Tələb və təklif arasında tarazlıq səviyyəsi, tarazlıq qiyməti İnsan dünyaya gələndən onun həyat fəaliyyətinin əsas məqsədi tələbatların ödənilməsidir. Bazarın fəaliyyətində formalaşmasında qiymətlərin rolu böyükdür. Tələb və təklif mexanizmi qiymətlə bağlıdır və onun vasotəsilə fəaliyyət göstərir. Tələb alıcının ala biləcəyi əmtəələrin və xidmətlərin məcmusudur. Tələb tədiyyə qabiliyyətli tələbatdır. Tələbə bir çox amillər təsir göstərir. Tələbə təsir göstərən amillər qiymət və qeyri-qiymət amilləridir. Qiymət əmtəənin dəyərinin pul ilə ifadəsinə deyilir. Tələb və təklif qiymət əsasında formalaşır. Qiymətlərin artması və azalması nəticəsində tələb və təklifin həcmi dəyişir. Tələbə təsir edən qeyri-qiymət amilləri aşağıdakılardır: alıcılıq qabiliyyəti, əhalinin gəlirləri, bazarda əmtəələrin həcmi və çeşidi, alıcıların zövqü, dəb və moda, əvəzedici əmtəələrin olması, reklam, kreditlə almaq və.s.
Tələb qanunu- qiymət artanda tələb azalır, qiymət azalanda tələb artır.
Tələbin elastikliyi- qiymətlərin dinamikasından asılı olaraq tələbin dəyişməsinə deyilir.
Tələbin qeyri-elastikliyi- qiyçətlərin dinamikasından asılı olraq tələbin az dəyişilməsi
Tarazlıq nöqtəsi tələb və təklifin kəsişsiyi nöqtədir. Tələb artarsa təklif dəyişməz qalarsa, tarazlı qiymət artmiş hesab olunur. Tələb azalarsa, təklif dəyişməz qalarsa, tarazlı qiymət azalmış hesab edilir.
Təklif- satıcıların satmaq üçün bazara çıxartdıqları əmtəələrin miqdarıdır. Bazarda əmtəələrin qiyməti yüksək olduqda satıcılar təklifi artırılar ki, daha çox sata bilsinlər. Bazarda qiymət artanda təklifdə artır və ya əksinə qiymət azalanda təklifdə azalır. Təklifə təsir edən amillər 2 yerə bölünür:
Qeyri-qiymət amillərinə aiddir: istehsal xərcləri, resursların qiyməti, vergilər, texnologiya, istehsalçıların sayı, rəqabət və.s.
Təklif qanunu- qiymət qalxanda təklif artır və ya qiymət aşağı düşəndə təklif azalır.
Təklifin elastikliyi-qiymətlərin dinamikasından asılı olaraq təklifin dəyişməsidir yəni təklif qanununda olduğu kimi .
Təklifin qeyri-elastikliyi- qiymət artanda və ya azalanda təklif az dəyişərsə baş verir. Təklif artarsa tələb dəyişməz qalarsa tarazlı qiymət azalır. Təklif azalarsa tələb dəyişməz qalars tarazlı qiymət artır.
Tələb və təklifin qarşılıqlı təsiri altında bazar qiymətləri meydana gəlir. Tələb və təklif arasında tarazlıq səviyyəsinə tarazlı qiymət deyilir. Bu o zaman baş verir ki, bazarda tələb və təklif uyğun gəlir. Yəni tələb olunan əmtəələrin miqdarı, təklif olunan əmtəələrin miqdarına bərabər olur. Tələb və təklif elastikdir yəni bazarda qiymətlərin artması və ya azalması tələb və təklifin artmasına və azalmasına səbəb olur.