MüQƏDDİMƏ



Yüklə 199,5 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü199,5 Kb.
#1658
  1   2   3   4   5   6



XƏBƏRDARLIQ

http://ehliwie-samux.com



MÜQƏDDİMƏ

Artıq 20-ci əsrin sonu və 21-ci əsrin astanasındayıq. Elm və texnika günbə-gün inkişafdadır və bəşər övladı bir çox sahələrdə böyük nailiyyətlər qazanmışdır. O cümlədən demək olar ki, bu günkü tibb elmi, insanın mübtəla olduğu xəstəliklərin çoxunu müalicə edib, yerdə qalan bir neçə xəstəliyin də dərmanını tapmaq üçün cəhd göstərir. Lakin bununla belə insan həyatının əsası olan ruhun, müalicəsi üçün hələlik çarə axtaran tapılmamışdır. Bir sözlə desək, bu günün və bu əsrin insanı, öz ruh və batinini unudaraq zahiri görünüşünü qiymətləndirən və ruhuna qarşı laqeyd olan bir mövcuddur. Hələ də qərb ölkələrindən «azadlığın olması və onun lazımlığı» barədə fəryadlar və səs-küylər eşidirik ki, bu kimi aldadıcı sözlər hətta müsəlman ölkələrində də yayılaraq bu ölkələrin millətlərinə öz acı və qorxunc təsirlərini qoyur. Azadlıq, özlüyündə çox yaxşı və müqəddəs bir şeydir, lakin öz hədd və hüdudundan təcavüz etdikdə peşmançılıq və bədbəxtlikdən başqa bir xeyir vermir.

İyirminci əsrin vəziyyəti bizim bu sözümüz üçün canlı sübutdur. Başqa müsəlman ölkələri kimi bizim də doğma vətənimiz qərbin iddia etdiyi «azadlıq» şüarının təsiri altına düşərək, böyük və qorxulu bir ictimai çətinliklə üzləşmişdir. Bu çətinlik cavanlar arasında yayılmış, «cinsi azğınlıq»-dır. Lakin bununla belə indiyədək bu çətinliklə üzləşib və onu aradan aparmaq üçün əsaslı addım atılmamış, əksinə onun daha da çoxalması üçün cəhd göstərilmişdir

Bir sıra qəzetlər, jurnal və televiziya kanalları və s.... Buna misal ola bilər. Ölkəmizin əziz cavanlarını fəaliyyətdən, işdən, ixtiradan və bir çox dəyərli və lazımlı işlərdən saxlayan əsas amil, onların ruhi çətinliyidir.

Onların gənclik şövqünü itirərək, xoşa əlməz həyat sürmələrinin əsası, öz daxili və ruhi narahatçılıqlarından irəli gəlir. Bu narahatçılığın əsas səbəbi də «cinsi azğınlıqdır.»

Qarşınızda olan bu kitabça sizin çətinliyiniz, onun səbəbləri və çarəsi haqqında söhbət edir. Amma «azadlıq» haqda deməliyik ki, bəzi qərb filosoflarının əqidəsinə əsasən, insanın səadətə çatması və həyatda xoşbəxt olması, onun cinsi məsələlərinə bağlıdır ki, insan bu kimi işlərdə azad olarsa, bütün sarsıntı və ruhi əzablardan yaxa qurtaracaqdır!!!

Lakin biz hazırki, əsrdə bu puç əqidənin insan həyatı üçün nə qədər təhlükəli olduğunu və onun həyatına nə qədər bədbəxtçilik gətirdiyini görürük. Bu əqidə başqa ölkələrdən qabaq, həmin qərb ölkələrində böyük rusvayçılıqlar yaratmış və onları puç həyata doğru yönəltmişdir.

Son illərdə aparılan hesablamalara görə, Amerika Birləşmiş Ştatlarında hər altı saniyədə qadınlara qarşı bir cinsi təcavüz (zorlama) baş verir. Biz bu haqda daha da ətraflı danışacaq və qərb aləminin iddia etdiyi «azadlığ»-ın puç olduğunu sübut edəcəyik.

Amma bunu deməliyik ki, hazırki kitab məhz ölkəmizin əziz gənclər və yeniyetmələri həmçinin onların çətinliyini aradan qaldırmaq üçün hazırlanmışdır. Ümid edirik ki, bu ağır vəzifəni bacardığımız qədər yerinə yetirib öz kömək əlimizi əziz gənclər və yeniyetmələrə uzadaq. İnşaallah.


Yüklə 199,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin