Tələbə-Əliyev Emin. Fakültə-St ve mka qrup-330A2



Yüklə 35,32 Kb.
tarix02.01.2022
ölçüsü35,32 Kb.
#43082
Ekologiya2


Tələbə-Əliyev Emin.

Fakültə-St ve MKA

Qrup-330A2

Fənn- Ekologiya

Nəqliyyatın atmosfer havasına təsiri

Xüsusilə əhalinin daha sıx yaşadığı Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin və layihələrin icrasına önəm verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2010-cu il fevralın 18-də keçirilmiş ekoloji problemlərə həsr olunmuş müşavirədə respublikada ekologiya sahəsində görülən işlər ətraflı müzakirə edilmişdir. Prezident İlham Əliyev geniş proqramlı nitqində dövlətin ekologiya istiqamətində 2010-cu ildə və ondan sonrakı illərdə həyata keçirəcəyi proqramını açıqlamış və bu sahədə qarşıda duran prioritet vəzifələri müəyyənləşdirərək bir sıra tapşırıqlar vermişdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin nəinki Bakı şəhəri və Abşeron yarımadasında, eyni zamanda ölkəmizin bütün şəhər və rayonlarında həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Dövlət başçısı ekoloji problemlərə həsr edilmiş müşavirədə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, Azərbaycan vətəndaşlarının sağlamlığının daha da möhkəmləndirilməsi, Xəzər dənizinin çirklənmədən qorunması, ölkədə yaşıllaşdırma, ağacəkmə kampaniyasının davamlılığının təmin edilməsi istiqamətləri üzrə mühüm vəzifələrin həllini qarşıya qoymuşdur. Toplantıda ölkə Prezidenti İlham Əliyev tərəfindən qeyd edilən vəzifələrin yerinə yetirilməsinin optimal müddətləri göstərilməklə, Avropa standartları səviyyəsində yerinə yetirilməsi ücün müvafiq dövlət strukturlarına tapşırıqlar verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiyanın yaxşılaşdırılması sahəsində aparıcı struktur kimi geniş fəaliyyəti qarşıda qoyulan bəşəri əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir.

Ölkəmizdə atmosfer havasının mühafizəsi istiqamətində ciddi tədbirlər görülür. Bu il martın 6-da Nazirlər Kabinetinin avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə qərar qəbul etməsi və 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normalarının tətbiq edilməsi qarşıya qoyulan vəzifələrin icrası baxımından əhəmiyyətlidir. Bu məsələnin ekoloji vəziyyətin yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq məsələnin elmi-nəzəri və praktiki təhlilini verməklə, dünya ölkələrinin təcrübələri əsasında fikir və mülahizələrimizi bölüşmək istərdik.

Bizi əhatə edən təbiət, o cümlədən atmosfer havası insanların yaşamasına və fəaliyyət göstərməsinə xidmət edir. Eyni zamanda məhz insanlar öz fəaliyyəti ilə, öz ehtiyaclarını ödəmək məqsədi ilə gördüyü işlərlə bilavasitə ətraf mühiti, ekologiyanı pisləşdirən yeganə varlıqdır. Ekoloji vəziyyətin pisləşməsi ilk növbədə atmosfer havasının çirklənməsində özünü göstərir. Atmosfer havasının çirklənməsi - insanların iqtisadi, sosial-məişət qayğılarının ödənilməsinə yönəldilmiş tədbirlərin, fəaliyyətinin ikincili təsirinin nəticəsidir. Böyük şəhərlərdə fəaliyyət göstərən fabrik və zavodların atmosferə buraxdığı, insan həyatı üçün təhlükəli qazların, avtomobillərin işlətdikləri qazların atmosfer havasını çirkləndirən mənbə olduğu məlumdur.

İnsanların fəaliyyəti nəticəsində havanın ümumi çirklənməsinin 51 faizi nəqliyyatın payına düşür. Bu çirklənmənin 10-30 faizinin avtomobil nəqliyyatının payına düşdüyü də məlumdur Təbii ki, istifadə edilən avtomobillər, avtobuslar və digər qaz və neft məhsulları ilə işləyən texniki və nəqliyyat vasitələri atmosferə müəyyən miqdar zəhərli qazlar buraxmalıdır. Bunsuz mümkün deyil. Amma dövlətin, cəmiyyətin marağı ondadır ki, bu qazlar qoyulmuş normativ hədləri aşmasın. Bu normativləri beynəlxalq səviyyədə müəyyənləşdirən standartlara görə atmosferə avtomobillər tərəfindən buraxılan işlənmiş qazların tərkibində ən təhlükəli və ziyanlı sayılan CO – karbon oksidi və CH – karbohidrogenlər təşkil edir.

Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına təhlükə törədən, heyvanların və bitkilərin sağlığına və ya təbii həyat fəaliyyətinə ziyan vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran, arzu olunmayan iy və qoxu yaradan qazaoxşar, maye və ya bərk maddələrlə çirklənməsi başa düşülür.

Avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı (CO), karbohidrogenlər (HC), azot oksidləri (NOx) daxildir. Məlumata görə, 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun (Pb), 40,75 kq azot oksidləri (NOx), 234 kq karbohidrogen (HC) və 765 kq dəm qazı (CO) buraxır. Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz qalır və zərərli maddələrin siyahısı aşağısəviyyəli, troposferli ozonla (O3) və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Məsələn, havanın çirklənməsinin ən ciddi təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Smoq - ingilis sözündən olub, tüstü (smoq) və duman (fog) deməkdir. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gəlir. Bu, xüsusilə böyük sənaye şəhərlərində, nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun klassik və fotokimyəvi növləri vardır. Fotokimyəvi növ günəşin ultrabənövşəyi şüalarının avtomobillərin dəm qazının yaratdığı klassik smoqa təsirindən əmələ gəlir və daha zərərli formaya keçir. Fotokimyəvi smoq havada sarı rəngli duman əmələ gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamların səhhətini pisləşdirir. Bu çevrilmələr üzvi yanacağın, məsələn benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi parçalanması zamanı baş verir. Reaksiyanın məhsullarına ozon, aldehidlər, keton, asetilnitrat, üzvi turşular və başqa parçalanma məhsulları daxildir. Bundan başqa avtomobillərin buraxdığı dəm qazı (CO) smoqun tərkibində olan ən zəhərlisi hesab olunur. Smoq nəticəsində havada zərərli maddələrin şiddətli konsentrasiyası bəzən ölüm hallarına səbəb olur. Məsələn, 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər ölmüşdür. Smoq həmçinin minlərlə insanın ağır xəstələnməsinə səbəb olmuşdur. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Fotokimyəvi smoq gözü və quzeyli qişasını qıcıqlandırmaqla yaş axmasına səbəb olur, eyni zamanda bitki örtüyünü də müxtəlif dərəcədə zədələyir.

Hava mühitinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi və azaldılmasına yönəlmiş tədbirlər emissiya mexanizmlərini və zərərli tullantıların yayılma mexanizmlərini öyrənməyi tələb edir. Emissiya - atmosferi çirkləndirən tullantıların və maddələrin atılması, ayrılması və şüalanmasıdır. Emissiya nəqliyyat vasitələrinin hərəkət rejimindən, sürətindən və qət etdiyi yoldan asılı olmaqla, avtomobilin ümumi yürüşündən (yeyilmə dərəcəsindən), markasından, kütləsindən, yanacağın təmizlənmə dərəcəsindən və temperatur rejimindən asılıdır.

Nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə, yəni Bakı kimi şəhərlərdə havanın çirklənməsi daha intensiv və həcmli olur. Məlumata görə hazırda Bakıda 549 min 511 avtomobil qeydiyyatdadır. Və nəzərə alsaq ki, respublikanın regionlarından və Bakıətrafı kəndlərdən hər gün şəhərə minlərlə avtomobil girir və küçələrdə sutka ərzində hərəkət edir, onda Bakıda havaya atılan zərərli maddələr haqqında daha dolğun məlumat əldə etmək olar. Digər tərəfdən istifadə edilən avtomobillərin böyük əksəriyyətinin istismar müddətini başa vurmuş olduğunu nəzərə alsaq, vəziyyətin hansı xəritə alacağını təsəvvür etmək çətin deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya 200-dən çox zəhərli və zərərli maddə ixrac edir. Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır. Verilən rəqəmlərə istinad etsək gün ərzində Bakıda atmosferə 1920 ton karbon oksidi, 120-180 ton digər mürəkkəb tərkibli tullantı atıldığı qənaətinə gəlmək olar. Bir ayda atmosferə təxminən 57600 ton karbon oksidi və 3600-5400 ton digər zərərli maddələr, bir ildə isə 691200 ton karbon oksidi – dəm qazı ötürülür. Bunun fəsadlarını hesablamaq üçün məşhur riyaziyyatçı, yaxud həkim olmaq lazım deyil. Adi vətəndaş başa düşür ki, bir il ərzində bir insanın orta çəkisindən 13-14 min dəfə çox dəm qazı atmosferə ötürülürsə, bundan ancaq insanlar, ətraf mühit, təbiət zərər çəkir.



Azərbaycana indi böyük miqdarda xaricdə istehsal olunmuş avtomobillər gətirilir. Təkcə 2000-2008-ci illər ərzində ölkəmizə 400 min avtomobil gətirilmişdir. Ölkə Prezidenti ekoloji problemlərə həsr edilmiş müşavirədə bu həyati vacib məsələyə münasibətini çox kəskin bildirmişdir: “Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz ”Avro-2" və ondan sonra “Avro-3", ”Avro-4", “Avro-5" səviyyəsinə çatmalıyıq.” Dövlət başçısının bu tələbləri hər bir vətəndaş mövqeli insanı düşünməyə vadar edir. Ölkəmizə xaricdən gətirilən avtomobillərin əksəriyyəti “Avro-2” standartlarından da aşağı parametrlərə malikdir. Bu maşınları gətirən iş adamları öz maliyyə maraqlarını reallaşdırır, amma Bakıda, Gəncədə, Sumqayıtda və digər böyük şəhərlərdə olan avtomobil parklarında köhnəlmiş avtomobillərin sayını artırırlar. Görəsən, maşın gətirən şəxsləri belə bir fikir düşündürürmü ki, işlənmiş maşınları aldıqları xarici ölkədə bu maşınları niyə istifadə etmirlər? Həmin maşınlar məhz o ölkələrdən gətirilir ki, orada ən yüksək standartlar, məsələn “Avro-5” və s. tətbiq edilir. Deməli, bu maşınların texniki göstəriciləri bu standartlara cavab vermədiyindən onların böyük şəhərlərdə istismarına qanunla yol verilmir. Sahibləri isə bu maşınları ən yaxşı halda satmaqla həm öz ölkəsində ekoloji problemlərin həllinə çalışır, həm də müəyyən qazanc əldə edirlər. Həmin maşınlar isə bizdəki maşın biznesi ilə məşğul olanlar tərəfindən ucuz qiymətə alınır və 5-10 dəfə baha qiymətə özümüzə satılır. Texniki parametrləri, normativlərdən aşağı olan avtomobillərin böyük şəhərlərdə ekologiyanın çirklənməsinə etdiyi zərərli təsiri faktlarla təhlil edək: Avtomobilin işindən avtmosferə atılan zərərli tullantıların 74 faizi dəm qazı (CO), 22 faizi karbohidrogenlər (HC), 4 faizi azot oksidləri (NOx) , 0,07 faizi qurğuşun (Pb) təşkil edir.
Yüklə 35,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin