Tələbə: Sevil Həsənova İxtisas: Şərqşünaslıq (ərəb dili tərcümə) Müəllim: Məmmədəli Babaşlı



Yüklə 32,74 Kb.
tarix30.11.2022
ölçüsü32,74 Kb.
#71602
4104 (3



Tələbə: Sevil Həsənova
İxtisas: Şərqşünaslıq (ərəb dili tərcümə)
Müəllim: Məmmədəli Babaşlı
Fənn: Dil tarixi
Mövzu: Şərqi arami dili
Şərqi arami dili
E.ə. XI-VIII əsrlərdə qüvvətli düşmənləri olan Misir Assuriya, Hett dövlətlərinin zəifləməyə başladığı bir dövrdə Kənaan şəhər-dövlətləri güclənməyə başladı. Şimali Kənaan (indiki Livan), xüsusilə Bibl, Sidan, Tir şəhərləri daha çox inkişaf etməyə başladı. Yunanlar burada yaşayanları finikiyalılar adlandırırdılar (tərcümədə: qırmızı torpağın fatehləri). Qədim latın dilində bu söz “poinices”, “punices”, “puni” (yəni “punilər”) – kimi səslənirdi. Finikiyalılar bütün Aralıq dənizi sahilində Kiprdən Cəbbəllütariqə qədər, Afrikadan (Korfagen) Tropontidayadək, hətta Qara dəniz sahillərində (bütün bu yerlərdə e.ə. VIII-III əsrə dair çoxsaylı finikiya yazıları saxlanılır) fəal koloniyalaşdırma aparırdılar. Finikiya dili e.ə. son əsrlərdə arami dili tərəfindən sıxışdırılır. Bu dilin (puni) korfagen dialekti Şimali Afrikanın qədim əhalisi tərəfindən b.e. V əsrinə qədər istifadə edilirdi və tam surətdə ərəb dili tərəfindən əvəz olunub. Şimali-qərb qoluna daxil olan digər dil – arami dilidir. Aram (Qədim Suriya Əhdi-Ətiqdə belə adlandırılıb) ölkəsindən köçüb gəlmiş, amori tayfalarını sıxışdıraraq, sonralar Mesopotamiya və Kənaana daxil olmuş köçəri sami tayfaları arami dilində danışmışlar. Qədim arami əlyazmaları.e.ə. IX-VIII əsrlərə aiddir və bu əlyazmalar konsonant hərf yazısı ilə yazılıb. E.ə. VII-VI əsrlərdə aramilər yerli əhali ilə qaynayıb-qarışaraq bütün Mesopotamiyaya yayılmağa başlayıblar. Akkad dili tədricən arami dili tərəfindən sıxışdırılmağa başlayır və bütün Yaxın Şərqdə arami dili ən çox yayılmış dil olub. Yeni Babilistan çarlığı dağıdıldıqdan sonra (e.ə. VI əsr) Əhəmənilər imperiyasının II rəsmi dövlət dili olub. Arami yazısından hüquqi, işgüzar, məişət, şəxsi məktublar üçün istifadə olunub. Ellinizm dövründə qərbi və şərqi arami dialektlərində fərq əmələ gəlməyə başladı, bu fərq xüsusilə arami yazısının səslənməsində hiss olunurdu. Qərbi arami dialekti əsasən Əhdi-Ətiqin tarixən son mətnlərində (Varlıq kit. 31:47; Yeremiyanın kit. 10:2; Danielin kit.2:4; 7:28 və s.) əks olunub. Bu mətnlər e.ə. V əsrdə Fələstində qədim kənaan yazısını sıxışdırmış, xüsusi kvadrat arami yazısı ilə yazılmışdılar. Yəhudilər müxtəlif dövrlərdə bir neçə arami dialektlərindən istifadə etmişlər: Əhdi- Ətiq aramisi, Tarqumların yazıldığı arami dili, Babil və Yerusəlim Talmudlarının dili, Zohar aramisi (146, 1-14). Arami qrupunun əsas dili genişhəcmli xristianlıq ədəbiyyatı yazılmış Suriya dilidir (2-13-cü əsrlər); digəri isə İraqın cənubundakı Qnosti icmasının zəngin dini ədəbiyyat yaratdığı Mandey dilidir. Sami dillərinin lüğət fondunun əsasını təşkil edən üçsamitli köklər tərkibindəki samitlərin fonetik xüsusiyyətlərinə görə salim və qeyri-salim olmaq üzrə iki qrupa bölünür. Tərkibində alef və zəif samit olan köklər, o cümlədən də
qoşa samitli köklər qeyri-salim, digərləri isə salim hesab edilir. Əksər dərsliklərdə qeyri-salim köklər aşağıdakı kimi təsnif edilir: 1. Qoşasamitli köklər, yəni ikinci və üçüncü kök samiti eyni olan köklər; 2. Ilk kök samiti zəif samit olan köklər ; 3. Ikinci kök samiti zəif samit olan köklər; 4. Üçüncü kök samiti zəif samit olan köklər; 5. Ikiqat qeyri salim köklər, yəni tərkibində iki zəif samit olan köklər; Ibri və arami dilində bu təsnifata tərkibində boğaz samitləri: alef, he, xet, ayn olan köklər də daxildir. Belə ki, bu feil kökləri təsriflənmə zamanı bir sıra fərqli dəyişikliklərə məruz qalır. Ibri dilində ilk və son samiti alef ilə ifadə edilən feil kökləri də ayrıca bir qrup şəklində təsnif edilir. Həmçinin, ibri və arami dilində ilk kök samiti nun olan köklər də qeyri-salim köklər sırasına daxil edilir. Belə əsasların ilk kök samiti kimi çıxış edən - nun təsriflənmə zamanı bir çox hallarda düşür, bir sıra morfoloji vasitələrlə əvəz edilir.

ƏDƏBİYYAT



  1. Əhməd Həsən əz-Zəyyad, Tarixul Ədəbil Arabi, s.90

  2. Yusif 12/2, Şura 42/7, Zuxruf 43/3

  3. Şevqi Dayf, Tarixul Ədəbil Arabi, II/32

  4. Kayzen.az

  5. Academia.edu

Yüklə 32,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin