əlavə edilməsi
9.2. Təhlükəli yükləri daşıyan gəminin kapitanı bu Qaydalara riayət olunmasına
cavabdehdir.
Təhlükəli yüklərin daşınmasında gəmiçiliyin və limanların rəhbər və mühəndis-texniki
işçilərinin vəzifələri, onların müvafiq qaydada təsdiq edilmiş əsasnamələri ilə müəyyən
edilir.
[4]
9.3. Bu qaydaların tələblərinin yerinə yetirilməsinə daimi nəzarət Gəmiçiliyin
müdiriyyətinə və liman idarəsinə, daxili nəzarət xidmətlərinə və gəmilərin vəzifəli şəxslərinə
həvalə olunur.
[5]
9.4. Təhlükəli yüklər daşıyan gəmilərin kapitanlarında bu Qaydaların, habelə DTYD və
BM-in nüsxələri olmalıdır.
9.5. Təhlükəli yüklərin dəniz nəqliyyatı vasitəsi ilə daşınmasına, texniki təhlükəsizlik
üzrə beynəlxalq və dövlət standartlarının, qaydaların, normativ aktların tələblərinə əməl
olunmasına dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyinin nəqliyyat sahəsində müvafiq
nəzarət orqanı həyata keçirir.
9.6. Dəniz yolları ilə təhlükəli yüklərin daşınması zamanı pozuntu və qəza hallarının baş
verməsinə görə hüquqi, vəzifəli və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada cavabdehlik daşıyırlar.
10. TƏHLÜKƏLİ YÜKLƏR DAŞIYAN GƏMİLƏRƏ TƏLƏBLƏR
10.1. Gəminin tipindən, habelə daşınan yükün növündən və təhlükəlilik səviyyəsindən
asılı olaraq, gəminin və yük anbarlarının (yerlərinin) sistemləri, konstruksiyaları və texniki
təminatı 10.2—10.16 yarımbəndlərində göstərilmiş tələblərə uyğun olmalıdır.
10.2. Gəmilərin örtülü yük anbarları (yerləri) yanğının aşkar edilməsi üzrə registr
tərəfindən bəyənilmiş stasionar tipli avtomatik sistemlə təchiz olunmalıdır. Havanın sınaq
üçün yoxlanılmasına nəzarət prinsipinə əsaslanan sistemlərdə həmin sınaq hava kütləsinin
axmasına və ya yaşayış, yaxud xidməti otaqların havasının qarışmasına qarşı tədbirlər
nəzərdə tutulmalıdır. Nəzarət aparatının quraşdırıldığı anbarda (yerdə) havanın sınaq
kütləsi yoxlanıldıqdan (təhlil edildikdən) sonra onun atmosferə buraxılmasının zəruriliyini
bildirən yazı (qeyd) olmalıdır.
10.3. Su-yanğın sistemi, kapitan körpüsündən və ya dayanacaqda daimi iş növbəsi olan
yerdən yanğın nasoslarından birinin məsafədən işə salınması, yaxud yanğın əleyhinə
magistralın 10.4-cü bənddə göstərilən təzyiq altında daimi saxlanması yolu ilə yük
anbarlarına (yerlərinə) dərhal su verilməsi təmin edilməlidir. Nasosun məsafədən işə
salındığı yerdə magistraldakı suyun təzyiq göstəricisi qoyulmalıdır.
10.4. Su-yanğın sistemi boş yük anbarının (yerinin) istənilən hissəsinə dəniz gəmilərinin
təsnifatı və tikilməsinə dair Registr Qaydalarının IV fəslində qeyd olunmuş təzyiqdə, gəmidə
nəzərdə tutulan taxma ucluqlara malik dörd lüləni təmin edən miqdarda su verməlidir.
10.5. Örtülü yük anbarlarının (yerlərinin) səmərəli soyudulması məqsədi ilə, onlar dəniz
gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 3.4.2.1-ci bənddə
nəzərdə tutulan intensivliyə malik stasionar supüskürtmə sistemi, yaxud subasma sistemi ilə
təchiz edilməlidir. Yük anbarlarında (yerlərində) və ya 100 kv metrdən çox olmayan ayrı-
ayrı sahələrdə bu məqsədlə su verilməsinin yuxarıda qeyd olunan həcmini və təzyiqini
təmin edən yanğın şlanqlarından istifadəyə icazə verilir.
Axıtma və qurutma qurğuları bütün hallarda yük anbarında (yerində) suyun səthində
boşluq əmələ gəlməsinin qarşısını almalıdır. Bu təmin edilmirsə, anbarı (anbarları) su ilə
dolmuş gəminin dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının V
fəslində göstərilmiş tələblərə uyğun gəldiyini təsdiqləyən hesablamalar həyata
keçirilməlidir.
Supüskürtmə və ya subasma sistemlərinin əvəzinə Registr tərəfindən bəyənilmiş digər
səmərəli soyuducu maddələrə malik sistemdən istifadə edilə bilər.
10.6. Yük anbarı (yeri) su-yanğın sisteminə əlavə olaraq, dəniz gəmilərinin təsnifatı və
tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 3.1.2.1-ci bəndə müvafiq surətdə
stasionar yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır.
Üfqi tərzdə yüklənən gəmilərin (lixterdaşıyanlardan başqa) açıq yük anbarları (yerləri),
habelə həcmi yanğınsöndürmə sisteminin tətbiq edildiyi halda, gəmilərdə lazımi qaydada
örtülməsi təmin olunmayan örtülü yük anbarları (yerləri) bütün göyərtə sahələrini mühafizə
edən əlavə stasionar supüskürtmə sistemi, yaxud Registr tərəfindən bəyənilmiş səmərəliliyi
az olmayan digər sistemlə təchiz edilməlidir. Axıtma və qurutma qurğuları 10.5-ci
yarımbənddə şərh edilmiş tələblərə cavab verməlidir.
10.7. Yük anbarlarının (yerlərinin) qurudulması sistemi dəniz gəmilərinin təsnifatı və
tikilməsinə dair Registr qaydalarının VIII fəslinin tələblərinə uyğun gəlməlidir. Tez alışan və
ya zəhərli mayelərin boru kəmərləri və maşın şöbəsinin nasosları vasitəsilə bilməyərəkdən
vurulmasının qarşısını alan konstruktiv tədbirlər nəzərdə tutularsa, ümumgəmi qurutma
sistemindən istifadə edilməsinə icazə verilə bilər.
10.8. Partlayış (alışma) təhlükəsi olan buxarları və ya alışma mənbəyi qəza törədə bilən
elektrik avadanlığı və elektrik şəbəkəsi, habelə hər hansı digər avadanlıq örtülü və açıq yük
anbarlarında (yerlərində) yerləşdirilməməlidir.
Yalnız partlayışdan mühafizə keyfiyyətlərinə malik olan aşağıdakı elektrik
avadanlığının:
a) qığılcımdan mühafizə olunan mühərriklərin;
b) yüksək təzyiq altında hazırlanmış örtüyə malik olan mühərriklərin;
c) partlayış keçirməyən örtüyə malik olan partlayışa qarşı yüksək dərəcədə etibarlı olan
avadanlıqların quraşdırılmasına yol verilir.
Kabellərin çəkilişinə icazə verilməsi və onların çəkiliş üsulları, bütün hallarda Registrin
xüsusi baxışından keçirilməlidir.
Yuxarıda
qeyd
edilən
tələblərə
cavab
verməyən
elektrik
avadanlıqlarının
quraşdırılmasına və kabellərin çəkilişinə yalnız o hallarda icazə verilir ki, onlar təhlükəli
yüklərin yüklənməsi əməliyyatları və daşınması zamanı elektrik şəbəkəsindən açılmış olsun.
Bu halda onların bilməyərəkdən elektrik şəbəkəsinə qoşulmasına yol verməyən tədbirlər
nəzərdə tutulmalıdır.
10.9. Örtülü yük anbarları süni ventilyasiya ilə təchiz edilməlidir.
Alışan və ya zəhərli buxar, yaxud qaz (6 nömrəli əlavə — 10.2-ci cədvəl) buraxmağa qabil
olan yüklərin daşınması üçün təyin edilmiş yük anbarlarının (yerlərinin) ventilyasiya
sistemi, boş yük anbarının (yerinin) həcmindən asılı olaraq, saatda ən azı altı dəfə havanın
dəyişdirilməsini təmin etməlidir. Konteynerdaşıyan gəmilər, habelə konteynerlərin
daşınmasından ötrü təyin olunmuş və təchiz edilmiş digər gəmilərin yük anbarlarında
(yerlərində) təhlükəli yüklər örtülü konteynerlərdə daşınırsa, hava ən azı iki dəfə
dəyişdirilməlidir.
Havada buxarının nisbi sıxlığı 1-dən (vahiddən) az olan 2.3-cü yarımsinif yüklərinin,
habelə 4.3-cü yarımsinifdən olan və belə buxarlar (qazlar) ayırmağa qabil olan yüklərin
daşınması üçün təyin edilmiş yük anbarlarının (yerlərinin) ventilyasiya sistemində, yük
anbarlarının (yerlərinin) yuxarı hissəsində, saatda altı dəfə havanın dəyişdirilməsi sisteminin
tətbiq olunmasını tələb edən qalan təhlükəli yüklərdən ötrü isə yük anbarının (yerinin) aşağı
hissəsində havanın qəbulu üçün deşiklər olmalıdır.
Ayrı-ayrı təhlükəli yüklərin daşınmasından ötrü təyin olunmuş yük anbarları (yerləri)
üçün təbii ventilyasiyanın tətbiq edilməsinin mümkünlüyü 11-ci bəndə müvafiq surətdə
sənədlər verilərkən, xüsusi baxışdan keçirilməlidir.
10.10. Ventilyatorların konstruksiyası, partlayış (alışma) təhlükəli buxarların və ya
qazların alışmasının qarşısını almaq üçün etibarlı olmalıdır.
Ventilyatorların sorucu kanalının içərisində və ya ventilyasiya edilməyən «hasarcıqda»
yerləşdirilmiş elektrik mühərrikləri partlayışdan mühafizə qabiliyyətinə malik olmalıdır
(10.8-ci yarımbəndi).
Ventilyasiya sisteminin çöldən hava qəbul edən və soran deşikləri alovun qarşısını kəsən
armaturla təchiz edilməlidir.
10.11. Yük anbarları (yerləri) yaşayış və xidməti otaqlarla bitişik olmamalıdır.
Üfqi tərzdə yüklənən gəmilər üçün bu tələblər yalnız 1-ci dərəcəli (1.4 «S» qrupundan
başqa) yüklərin daşınmasına aid edilir və onu göstərir ki, belə yüklər yaşayış və xidməti
otaqların bilavasitə üstündə və altında, habelə yük anbarlarını (yerlərini) yaşayış, yaxud
xidməti otaqdan ayıran arakəsmələrdən və ya göyərtə sahələrindən ən azı 3 metr məsafədə
yerləşdirilməlidir.
10.12. Üfqi tərzdə yüklənən gəmilərdə yaşayış, xidməti otaqlardan və maşın şöbəsindən
(trap və lift yerləri də daxil edilməklə) yük anbarlarına (yerlərinə) girişlər təhlükəli buxar və
qazların həmin girişlərdən keçməsinin qarşısını alan qurğularla təchiz edilməlidir. Əgər bu
tələbə riayət edilmirsə, yük anbarlarına (yerlərinə) bitişik otaqlar yük anbarlarından
(yerlərindən) buxar və qazların həmin otaqlara keçməsinin qarşısını alan yüksək hava
təzyiqi ilə təmin olunmalıdır.
10.13. «A» kateqoriyalı maşın şöbələrini yük anbarlarından (yerlərindən) ayıran
arakəsmələr və göyərtələr yanğın əleyhinə A-60 tipli izolyasiyaya malik olmalıdır. Bununla
bərabər 1-ci dərəcəli (1.4 «S» qrupu istisna olmaqla) yüklər maşın şöbəsinin bilavasitə
üstündə və altında, habelə yük anbarlarını (yerlərini) maşın şöbəsindən ayıran
arakəsmələrdən və ya göyərtə sahələrindən 3 metrdən az olmayan məsafədə
yerləşdirməməlidir. Digər növ izolyasiya olunduğu halda daşınması qadağan olunan I sinif
təhlükəli yüklər (1.4 «S» qrupu istisna olmaqla) belə arakəsmələrdən və ya göyərtə
hissələrindən ən azı 3 metrlik məsafədə yerləşdirilməlidir.
Qeyd edilən tələblər lixterdaşıyanlara yalnız 1-ci dərəcəli yüklərin (1.4 «S» qrupundan
başqa) maşın şöbəsinin bilavasitə üstündə və altında yerləşdirilməsinin qadağan olunan
hissəsinə aid edilir.
10.14. Səfərdə istifadə edilən və səthinin temperaturu 50
0
S-dən artıq olan, örtülü yük
anbarlarında, yaxud onlara bitişik otaqlarda yerləşdirilən, istilik mənbələri (buxar kəmərləri,
qızdırıcı sistemə malik yanacaq tankları və s.) elə izolyasiya edilməlidir ki, onların üst
səthinin temperaturu 50
0
S-dən yuxarı olmasın.
10.15. Baş və köməkçi mühərriklərin, qazanların və insineratorların qazburaxıcı və tüstü
boru kəmərləri qığılcımsöndürən və ya qığılcımtutan qurğularla təchiz edilməlidir.
10.16. Yuxarı və aşağı göyərtələrin örtülü yük lyuklarının konstruksiyası lyuk
qapaqlarının qığılcım əmələ gətirməsinə yol verməyən, rahat və zərbəsiz hərəkətini təmin
etməlidir.
10.17. Örtülü yük anbarlarını (yerlərini) yükün, habelə nisbi rütubətin və anbardakı
havanın temperaturunun stasionar ölçü nəzarət sistemləri ilə təchiz edilməsi tövsiyə olunur.
Belə sistemlər olmadıqda, qeyd edilən parametrlərin müəyyənləşdirilməsinin digər
üsulları nəzərdə tutulmalıdır.
10.18. Təhlükəli yüklər daşıyan gəmilər dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair
Registr Qaydalarının VI fəslindəki 5-ci bölmədə müəyyən edilmiş normalara əlavə olaraq,
aşağıdakılarla təchiz edilməlidir:
a) yük anbarlarındakı (yerlərindəki) yanğını söndürmək üçün ümumi tutumu azı 12 kq
quru toz halında olan, daşına bilən odsöndürənlərlə və ya onlara bərabər tutulan digər
odsöndürücü vasitələrlə;
b) sıxılmış hava ilə işləyən və doldurulması üçün kompressor, yaxud ehtiyat balonları
nəzərdə tutulan, iki ayrıca tənəffüs aparatı ilə;
c) yanğın əleyhinə ləvazimat komplektlərinə əlavə olaraq, daşınan yükün kimyəvi
təsirinə dözümlü olan tam dörd dəst mühafizə geyimi (paltarı) nəzərdə tutulmalıdır.
Mühafizə geyimi orqanizmin bütün dəri təbəqəsini örtməlidir.
10.19. Bütün nomenklaturadan olan təhlükəli yüklərin daşınması üçün yararlı sayılan
gəmilərə və yük anbarlarına (yerlərinə) tələblərin siyahısı 10.1-ci cədvəldə (7 nömrəli
əlavədə), konkret sinifli, yarımsinifli və kateqoriyalı yüklərin daşınmasına tələblərin siyahısı
isə 10.2-ci cədvəldə (6 nömrəli əlavədə) verilmişdir.
Müəyyən növ gəminin sistemlərinə, texniki təminatına, konstruksiyalarına və əlavə
təchizatına bu və ya digər tələblər, əgər təhlükəli yük 10.1-ci və 10.2-ci cədvəllərin müvafiq
qrafalarında «+» işarəsi ilə göstərilmişsə (6 və 7 nömrəli əlavələr), konkret sinifli, yarımsinifli
və kateqoriyalı təhlükəli yükün daşınması zamanı yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |